Türkiyə, azərbaycanlı tələbələr üçün təhsil və yaşam xərcləri baxımından ən çox müraciət olunan ölkələrdəndir. Həm akademik mühitin zənginliyi, həm də mədəni müxtəliflik, Türkiyəni təhsil almaq istəyənlər üçün ideal yerə çevirir.
Türkiyədə təhsil həyatına başlamaqdan əvvəl, yaşam xərclərinin nə olacağı və bu xərcləri necə idarə edəcəyiniz barədə dəqiq məlumatlara sahib olmaq çox vacibdir.
Türkiyədə tələbələrin qarşılaşdığı ortalama yaşam xərcləri, şəhərlərə görə dəyişiklik göstərsə də, araşdırma edib ortalama yaşam xərcini müəyyənləşdirməyə çalışmışıq.
Türkiyədə ortalama yaşam xərci nə qədərdir?
Türkiyədə yaşam xərcləri şəhərdən və şəxsin şəxsi ehtiyaclarından asılı olaraq dəyişsə də, 2024-cü ildə ortalama yaşam xərcləri belədir:
Aylıq qida xərcləri. Ortalama aylıq qida xərçi 20.432 TL təşkil edir.
Ümumi yaşam xərcləri. Qida, geyim, kirayə, elektrik, su, yanacaq, nəqliyyat, təhsil, səhiyyə və digər zəruri xərclər daxil olmaqla ümumi aylıq yaşam xərcləri 66.553 TL təşkil edir.
Bu rəqəmlərin ehtiyac və alış-verişdən asılı olaraq az və ya çox olması mümkündür.
Türkiyənin yaşam xərci ən ucuz şəhərləri hansılardır?
Türkiyədə yaşam xərcləri, şəhərlərə görə böyük fərqlər göstərir. Böyük və turistik şəhərlərdə yaşam xərcləri daha yüksəkdir, kiçik və daha az tanınan şəhərlərdə isə daha sərfəlidir.
Aşağıda yaşam xərclərinin nisbətən daha ucuz olduğu TOP-5 şəhərləri sizə təqdim edirik:
1. Eskişehir
Eskişehir, həm təhsil, həm də yaşam xərcləri baxımından ən çox təlabat olan şəhərlərdəndir. Tələbələr üçün ideal olan bu şəhərdə qida, kirayə və nəqliyyat xərcləri İstanbul və Ankaraya nisbətən daha əlverişlidir.
2. Konya
Konya, xüsusən mədəniyyət və tarixi abidələr baxımından zəngin şəhərdir. Yaşam xərcləri, İstanbul və Ankaraya nisbətən əhəmiyyətli dərəcədə daha aşağıdır. Kirayə, yemək və nəqliyyat kimi gündəlik xərclər də daha münasib burada.
3. Kayseri
Kayseri, həm iqtisadi baxımdan, həm də yaşam xərcləri ilə önə çıxan şəhərdir. Qida və kirayə qiymətləri digər böyük şəhərlərə nisbətən çox daha ucuzdur. Kayseri həmçinin sənaye və ticarət baxımından da inkişaf etdiyindən buradakı iş imkanları da çoxdur.
4. Sivas
Sivas, həm iqtisadi, həm də mədəniyyət baxımından çox zəngin bir. Yaşam xərcləri çox aşağıdır ki, bu da Sivası həm tələbələr, həm də işçilər üçün münasib yer edir. Geyim, yemək və kirayə qiymətləri olduqca sərfəlidir.
5. Mersin
Mersin, sahil şəhəri olmasına baxmayaraq, yaşam xərcləri İstanbul və İzmir kimi böyük şəhərlərlə müqayisədə daha münasibdir. Burada gündəlik yaşam xərcləri, xüsusilə gıda və kirayə məsələlərində daha sərfəlidir.
(Mənbə: https://www.5ocakgazetesi.com/ekonomi )
Türkiyənin yaşam xərci yüksək olan şəhərləri
Türkiyədə yaşam xərcləri böyük şəhərlərdə yüksəkdir. Ən yüksək yaşam xərclərinə sahib olan şəhərlər, əsasən turistik, sənaye və ticarət mərkəzləri olan bölgələrdir.
Aşağıda yaşam xərcləri yüksək olan TOP-5 şəhər yer alır:
1. İstanbul
İstanbul, Türkiyənin ən böyük və ən məşhur şəhəri olduğu üçün yaşam xərcləri ən yüksək olan yerdir. Xüsusilə kirayə qiymətləri burada çox yüksəkdir. Ən bahalı bölgələr, Beyoğlu, Beşiktaş, Kadıköy kimi mərkəzi yerlərdədir. Bununla yanaşı, qida, nəqliyyat və digər gündəlik ehtiyaclar da digər şəhərlərə nisbətən daha baha olur.
2. Ankara
Türkiyənin paytaxtı olan Ankara, həm siyasi, həm də iqtisadi baxımdan önəmli şəhərdir. Bu səbəblə yaşam xərcləri nisbətən yüksəkdir. Kirayə, yemək və nəqliyyat xərcləri, xüsusilə mərkəzi bölgələrdə digər şəhərlərə nisbətən daha yüksəkdir. Ankarada bəzi bölgələrdə yaşam xərcləri İstanbul ilə müqayisə oluna biləcək dərəcədə bahalıqdadır.
3. İzmir
İzmir, Ege bölgəsinin ən böyük və ən inkişaf etmiş şəhəri olaraq, yaşam xərcləri yüksək olan şəhərlərdən biridir. Sahil bölgəsində yerləşməsi və turistlərin çox olması səbəbilə kirayə qiymətləri yüksəkdir. Eyni zamanda, yemək və sosial həyat xərcləri də yüksəkdir.
4. Antalya
Antalya, xüsusilə turistlər cəlbedici şəhərdir. Ona görə də yüksək turist tələbi, şəhərin bəzi bölgələrində kirayə və digər yaşam xərclərinin artmasına səbəbdir. Kirayə qiymətləri, xüsusilə yaz aylarında əhəmiyyətli dərəcədə yüksəlir.
5. Bursa
Bursa, sənaye baxımından önəmli şəhərdir və böyük şəhərlərlə müqayisədə yaşam xərcləri nisbətən yüksəkdir. Xüsusilə şəhərin mərkəzində və sənaye bölgələrində kirayə qiymətləri daha bahadır. Bu şəhərdə həmçinin qida və nəqliyyat xərcləri də digər şəhərlərlə müqayisədə yüksək ola bilər.
Bu şəhərlər, iqtisadi inkişaf, turizm, sənaye və ticarət mərkəzləri olaraq yüksək yaşam xərclərinə malikdir. Xüsusilə kirayə qiymətləri və gündəlik ehtiyaclar digər şəhərlərlə müqayisədə daha bahadır.
(Mənbə: https://www.5ocakgazetesi.com/ekonomi )