Polşada Tələbə Vizası

Polşa keyfiyyətli təhsil imkanlarına görə bütün dünyadan tələbələri özünə cəlb edir. Tarixi zənginliyi, mədəni müxtəlifliyi və yüksək təhsil keyfiyyəti ilə seçilən Polşaya hər il yüzlərlə azərbaycanlı tələbə təhsil üçün yollanır.

Polşada təhsil almağı planlaşdıran tələbələr üçün ən vacib tələblərdən biri tələbə vizasıdır. Tələbə vizası Polşada qanuni təhsil almaq və bu müddət ərzində ölkədə yaşamaq üçün tələb olunan rəsmi icazədir.

Polşada təhsil almaq istəyən tələbələr tələbə vizası müraciəti üçün qəbul olunduqları universitetdən dəvət məktubundan əlavə müxtəlif sənədlər hazırlamalıdırlar. Bu sənədlər ərizənin təsdiqlənməsi və tələbənin Polşada problemsiz təhsilə başlaması üçün böyük əhəmiyyət kəsb edir. Bəs tələbə vizası üçün müraciət prosesi və tələb olunan sənədlər nələrdir? Gəlin bu haqda danışaq.

Polşada tələbə vizası almaq hara müraciət etmək lazımdır?

Polşada tələbə vizası üçün müraciət etmək üçün ilk növbədə ölkənizdəki Polşa konsulluğuna və ya səfirliyinə müraciət etməlisiniz. Azərbaycanlı tələbələr müraciət üçün Polşanın Azərbaycandakı səfirliyinə müraciət etməlidir.

Polşada tələbə vizası üçün necə müraciət edilməlidir?

Polşada tələbə vizası əldə etmək üçün müraciət prosesini belədir:

Qəbul məktubu alın: Əvvəlcə Polşada təhsil alacağınız sübutu olan qəbulla bağlı məktubunuz olmalıdır.

Tələb olunan sənədləri hazırlayın: Polşa tələbə vizası müraciətiniz üçün lazımi sənədləri düzgün və əskiksiz hazırlayıb təqdim etmək lazımdır.

Görüş təyin edin: Bütün sənədləri hazır etdikdən sonra Polşa səfirliyinin saytından görüş təyin etməyiniz və viza rüsumunu ödəməyiniz lazımdır

Müsahibəyə hazır olun: Bəzi hallarda viza müraciəti zamanı müsahibə keçirilə bilər. Əgər sizdən müsahibədə iştirak etmək istənilirsə, sizə təhsil planlarınız, Polşada qalma müddətiniz və maliyyə vəziyyətiniz haqqında suallar verilə bilər. Bu sualların hər birinə düzgün və tam cavab verilməsi mütləqdir.

Ərizənin və nəticənin qiymətləndirilməsi: Müraciətiniz tamamlandıqdan sonra Polşa səfirliyi ərizənizi qiymətləndirəcək. Qiymətləndirmə müddəti adətən bir neçə həftə çəkir. Müraciətiniz təsdiqləndikdən sonra tələbə vizası pasportunuza yapışdırılacaq və sizə geri göndəriləcək.

Bu addımları yerinə yetirməklə siz Polşada tələbə vizası ərizənizi uğurla tamamlaya bilərsiniz. Müraciət zamanı diqqətli və dəqiq olmağınız müraciətinizin müsbət nəticəsi üçün böyük əhəmiyyət kəsb edir.

(Mənbə: https://www.gov.pl/ )

Polşada tələbə vizası üçün tələb olunan sənədlər

  • Etibarlı pasport (müraciət edildiyi gündən ən azı 6 ay etibarlı olmalıdır)
  • Doldurulmuş və imzalanmış viza ərizə forması
  • Biometrik fotoşəkillər (2 ədəd, 3.5×4.5 ölçülü və arxa fon ağ olmalıdır)
  • Polşadakı təhsil müəssisəsindən qəbul məktubu
  • Tibbi sığorta (Polşada qalmanızı təmin etməlidir)
  • Maliyyə vəziyyətini göstərən sənədlər (bank çıxarışı, təqaüd sənədləri və s.)
  • Yerləşdirmə sənədləri (Polşada qalacağınız yer haqqında məlumat)
  • Viza müraciəti haqqının ödənildiyini göstərən qəbz

Bu sənədlər tələb olunana ümumi sənədlərdir. Bank hesabında lazım olan minimal məbləğ və sığorta təminatı ilə bağlı ətraflı məlumatı Polşa Səfirliyinin rəsmi veb-saytından ala bilərsiniz.

18 yaşdan aşağı tələbələr üçün tələb olunan sənədlər

18 yaşdan aşağı tələbələr üçün lazım olan sənədlərə yuxarıda qeyd olunan standart sənədlərdən əlavə olaraq bu sənədlər də lazımdır:

Doğum şəhadətnaməsi: Tələbənin doğum haqqında şəhadətnaməsinin əsli və notarial qaydada təsdiq edilmiş tərcüməsi.

Valideyn icazəsi: Hər iki valideynin uşağın Polşada təhsil almaq üçün xaricə getməsinə icazə verdiyini bildirən notarial qaydada təsdiq edilmiş razılıq (icazə sənədi).

Valideynlərdən biri və ya hər ikisi vəfat edibsə, bunu sübut etmək üçün rəsmi sənədlər (ölüm şəhadətnaməsi) təqdim edilməlidir.

Valideynlərin pasportlarının surətləri: Hər iki valideynin pasportlarının surətləri.

Qəyyumluq haqqında qərar: Valideynlər boşandıqda, uşağın qəyyumluğunun kimə məxsus olduğunu göstərən məhkəmə qərarı və onun notarial qaydada təsdiq edilmiş tərcüməsi.

(Mənbə: https://www.gov.pl/web/azerbaycan/viza-meseleleri—umumi-melumat )

Polşada tələbə vizasına nə zaman müraciət etmək lazımdır?

Polşa tələbə vizası üçün tədirisin başlamasına ən azı 3 ay qalmış müraciət etmək lazımdır. Mümkün gecikmələrin qarşısını almaq üçün universitetə ​​qəbul məktubunu aldıqdan dərhal sonra müraciət etməyə başlamağınız vacibdir.

Qeyd edək ki bayram günləri və sıx müraciət dövrlərində gecikmələr olduğundan vizaya gec müraciət etmək nəticələrin gec çıxmasına səbəb ola bilər. Ona görə də mümkün qədər tez, universitetdən qəbul məktubu alınan anda vizaya müraciət edilmək məsləhətdir.

Vizanın cavabları nə vaxt çıxır?

Polşa tələbə vizası müraciətlərinin cavabı adətən 15-30 iş günü ərzində məlum olur. Lakin bu müddət müraciətin sıxlığından və əlavə sənəd sorğularından asılı olaraq dəyişə bilər.

Ərizənizi təqdim etdikdən sonra bu dövrü müraciət sıxlığını, əlavə sənəd sorğusunu və bayram günlərində iş olmamasını nəzərə alıb gecikməməlisiniz.

Polşada tələbə vizasının xərci nə qədərdir?

Polşada 90 gündən artıq qalıb, təhsil almaq istəyən tələbələrə lazım olan D növü vizanın rüsumu 135 avrodur.

(Mənbə: https://www.gov.pl/web/azerbaycan/lk-vizas-n-mracit-etmk-istyirm-d-nv )

Viza müraciətinin uğurlu olması üçün nə etmək lazımdır?

Polşada təhsilə başlamaq üçün viza ən vacib sənədlərdəndir. Ona görə də bu prosesdə problemlə qarşılaşmamaq və diqqətli olmaq lazımdır. Viza müraciətinizin uğurlu olması üçün bunları edə bilərsiniz:

Sənədləri tam və düzgün hazırlayın: Bütün tələb olunan sənədləri tam və dəqiq şəkildə hazırlayın. Yanlış və ya çatışmayan sənədlər ərizənizin rədd edilməsi ilə nəticələnə bilər.

Tələb olunan sənədlərə pasport, viza ərizə forması, biometrik fotoşəkil, qəbul məktubu, tibbi sığorta, maliyyə vəziyyəti sənədləri və yaşayış sənədləri kimi sənədlər daxildir ki, bunların hər biri əskiksiz və düzgün olmalıdır.

Sənədləri tərcümə edin: Lazımi sənədləri tərcümə edin və notarial qaydada təsdiq olunduğundan əmin olun. Doğum haqqında şəhadətnamə, maliyyə vəziyyəti sənədləri və valideyn icazəsi sənədləri kimi sənədlərin tərcüməsi xüsusilə vacibdir.

Görüş təyin edin və ödənişləri ödəyin: Polşanın Azərbaycandakı səfirliyinə görüş təyin edən zaman ödəniş etdiyiniz qəbzi saxlayın.

Vaxtında müraciət edin: Təhsil müddətinin başlamasına ən azı 3 ay qalmış viza üçün müraciət edin. Bu müddət ərizənizi emal etmək və mümkün gecikmələrə qarşı tədbirli olmaq üçündür.

Sağlamlıq sığortası alın: Polşada qalmağınızı əhatə edən tibbi sığorta alın. Sığortanın ən azı 30.000 avro təminatı əhatə etdiyinə əmin olun.

Müsahibəyə hazırlıqlı olun: Bəzi hallarda viza müraciəti zamanı müsahibə keçirilə bilər. Müsahibəyə öncədən hazırlaşmaq və Polşada təhsil almaq planlarınız haqqında ətraflı məlumat vermək qarşı tərəfdə sizin haqqınızda müsbət fikir formalaşdıracaq.

Polşa səfirliyinin təlimatlarına düzgün əməl edin: Polşanın Azərbaycandakı səfirliyinin əlimatlarına diqqətlə əməl edin və yenilənmiş məlumat almaq üçün lazım gəldikdə onlarla əlaqə saxlayın. Səfirliyin rəsmi saytına keçid etmək üçün klikləyə bilərsiniz.

Polşada Avropalı tələbələr üçün viza tələbi

Polşada təhsil alan Avropa Birliyi (AB) və Avropa İqtisadi Zonasından (AİZ) gələn tələbələr üçün viza tələbi yoxdur.

AB və AİZ ölkələrindən gələn tələbələr, Polşada təhsil almaq üçün viza almağa məcbur deyillər. Bu tələbələr, Polşaya pasport və ya şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilər və vizasız olaraq təhsillərinə başlaya bilərlər.

Polşaya gəldikdən sonra, AB və AİZ ölkələrindən gələn tələbələr, Polşada 90 gündən artıq qalacaqlarsa, yerli miqrasiya xidmətindən (Urząd do Spraw Cudzoziemców) qeydiyyatdan keçməlidirlər. Bu qeydiyyat, adətən yerli bələdiyyələrdə (Urząd Miasta) aparılır.

Qeydiyyat zamanı lazım olan sənədlər:

  • Etibarlı şəxsiyyət vəsiqəsi
  • Polşadakı təhsil müəssisəsindən alınmış qəbul məktubu
  • Sağlamlıq sığortası sənədi
  • Polşada qalınacaq yerin məlumatları (yaşayış sənədi)
  • Maliyyə vəziyyətini göstərən sənədlər (banka hesabı çıxarışı, təqaüd sənədləri və s.)

Polşada AB və AİZ tələbələrinə verilən bu icazə əvvəlcə 15 aylıq verilir, daha sonra bu müddəti 3 ilədək uzatmaq mümkündür.

(Mənbə: https://www.educations.com/study-guides/europe/study-in-poland/student-visa-4316 )

Polşada Avropadan kənar və azərbaycanlı tələbələr üçün viza tələbi

AB və AİZ üzvü olmayan tələbələr, o cümlədən azərbaycanlı tələbələrin, Polşada təhsil almaları üçün viza almaqları məcburidir.

Bu tələbələr üçün lazım olan viza tətbiqləri aşağıdakı kimidir:

D Tipi Milli Viza

Polşada 90 gündən artıq qalacaq tələbələr, D tipi milli vizaya müraciət etməlidirlər. Bu viza, tələbələrə uzun müddətli qalmaq və təhsil almaq üçün imkan yaradır.

Viza müraciəti üçün lazım olan əsas sənədlər:

  • Etibarlı pasport: Viza müraciətindən etibarən ən az 6 ay müddətində keçərli olmalıdır və ən az iki boş səhifə olmalıdır.
  • Viza müraciət forması: Düzgün doldurulmuş və imzalanmış olmalıdır.
  • Biyometrik fotoşəkillər: Yaxın zamanda çəkilmiş, 3.5×4.5 cm ölçüsündə, ağ fonlu iki ədəd fotoşəkil.
  • Qəbul məktubu: Polşadakı təhsil müəssisəsindən alınmış rəsmi qəbul məktubu.
  • Sağlamlıq sığortası: Polşada qalınacaq müddəti əhatə edən sağlamlıq sığortası sənədi. Sığortanın ən az 30.000 avro təminatı olmalıdır.
  • Maliyyə vəziyyətini göstərən sənədlər: Təhsil müddətindəki xərcləri qarşılaya biləcəyinizi göstərən sənədlər (banka hesabı çıxarışı, təqaüd sənədləri, sponsor məktubları və s.).
  • Yaşayış sənədləri: Polşada qalınacaq yerin məlumatları (universitet yurdunda qalacaqsınızsa yurd rezervasiyası sənədi və ya xüsusi yaşayış üçün kirayə müqaviləsi).
  • Viza müraciət haqqının qəbzi: Viza müraciət haqqının ödənildiyini göstərən qəbz.

Müraciət prosesi belədir:

  • Polşa səfirliyinin viza müraciət mərkəzinin rəsmi veb saytından randevu alın.
  • Randevu günü lazımi sənədlərlə birlikdə səfirliyə müraciət edin.
  • Müsahibəyə daxil olub, təhsil planlarınız haqqında ətraflı məlumat verin.

Viza müraciətinizin cavabı adətən 15-30 iş günü ərzində məlum olur. Ancaq bu müddət müraciətlərin çox olduğu dövrlərdə və ya əlavə sənədlərin tələb edildiyi hallarda uzana bilər.

Marmara Group olaraq mütəxəssislərimiz viza almağınıza və Polşanın ən yaxşı universitetlərində təhsil almağınıza dəstək olacaq. Xaricdə təhsil və viza proseslərilə bağlı ətraflı məlumat üçün konsultasiya xidmətimizdən yararlana bilərsiniz.

Polşada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər