Polşa Avropada ən yaxşı tibb təhsili verən universitetlərə sahib ölkədir. Yüksək təhsil standartları, müasir tədris metodları və geniş karyera imkanları Polşanı beynəlxalq tələbələr, o cümlədən azərbaycanlıların ən çox seçim edilən ölkəyə çevirib.
Polşadakı tibb universitetləri beynəlxalq akkreditasiyalara malikdir və dünya səviyyəsində tanınan diplom və sertifikatlar təqdim edir. Bu da məzunlara dünyanın hər yerində işləmək və kariyera qurmaq imkanları verir.
Gəlin Polşada tibb təhsili haqqında daha ətraflı məlumat alaq.
Polşa tibb təhsili almaq istəyən tələbələr üçün bir çox üstünlüklər təklif edir. Bu üstünlüklərə daxildir:
Yüksək təhsil keyfiyyəti. Polşadakı universitetlər Avropanın ən nüfuzlu təhsil müəssisələri arasındadır və dünya səviyyəsində tanınan tibb proqramlar təklif edirlər.
Universitetlərin dərs proqramları Avropa İttifaqı standartlarına uyğun hazırlanır və ciddi yoxlamalardan keçir.
Sərfəli təhsil haqqı. Polşa bir çox Avropa ölkələri ilə müqayisədə daha sərfəli təhsil haqqı təklif edir. Təhsil haqları ilə yanaşı, yaşayış xərcləri də çox münasibdir.
Beynəlxalq tanınma. Polşada alınan tibb dərəcəsi bütün dünyada tanınır.
Polşadakı tibb universitetləri beynəlxalq akkreditasiyalara malikdir və bu səbəbdən də məzunlar Avropa, Amerika və digər regionlarda asanlıqla işləmək imkanı əldə edirlər.
Müasir təhsil və texnologiya. Polşadakı tibb universitetləri ən son texnologiya ilə təchiz olunmuş müasir laboratoriyalar və tədris mərkəzləri ilə tələbələri üçün ən yaxşı təhsil mühitini təmin edir.
Tələbələr təhsil aldıqları müddətdə müxtəlif xəstəxana və səhiyyə müəssisələrində praktiki təcrübə əldə etməklə, məzun olduqdan sonra peşəkar həyata daha hazırlıqlı olurlar.
Mədəni zənginlik və sosial həyat. Polşa həm də tarixi və mədəni zənginliyi ilə diqqət çəkir. Tələbələr təhsillə yanaşı, Polşada olan müxtəlif tədbirlər və sosial layihələrdə iştirak edərək vaxtlarını maraqlı keçirə bilərlər.
Bundan əlavə, Polşanın mərkəzi yerləşməsi sayəsində onlar asanlıqla digər Avropa ölkələrinə də səyahət edə bilərlər.
Geniş təcrübə və klinik təlim imkanları. Polşadakı tibb universitetləri tələbələrə geniş təcrübə və klinik təlim imkanları təklif edir. Bu yolla tələbələr nəzəri biliklərini praktiki tətbiqlərlə möhkəmləndirmək imkanı əldə edirlər.
Xəstəxanalarla əməkdaşlıq çərçivəsində həyata keçirilən bu proqramlar tələbələrin real iş mühitində təcrübə qazanmasına şərait yaradır.
Müxtəlif təqaüd və maliyyə dəstəyi imkanları. Polşada tibb təhsili almaq istəyən tələbələr üçün müxtəlif təqaüd və maliyyə dəstəyi imkanları mövcuddur. Bu təqaüdlər tələbələrə təhsil xərclərini ödəməyə kömək etmək edir.
Polşada tibb təhsili tələbələrə yüksək keyfiyyətli təhsil, iqtisadi üstünlüklər və geniş karyera imkanları ilə bir çox imkanlar təqdim edir. Bu səbəblərə görə Polşa tibb təhsili almaq istəyən tələbələr üçün ideal yer kimi seçilir.
Polşada tibb təhsili verən ən yaxşı və nüfuzlu universitetlərin bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | QS reytinqləri | Ortalama illik təhsil haqları |
Varşava Tibb Universiteti | Varşova | 401-450 | 13,900 Avro |
Jagiellonian Universiteti Tibb Kolleci | Kraków | 301-350 | 15,000 Avro |
Poznan Tibb Universiteti (Poznan Tibb Elmləri Universiteti) | Poznań | 551-600 | 12,920 Avro |
Wroclaw Tibb Universiteti | Wrocław | 601-650 | 11,000 Avro |
Qdansk Tibb Universiteti | Gdańsk | 451-500 | 12,000 Avro |
Lodz Tibb Universiteti | Łódź | 551-600 | 12,800 Avro |
Sileziya Tibb Universiteti | Katowice | 601-650 | 9,000 Avro |
Szczecin Pomeranian Tibb Universiteti | Szczecin | 701-750 | 8,000 Avro |
Lublin Tibb Universiteti | Lublin | 601-650 | 11,000-15,000 Avro |
Bialystok Tibb Universiteti | Białystok | Polşada 13-cü | 13,500 Avro |
Andrzej Frycz Modrzewski Krakov Universiteti | Kraków | Polşada 58-ci | 10,000 – 12,000 Avro |
Lazarski Universiteti | Varşova | Polşada 78-ci | 9,000 – 11,000 Avro |
Lublin Vincent Pol Universiteti | Lublin | Polşada 90-cı | 7,000 – 9,000 Avro |
Olsztyndəki Warmia və Mazury Universiteti | Olsztyn | Polşada 20-ci | 10,461 Avro |
Varşava Həyat Elmləri Universiteti (WULS-SGGW) | Varşova | Polşada 8-ci | 8,000 – 10,000 Avro |
(Mənbə: https://studyinpoland.info/)
Polşada tibbi təhsil haqları dövlət və özəl universitetlər arasında dəyişir. Təhsil haqları ümumilikdə sərfəli olsa da, özəl universitetlərdə nisbətək yüksəkdir.
Dövlət universitetlərində ortalama illik ödənişlər 7,500 Avro ilə 14,000 Avro arasında, özəl universitetlərdə isə ödənişlər 7.000 Avro ilə 12.000 Avro arasındadır.
Polşanın bir çox dövlət universitetlərində keyfiyyətli tibb təhsili ala bilərsiniz, onlardan bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Dünya üzrə tibb reytinqi | Ölkələrindəki reytinqi | İllik ortalama təhsil haqları |
Jagiellonian Universiteti Tibb Kolleci | Kraków | 339 | 1 | 15,000 Avro |
Wroclaw Tibb Universiteti | Wrocław | 835 | 6 | 11,000 Avro |
Qdansk Tibb Universiteti | Gdańsk | 1,115 | 11 | 12,000 Avro |
Varşava Tibb Universiteti | Varşova | 1,106 | 10 | 13,900 Avro |
Lodz Tibb Universiteti | Łódź | 1,291 | 14 | 12,800 Avro |
Poznan Tibb Elmləri Universiteti | Poznań | 1,431 | 22 | 12,920 Avro |
Olsztyndəki Warmia və Mazury Universiteti | Olsztyn | 1,526 | 26 | 10,461 Avro |
Pomeraniya Tibb Universiteti | Szczecin | 1,498 | 25 | 10,000 – 12,000 Avro |
Sileziya Tibb Universiteti | Katowice | 1,705 | 34 | 9,000 Avro |
Lublin Tibb Universiteti | Lublin | 1,589 | 28 | 11,000 – 15,000 Avro |
Bialystok Tibb Universiteti | Białystok | 1,758 | 37 | 13,500 Avro |
(Mənbə: https://gyanberry.com/)
Polşanın bir çox özəl universitetlərində keyfiyyətli tibb təhsili ala bilərsiniz, onlardan bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Dünya üzrə tibb reytinqi | Ölkələrindəki reytinqi | İllik ortalama təhsil haqları |
Andrzej Frycz Modrzewski Krakov Universiteti | Kraków |
1323
|
27 | 10,000 – 12,000 Avro |
Lazarski Universiteti | Varşova |
1987
|
53 | 9,000 – 11,000 Avro |
Lublin Vincent Pol Universiteti | Lublin | 2154 | 78 | 7,000 – 9,000 Avro |
Polşada bakalavr tibb təhsili 6 ildir. Bu müddət Avropa İttifaqı standartlarına uyğun olaraq müəyyən edilir və həm nəzəri, həm də praktiki kursları əhatə edir.
Təhsilin ilk illəri əsas tibb elmlərinə yönəldildiyi halda, son illər klinik staj və tətbiqi kurslarla dəstəklənir. Tələbələr təhsillərinin son bir ili ərzində xəstəxana və klinikalarda təcrübə keçərək praktiki təcrübə qazanırlar.
Bakalavr üzrə ən məşhur tibb ixtisasları:
Polşada tibb üzrə magistr təhsili 2 il çəkir. Proqramların müddəti və məzmunu seçilmiş ixtisas sahəsindən asılı olaraq dəyişə bilər.
Magistratura proqramları həm nəzəri kursları, həm də praktiki tətbiqləri əhatə edir, tələbələrə öz sahələrində qabaqcıl bilik və bacarıqlar verir.
Magistratura üzrə ən məşhur tibb ixtisasları:
Polşada rezidentura təhsili seçilmiş ixtisasdan asılı olaraq 3 ilə 6 il arasında davam edir. Tədris dövründə həkimlər həm nəzəri kurslar keçir, həm də klinik təcrübə qazanaraq praktiki bacarıqlarını təkmilləşdirirlər.
Təlim prosesində onlar klinik rotasiyalar, cərrahiyyə əməliyyatları, xəstə baxımının idarə edilməsi və ixtisas sahələrinə aid tədqiqat layihələri üzərində işləyirlər.
Rezidentura üzrə ən məşhur tibb ixtisasları:
Polşada tibb təhsili almaq istəyən beynəlxalq tələbələr müraciət zamanı müəyyən sənədləri təqdim etməlidirlər. Bu sənədlər universitet və proqramdan aslı olaraq fərqli olsa da, ümumilikdə belədir:
Ərizə forması: Universitetin rəsmi ərizə forması doldurulmalı və imzalanmalıdır.
Attestat və ya ekvivalenti: Bakalavr təhsili üçün attestatın əsli və onun notarial qaydada təsdiq edilmiş tərcüməsi tələb olunur.
Transkript: Attesta qiymətlərinin ətraflı bölgüsü.
Diplom və diplomun transkripti: Magistratura üçün bakalavr diplomunun, rezidentura üçünsə həm magistratura, həm də bakalavr diplomunun əsli və onun notarial qaydada təsdiq edilmiş tərcüməsi tələb olunur.
Dil bilik sertifikatı: Polşada tibb təhsili adətən polyak və ya ingilis dillərində verilir. Proqram ingilis dilindədirsə, TOEFL, IELTS və ya ekvivalent dil biliyi testindən ballar tələb olunur.
Polyak dilində təhsil almaq üçünsə polyak dili biliyi testi tələb oluna bilər.
Motivasiya məktubu: Nə üçün Polşada tibb təhsili almaq istədiyinizi və karyera məqsədlərinizi izah edən məktub.
CV: Təhsil keçmişi, iş təcrübəsi və digər müvafiq məlumatları əks etdirən ətraflı CV.
Tibbi arayış: Ümumi sağlamlıq vəziyyətini göstərən arayış.
Pasportun surəti: Şəxsiyyəti vəsiqəsinin notarial qaydada təsdinlənmiş surəti
Fotoşəkil: Biometrik fotoşəkillər.
Referans məktubları: 2 ədəd akademik və ya peşəkar istinadlardan məktublar.
Viza üçün müraciət sənədləri: Polşada təhsil almaq üçün tələbə vizası üçün müraciət edərkən tələb olunan sənədlər (viza ərizəsi, qəbul məktubu, maliyyə ixtisas sənədləri, tibbi sığorta və s.)
Maliyyə sənədləri: Polşada təhsil və yaşayış xərclərini ödəmək üçün maliyyə resurslarınızın olduğunu sübut edən sənədlər (bank çıxarışı, təqaüd sənədləri və s.)
Bu sənədlər Polşada tibb təhsili almaq üçün müraciət edərkən tələb olunan ümumi sənədlərdir. Lakin müraciət edilən universitetdən asılı olaraq əlavə sənədlər tələb oluna və ya bəzi sənədlər dəyişdirilə bilər. Buna görə də, sənədlərlə bağlı dəqiq məlumatı təhsil almaq istədiyiniz universitetin rəsmi saytında almağınız məsləhətdir.
(Mənbə: https://gyanberry.com/)
Polşada tibb təhsili almaq istəyən beynəlxalq tələbələr üçün SAT balları qəbul edilir. Polşanın bir çox tibb universiteti müraciətləri qiymətləndirərkən SAT ballarını nəzərə alır. Məsələn, Varşava Tibb Universiteti və Poznan Tibb Elmləri Universiteti kimi universitetlər SAT ballarını qəbul edən universitetlər sırasındadır.
Universitetlərin əksəriyyəti 1360 ilə 1400 arasında SAT balı tələb etsə də, minimal tələb hər il dəyişir və universitetlər arasında fərqlidir.
(Mənbə: https://www.polandeducation.info/ )
Polşada attestatla tibb təhsili almaq mümkündür. Polşanın ən yaxşı tibb universitetləri bakalavr tədris pilləsinə attestatla tələbələr qəbul edir.
Attestat və ərizələrin qiymətləndirilməsi üçün dil biliyi sertifikatı, attestatın transkripti, motivasiya məktubu, CV və referan məktubları kimi əlavə sənədlərlə Polşada təhsil ala bilərsiniz.
Polşada tibb təhsili almaq istəyən tələbələrdən müəyyən bacarıqa sahib olmaları gözlənilir. Bu bacarıqlar gələcəkdə səriştəli həkim olmaqla yanaşı, tibb təhsilində uğur qazanmağın əsasını təşkil edir.
Polşada tibb öyrənmək üçün tələb olunan bəzi əsas bacarıqlar bunlardır:
Akademik uğur: Tibb təhsili üçün güclü akademik fon tələb olunur. Xüsusilə biologiya, kimya, fizika və riyaziyyat kimi sahələrdən tələbələrin yaxşı qiymət almaları vacibdir.
Dil biliyi: Polşada tibb təhsili polyak və ya ingilis dillərində təklif olunur. Buna görə də tələbələrdən tədris dilini bilmələri əsas tələblərdəndir. TOEFL, IELTS və ya Polşa dili testləri kimi dil biliyi testlərinin hər hansısa birindən tələb olunan bal toplanılmalıdır.
Tənqidi düşüncə və analitik bacarıqlar: Tibb təhsili mürəkkəb tibbi vəziyyətləri təhlil etməyi və effektiv həllər hazırlamağı bacarmağı tələb edir. Buna görə də tələbələrin tənqidi düşünmə və analitik bacarıqlara sahib olması vacibdir.
Ünsiyyət bacarıqları: Həkimlər xəstələr, digər səhiyyə işçiləri və komanda üzvləri ilə effektiv ünsiyyət qurmağı bacarmalıdırlar. Buna görə də güclü yazılı və şifahi ünsiyyət bacarıqları tibbi təhsil üçün çox vacibdir.
Çeviklik və diqqət: Tibbi prosedurlar və cərrahi müdaxilələr üçün əl çevikliyi və diqqət tələb olunur.
Empatiya və insan münasibətləri: Xəstələrlə empatiya qurmağı və onları başa düşməyi bacarmaq effektiv xəstə baxımı üçün vacibdir. Xəstəxanada hər vəziyyətdə olan xəstələr və stressli xəstə yaxınları ola bilər. Onlarla rahat ünsiyyət qurmaq və anlamaq üçün empatiya önəmlidir.
İnsan münasibətlərində müvəffəqiyyətli olmaq xəstə məmnuniyyətini və müalicə uğurunu artırır.
Stress idarəetmə və dayanıqlıq: Tibb təhsili və həkimlik peşəsi olduqca gərgin və stresli ola bilər. Buna görə də, stresin idarə edilməsi və emosional davamlılıq uğurlu tibbi təhsil və karyera üçün vacibdir.
Polşada tibb təhsili alan tələbələr üçün müxtəlif tibbi təcrübə imkanları mövcuddur. Bu təcrübələr tələbələrə nəzəri biliklərini praktik tətbiqlərlə möhkəmləndirməyə və real təcrübə qazanmağa imkan verir.
Polşada tibb üzrə bəzi praktika imkanları bunlardır:
Universitet xəstəxanalarında praktika: Polşadakı bir çox tibb məktəblərinin öz universitet xəstəxanaları var. Bu xəstəxanalarda tələbələr müxtəlif klinik şöbələrdə təcrübə keçmək imkanı əldə edirlər.
Məsələn, Varşava Tibb Universiteti və Yagellon Universiteti hərtərəfli tibbi təcrübə proqramları təklif edir.
Özəl xəstəxana və klinikalarda: Özəl xəstəxanalar və klinikalar tələbələrə fərqli perspektiv və təcrübə əldə etmək üçün təcrübə imkanları təklif edir. Tələbələr özəl səhiyyə müəssisələrində təcrübə keçməklə xəstələrə qulluq və idarəetmə üzrə praktiki biliklər əldə edə bilərlər.
Beynəlxalq təcrübə proqramları: Polşadakı tibb məktəbləri tələbələrə xaricdə təcrübə qazanmaq imkanı verən beynəlxalq təcrübə proqramları təklif edir. Bu proqramlar tələbələrə müxtəlif səhiyyə sistemləri və tibbi təcrübələr haqqında məlumat əldə etməyə imkan verir.
Bunlara Erasmus+ kimi proqramlar misal göstərə bilərik.
Tədqiqat stajları: Tibbi tədqiqat mərkəzləri və laboratoriyalar tibb tələbələrinə tədqiqat layihələrində iştirak etmək və elmi tədqiqatlar aparmaq imkanı verir.
Yay təcrübələri və könüllü proqramları: Polşadakı bəzi tibb məktəbləri və səhiyyə təşkilatları yay aylarında təcrübə və könüllü proqramlar təşkil edirlər. Bu proqramlar tələbələrə qısamüddətli, lakin intensiv praktik təcrübə təqdim edir və onlara müxtəlif tibb sahələrində biliklər əldə etməyə imkan verir.
Polşada tibbi təcrübə imkanları tələbələrə zəngin təcrübə təqdim edir, onlara peşəkar inkişaf və karyera məqsədlərinə çatmağa kömək edir. Bu təcrübələr tələbələrə klinik bacarıqlarını təkmilləşdirməyə, peşəkar şəbəkələrini genişləndirməyə və tibb sahəsindəki yenilikləri öyrənməyə imkan verir.
(Mənbə: https://www.medlinkstudents.com/ , https://studyabroadaide.com/ )
Polşada tibb təhsili sərfəli olmaqla bərabər, təqaüd imkanları da mövcuddur. Tələbələr təqaüdlərdən yararlanmaq daha sərfəli təhsil almaq imkanı əldə edə bilərlər.
Polşada tibb təhsili üçün bəzi təqaüd imkanları bunlardır:
Dövlət təqaüdləri: Polşa hökuməti beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Bu təqaüdlər Polşada ali təhsil almaq istəyən tələbələri dəstəkləmək üçün verilir.
“Polşa Milli Akademik Mübadilə Agentliyi” (NAWA) bu cür təqaüdləri idarə edir və hər sahədə, həmçinin tibb tələbələri üçün də xüsusi proqramlar təklif edir.
Universitet təqaüdləri: Bir çox Polşa universitetləri uğurlu və ehtiyacı olan tələbələrə təqaüd təklif edir.
Universitetlər tələbələrə təhsil haqları, yaşayış və digər təhsil xərclərini ödəmək üçün müxtəlif təqaüdlər verir. Varşava Tibb Universiteti və Yagellon Universiteti kimi nüfuzlu universitetlərin verdiyi təqaüdləri bura misal göstərə bilərik.
Avropa Birliyi təqaüdləri: Avropa İttifaqı Erasmus+ kimi proqramlar vasitəsilə Polşada tibb təhsili almaq istəyən tələbələrə təqaüd imkanları təklif edir. Erasmus+ proqramı tələbələrə təkcə Polşada deyil, digər Avropa ölkələrində də təhsil almaq və təcrübə keçmək imkanı təklif edir.
Özəl təşkilatlar və fondlar: Bir çox beynəlxalq və Polşada yerləşən fond və təşkilatlar tibb tələbələrinə təqaüd verir. Bu təqaüdlər akademik uğur və maliyyə vəziyyətinə görə təyin edilir.
Məsələn, Kosciuszko Fondu və Polşa-Amerika Azadlıq Fondu Polşada tibb təhsili almaq istəyən tələbələrə təqaüd dəstəyi təklif edən təşkilatlar sırasındadır.
Tədqiqat təqaüdləri: Tibb fakültələrində tədqiqat layihələrində iştirak edən və ya universitetlərdə assistent kimi çalışan tələbələrə də müxtəlif təqaüd imkanları təklif olunur. Bu təqaüdlər tələbələrin akademik layihələrə rahat büdcə ayırmaları üçün nəzərdə tutulub.
Bunlar Polşada tibb təhsili üçün verilən təqaüdlərin bir hissəsidir. Təklif olunan onlarla təqaüddən yararlanıb Polşada sərfəli və keyfiyyətli təhil ala bilərsiniz.
(Mənbə: https://nawa.gov.pl/ )
Polşanın ən yaxşı universitetlərində tibb təhsili almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Marmara Group-un xaricdə təhsil mütəxəssisləri Polşada təhsil almağınıza və təqaüd əldə etməyinizə dəstək olacaq!