Özbəkistanda Doktorantura Təhsili - Marmara Group

Özbəkistanda Doktorantura Təhsili

Özbəkistan son illərdə ali təhsil imkanlarını genişləndirən və beynəlxalq tələbələrin diqqətini cəlb edən ölkələrdən birinə çevrilib. Xüsusilə doktorantura təhsili almaq istəyən tələbələr üçün ölkədə müxtəlif universitet və elmi-tədqiqat müəssisələrində fərqli ixtisaslar üzrə proqramlar təqdim olunur. Münasib təhsil xərcləri, regiona yaxınlığı və akademik mühit Özbəkistanı doktorantura üçün nəzərdən keçirilə biləcək istiqamətlərdən birinə çevirir.

Özbəkistanda doktorantura təhsili əsasən elmi-tədqiqat və akademik fəaliyyətə yönəlib. Tələbələr seçdikləri sahə üzrə araşdırmalar aparır, elmi məqalələr hazırlayır və dissertasiya üzərində çalışırlar. Bu mərhələdə düzgün universitet və proqram seçimi, qəbul tələblərinin əvvəlcədən araşdırılması və sənədlərin vaxtında hazırlanması mühüm əhəmiyyət daşıyır.

Özbəkistanda doktorantura təhsilinin üstünlükləri

Özbəkistanda doktorantura təhsili akademik karyerasını inkişaf etdirmək və elmi fəaliyyətlə məşğul olmaq istəyənlər üçün müxtəlif imkanları mövcuddur. Ölkədə fərqli ixtisaslar üzrə proqramların olması tələbələrə öz maraq və akademik məqsədlərinə uyğun seçim etməyə şərait yaradır. Bundan əlavə, münasib təhsil və yaşayış xərcləri Özbəkistanı doktorantura üçün əlverişli istiqamətlərdən birinə çevirir.

1. Münasib təhsil xərcləri– Özbəkistanda doktorantura təhsilinin qiymətləri bir çox xarici ölkələrlə müqayisədə daha münasibdir. Bu da tələbələrə daha əlçatan büdcə ilə akademik təhsillərini davam etdirməyə imkan verir.

2. Aşağı yaşayış xərcləri– Özbəkistanda kirayə, qida, nəqliyyat və gündəlik ehtiyaclar üçün xərclər nisbətən münasibdir. Bu xüsusilə uzunmüddətli doktorantura təhsili planlaşdıran tələbələr üçün əhəmiyyətli üstünlükdür.

3. Müxtəlif ixtisas seçimləri– Ölkənin universitet və elmi-tədqiqat müəssisələrində müxtəlif elm sahələri üzrə doktorantura proqramları mövcuddur. Tələbələr maraq göstərdikləri istiqamətə uyğun proqram seçə bilərlər.

4. Azərbaycanlı tələbələr üçün uyğun mühit– Özbəkistanın Azərbaycana coğrafi yaxınlığı və mədəni baxımdan müəyyən oxşarlıqları tələbələrin yeni mühitə uyğunlaşmasını asanlaşdırır.

5. Elmi-tədqiqat imkanları– Doktorantura tələbələri seçdikləri sahə üzrə araşdırmalar aparmaq, elmi məqalələr hazırlamaq və akademik layihələrdə iştirak etmək imkanı əldə edirlər. Bu təcrübə gələcəkdə həm akademik, həm də peşəkar karyeraya müsbət təsir göstərir.

Özbəkistanda doktorantura təhsili üçün ən çox seçilən şəhərlər

Özbəkistanda doktorantura təhsili üçün şəhər seçərkən universitetlərin səviyyəsi, elmi-tədqiqat imkanları və tələbələr üçün yaradılan şərait nəzərə alınır. Xüsusilə böyük şəhərlər universitet və elmi-tədqiqat mərkəzlərinin çoxluğu ilə daha çox üstünlük təşkil edir. 

Özbəkistanda doktorantura təhsili üçün ən çox seçilən 10 şəhər bunlardır:

  1. Daşkənd

  2. Səmərqənd

  3. Buxara

  4. Fərqanə

  5. Namanqan

  6. Əndican

  7. Qarşi

  8. Nukus

  9. Cizzəx

  10. Termiz

Aşağı büdcə ilə doktorantura təhsili ala biləcəyiniz universitetlər

Özbəkistanda münasib büdcə ilə doktorantura təhsili almaq istəyən tələbələr üçün müxtəlif universitet seçimləri mövcuddur. Universitet seçərkən yalnız təhsil haqqını deyil, şəhərdəki yaşayış xərclərini və proqramın akademik imkanlarını da nəzərə almaq vacibdir. 

Özbəksitanda aşağı büdcə ilə dokturantura təhsili ala biləcəyiniz univeristetlər aşağdakılardır:

  1. Səmərqənd Dövlət Universiteti- Səmərqənd

  2. Daşkənd Dövlət İqtisad Universiteti- Daşkənd

  3. Fərqanə Dövlət Universiteti- Fərqanə

  4. Buxara Dövlət Universiteti- Buxara

  5. Əndican Dövlət Universiteti- Əndican

  6. Qarşi Dövlət Universiteti- Qarşi

  7. Namanqan Dövlət Universiteti- Namanqan

  8. Daşkənd Dövlət Texniki Universiteti- Daşkənd

  9. Səmərqənd Dövlət Tibb Universiteti- Səmərqənd

  10. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti-Daşkənd

Özbəkistanda doktorantura təhsili üçün universitetlər

Özbəkistanda doktorantura təhsili müxtəlif elm və ixtisas istiqamətləri üzrə bir sıra universitetlərdə təklif olunur. Universitet seçərkən proqramın ixtisasınıza uyğunluğu, elmi-tədqiqat imkanları və qəbul şərtləri əsas meyarlar arasında yer alır.

Özbəkistanda doktorantura təhsili üçün ən yaxşı 10 universitet bunlardır:

  1. Özbəkistan Milli Universiteti– Daşkənd

  2. Daşkənd Dövlət İqtisad Universiteti– Daşkənd

  3. Daşkənd Dövlət Şərqşünaslıq Universiteti– Daşkənd

  4. Səmərqənd Dövlət Universiteti– Səmərqənd

  5. Səmərqənd Dövlət Texniki Universiteti– Səmərqənd

  6. Buxara Dövlət Universiteti– Buxara

  7. Buxara Dövlət Texniki Universiteti– Buxara

  8. Buxara Dövlət Pedaqoji İnstitutu– Buxara

  9. Səmərqənd Dövlət Pedaqoji İnstitutu– Səmərqənd

  10. Fərqanə Dövlət Universiteti– Fərqanə

Doktorantura təhsili üçün ən çox seçilən ixtisaslar

Özbəkistanda doktorantura təhsili müxtəlif elm və peşə sahələrini əhatə edir. İxtisas seçərkən akademik maraqla yanaşı, gələcək karyera imkanlarını və elmi-tədqiqat perspektivlərini də nəzərə almaq vacibdir. 

Özbəkistanda dokturantura təhsili üçün tələbələr tərəfindən ən çox seçilən ixtisaslar aşağıdakıladır:

  1. Tibb və Səhiyyə

  2. Mühəndislik

  3. İqtisadiyyat

  4. Biznes və Menecment

  5. İnformasiya Texnologiyaları (IT)

  6. Hüquq

  7. Pedaqogika

  8. Filologiya və Dilçilik

  9. Kimya və Biologiya

  10. Kənd Təsərrüfatı və Aqrar Elmlər

Özbəkistanda doktoranturaya qəbul qaydası

Özbəkistanda doktorantura proqramlarına qəbul prosesi universitet və ixtisasdan asılı olaraq müəyyən fərqlər göstərə bilər. Namizədlərdən əsasən magistratura təhsilini başa vurmuş olmaları, seçdikləri ixtisasa uyğun akademik bazaya və elmi-tədqiqat marağına sahib olmaları tələb olunur. Qəbul zamanı sənədlərin düzgün hazırlanması və universitetin müəyyən etdiyi tələblərə cavab verilməsi vacibdir.

Özbəkistanda doktoranturaya qəbul qaydası aşağdakı kimidir:

  1. Magistratura diploma– Namizədin doktorantura proqramına müraciət etmək üçün magistratura və ya ona bərabər səviyyədə ali təhsil diplomu olmalıdır.

  2. İxtisas uyğunluğu– Seçilən doktorantura ixtisası namizədin əvvəlki təhsil və akademik hazırlığı ilə uyğun olmalıdır.

  3. Sənədlərin hazırlanması– Diplom, transkript, CV, şəxsiyyət sənədi, elmi işlər və universitetin tələb etdiyi digər sənədlər təqdim edilir.

  4. Dil biliyi– Proqramın tədris dilindən asılı olaraq namizəddən dil biliyini təsdiq edən sertifikat tələb olunur.

  5. Elmi tədqiqat mövzusu– Doktorantura üçün müraciət edən namizədin tədqiqat istiqamətini əvvəlcədən müəyyənləşdirməsi və bəzi universitetlərdə tədqiqat planı təqdim etməsi tələb olunur.

  6. Qəbul imtahanı və ya müsahibə– Universitetin qəbul qaydalarından asılı olaraq namizədlər imtahan, müsahibə və ya hər iki mərhələdən keçə bilərlər.

  7. Elmi rəhbər seçimi– Namizədin tədqiqat mövzusuna uyğun elmi rəhbər müəyyən edilir və doktorantura müddətində elmi işin hazırlanmasına rəhbərlik edir.

  8. Qəbulun təsdiqlənməsi– Bütün mərhələləri uğurla tamamlayan namizədin qəbul qərarı universitet tərəfindən təsdiqlənir və doktorantura təhsilinə başlamaq üçün qeydiyyat prosesi həyata keçirilir.

Özbəkistanda tələbə həyatı üçün ən yaxşı şəhərlər

Özbəkistanda tələbə həyatı üçün şəhər seçərkən universitetlərin yerləşməsi, yaşayış xərcləri, nəqliyyat imkanları və sosial mühit nəzərə alınır. Böyük şəhərlər tələbələrə həm təhsil, həm də asudə vaxt baxımından daha geniş imkanları mövcuddur. 

Özbəkistanda doktorantura tələbələri üçün daha əlverişli 10 şəhər aşağdakılardır:

  1. Daşkənd

  2. Səmərqənd

  3. Buxara

  4. Fərqanə

  5. Namanqan

  6. Əndican

  7. Qarşi

  8. Nukus

  9. Cizzəx

  10. Termiz

Müştərilərimizin Rəyləri

Özbəkistanda təqaüdlü doktorantura təhsili imkanı

Özbəkistanda doktorantura təhsili alan tələbələr üçün müxtəlif təqaüd və maliyyə dəstəyi imkanları mövcuddur. Təqaüdlər əsasən tələbənin akademik göstəriciləri, elmi-tədqiqat fəaliyyəti və nailiyyətləri əsasında təqdim olunur. Təqaüd proqramlarının şərtləri universitet və maliyyələşdirən qurumdan asılı olaraq dəyişir. 

  1. Özbəkistan Prezident Dövlət Təqaüdü– Yüksək akademik nəticələri və elmi-tədqiqat nailiyyətləri olan doktorantlar üçün nəzərdə tutulan nüfuzlu təqaüd proqramlarından biridir.

  2. Dövlət hesabına maliyyələşən doktorantura yerləri- Qəbul nəticələrinə əsasən bəzi doktorantura proqramlarında təhsil xərclərinin dövlət tərəfindən qarşılandığı yerlər mövcuddur.

  3. Universitet daxili təqaüdlər– Bəzi ali təhsil müəssisələri yüksək nəticə göstərən və elmi fəaliyyətlə fəal məşğul olan doktorantlara maliyyə dəstəyi təqdim edir.

  4. Elmi-tədqiqat qrantları– Doktorantlar müxtəlif elmi layihələr və tədqiqat proqramları çərçivəsində qrant və maliyyə dəstəyi əldə etmək imkanına sahib ola bilərlər.

  5. Beynəlxalq təqaüd və qrant proqramları– Bəzi beynəlxalq təşkilatlar və fondlar elmi-tədqiqat fəaliyyətini dəstəkləmək məqsədilə doktorantlar üçün müxtəlif maliyyə imkanları var.

Özbəkistanda doktorantura təhsili üçün tələb olunan sənədlər

Özbəkistanda doktorantura təhsilinə müraciət zamanı tələb olunan sənədlər seçilən universitet və proqramdan asılı olaraq dəyişir. Bununla yanaşı, doktorantura proqramlarına qəbul üçün əksər ali təhsil müəssisələrində əsas akademik və elmi sənədlərin təqdim olunması tələb edilir. Sənədlərin tam və düzgün hazırlanması qəbul prosesinin vacib mərhələlərindən biridir. 

  1. Müraciət ərizəsi– Doktorantura proqramına qəbul üçün universitetin müəyyən etdiyi qaydada rəsmi müraciət ərizəsi təqdim olunur.

  2. CV və ya qısa bioqrafik məlumat– Namizədin təhsil, iş və elmi fəaliyyəti haqqında məlumatları əks etdirən sənəd tələb olunur.

  3. Magistratura diploma– PhD səviyyəsinə müraciət edən namizədlər magistratura diplomunu və tələb olunduğu halda diploma əlavəni təqdim etməlidirlər.

  4. Şəxsiyyəti təsdiq edən sənəd– Xarici tələbələrdən adətən pasportun surəti tələb olunur. 

  5. Əmək kitabçası və ya iş fəaliyyəti haqqında sənəd– İşləyən namizədlərdən iş təcrübəsini təsdiq edən sənəd tələb olunur.

  6. Elmi məqalə və tezislərin siyahısı– Doktoranturaya müraciət zamanı namizədin əvvəlki elmi fəaliyyətini göstərən məqalələr və konfrans tezisləri təqdim edilir. PhD üçün bəzi proqramlarda ən azı bir elmi məqalə və iki tezis tələb olunur.

  7. Elmi işlərin surətləri– Namizədin təqdim etdiyi elmi məqalə və digər akademik nəşrlərin surətlərinin əlavə olunması tələb edilir.

  8. Tədqiqat və ya dissertasiya planı– Bəzi universitetlər namizədin doktorantura dövründə aparacağı tədqiqatla bağlı ətraflı plan təqdim etməsini tələb edir.

  9. Xarici dil biliyini təsdiq edən sertifikat– Universitetin və proqramın tələblərindən asılı olaraq B2 səviyyəsində və ya qəbul edilən digər beynəlxalq dil sertifikatının təqdim olunması tələb olunur.

  10. Əlavə sənədlər– Seçilən universitet və ixtisasdan asılı olaraq elmi rəhbərin razılığı, tövsiyə məktubu və ya digər əlavə sənədlər də tələb olunur.

Özbəkistanda tələbələrin aylıq xərcləri

Özbəkistanda tələbələrin aylıq yaşayış xərcləri seçilən şəhər, yaşayış görnüşü və şəxsi həyat tərzindən asılı olaraq dəyişir. Daşkənd kimi böyük şəhərlərdə kirayə və gündəlik xərclər digər şəhərlərlə müqayisədə daha yüksəkdisr. Tələbə yataqxanasında qalmaq və ya mənzili digər tələbələrlə paylaşmaq aylıq büdcəni azaltmağa kömək edir. Əsas xərclərə yaşayış, qidalanma, nəqliyyat, internet və şəxsi ehtiyaclar daxildir. 

  1. Yaşayış və kirayə xərcləri– Aylıq büdcənin ən böyük hissəsini yaşayış xərcləri təşkil edir. Yataqxana və ya paylaşılan mənzil tələbələr üçün daha qənaətcil seçim ola bilər.

  2. Qidalanma xərcləri– Tələbənin evdə yemək hazırlaması və ya tez-tez restoran və kafelərdən istifadə etməsi aylıq qida büdcəsinə birbaşa təsir göstərir.

  3. Şəhərdaxili nəqliyyat– İctimai nəqliyyatdan istifadə edən tələbələrin aylıq nəqliyyat xərcləri daha münasib olur. Taksi və digər alternativ nəqliyyat vasitələrindən tez-tez istifadə büdcəni artıra bilər.

  4. İnternet və mobil rabitə– Telefon, mobil internet və digər rabitə xidmətləri tələbələrin aylıq sabit xərcləri arasında yer alır.

  5. Şəxsi və sosial xərclər– Geyim, şəxsi qulluq, əyləncə, dərs materialları və digər gündəlik ehtiyaclar da aylıq büdcəyə əlavə olunur.

Özbəkistanda tələbə yataqxanaları

Özbəkistanda universitetlərin böyük bir hissəsi tələbələr üçün yataqxana imkanları mövcuddur. Yataqxanalar xüsusilə xarici və başqa şəhərlərdən gələn tələbələr üçün həm daha münasib, həm də universitetə yaxın yaşayış seçimi hesab olunur. Otaqların sayı, şəraiti və ödənişlər universitetdən asılı olaraq dəyişir. 

  1. Universitet yataqxanaları– Tələbələr əsasən universitetin kampusunda və ya təhsil müəssisəsinə yaxın yerləşən yataqxanalarda qala bilərlər.

  2. Xarici tələbələr üçün yaşayış– Bir sıra universitetlər xarici tələbələrə də yataqxanada qalmaq imkanı yaradır. 

  3. Otaq şəraiti– Universitetdən asılı olaraq bir, iki, üç və ya daha çox nəfərlik otaqlar mövcuddur. 

  4. Yataqxana imkanları — Otaqlarda əsas mebellərlə yanaşı, ümumi mətbəx, sanitar qovşaq, duş, Wi-Fi, camaşırxana və təhsil üçün xüsusi sahələr təqdim olunur.

  5. Təhlükəsizlik– Bir çox tələbə yataqxanasında girişə nəzarət, videomüşahidə və 24 saatlıq təhlükəsizlik sistemi fəaliyyət göstərir. 

  6. Münasib yaşayış seçimi– Yataqxanada qalmaq mənzil kirayəsi ilə müqayisədə daha qənaətcil ola bilər və tələbənin aylıq yaşayış xərclərini azaltmağa kömək edir. 

Özbəkistanda doktorantura tələbələri üçün iş imkanları

Özbəkistanda doktorantura təhsili alan tələbələr üçün həm universitetlərdə, həm də elmi-tədqiqat müəssisələrində müxtəlif iş imkanları mövcuddur. Xüsusilə akademik fəaliyyətlə maraqlanan doktorantlar tədris və tədqiqat sahəsində öz təcrübələrini inkişaf etdirə bilərlər. Bəzi universitetlər doktorantların təhsil müddətində müəyyən iş imkanlarından yararlanmasına şərait yaradır. 

  1. Universitetlərdə müəllimlik– Doktorantlar ixtisaslarına uyğun olaraq universitetlərdə müəllim və ya assistent kimi fəaliyyət göstərə bilərlər.

  2. Elmi-tədqiqat fəaliyyəti– Universitet və tədqiqat mərkəzlərində elmi layihələrə qoşularaq araşdırmalar apara və elmi məqalələr hazırlaya bilərlər.

  3. Tədqiqat layihələri və qrantlar– Müxtəlif elmi və innovativ layihələrdə iştirak etmək, qrant proqramlarına müraciət etmək və tədqiqat fəaliyyətini maliyyələşdirmək imkanları mövcuddur. 

  4. Akademik assistentlik– Doktorantlar universitetlərdə dərslərin təşkili, tələbələrlə iş və elmi fəaliyyətlərdə akademik heyətə dəstək göstərə bilərlər.

  5. Özəl sektorda iş– İxtisasından asılı olaraq doktorantlar şirkətlərdə analitik, mütəxəssis, məsləhətçi və tədqiqat yönümlü vəzifələrdə də çalışa bilərlər.

  6. Universitetlərdə yarımştat iş– Bəzi ali təhsil müəssisələri doktorantlara təhsil prosesi ilə paralel olaraq yarımştat işləmək imkanı yaradır. Məsələn, müəyyən doktorantura proqramlarında doktorantların 0,25 ştat üzrə işə qəbul edilməsi nəzərdə tutulur. 

Özbəkistanda doktorantura məzunları üçün iş imkanları

Doktorantura təhsilini başa vuran məzunlar əldə etdikləri elmi və akademik təcrübədən asılı olaraq müxtəlif sahələrdə karyera qura bilərlər. Xüsusilə universitetlər və elmi-tədqiqat müəssisələri doktorantura məzunlarının əsas iş istiqamətləri sırasında yer alır. Bununla yanaşı, dövlət qurumları və özəl sektor da yüksək ixtisaslı mütəxəssislər üçün müxtəlif imkanları mövcuddur. 

  1. Universitetlərdə müəllimlik– Doktorantura məzunları universitetlərdə müəllim, baş müəllim və ya dosent kimi akademik fəaliyyətlərini davam etdirə bilərlər.

  2. Elmi-tədqiqat müəssisələri– Elmi araşdırma aparmaq istəyən məzunlar universitetlərin və elmi-tədqiqat institutlarının tədqiqatçı heyətinə qoşula bilərlər.

  3. Dövlət qurumları– İxtisasdan asılı olaraq doktorantura məzunları müxtəlif dövlət strukturlarında ekspert, analitik və mütəxəssis vəzifələrində çalışa bilərlər.

  4. Özəl sector– İqtisadiyyat, IT, mühəndislik, maliyyə və digər sahələr üzrə məzunlar şirkətlərdə yüksək ixtisas və analitik düşüncə tələb edən vəzifələrdə işləyə bilərlər.

  5. Beynəlxalq təşkilatlar– Elmi və peşəkar təcrübəsi olan məzunlar beynəlxalq layihələrdə, təşkilatlarda və müxtəlif tədqiqat proqramlarında iştirak edə bilərlər.

  6. Elmi layihələr və qrant proqramları– Doktorantura məzunları elmi layihələr hazırlayaraq qrant proqramlarına müraciət edə və tədqiqat fəaliyyətlərini davam etdirə bilərlər.

  7. Postdoktorantura və akademik karyera– Elmi fəaliyyətini davam etdirmək istəyən məzunlar postdoktorantura proqramlarına müraciət edərək akademik karyeralarını daha da inkişaf etdirə bilərlər.

Özbəkistanda təhsil üçün viza və giriş prosesi

Özbəkistanda təhsil almaq istəyən xarici tələbələr üçün viza prosesi seçilən təhsil proqramına və vətəndaşlığa görə dəyişə bilər. Ölkənin rəsmi qaydalarına əsasən, uzunmüddətli təhsil üçün A-1 təhsil vizası tətbiq olunur və bu viza təhsil müddəti üçün, bir dəfəyə 1 ilə qədər verilə bilər. Azərbaycan vətəndaşları isə Özbəkistana vizasız daxil ola bildikləri üçün onların giriş proseduru daha sadədir. 

  1. Universitetdən qəbulun alınması– İlk olaraq Özbəkistanda seçilmiş universitetdən doktorantura proqramına qəbul təsdiqi alınmalıdır.

  2. Təhsil vizasının müəyyən edilməsi– Uzunmüddətli təhsil üçün A-1 təhsil vizası nəzərdə tutulur. Qısa müddətli və mübadilə proqramları üçün isə STD tələbə vizası tətbiq olunur.

  3. Universitetin müraciəti– Viza rəsmiləşdirilməsi üçün təhsil müəssisəsi tərəfindən müvafiq müraciət və sənədlər təqdim olunur. 

  4. Sənədlərin hazırlanması– Pasport, universitetdən qəbul sənədi və viza üçün tələb olunan digər sənədlər hazırlanaraq təqdim edilir.

  5. Özbəkistana giriş– Azərbaycan vətəndaşları üçün Özbəkistanda vizasız rejim tətbiq olunduğundan ölkəyə giriş zamanı viza tələb olunmur. 

  6. Qeydiyyat və miqrasiya prosedurları– Özbəkistana gəldikdən sonra tələbənin yaşayış yeri və miqrasiya qeydiyyatı ilə bağlı tələb olunan prosedurları vaxtında yerinə yetirməsi vacibdir.

Özbəkistanda doktorantura tələbə həyatı

Özbəkistanda doktorantura tələbə həyatı əsasən elmi-tədqiqat və akademik fəaliyyət üzərində qurulur. Tələbələr universitetdə araşdırmalar aparmaq, elmi tədbirlərdə iştirak etmək və öz sahələri üzrə mütəxəssislərlə əlaqələr yaratmaq imkanına sahib olurlar. Böyük şəhərlərdə sosial həyat və gündəlik ehtiyaclar üçün də kifayət qədər imkan mövcuddur. Münasib yaşayış xərcləri doktorantura dövründə tələbələrin büdcəsini daha rahat planlaşdırmasına kömək edir.

  1. Akademik mühit– Universitetlərdə elmi seminarlar, konfranslar və müxtəlif akademik tədbirlər keçirilir.

  2. Elmi-tədqiqat imkanları– Doktorantlar öz ixtisasları üzrə araşdırmalar apararaq elmi məqalələr və tədqiqat işləri hazırlaya bilərlər.

  3. Sosial həyat– Tələbələr universitet tədbirlərində, mədəni proqramlarda və müxtəlif sosial fəaliyyətlərdə iştirak edə bilərlər.

  4. Yaşayış şəraiti– Yataqxana və kirayə mənzil seçimləri tələbələrə büdcələrinə uyğun yaşayış variantı seçmək imkanı verir.

  5. Şəhər həyatı– Daşkənd, Səmərqənd və digər tələbə şəhərlərində nəqliyyat, kafe, kitabxana və istirahət məkanları tələbələrin gündəlik həyatını rahatlaşdırır.

Özbəkistanda Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Özbəkistanda Təhsillə Əlaqəli Xəbərlər

icef