Türkiyədə İT Təhsili

Türkiyədəki universitetlər müasir texnoloji infrastrukturu təcrübəli akademik heyəti və beynəlxalq standartlara uyğun tədris proqramları ilə tələbələrə yüksək səviyyəli İT təhsili təklif edir.

Hər il Azərbaycandan bir çox tələbə İT təhsili almaq üçün Türkiyəyə gedir. Bu tələbələr Türkiyənin təqdim etdiyi keyfiyyətli təhsil imkanlarından faydalanır və qlobal İT sektorunda rəqabət aparacaq bilik və bacarıqlarla sahib olurlar.

Türkiyənin İT təhsilindəki uğuru təkcə akademik sahədə deyil həm də praktik tətbiqlərdə və sektorla əməkdaşlıqda özünü göstərir. Universitetlərin təklif etdiyi təcrübə imkanları laboratoriya işləri və sənaye layihələri sayəsində tələbələr nəzəri biliklərini təcrübə ilə möhkəmləndirmək imkanı əldə edirlər.

Gəlin Türkiyədə İT təhsilinin keyfiyyəti universitetlərin təklif etdiyi proqramlar və təhsil haqları ilə bağlı ətraflı məlumat alaq.

Niyə Türkiyədə İT təhsili almalısınız?

İT sahəsi sürətlə inkişaf edən və dəyişən sahədir. Bu dinamik sektorda uğur qazanmaq və karyeranızda yaxşı yerdə olmaq üçün keyfiyyətli təhsil almaq böyük əhəmiyyət kəsb edir.

Türkiyədə İT sahəsində təhsil almağınız üçün bir çox səbəb var o cümlədən:

Keyfiyyətli təhsil proqramları

Türkiyədəki universitetlər İT təhsilində beynəlxalq standartlara uyğun tədris təklif edir. Xüsusilə Boğaziçi Universiteti Orta Doğu Texniki Universiteti (ODTÜ) İstanbul Texniki Universiteti (İTU) kimi aparıcı universitetlərin dünya səviyyəsində tanınan İT proqramları var.

Qabaqcıl texnologiya infrastruktur

Türkiyə İT təhsili üçün tələb olunan müasir texnoloji infrastruktura malik universitetlərlə sahibdir. Laboratoriyalar kompüter avadanlıqları proqram təminatı və tədqiqat mərkəzləri tələbələrə ən müasir texnologiyalarla işləmək imkanı verir. Bu yolla nəzəri biliklərinizi praktik tətbiqlərlə dəstəkləyə bilərsiniz.

Təcrübəli akademik heyət

Türkiyədəki universitetlərdə peşəkar və təcrübəli akademiklər dərs deyirlər. Bu professor və professor-müəllim heyəti sektordakı ən aktual məlumatları və yenilikləri tələbələrinə çatdırır və onları ən yaxşı şəkildə öyrədirlər.

Təcrübə və əməkdaşlıq

Türkiyə universitetləri İT sektorunda fəaliyyət göstərən böyük şirkətlərlə əməkdaşlıq edir. Bu yolla tələbələr təhsil müddətində təcrübə keçmək və sektorla təkbətək ünsiyyət qurmaq imkanı əldə edirlər.

Təqaüd və maliyyə imkanları

Türkiyə beynəlxalq tələbələrə müxtəlif təqaüdlər və maliyyə imkanları təklif edir. Türkiyə Təqaüdləri universitetlərin təklif etdiyi xüsusi təqaüdlər və vəqf təqaüdləri kimi dövlət tərəfindən dəstəklənən proqramlarla təhsil xərclərinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Karyera imkanları

Türkiyənin sürətlə inkişaf edən İT sektoru sahibkarlıq və startap ekosistemi məzunlara müxtəlif iş imkanları təklif edir. Diplomlar beynəlxalq səviyyədə tanındığından tələbələr məzun olduqdan sonra Azərbaycanda və ya başqa ölkədə rahatlıqla işləyə bilərlər.

Türkiyədə İT təhsili ala biləcəyiniz universitetlər

Türkiyənin ən yaxşı İT təhsili verən universitetlərindən bəziləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər QS reytinqləri Ortalama illik təhsil haqları
Boğaziçi Universiteti İstanbul 501-550 30.536 ₺
Orta Doğu Texniki Universiteti (ODTÜ) Ankara 250-300 259.993 ₺
İstanbul Texniki Universiteti (İTU) İstanbul 301-350 5.100 $
Koç Universiteti İstanbul 401 26.000 $
Sabancı Universiteti İstanbul 501-550 21.500 $
Hacettepe Universiteti Ankara 601-650 7.500 $
Bilkent Universiteti Ankara 450-500 550.000 ₺
Ege Universiteti İzmir 1001-1200 3.450 $
Ankara universiteti Ankara 801-850 110.100 ₺
İzmir Texnologiya İnstitutu İzmir 1201-1400
İstanbul Universiteti İstanbul 601-650 50.000 ₺
Yıldız Texniki Universiteti İstanbul 851-900 30.000 ₺
Dokuz Eylül Universiteti İzmir 1201-1400 67.000 ₺
Marmara Universiteti İstanbul 1001-1200

Türkiyədə İT təhsili üçün ortalama təhsil haqları

Türkiyədə İT təhsili üçün orta təhsil haqları universitetin dövlət və ya özəl olmasına görə dəyişir. Dövlət universitetlərində illik təhsil haqları təxminən 2000-5000 dollar arasında dəyişdiyi halda özəl universitetlərdə bu rəqəm 14500-20000 dollara qədər qalxır.

Məsələn, Orta Doğu Texniki Universitetində illik təhsil haqqı təxminən 4000 dollardır Koç Universitetində isə bu ödəniş 19500 dollar civarındadır.

Ödənişlər İT proqramı tədris pilləsindən asılı olaraq dəyişir.

Türkiyədə İT təhsili verən ən yaxşı dövlət universitetləri

Türkiyənin bir çox dövlət universitetlərində keyfiyyətli İT təhsili ala bilərsiniz. Onlardan bəziləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər

Ölkələrindəki

reytinqləri

Ortalama illik təhsil haqları
Orta Doğu Texniki Universiteti (ODTÜ) Ankara 250-300 259.993 ₺
Boğaziçi Universiteti İstanbul 501-550 30.536 ₺
İstanbul Texniki Universiteti (İTU) İstanbul 301-350 5.100 $
Hacettepe Universiteti Ankara 601-650 7.500 $
İzmir Texnologiya İnstitutu İzmir 1201-1400
Ege Universiteti İzmir 1100-1200 3.450 $
Ankara universiteti Ankara 801-850 110.100 ₺
İstanbul Universiteti İstanbul 601-650 50.000 ₺
Yıldız Texniki Universiteti İstanbul 851-900 30.000 ₺
Dokuz Eylül Universiteti İzmir 1201-1400 67.000 ₺

(Mənbə: https://safatr.com/en/ )

Türkiyədə İT təhsili üçün ən yaxşı özəl universitetlər

Türkiyənin bir çox özəl universitetlərində keyfiyyətli İT təhsili ala bilərsiniz. Onlardan bəziləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər QS reytinqləri Ortalama illik təhsil haqları
Koç Universiteti İstanbul 401 26.000 $
Sabancı Universiteti İstanbul

501-550

 

21.500 $
Bilkent Universiteti Ankara 450-500 550.000 ₺
Özyeğin Universiteti İstanbul 551-600 16.296 $
İstanbul Bilgi Universiteti İstanbul 1201-1400 9.900 $
Bahçeşehir Universiteti İstanbul 1-50 (Avropa üzrə) 7.898 $
İstanbul Şəhər Universiteti İstanbul 1-50 (Avropa üzrə)
Yeditepe Universiteti İstanbul 1-50 (Avropa üzrə) 22.000 $
Kadir Has Universiteti İstanbul 551-600 15.000 $
TOBB İqtisadiyyat və Texnologiya Universiteti (TOBB ETÜ) Ankara 1-50 (Avropa üzrə)

Türkiyədə İT üzrə bakalavr təhsili

Türkiyədə İT üzrə bakalavr təhsili 4 il davam edir. Bu müddət tələbələrin təhsil müddətində keçdikləri kurslara təcrübə proqramlarına və müxtəlif layihələrə görə dəyişə bilər.

Ən məşhur bakalavr proqramları:

  • Kompüter mühəndisliyi
  • Proqram mühəndisliyi
  • İnformasiya Sistemləri və Texnologiyaları
  • İnformasiya Sistemləri Mühəndisliyi
  • İdarəetmə informasiya sistemləri
  • Kompüter elmləri
  • Kibertəhlükəsizlik
  • Məlumat Elmləri və Analitika
  • Elektrik-Elektron Mühəndisliyi (İT vurğusu)

Türkiyədə İT üzrə magistratura təhsili

Magistr təhsili 2 il davam edir və proses bu müddət ərzində tələbələrə nəzəri biliklər verilir real layihələr üzərində çalışır.

Ən məşhur magistr proqramları:

  • Kompüter mühəndisliyi
  • Proqram mühəndisliyi
  • İnformasiya Sistemləri və Texnologiyaları
  • İnformasiya Sistemləri Mühəndisliyi
  • idarəetmə informasiya sistemləri
  • Kibertəhlükəsizlik
  • Məlumat Elmləri və Analitika
  • Süni intellekt və maşın öyrənməsi
  • Böyük məlumat və analitika
  • Şəbəkə və Sistem İdarəetmə

Türkiyədə İT üzrə doktorantura təhsili

Türkiyədə İnformasiya Texnologiyaları sahəsində doktorantura təhsili 4-6 il aralığında davam edir və qabaqcıl akademik tədqiqatların aparılması məqsədi daşıyan proqramlardan ibarətdir.

Ən məşhur doktorantura proqramlar:

  • Kompüter mühəndisliyi
  • Proqram mühəndisliyi
  • İnformasiya Sistemləri və Texnologiyaları
  • İnformasiya Sistemləri Mühəndisliyi
  • idarəetmə informasiya sistemləri
  • Kibertəhlükəsizlik
  • Məlumat Elmləri və Analitika
  • Süni intellekt və maşın öyrənməsi
  • Böyük məlumat və analitika
  • Şəbəkə və Sistem İdarəetmə

Türkiyədə İT təhsilində keçirilən dərslər

Keçirilən dərslər tədris pilləsi və proqramdan asılı olaraq dəyişsə də, ümumi dərslərə bunlar aiddir:

  • Rəqəmsal məntiq dizaynı
  • Diskret hesablama texnikaları
  • Analiz
  • İnformasiya sistemləri mühəndisliyi
  • Kompüter proqramlaşdırması
  • Xətti cəbr
  • Alqoritmlər və məlumat strukturları
  • Elektrik dövrələri
  • Diferensial tənliklər
  • Obyekt yönümlü proqramlaşdırma
  • İşarələr və sistemlər
  • Elektron
  • Mühəndislik üçün riyazi metodlar
  • Proqram mühəndisliyi
  • Rabitə sistemləri
  • Mikroprosessorlar
  • Rəqəmsal siqnal emalı
  • Ehtimal və statistik metodlar
  • Əməliyyat sistemləri
  • Verilənlər bazasının idarəetmə sistemləri
  • Məlumat kommunikasiyaları və kompüter şəbəkələri

(Mənbə: https://www.kariyer.net/ )

Türkiyədə İT təhsili üçün tələb olunan sənədlər

Türkiyədə İT üzrə təhsil almaq üçün tələb olunan sənədlər universitetin tələblərinə və proqrama görə dəyişə bilər.

Bununla belə, tələb olunan ümumi sənədlər bunlardır:

Ərizə forması: Universitetin rəsmi ərizə forması doldurulmalıdır.

Attestat və transkripti: Bakalavr təhsili üçün.

Diplom və transkript: Magistr üçün bakalavr diplom və transkripti, doktorantura üçünsə hər 2 diplom və transkript.

Dil biliyi: Xarici dillərdə təhsil verən proqramlar üçün TOEFL və IELTS kimi imtahan nəticələri.

ALES, YÖS və ya GRE nəticəsi: Akademik Kadrlar və Lisansüstü Təhsilə Qəbul İmtahanı (ALES), Yabancı Öğrenci Sınavı (YÖS) və ya Graduate Record Examination (GRE) nəticələri.

Motivasiya məktubu: Proqramda niyə təhsil almaq istədiyinizi izah etdiyiniz sənəd.

Referans məktubları: Akademik və ya peşəkar istinadlar.

Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin nortaial qaydada təsdiqlənmiş surəti.

Şəkil: Pasport şəkli.

Müraciət haqqı: Universitet tərəfindən müəyyən edilmiş ərizə haqqının ödənilməsini təsdiqləyən qəbz.

Bu sənədlər Türkiyədə İT proqramları üçün müraciət prosesində əsas tələblər hesab olunur. Universitetə və tədris pilləsindən aslı olaraq əlavə və ya fərqli sənədlər tələb oluna biləcəyindən sənədlərlə bağlı dəqiq məlumatı maraqlandığınız universitetin rəsmi veb-saytından almağınız məsləhətdir.

SAT ilə Türkiyədə İT təhsili

Türkiyədə SAT imtahanı ilə İT üzrə təhsil almaq mümkündür. Bir çox universitet SAT nəticələrini qəbul edir. SAT balı ilə müraciət edərkən orta məktəb attestatı, transkript və dil biliyi sertifikatı kimi əlavə sənədlər də tələb olunur.

YÖS ilə Türkiyədə İT təhsili

Yabancı Öğrenci Sınavı (YÖS) ilə Türkiyədə İT təhsili almaq mümkündür. Xarici tələbələrin Türkiyə universitetlərinə müraciət etmələri üçün YÖS tələb olunur.

Bu imtahan riyaziyyatı və əsas öyrənmə bacarıqlarını ölçən suallardan ibarətdir.

YÖS vasitəsilə müraciət edərkən imtahan nəticələrinə əlavə olaraq orta məktəb attestatı, transkript və dil biliyi sənədləri kimi əlavə sənədlər tələb olunur.

Universitetlər sizin YÖS balınızı və digər sənədləri qiymətləndirərək qəbul prosesini tamamlayır.

Attestatla Türkiyədə İT təhsili

Türkiyənin ən yaxşı univetsitetlərində attestatla təhsil ala bilərsiniz. Bir çox universitetlər yerli və xarici tələbələri attestatla qəbul edir. Bakalavr proqramlarına müraciət etmək üçün tələbələr attestata sahib olmaları və m və universitet tərəfindən müəyyən edilmiş digər müraciət tələblərinə cavab vermələri yetərlidir. Bu tələblərə adətən ortalama qiymətlər, universitetə ​​qəbul imtahanı balları (YKS) və bəzi hallarda xarici dil bilikləri sertifikatları daxildir.

Türkiyədə İT üçün tələb olunan bacarıqlar

Türkiyədə İnformasiya Texnologiyaları (İT) təhsili almaq üçün tələb olunan bacarıqlar həm texniki bilik, həm də analitik düşünmə qabiliyyəti tələb edir.

İT tələbələri üçün vacib olan bəzi əsas bacarıqlar bunlardır:

Texniki bacarıqlar:

  • Proqramlaşdırma dilləri: C, C++, Java, Python kimi məşhur proqramlaşdırma dillərində bacarıq.
  • Məlumat strukturları və alqoritmləri: Məlumat strukturları və alqoritmlərinin başa düşülməsi və tətbiqi.
  • Şəbəkə idarəetmə və təhlükəsizliyi: Kompüter şəbəkələrinin quraşdırılması, idarə edilməsi və təhlükəsizliyi haqqında biliklər.
  • “Database Management”: SQL və digər verilənlər bazası idarəetmə sistemlərindən istifadə etmək bacarığı.
  • Proqram təminatının inkişafı: Proqram təminatının inkişaf dövrünü və metodologiyalarını (məsələn: Agile, Scrum) bilmək.

Analitik və problem həll etmə bacarıqları:

  • Analitik düşüncə: Mürəkkəb problemləri təhlil etmək və həll yollarını hazırlamaq bacarığı.
  • Riyaziyyat və məntiq: Riyazi və məntiqi düşünmə bacarıqları alqoritmlər və məlumatların təhlili üçün xüsusilə vacibdir.
  • Detallara diqqət: Kodlaşdırma və sistem idarəçiliyi zamanı detallara diqqət yetirmək bacarığı.
  • Ünsiyyət bacarıqları: Komanda işində və layihələrdə effektiv ünsiyyət qurmaq bacarığı.
  • Öyrənməyə açıqlıq: Daim öyrənmək və yeni texnologiyalara uyğunlaşma bacarığı.
  • Layihə idarəetmə: Zamanın idarə edilməsi, layihənin planlaşdırılması və icrası bacarıqları.

Bu bacarıqlar İT sahəsində uğurlu təhsil və karyera üçün zəruri bacarlıqlardır.

Türkiyədə İT üzrə hansı praktika imkanları var?

Türkiyədə İT üzrə təhsil alan tələbələr üçün müxtəlif praktika imkanları mövcuddur. Praktikalara həm universitetlər tərəfindən yönləndirilir, həm də tələbələr özləri müxtəlif şirkətlərin təcrübə proqramlarına müraciət edə bilərlər.

İT tələbələrinin təcrübə keçə biləcəyi yerlərdən bəziləri bunlardır:

İT şirkətləri: Türkiyədə fəaliyyət göstərən bir çox böyük və orta ölçülü İT və proqram təminatı şirkətləri İT tələbələrinə təcrübə imkanları təklif edir.

Məsələn, Microsoft Türkiyə, IBM Türkiyə, Aselsan, Havelsan və Netaş kimi şirkətlər tələbələrə müxtəlif layihələrdə iştirak etmək imkanı verir.

Maliyyə və bank sektoru: Banklar və maliyyə qurumları İT sahəsi üzrə təcrübəçilər qəbul edirlər.

Garanti BBVA, Akbank və Yapı Kredi kimi bankların informasiya texnologiyaları departamentlərində təcrübəçilər işə götürülür.

Telekommunikasiya şirkətləri: Türk Telekom, Vodafone Türkiyə və Turkcell kimi telekommunikasiya şirkətləri İT tələbələri üçün təcrübə imkanları təklif edir.

Bu şirkətlərdə tələbələr şəbəkə idarəçiliyi, məlumat analitikası və proqram təminatının inkişafı kimi sahələrdə təcrübə keçə bilər.

Texnologiya Start-upları: Bütün dünyada olduğu kimi, Türkiyədə də start-uplar real layihə üzərində çalışmaq istəyən tələbələr üçün ən yaxşı praktika yerlərindən biridir.

Xüsusilə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə bir çox startap İT tələbələrini qəbul edir və tələbələr bu imkandan yararlana bilərlər.

Bunlar praktika imkanlarının bir hissəsidir. Türkiyədə istər özəl, istərsə də dövlət sektorunda tələbələr üçün olan praktikalar mövcuddur. Praktikayla bağlı ətraflı məlumat və müraciət üçün universitetlərin karyera mərkəzlərindən və maraqlandığınız şirkətlərin rəsmi veb-saytlarından məlumat ala bilərsiniz.

Türkiyənin İT sahəsində ən yaxşı tədqiqat institutları

Ən yaxşı tədqiqat institutlarından bəziləri və onların əsas tədqiqat sahələri:

  • TÜBİTAK Bilişim və Bilgi Güvenliği İleri Teknolojiler Araştırma Merkezi (BİLGEM): Kiber təhlükəsizlik, kriptografiya, məlumat təhlükəsizliyi, verilənlər mədənçiliyi, süni intellekt, proqram mühəndisliyi.
  • ODTÜ Enformatik Enstitüsü: İnformasiya texnologiyaları, verilənlər elmi, kompüter şəbəkələri, proqram inkişafı, informatik sistemləri.
  • Boğaziçi Universiteti Bilişim Uygulama ve Araştırma Merkezi (BU-BİMER): Məlumat təhlükəsizliyi, proqram mühəndisliyi, verilənlər analitikası, süni intellekt və maşın öyrənməsi.
  • İTÜ Bilişim Enstitüsü: Kompüter mühəndisliyi, elektronika və rabitə, informatik sistemləri, proqram mühəndisliyi.
  • Sabancı Universiteti Bilgi Teknolojileri ve Telekomünikasyon Araştırma ve Uygulama Merkezi (ITRC): Telekomünikasiya, məlumat və kommunikasiya texnologiyaları, şəbəkə və verilənlər təhlükəsizliyi, proqram inkişafı.
  • Koç Universiteti İleri Bilişim Teknolojileri Uygulama ve Araştırma Merkezi (KU-ARC): Süni intellekt, verilənlər elmi, böyük verilənlər analitikası, informatik sistemləri, proqram mühəndisliyi.
  • Hacettepe Universiteti Bilgisayar Mühendisliği Bölümü Araştırma Merkezleri: Kompüter mühəndisliyi, verilənlər bazası idarəetməsi, kiber təhlükəsizlik, süni intellekt və maşın öyrənməsi.
  • Bilgi Üniversitesi İleri Araştırmalar Merkezi (BIAR): İnformasiya texnologiyaları, verilənlər analitikası, kiber təhlükəsizlik, proqram mühəndisliyi.

(Mənbə: https://edurank.org/)

Türkiyədə İT proqramları üzrə təqaüd imkanları

Türkiyədə İT təhsili ala tələbələr üçün bir çox təqaüdlər mövcuddur. Universitetlər, dövlət, şirkətlər, beynəlxalq təqaüd proqramlarının qarşıladığı onlarla təqaüddən yararlanıb maddi çətinlik çəkmədən təhsil ala bilərsiniz.

Tələbələrin yararlana biləcəyi təqaüd imkanlarından bəziləri bunlardır:

Türkiyə təqaüdləri: Türkiyə Respublikası tərəfindən verilən bu təqaüdlər bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alacaq beynəlxalq tələbələrə verilir. Təqaüdlər təhsil haqqı, aylıq təqaüd ödənişi, sağlamlıq sığortası və yaşayış yeri kimi bir çox xərcləri qarşılayır

Təqaüdə müraciət adətən hər ilin yanvar-fevral ayları arasında olur.

Universitet təqaüdləri: Bir çox türk universiteti beynəlxalq tələbələr üçün öz təqaüd proqramlarını təklif edir. Bu təqaüdlər akademik nailiyyətlərə əsasən verilir və tam təhsil haqqı, yaxud da təhsil haqqında endirimi əhatə edir.

Məsələn, Qoç Universiteti, Sabancı Universiteti, Bilkent Universiteti kimi universitetlər ən yüksək təqaüd verən universitetlərdəndir.

Türkiyə Təhsil Vəqfi (TEV) təqaüdləri: TEV Türkiyədə təhsil alan beynəlxalq tələbələrə ehtiyac və akademik nailiyyət əsasında təqaüd verir.

Azərbaycan dövlət təqaüdləri: Azərbaycanlı tələbələr həm də Azərbaycan Elm və Təhsil Nazirliyinin təqaüd imkanlarından yararlanmaqla Türkiyədə təhsil ala bilərlər. Dövlət təqaüdləri tam təhsil haqqını əhatə edir.

Bu təqaüdlər tələbələrə verilən təqaüdlərin bir hissəsidir. Hər bir universitetin, şirkətlərin tələbələrə təklif etdiyi çox saylı təqaüdlər mövcuddur ki, hər kəs bu təqaüdlərə müraciət edib yararlana bilər.

Siz də Türkiyədə İT təhsili almaq istəyirsinizsə, Marmara Group-a müraciət edin. Xaricdə təhsil mütəxəssislərimiz istədiyiniz universitetdə, təqaüdlü təhsil almağınız üçün sizə dəstək olacaq!

Türkiyədə Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər