Türkiyədə Təhsilə Hazırlıq - Marmara Group

Türkiyədə Təhsilə Hazırlıq

Türkiyədə Dövlət və Vakf Universitetləri: Hansını Seçməli?

Türkiyədə ali təhsil almaq istəyən tələbələr üçün universitet seçimi ən vacib qərarlardan biridir. Xüsusilə, ölkədə həm dövlət, həm də vəqf universitetlərinin mövcudluğu...

YÖS Nədir? Ən Son Yeniliklər

Türkiyədə universitet təhsili almaq istəyən xarici tələbələr üçün əsas qəbul imtahanlarından biri Yabancı Öğrenci Sınavı (YÖS)-dür. YÖS imtahanı Türkiyədə bir çox dövlət...

Türkiyədə Tələbələr Üçün Təcrübə Proqramları

Təhsil həyatı, yalnız dərslərlə məhdudlaşmır. Gələcəyin peşəkar mütəxəssisi olmaq istəyən hər tələbə üçün, nəzəri bilikləri real həyatla birləşdirmək vacibdir. Bu məqsədlə, təcrübə...

Türkiyədə Tələbələr Üçün İş İmkanları

Türkiyə, yalnız keyfiyyətli ali təhsili ilə deyil, həm də tələbələr üçün yaratdığı geniş iş imkanları ilə xarici tələbələrin diqqətini çəkir. Hər il...

Türkiyədə Ortalama Yaşam Xərcləri

Türkiyə, azərbaycanlı tələbələr üçün təhsil və yaşam xərcləri baxımından ən çox müraciət olunan ölkələrdəndir. Həm akademik mühitin zənginliyi, həm də mədəni müxtəliflik,...

Türkiyədə Yataqxana Qiymətləri

Türkiyə, beynəlxalq tələbələr üçün həm yüksək təhsil keyfiyyəti, həm də sərfəli yaşayış imkanları hər il yüzlərlə tələbəni özünə cəlb edir. Bu səbəbdən,...

Xaricdə Təhsil Üçün Düzgün ixtisas Seçimini Necə Etmək Lazımdır?

Xaricdə təhsil almaq çoxlarına arzuolunan və həyəcan verici fürsət kimi görünür. Xaricdə təhsil maraqlı və prestijli görünsə də, uğurlu təhsil və istənilən...

İstanbul Universiteti

Ölkə/ŞəhərTürkiyə, İstanbul şəhəriDövlət/ÖzəlDövlətTələbələrinin sayı88.500İllik təhsil haqqı22.000-150.000 TLTəqaüd məbləği6.000-9.000 TLSAT balıMinimum 1280Neçə ölkədən tələbələr var18+Beynəlxalq tələbələrin sayı6533Rəsmi veb-saytıhttps://www.istanbul.edu.tr/tr/_ İstanbul Universiteti 1453-cü ildə Fateh...
1 2

Türkiyədə universitetə qəbul olmaq istəyən azərbaycanlı tələbələr üçün hazırlıq mərhələsi düzgün qərarlar vermək və müraciət prosesini problemsiz idarə etmək baxımından mühüm əhəmiyyət daşıyır. Universitet və ixtisas seçimi, qəbul şərtlərinin araşdırılması, sənədlərin hazırlanması və təhsil büdcəsinin müəyyənləşdirilməsi bu prosesin əsas hissələridir. Bəzi universitetlər attestatla qəbul aparsa da, digərləri SAT və ya TR-YÖS nəticəsi, eləcə də dil biliyini təsdiqləyən sənəd tələb edir. Buna görə Türkiyədə təhsil almağı planlaşdıran abituriyentlərin hazırlığa son anda deyil, əvvəlcədən başlaması daha məqsədəuyğundur. Qəbul qaydalarını vaxtında öyrənmək, uyğun universitetləri müqayisə etmək və sənədləri düzgün hazırlamaq tələbənin öz məqsədlərinə uyğun təhsil proqramına qəbul olmaq şansını artırır.

Türkiyədə universitet və ixtisas seçimi

Türkiyədə təhsil almağa hazırlaşarkən ilk addım gələcək karyera planlarına və akademik göstəricilərə uyğun universitet və ixtisas seçməkdir. Universitetlərin qəbul şərtləri, tədris dili, diplomun tanınması, təhsil haqqı və yerləşdiyi şəhər qərarvermə prosesində nəzərə alınmalıdır. Yalnız universitetin adına deyil, seçilən proqramın məzmununa və tələbələrə yaratdığı imkanlara da diqqət yetirmək vacibdir.

1. İxtisasın müəyyənləşdirilməsi: Maraqlarınıza, bilik və bacarıqlarınıza, eləcə də gələcək karyera hədəflərinizə uyğun sahə seçin. Tibb, mühəndislik, İT, biznes, hüquq və digər istiqamətlər üzrə proqramları müqayisə edin.

2. Universitetlərin araşdırılması: Dövlət və özəl universitetlərin qəbul qaydalarını, tədris proqramlarını, akademik imkanlarını və beynəlxalq tələbələr üçün şərtlərini nəzərdən keçirin.

3. Tədris dilinin seçilməsi: Proqramın türk və ya ingilis dilində olmasını dəqiqləşdirin. İngilisdilli proqramlarda dil sertifikatı və ya universitetin daxili imtahanı tələb olunur.

4. Büdcənin planlaşdırılması: Təhsil haqqı ilə yanaşı, yaşayış, yataqxana, nəqliyyat və gündəlik xərcləri də hesablayın. Universitetləri ümumi təhsil və yaşayış xərclərinə görə müqayisə edin.

5. Qəbul şərtlərinin yoxlanılması: Attestatla qəbul, SAT və TR-YÖS nəticələri, tələb olunan orta bal və digər sənədlərlə bağlı məlumatları universitetin rəsmi saytından öyrənin. Tələblər seçilən ixtisasa və universitetə görə dəyişir.

6. Şəhər seçimi: İstanbul, Ankara, İzmir və digər şəhərləri yaşayış xərcləri, nəqliyyat, tələbə həyatı və gələcək təcrübə imkanları baxımından müqayisə edin. Şəhər seçimi həm gündəlik büdcəyə, həm də universitet həyatına təsir göstərir.

Türkiyədə tələbələr üçün ən yaxşı şəhərlər

Türkiyədə universitet seçərkən şəhər amili də təhsil müəssisəsinin özü qədər əhəmiyyətlidir. Yaşayış xərcləri, nəqliyyat, tələbə yataqxanalarının əlçatanlığı, sosial həyat və təcrübə imkanları tələbənin gündəlik həyatına birbaşa təsir göstərir. Bəzi şəhərlər geniş iş və karyera imkanları ilə seçildiyi halda, digərləri daha münasib yaşayış xərcləri və sakit tələbə mühiti ilə fərqlənir.

1. İstanbul: Türkiyənin ən böyük şəhəri olan İstanbul dövlət və özəl universitetlərin çoxluğu, beynəlxalq şirkətlər və təcrübə imkanları ilə seçilir. Bununla yanaşı, yaşayış və kirayə xərcləri digər şəhərlərlə müqayisədə yüksək olur.

2. Ankara: Türkiyənin paytaxtı mühəndislik, tibb, hüquq və beynəlxalq münasibətlər kimi sahələrdə təhsil almaq istəyənlər üçün geniş seçim imkanlarına malikdir. Şəhərdə tələbə həyatı inkişaf edib və müxtəlif büdcələrə uyğun yaşayış variantları tapmaq mümkündür.

3. İzmir: Mülayim iqlimi, sahilyanı mövqeyi və rahat şəhər mühiti ilə seçilən İzmir tələbələr arasında populyardır. Şəhərdə dövlət və özəl universitetlər fəaliyyət göstərir, lakin bəzi ərazilərdə kirayə qiymətləri yüksəkdir.

4. Eskişehir: Tələbə şəhəri kimi tanınan Eskişehir münasib sosial mühiti, universitet həyatı və nəqliyyat rahatlığı ilə diqqət çəkir. Daha qənaətli büdcə ilə təhsil almaq istəyənlər üçün uyğun seçimlərdən biridir.

5. Bursa: Sənaye və istehsal sektorunun inkişaf etdiyi Bursa xüsusilə mühəndislik, biznes və texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün maraqlı imkanlar yaradır. Şəhər İstanbul ilə müqayisədə bəzi yaşayış xərcləri baxımından daha münasibdir.

6. Antalya: Turizm və xidmət sektorunun geniş inkişaf etdiyi Antalya turizm, otelçilik və biznes sahələrində təhsil alan tələbələr üçün əlverişlidir. Şəhərdə yaşayış xərcləri mövsümə və yerləşmə ərazisinə görə dəyişir.

7. Konya: Daha sakit şəhər mühiti və müxtəlif dövlət universitetləri ilə seçilən Konya, xüsusilə mühəndislik, kənd təsərrüfatı və texniki sahələrə maraq göstərən tələbələr üçün nəzərdən keçirilir. Yaşayış xərcləri bir çox böyük şəhərlə müqayisədə daha münasibdir.

8. Kayseri: Sənaye, ticarət və texniki təhsil imkanları ilə tanınan Kayseri münasib büdcə ilə universitet həyatı qurmaq istəyən tələbələr üçün alternativdir. Şəhərdə müxtəlif ixtisaslar üzrə təhsil proqramları mövcuddur.

9. Samsun: Qara dəniz sahilində yerləşən Samsun universitetləri, tələbə mühiti və sahilyanı şəhər həyatı ilə seçilir. Şəhər səhiyyə, mühəndislik və digər sahələr üzrə təhsil almaq istəyənlər üçün araşdırılır.

10. Trabzon: Təbii gözəllikləri və universitet mühiti ilə seçilən Trabzon daha sakit şəhərdə yaşamaq istəyən tələbələr üçün uyğun variantdır. Burada təhsil və yaşayış xərcləri seçilən universitetə və şəxsi ehtiyaclara görə dəyişir.

Türkiyədə təhsil üçün tələb olunan sənədlər

Türkiyə universitetlərinə qəbul üçün sənədlərin düzgün hazırlanması müraciət prosesinin əsas mərhələlərindən biridir. Tələb olunan sənədlər bakalavr, magistratura və doktorantura pillələrinə, seçilən ixtisasa və universitetin qəbul qaydalarına görə dəyişir. Azərbaycanlı tələbələrdən adətən təhsil haqqında sənəd, şəxsiyyəti təsdiq edən sənəd və müraciət forması tələb olunur. Bəzi universitetlər əlavə olaraq imtahan nəticələri, dil sertifikatı, motivasiya məktubu və digər sənədlər də tələb olnur.

  1. Şəxsiyyəti təsdiq edən sənəd: Xarici pasport və ya universitetin qəbul etdiyi digər şəxsiyyət sənədi.

  2. Attestat və ya diplom: Bakalavr pilləsinə müraciət edənlər üçün tam orta təhsil haqqında attestat, magistratura və doktorantura üçün isə əvvəlki təhsil pilləsini bitirdiyini təsdiqləyən diplom.

  3. Qiymət cədvəli (transkript): Təhsil müddətində alınan qiymətləri və ümumi akademik göstəriciləri əks etdirən rəsmi sənəd.

  4. Qəbul imtahanının nəticəsi: Universitetin tələbindən asılı olaraq TR-YÖS, SAT və ya qəbul edilən digər imtahanların nəticələri.

  5. Dil biliyini təsdiq edən sertifikat: İngilis və ya türk dilində tədris olunan proqramlar üçün universitetin qəbul etdiyi dil sertifikatı tələb olunur.

  6. Fotoşəkil: Universitetin müəyyən etdiyi ölçü və tələblərə uyğun biometrik fotoşəkil.

  7. Müraciət forması: Universitetin onlayn qəbul sistemində doldurulan ərizə forması.

  8. Diplomun tanınması və ekvivalentlik sənədi: Bəzi universitetlər qeydiyyat zamanı əvvəlki təhsil sənədinin Türkiyədəki müvafiq təhsil səviyyəsinə uyğunluğunu təsdiqləyən sənəd tələb edir.

  9. Əlavə sənədlər: Magistratura və doktorantura müraciətlərində motivasiya məktubu, tövsiyə məktubu, CV və tədqiqat planı kimi sənədlər istənilir. 

Qeyd: Sənədlərin türk dilinə tərcüməsi, notarial təsdiqi və ya digər rəsmi təsdiqləri universitetin qaydalarına uyğun hazırlanmalıdır. Dəqiq siyahını müraciət ediləcək universitetin rəsmi saytından yoxlamaq vacibdir, çünki qəbul və qeydiyyat mərhələlərində tələb olunan sənədlər fərqlənə bilər. 

Türkiyə universitetlərinə qəbul imtahanlarına hazırlıq

Türkiyədə universitetə qəbul olmaq istəyən tələbələr üçün imtahana hazırlıq prosesi seçilən universitetin və ixtisasın tələblərinə uyğun qurulmalıdır. Bəzi universitetlər TR-YÖS və SAT nəticələrini nəzərə alır, digərləri isə attestat göstəriciləri əsasında qəbul aparır. Buna görə hazırlığa başlamazdan əvvəl hansı imtahanın tələb olunduğunu və minimum bal şərtlərini dəqiqləşdirmək vacibdir.

1. Qəbul tələblərini araşdırmaq: Müraciət etmək istədiyiniz universitetlərin rəsmi qəbul şərtlərini yoxlayın. İmtahan növünü, tələb olunan balı və qeydiyyat tarixlərini əvvəlcədən müəyyənləşdirin.

2. Hazırlıq planı qurmaq: İmtahana qədər qalan vaxta uyğun gündəlik və həftəlik dərs cədvəli hazırlayın. Mövzuları mərhələli şəkildə öyrənmək və müntəzəm təkrar etmək biliklərin möhkəmlənməsinə kömək edir.

3. TR-YÖS imtahanına hazırlaşmaq: Bu imtahan üçün əsasən riyazi bacarıqlar, məntiq və ümumi qabiliyyət tapşırıqları üzərində işləmək lazımdır. Sınaq testləri həll etmək sualların formatını mənimsəməyə və vaxtı düzgün bölüşdürməyə kömək edir.

4. SAT imtahanına hazırlaşmaq: SAT üçün riyaziyyat, ingilis dilində oxu və yazı bacarıqlarını inkişaf etdirmək vacibdir. Rəsmi nümunə suallar üzərində işləmək və vaxt məhdudiyyəti ilə sınaqlar keçirmək imtahan təcrübəsini artırır.

5. Dil biliklərini inkişaf etdirmək: İngilis və ya türk dilində tədris olunan proqramlara müraciət edirsinizsə, universitetin dil tələblərini əvvəlcədən öyrənin. Lazım gəldikdə dil imtahanına ayrıca hazırlaşın.

6. Sınaq imtahanları vermək: Müəyyən aralıqlarla tam formatlı sınaqlar həll edərək nəticələrinizi izləyin. Çətinlik çəkdiyiniz mövzuları müəyyənləşdirib hazırlıq planınızı buna uyğun yeniləyin.

7. Sənədləri və qeydiyyatı vaxtında tamamlamaq: İmtahana qeydiyyat tarixlərini, tələb olunan sənədləri və nəticələrin universitetlər tərəfindən qəbul edildiyi müddəti yoxlayın. Beləliklə, imtahan nəticələriniz hazır olduqda müraciət prosesində gecikmə riski azalacaq.

Türkiyədə təhsil və yaşayış xərclərinin planlaşdırılması

Türkiyədə universitet təhsilinə hazırlaşarkən yalnız təhsil haqqını deyil, gündəlik yaşayış və digər zəruri xərcləri də əvvəlcədən hesablamaq lazımdır. Tələbənin aylıq büdcəsi seçdiyi şəhərdən, universitetin dövlət və ya özəl olmasından, yaşayış yerindən və şəxsi ehtiyaclarından asılı olaraq dəyişir. İstanbul kimi böyük şəhərlərdə kirayə və gündəlik xərclər daha yüksək ola bildiyi halda, bəzi digər şəhərlərdə daha qənaətli yaşamaq mümkündür. Xərclərin əvvəlcədən planlaşdırılması ailə büdcəsini düzgün bölüşdürməyə, gözlənilməz ödənişlərə hazır olmağa və Türkiyədə tələbə həyatına daha rahat uyğunlaşmağa kömək edir.

1. Təhsil haqqı: Dövlət və özəl universitetlərin ödənişlərini, eləcə də seçilən ixtisas üzrə illik təhsil haqqını müqayisə edin. Beynəlxalq tələbələr üçün ödənişlər universitetə və proqramın xüsusiyyətlərinə görə dəyişir. 

2. Yaşayış yeri: Dövlət yataqxanası, özəl yataqxana və kirayə mənzil variantlarını nəzərdən keçirin. Qiymətlə yanaşı, universitetə məsafəni, kommunal xərcləri və depozit tələbini də nəzərə alın. 

3. Qidalanma və gündəlik ehtiyaclar: Aylıq ərzaq, universitet yeməkxanası, şəxsi gigiyena vasitələri və digər gündəlik tələbatlar üçün ayrıca büdcə ayırın. Evdə yemək hazırlamaq bəzi hallarda xərcləri azaltmağa kömək edir.

4. Nəqliyyat xərcləri: Universitetə gediş-gəliş, ictimai nəqliyyat kartı və zəruri səfərlər üçün aylıq məbləğ müəyyənləşdirin. Yaşayış yerini universitetə yaxın seçmək nəqliyyat xərclərini azaltmağa imkan verir.

5. Təhsil materialları və əlavə ödənişlər: Kitablar, dərs vəsaitləri, laboratoriya ləvazimatları, internet və digər tədris ehtiyaclarını büdcəyə daxil edin. Universitetin tələb etdiyi əlavə ödənişləri də əvvəlcədən dəqiqləşdirin.

6. Ehtiyat büdcə: Tibbi ehtiyaclar, sənədləşmə, gözlənilməz səfərlər və digər planlaşdırılmamış xərclər üçün əlavə vəsait saxlayın. Bu, maliyyə çətinliklərinin qarşısını almağa kömək edər.

7. Təqaüd və endirim imkanları: Universitetlərin təqaüd proqramlarını, təhsil haqqı güzəştlərini və yataqxana dəstəyini araşdırın. Uyğun proqramlardan yararlanmaq təhsil və yaşayış xərclərinin bir hissəsini qarşılamağa kömək edir.

Müştərilərimizin Rəyləri

Tələbə təcrübələri

Səbinə Aslanova

Marmara Group sayəsində Türkiyəyə təhsil üçün getdim, bu ölkənin təhsili məni çox qane etdi. Öncədən kifayət qədər məlumat aldığım üçün buraya adaptasiya olmaq mənə çox rahat oldu.

Kamil Xaliqov

Türkiyədə təhsil almağa qərar verdiyim zaman mənim üçün çox çətin olacağını düşündüm. Öncədən peşəkar mütəxəssislər tərəfindən məlumatlandırıldığım üçün mənim üçün çox rahat oldu.

Türkiyədə Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

FAQ

Hansı universitetlərə müraciət edə bilərəm?

Türkiyədə 200-dən çox universitet var. Müraciət edə biləcəyiniz universitetlər haqqında ətraflı məlumat almaq üçün, Türkiyədəki Yüksək Təhsil Kurumunun (YÖK) veb səhifəsini ziyarət edə bilərsiniz.

Müraciət üçün lazım olan sənədlər nələrdir?

Əsasən başvuru sənədləri arasında şəxsi məlumatlar, diplom, transkript, dil sertifikatı (əgər tələb olunursa), pasport nüsxəsi və şəkil kimi sənədlər yer alır. Lakin hər universitetin fərqli sənəd tələbləri ola bilər. Müraciət sənədləri ilə bağlı tam məlumat almaq üçün seçdiyiniz universitetin veb səhifəsini ziyarət edə bilərsiniz.

Başvuru nə vaxta qədər cavab verilir?

Başvuru cavabları ümumiyyətlə 4-6 həftə müddətində verilir. Bəzən bu proses daha çox vaxt tələb edə bilər. Başvuru prosesinin dəqiq məhsuldarlığı üçün universitetlərin veb səhifələrinə baxa bilərsiniz.

Türkiyədə Təhsillə Əlaqəli Xəbərlər

icef