Estoniyada maliyyə təhsili

Estoniya yüksək keyfiyyətli təhsil və innovativ təhsil metodları ilə tanınan ölkədir. Avropanın şimal-şərqində yerləşən bu kiçik Baltik ölkəsi təhsil sisteminə qoyduğu investisiyalarla məşhurdur. Xüsusilə maliyyə təhsili sahəsində Estoniya müasir və hərtərəfli proqramlar təklif edərək tələbələrini qlobal bazarlara hazırlayır. Müasir tədris sistemi və hərtərəfli maliyyə proqramları ilə beynəlxalq tələbələri cəlb edən Estoniya Azərbaycanlı tələbələrin də ən çox müraciət etdiyi ölkələrdəndir.

Gəlin Estoniyada maliyyə təhsili haqqında daha ətraflı məlumat alaq.

Niyə Estoniyada maliyyə təhsili almalısınız?

Estoniya maliyyə təhsilinin keyfiyyətinə və təklif etdiyi imkanlara görə Avropanın qabaqcıl ölkələrindən biridir. Estoniyada maliyyə təhsili almağınız üçün bir çox səbəb var, o cümlədən:

Təhsilin keyfiyyəti

Estoniyanın təhsil sistemi beynəlxalq standartlara uyğundur, eyni zamanda innovativ və rəqəmsallaşmaya yönəlmiş tədris üsulu təklif edir. Buradakı ali təhsil müəssisələri tələbələrə müasir təhsil texnologiyaları və metodologiyalarından istifadə etməklə ən müasir bilik və bacarıqlar verir.

Təklif etdiyi imkanlar

Estoniyanı seçməyinizin əsas səbəblərindən biri oranın tələbəyə verdiyi imkanlardır. Bu imkanlara daxildir:

  •       Beynəlxalq tanınma: Estoniyadakı universitetlər qlobal səviyyədə tanınan və nüfuzlu tədris proqramları təklif edirlər. Bu da məzunlara qlobal iş bazarında üstünlük əldə etmələrinə imkan verir.
  •       Təcrübə və iş imkanları: Estoniya maliyyə və texnologiya sahəsində sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Bu, tələbələrə təhsil müddətində və sonrasında müxtəlif təcrübə və iş imkanları təklif edir.
  •       Sahibkarlıq və innovasiya: Estoniya sahibkarlıq ekosistemi ilə məşhurdur. Tələbələr öz biznes ideyalarını inkişaf etdirə və startap təcrübə qazana biləcəkləri bir mühitdə təhsil alırlar.
  •       Rəqəmsallaşma: Dünyanın ən rəqəmsallaşmış ölkələrindən biri kimi Estoniya tələbələri rəqəmsal bacarıqlarla təchiz edən proqramlar təklif edir. Maliyyə texnologiyaları və rəqəmsal bankçılıq kimi sahələrdə karyera qurmaq istəyənlər üçün bu böyük üstünlükdür.
  •       Təqaüd və dəstək proqramları: Estoniya beynəlxalq tələbələr üçün müxtəlif təqaüd və maliyyə dəstəyi proqramları təklif edir. Tələbələr bu proqramlarla təhsil xərclərini azalda və maddi çətinlik çəkmədən təhsil ala bilərlər.

Estoniyada maliyyə təhsili almaq tələbələrə təkcə nəzəri biliklər deyil, həm də praktiki təcrübə və karyera imkanları verir və onları qlobal bazarlara hazır edir.

Estoniyada maliyyə təhsili ala biləcəyiniz universitetlər

Estoniyanın bir çox universitetlərində maliyyə təhsili ala bilərsiniz. Onlardan ən yaxşı TOP-5 maliyyə təhsili verən universiteti bunlardır:

  •       Tartu Universiteti
  •       Tallinn Texnologiya Universiteti
  •       Tallin Universiteti
  •       Estoniya Həyat Elmləri Universiteti
  •       Estoniya Biznes Məktəbi

(Mənbə: https://edurank.org/ )

Estoniyada maliyyə təhsili üçün ortalama təhsil haqları

Estoniyada maliyyə təhsili almaq üçün universitetlərin ortalama illik təhsil haqları proqramlara və universitetlərə görə dəyişir. Ümumən isə bakalavr və magistr proqramlarının ortalama illik təhsil haqqı 1500-15000 avro arasında dəyişir.

Bu ödənişlər həm yerli, həm də beynəlxalq tələbələr üçün eynidir və universitetlər tərəfindən təmin edilən müxtəlif təqaüd və maliyyə dəstəyi proqramları ilə dəstəklənir.

(Mənbə: https://www.studyinestonia.ee/ )

Estoniyada maliyyə təhsili verən ən yaxşı dövlət universitetləri

Estoniyada maliyyə təhsili ala biləcəyiniz dövlət universitetləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər QS reytinqləri Ortalama illik təhsil haqları
Tartu Universiteti Tartu 350-400 €6,000-€10,000
Tallinn Texnologiya Universiteti (TalTech) Tallin 601-650 €1,300-€6,000
Tallin Universiteti Tallin 1001-1200 €1,900-€5,000

(Mənbə: https://www.topuniversities.com/ )

Estoniyada maliyyə təhsili üçün ən yaxşı özəl universitetlər

Estoniyada maliyyə təhsili ala biləcəyiniz ən yaxşı özəl universitetlər bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər QS reytinqləri Ortalama illik təhsil haqları
Estoniya Biznes Məktəbi (EBS) Tallin 551-600 €5,797-€8,000
Estoniya Tətbiqi Elmlər Sahibkarlıq Universiteti Tallin 150-200 €3,000-€5,500

(Mənbə: https://www.tallinn.ee/en )

Estoniyada maliyyə üzrə bakalavr təhsili

Estoniyada maliyyə üzrə bakalavr təhsili 3 il, yəni 6 semestr çəkir və tələbələrə bu müddət ərzində tələbələr həm nəzəri, həm də praktiki bilik və bacarıqlar verilir.

Maliyyə üzrə bakalvr təhsilinin əhatə etdiyi mövzulardan əsasları bunlardır:

  •       Mikro və makroiqtisadiyyat: İqtisadi prinsiplərə və bazar dinamikasına diqqət yetirin.
  •       Maliyyə uçotu və hesabatı: Maliyyə hesabatlarının hazırlanması və təhlili öyrədilir.
  •       Korporativ  maliyyə: Şirkətlərin maliyyə idarəçiliyi, kapital strukturu və investisiya qərarları müzakirə edilir.
  •       İnvestisiya təhlili və portfelin idarə edilməsi: İnvestisiya strategiyaları, portfelin diversifikasiyası və risklərin idarə edilməsi mövzuları əhatə olunur.
  •       Beynəlxalq maliyyə: Qlobal maliyyə bazarlarında fəaliyyət və valyuta riskləri haqqında məlumat verilir.
  •       Maliyyə bazarları və alətləri: Səhmlər, istiqrazlar, törəmə məhsullar və digər maliyyə alətləri araşdırılır.
  •       Ekonometrik metodlar və məlumatların təhlili: Maliyyə məlumatlarının təhlili və şərhi üçün zəruri statistik üsullar öyrədilir.

Estoniyada ən tanınmış maliyyə üzrə bakalavr proqramları

  •       Tartu Universiteti – Maliyyə Proqramı: Estoniyanın ən qədim və ən prestijli universiteti olan Tartu Universiteti güclü maliyyə proqramı təklif edir və beynəlxalq səviyyədə tanınır.
  •       Tallinn Texnologiya Universiteti (TalTech)Beynəlxalq Biznesin İdarə Edilməsi (Maliyyə) Proqramı: TalTech maliyyə və biznes təhsilinə innovativ yanaşmaları ilə tanınır.
  •       Estonian Business School (EBS) – Biznesin İdarə Edilməsi (Maliyyə) üzrə Bakalavr Proqramı: EBS biznes və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq səviyyədə tanınan universitetdir.

Estoniyada maliyyə üzrə magistratura təhsili

Maliyyə üzrə magistr proqramları 2 il (4 semestr) davam edir. Bu müddət ərzində tələbələr həm qabaqcıl nəzəri biliklərə, həm də praktiki bacarıqlara yiyələnirlər.

Magistr proqramının əhatə etdiyi mövzularaq bunlar daxildir:

  •       Maliyyə idarəetmə və strategiya: Korporativ maliyyə strategiyaları və idarəetmə üsulları.
  •       Davranış maliyyəsi: Maliyyə qərarlarının qəbulu proseslərində insan davranışının rolu.
  •       Maliyyə təhlili və qiymətləndirmə: Şirkətin qiymətləndirmə üsulları və maliyyə təhlili üsulları.
  •       Maliyyə texnologiyaları və innovasiyalar: Fintech və rəqəmsal maliyyə xidmətləri.

Estoniyada ən tanınmış maliyyə magistr proqramları

Estoniyada maliyyə üzrə magistr dərəcəsi təklif edən əsas tanınmış proqramlar:

  •       Tartu Universiteti – Maliyyə üzrə magistr: Tartu Universiteti Estoniyanın ən qədim və ən prestijli universitetidir və maliyyə magistr proqramı ilə beynəlxalq səviyyədə tanınır.
  •       Tallinn Texnologiya Universiteti (TalTech) – Beynəlxalq Biznesin İdarə Edilməsi (Maliyyə) üzrə Magistr: TalTech texnologiya və mühəndislik sahələri, eləcə də maliyyə və biznes təhsili ilə tanınır.
  •       Estoniya Biznes Məktəbi (EBS) – Maliyyə və Bank işi üzrə magistr dərəcəsi: EBS biznes və maliyyə sahəsində ixtisaslaşmış universitetdir.

Estoniyada maliyyə üzrə doktorantura təhsili

Maliyyə üzrə doktorantura proqramları Estoniyada adətən 3-4 il davam edir. Bu müddət ərzində tələbələr hərtərəfli tədqiqat layihəsi üzərində çalışırlar.

PhD proqramlarının əhatə etdiyi əsas mövzular bunlardır:

  •       Qabaqcıl ekonometrik metodlar: Qabaqcıl statistik və ekonometrik üsullar.
  •       Maliyyə nəzəriyyəsi və modelləşdirmə: Maliyyə bazarlarının nəzəri modelləri və simulyasiyaları.
  •       Korporativ idarəetmə və strategiya: Şirkətlərin strateji idarə edilməsi və korporativ strukturların təhlili.
  •       Risklərin idarə edilməsi və törəmə alətlər: risklərin idarə edilməsi strategiyaları və törəmə maliyyə alətlərinin istifadəsi.
  •       Davranış maliyyəsi: Maliyyə qərarlarının qəbulu proseslərində insan davranışının və psixoloji amillərin rolu.
  •       Maliyyə bazarları və qurumları: Qlobal maliyyə bazarlarının və maliyyə institutlarının təhlili.
  •       Maliyyə innovasiyaları və texnologiyaları: Fintech, blockchain və digər rəqəmsal maliyyə texnologiyaları.

Estoniyanın ən tanınmış maliyyə PhD proqramları

  •       Tartu Universiteti – İqtisadiyyat və Biznesin İdarəedilməsi üzrə PhD: Tartu Universiteti Estoniyanın ən qədim və ən prestijli universitetidir və iqtisadiyyat və biznes idarəçiliyi üzrə hərtərəfli doktorantura proqramı təklif edir.
  •       Tallinn Texnologiya Universiteti (TalTech) – Biznesin idarə edilməsi üzrə fəlsəfə doktoru: TalTech texnologiya və mühəndislik sahələri, eləcə də maliyyə və biznes təhsili ilə tanınır.
  •       Estoniya Biznes Məktəbi (EBS) – İdarəetmə üzrə PhD: EBS biznes və maliyyə sahəsində ixtisaslaşmış universitetdir.

Estoniyada maliyyə təhsili üçün tələb olunan sənədlər

Tələb olunan sənədlər universitet və proqramdan aslı olaraq fərqli olsa da, ümumi sənədlərə bunlar daxildir:

Ərizə forması: Universitetin onlayn ərizə sistemindən doldurulmuş ərizə forması.

Diplom və transkriptlər: Əvvəlki təhsil müəssisələrindən diplomlar və transkriptlər. Diplom və transkript ingilis dilində deyilsə, notarial qaydada ingilis dilinə tərcümələri tələb olunur.

Dil biliyi sertifikatı: İngilis proqramları üçün, adətən TOEFL və ya IELTS tələb olunur.

Motivasiya məktubu: Bu proqramı niyə seçdiyinizi və gələcəkdiki maliyyə ilə bağlı karyera məqsədlərinizi izah edən məktub.

Referans məktubları: Müəllimləriniz, akademik məsləhətçiləriniz və ya işəgötürənlərinizdən sizin haqqınızda məktublar.

Pasportun surəti: Şəxsiyyət vəsiqənisinin notarial qaydada təsdiqlənmiş surəti.

CV: Akademik və peşəkar keçmişinizi əks etdirən CV.

Tədqiqat təklifi (tələb olunduqda): Əsas da doktorantura təhsili üçün tədqiqat yönümlü proqramlar üçün tələb oluna bilər.

Bu sənədlər ümumi olsa da, hər bir universitet və proqramın fərqli tələbləri ola bilər. Ona görə də Estoniyada maliyyə təhsililə bağlə tələb olunana sənədlər haqqında məlumatı maraqlandığınız universitetin veb-saytından almağınız məsləhətdir.

(Mənbə: https://www.studyinestonia.ee/estonia )

Estoniyada SAT ilə maliyyə təhsili

Estoniyada universitetlərə qəbul SAT imtahanı ilə mümkündür və bir çox universitetlər, məsələn, TalTech və EBS kimi universitetlər SAT imtahanın nəticələrini qəbul edirlər.

SAT imtahanı xüsusilə ingilis dilində tədris edən proqramlara müraciət edərkən istifadə olunur. Müraciət zamanı SAT balınızla yanaşı, orta məktəb attestatı, transkript, dil biliyi sertifikatı (TOEFL və ya IELTS kimi), motivasiya məktubu və referans məktubları kimi sənədlər tələb olunur.

Hər bir universitetin qəbul etdiyi SAT balı fərqli ola bilər, ona görə də müraciət etmək istədiyiniz universitetin xüsusi tələblərini yoxlamaq üçün veb-saytdan məlumat almaq lazımdır.

Estoniyada attestatla maliyyə təhsili

Estoniya beynəlxalq tələbələr üçün geniş qəbul imkanları təklif edən və yüksək keyfiyyətli təhsil sistemi ilə tanınan ölkədir. Beynəlxalq tələbələr, o cümlədən Azərbaycanlı tələbələr Estoniyada attestatla maliyyə təhsili ala bilərlər. Bunun üçün sizə lazım olanlar bunlardır:

Ərizə forması: Universitetin onlayn ərizə sistemindən doldurulmuş ərizə forması.

Attestat və attestatın transkripti: Orta məktəb attestatı və qiymətlərin əks olunduğu transkriptin olması mütləqdir. Sənədlər ingilis dilində deyilsə, notarial qaydada təsdiq edilmiş ingiliscə tərcümələri tələb olunur.

Dil yetərlilik sertifikatı: İngilis dili proqramları üçün TOEFL və IELTS kimi dil biliyi imtahan nəticələri tələb olunur.

Motivasiya məktubu: Bu proqramı niyə seçdiyinizi və karyera məqsədlərinizi izah edən məktub.

Referans məktubları: Müəllimlərinizdən və ya məktəb nümayəndələri tərəfindən sizin haqqınızda yazdıqları məktublar.

Pasportun surəti: Müraciət zamanı etibarlı olan vəsiqənizin təsdiqlənmiş surəti.

Estoniyada maliyyə üçün tələb olunan bacarıqlar

Estoniyada maliyyə təhsili almaq və bu sahədə uğur qazanmaq üçün tələb olunan bacarıqlara aşağıdakılar daxildir:

Riyazi və analitik bacarıqlar: Maliyyə məlumatlarını təhlil etmək, riyazi modellər yaratmaq və iqtisadi tendensiyaları qiymətləndirmək bacarığı çox vacibdir.

Maliyyə analizi bacarıqları: Balans hesabatları, mənfəət və zərər hesabatları və pul vəsaitlərinin hərəkəti hesabatları kimi maliyyə sənədlərini təhlil etmək bacarığı tələb olunur.

İqtisadi bilik və anlayış: Mikro və makroiqtisadiyyat üzrə möhkəm bilik bazası və iqtisadi prinsipləri anlamaq bacarığı vacibdir.

Ünsiyyət bacarıqları: Maliyyə məlumatlarını aydın və başa düşülən şəkildə təqdim etmək, hesabatlar yazmaq və komanda daxilində effektiv ünsiyyət qurmaq bacarığı tələb olunur.

Problem həll etmə bacarığı: Maliyyə problemlərini müəyyən etmək, həll yollarını inkişaf etdirmək və bu həll yollarını həyata keçirmək bacarığı.

Texnologiya və proqram təminatlarından istifadə: Maliyyə təhlili və modelləşdirmə üçün lazımi proqram və texnologiyalardan istifadə etmək bacarığı tələb olunur. Əsas da excel, maliyyə proqramları və məlumatların təhlili alətləri ilə işləmə bacarığı önəmlidir.

Təfərrüata diqqət: Maliyyə məlumatlarında kiçik təfərrüatlara diqqət yetirmək və bu təfərrüatların böyük mənzərəyə necə təsir edəcəyini anlamaq bacarığı.

Etik və peşəkar standartlar: Maliyyə əməliyyatlarında və hesabatlarda etik qaydalara riayət etmək və peşəkar standartlara riayət etmək bacarığı tələb olunur.

Strateji düşüncə: Şirkətlərin maliyyə strategiyaları yaratmaq və uzunmüddətli maliyyə planları qurmaq bacarığı.

Beynəlxalq perspektiv: Qlobal maliyyə bazarlarını anlamaq, beynəlxalq maliyyə qaydalarına yiyələnmək və valyuta risklərini idarə etmək bacarığı tələb olunur.

Bu bacarıqlar Estoniyada maliyyə təhsili alarkən və maliyyə sektorunda karyera qurarkən uğur qazanmağınıza kömək edəcək.

Estoniyada maliyyə üzrə hansı praktika imkanları var?

Estoniya, dinamik və inkişaf edən iqtisadiyyatı ilə beynəlxalq tələbələr üçün müxtəlif təcrübə proqramları təklif edir.

Maliyyə sahəsində təcrübə keçmək istəyənlər üçün Estoniyada mövcud olan bəzi imkanlar bunlardır:

Banklar və maliyyə müəssisələri

Banklar, tələbələrə maliyyə analizi, risk idarəetməsi, investisiya məsləhətçiliyi və bankçılıq əməliyyatları kimi sahələrdə təcrübə imkanı yaradır. Estoniyadakı banklar yay təcrübə proqramları təşkil edir ki, bu proqramlarda iştirak etməklə həm yayı səmərəli keçirmək, həm də proqramı uğurlu bitirib işə qəbul olmaq olar.

Maliyyə texnologiyası (Fintech) şirkətləri

Estoniya, fintech sahəsində innovasiyanın mərkəzlərindən biridir. Maliyyət texnologiyası şirkətləri, tələbələrə maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və onlayn bankçılıq sahələrində təcrübə keçmə imkanı verirlər.

Konsultasiya və audit firmaları

Estoniyanın konsultasiya və audit firmalarında maliyyə məsləhətçiliyi, vergi məsləhətçiliyi, audit və risk idarəetməsi sahələrində təcrübə keçmək mümkündür.

Universitet və tədqiqat mərkəzləri

Estoniyadakı universitetlər və tədqiqat mərkəzləri, maliyyə tədqiqatı və akademik layihələrdə təcrübə imkanları yaradır. Tartu Universiteti və Tallinn Texniki Universiteti (TalTech) kimi universitetlər, tələbələrə tədqiqat layihələrində iştirak etmək və akademik nəşrlər hazırlamaq imkanı verir.

Hökumət və dövlət qurumları

Estoniya hökuməti və dövlət qurumları, iqtisadiyyat və maliyyə sahəsində təcrübə proqramları təşkil edir ki, bu proqramlara beynəlxalq tələbələr də qatıla bilər. Estoniya Maliyyə Nazirliyi və Estoniya Bankı vaxtaşırı dövlət siyasətləri, maliyyə və iqtisadi analizlər kimi sahələrdə təcrübəçi elanları verirlər və tələbələr bu elanlara müraciət etməklə təcrübə şansı əldə edirlər.

Estoniyada bunlarla bərabər bir çox təcrübə imkanı var. Əksər şirkətlər universitetlərlə əməkdaşlıq edirlər ki, bu əməkdaşlıq çərçivəsində tələbələr praktika keçə və kariyeralarında uğurlu başlanğınca sahib ola bilərlər.
(Mənbə: https://www.studyinestonia.ee/ )

Estoniyada maliyyə sahəsində ən yaxşı araşdırma institutları

  •     Tartu Universiteti, İqtisadiyyat və Biznesin İdarə Edilməsi Fakültəsi: Tartu Universitetinin İqtisadiyyat və Biznesin İdarə Edilməsi Fakültəsi Estoniyanın aparıcı tədqiqat institutlarından biridir. Fakültə maliyyə, iqtisadiyyat, biznes və idarəetmə sahələrində geniş spektrdə tədqiqatlar aparır. Fakültə maliyyə təhlili, risklərin idarə edilməsi, investisiya strategiyaları və iqtisadi modelləşdirmə kimi mövzularda qabaqcıl tədqiqatlar aparır.
  •     Tallinn Texnologiya Universiteti (TalTech), İqtisadiyyat və Maliyyə Departamenti: Tallinn Texnologiya Universitetinin İqtisadiyyat və Maliyyə Departamenti maliyyə və iqtisadiyyat sahəsində innovativ tədqiqatlar aparan digər mühüm institutdur. Şöbə korporativ maliyyə, maliyyə bazarının təhlili, investisiya və portfelin idarə edilməsi kimi mövzularda araşdırmalar aparır. Bundan əlavə, fintech və rəqəmsal bankçılıq kimi yeni inkişaf edən sahələrdə araşdırmalar aparılır.
  •     Estoniya Biznes Məktəbi (EBS) Tədqiqat və İnkişaf Departamenti: Estoniya Biznes Məktəbinin (EBS) Tədqiqat və İnkişaf Departamenti maliyyə və bizneslə bağlı müxtəlif tədqiqatlar aparan aparıcı təşkilatdır. Şöbə maliyyə menecmenti, investisiya strategiyaları, korporativ maliyyə və maliyyə texnologiyaları kimi sahələrdə tədqiqatlar aparır. EBS iş dünyası ilə sıx əməkdaşlıq edərək tətbiqi tədqiqatlara da önəm verir.
  •       Estoniya İqtisadi Tədqiqatlar İnstitutu (EKI): Estoniya İqtisadi Tədqiqatlar İnstitutu (EKI) ölkənin ən qədim və ən nüfuzlu iqtisadi tədqiqat institutlarından biridir. İnstitut iqtisadi təhlil, makroiqtisadi proqnozlar, biznes dövrləri və maliyyə bazarının tədqiqi kimi mövzularda tədqiqatlar aparır. EKI həm dövlət, həm də özəl sektorlar üçün mühüm iqtisadi hesabatlar və təhlillər təqdim edir.
  •       Estoniya Bankı (Eesti Pank) Araşdırma Departamenti: Estoniya Bankının Tədqiqat Departamenti maliyyə sistemi, pul siyasəti və makroiqtisadi təhlilə diqqət yetirən mühüm tədqiqat təşkilatıdır. Bank maliyyə sabitliyi, pul siyasətinin effektivliyi, valyuta bazarları və bank sektoru kimi məsələlərlə bağlı hərtərəfli araşdırmalar aparır.

Bu institutlar Estoniyada maliyyə və iqtisadiyyat sahəsində yüksək keyfiyyətli tədqiqat aparan əsas təşkilatlardır. Onlar tələbələr və tədqiqatçılar üçün geniş tədqiqat imkanları və əməkdaşlıq imkanları təmin edir.

Estoniyada maliyyə proqramları üzrə təqaüd imkanları

Estoniyada maliyyə təhsili almaq istəyən tələbələr müxtəlif təqaüdlərdən yararlanmaqla maddi çətinlik çəkmədən təhsil ala bilərlər. Estoniyada bir çox təqaüd proqramları var, o cümlədən:

Dövlət təqaüdləri. “Estonian Government Scholarships”

Estoniya dövləti, müxtəlif sahələrdə, o cümlədən maliyyə proqramlarında təhsil alan beynəlxalq tələbələr üçün bir neçə təqaüd imkanları təqdim edir. Dövlətin təmin etdiyi təqaüdlər təhsil haqqı, yaşayış xərcləri və digər müvafiq xərcləri qarşılayır.

“University of Tartu Scholarships”

Tartu Universiteti, maliyyə və iqtisadiyyat proqramlarında təhsil alan tələbələr üçün müxtəlif təqaüd imkanları təklif edir. Bu təqaüdlər tələbənin akademik göstəricilərindən aslı olaraq təhsil haqqının bir hissəsini və ya tamamını qarşılayır.

“Tallinn University of Technology (TalTech) Scholarships”

Tallinn Texniki Universiteti (TalTech), maliyyə və iş idarəçiliyi proqramlarında təhsil alan tələbələr üçün təqaüdlər, eyni zamanda tələbənin akademik

“Estonian Business School (EBS) Scholarships”

Estonian Business School (EBS), maliyyə və bankçılıq proqramlarında təhsil alan tələbələr üçün müxtəlif təqaüdlər verir.

“Dora Plus Scholarship Programme”

Dora Plus, Estoniyada beynəlxalq tələbələr üçün geniş təqaüd proqramı təqdim edən proqramdır. Bu proqram, doktorantura tələbələri və magistr tələbələri üçün nəzərdə tutulub və təhsil haqqı, yaşayış xərcləri və digər müvafiq xərcləri əhatə edir.

“Erasmus+ Programme”

Erasmus+ proqramı, Estoniyadaki universitetlərdə maliyyə təhsili alan tələbələr üçün yerləşmə və təhsil haqqı təqaüdləri verir.

“Ministry of Foreign Affairs Scholarships”

Estoniya Xarici İşlər Nazirliyi, xarici ölkələrdən gələn magistratura və doktorantura tələbələri üçün təqaüdlər verir və bu təqaüdlər təhsil haqqı və yaşayış xərclərini qarşılayır.

Yuxarıdakılarla bərabər Estoniyada maliyyə təhsili almaq istəyən tələbələrin xərclərini qarşılayacaq başqa təqaüd proqramları da var. Bunlara dövlət təqaüdləri, universitetlərin verdiyi maliyyə dəstəyi daxildir.

(Mənbə: https://www.studyinestonia.ee/estonia )

Estoniyanın ən yaxşı universitetlərində maliyyə təhsili almağınız üçün xaricdə təhsil komandamızın dəstəyindən yararlana bilərsiniz. Marmara Group komandası göstəricilərinizə uyğun olan universitetlərə qəbul olmağınız və keyfiyyətli təhsil almağınıza dəstək olacaq!

 

Estoniyada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər