Estoniya – yaratdığı “rəqəmsal cəmiyyət” ilə məşhur, Şimali Avropada yerləşən kiçik bir dövlətdir. Ölkə eyni zamanda internetdən istifadə azadlığı ilə digərlərindən fərqlənir.
İnformasiya texnologiyaları istifadəsi ilə tanınan Estoniyada 1990-cı ildən bəri internet-banking xidmətləri istifadədədir və hazırda əməliyyatların 99,6%-i online həyata keçirilir. Online-Rezidentlik, Online-Səsvermə, rəqəmsal tibbi reseptlər, qanuni məcburi müqavilələrin qurumlara getmədən online imzalanması, hökumətin qarşılıqlı fəaliyyətlrində iştirak, e-Vergi Şurası – bütün xidmətlər İnternetdən istifadə və online strktur ilə həyata keçirilir. 2012-ci ildə Wall Street Jurnalında yazılan məqaləyə əsasən, Estoniya Avropada adambaşına ən çox startap sayı olan ölkədir və bu say hər il artmağa davam edir. Estoniya, eyni zamanda, Skype və TransferWise kimi tanınmış online platformaların vətənidir.
Estoniyanın texnoloji məktəbləri və şirkətləri maneələri aşmaq və hər yerdən gələn tələbələr, məzunlar və gənc sahibkarlarla daha ağıllı bir dünya qurmaq üçün çox çalışırlar. Ölkədə beynəlxalq mühit yaratmaq və hər ölkədən tələbələrin burada təhsil alması üçün təhsil müəssisələri və hökümət əllərindən gələni edir, hər il tələbələrə yeni imkanlar təqdim edirlər. 70-ə yaxın ölkədən minlərlə tələbə bunu bir daha təsdiq edə bilər ki, Estoniya Avropanın ən çox beynəlxalq tələbəyə ev sahibliyi etdiyi ilk 3 ölkə sırasına rahatlıqla daxil ola bilər.
Estoniyada İT üzrə bakalavr təhsili 3 il davam edir. Avropa universitetləri Kompüter Elmləri, İnformasiya Sistemləri, Proqram Mühəndisliyi və s. kimi ixtisaslara malik müxtəlif İT proqramları təqdim edir. İngilis dilində bir çox proqramlar təklif olunur ki, bu da beynəlxalq tələbələrə dil maneələri olmadan dərəcələrini davam etdirməyə imkan verir.
Tallinn Texnologiya Universiteti, aralarında Stanford, Berkeley, MIT və Harvard kimi 50-yə yaxın beynəlxalq universitetlə əməkdaşlıq etmiş və hazırda Silikon Vadisi və Şanxayda ofisləri olan, Estoniyanın ən tanınan universitetlərindəndir.
Tartu Universiteti, Utrecht Şəbəkəsi və Coimbra Universitetlər Qrupu kimi beynəlxalq universitetlər birliyinin üzvüdür. Melbourne Universiteti və Tsinghua Universiteti də daxil olmaqla, Asiya və Avstraliyanın ən yüksək reytinqli universitetləri ilə mübadilə proqramları aparır. Tartu Universitetindəki Kompüter Elmləri İnstitutu, Aalto Universiteti, Helsinki Universiteti və İsveçdəki KTH Kral Texnologiya İnstitutu və Skandinaviya universitetləri ilə də beynəlxalq səviyyəli səmərəli əməkdaşlıq edir.
Universitet | Proqram | Müddəti | Son müraciət tarixi |
Tallinn Texniki Universiteti | İnformasiya texnologiyaları | 3 il | 15 Aprel |
Tartu Universiteti | Informatics | 3 il | 1 Aprel |
Estonian Academy of Arts | Interactive Media and Design | 3.5 il | 10 Aprel |
Estoniyada İT üzrə magistr təhsili, ölkədəki bir çox universitetlərin təklif etdiyi müxtəlif proqramlar arasında mövcuddur. Bu proqramlar geniş bir sahəyə yayılan İT sahəsini öyrətmək üçün hazırlanmışdır və təcrübəli müəllimlər tərəfindən təhlil edilmiş və müzakirə edilmiş texnologiya inkişaflarını əhatədən təqdim edir. Magistr təhsili müddəti universitet və proqramdan asılı olaraq dəyişir, ancaq əsasən 1 il və ya daha çox davam edir. Müraciət tarixləri aprel ayının sonlarına qədər davam edir.
Tallinn Texnologiya Universiteti, aralarında Stanford, Berkeley, MIT və Harvard kimi 50-yə yaxın beynəlxalq universitetlə əməkdaşlıq etmiş və hazırda Silikon Vadisi və Şanxayda ofisləri olan, Estoniyanın ən tanınan universitetlərindəndir.
Tartu Universiteti, Utrecht Şəbəkəsi və Coimbra Universitetlər Qrupu kimi beynəlxalq universitetlər birliyinin üzvüdür. Melbourne Universiteti və Tsinghua Universiteti də daxil olmaqla, Asiya və Avstraliyanın ən yüksək reytinqli universitetləri ilə mübadilə proqramları aparır. Tartu Universitetindəki Kompüter Elmləri İnstitutu, Aalto Universiteti, Helsinki Universiteti və İsveçdəki KTH Kral Texnologiya İnstitutu və Skandinaviya universitetləri ilə də beynəlxalq səviyyəli səmərəli əməkdaşlıq edir.
Universitet | Proqram | Müddəti | Son müraciət tarixi |
Tallinn Texnologiya Universiteti | Information Technology | 2 il | 15 Aprel |
Tartu Universiteti | Computer Science | 2 il | 1 May |
Estoniya son illərdə orta əmək haqqının artımı ilə fərqlənir. Yüksək ixtisaslı mütəxəsisslər orta hesabla 1500-2000 avro əmək haqqı alir. Bu aralıq iş sahələrindən asılı olaraq dəyişə bilir. Estoniyada iş imkanları isə əsasən İT sahəsi ilə bağlıdır. İT sektorunda daima işçi qüvvəsinə ehtiyac vardır. İT mütəxəssislər ilkin 1000-1500 avro arası əgər 3 il və ya daha çox təcrübəniz varsa 2000-4000 avro arası əmək haqqı qazana bilir. Əlavə olaraq, Estoniyada mühəndis, bank və həkim kimi çalışanlara da tələbat vardır.
IT sahəsində bacarıqlarınızı inkişaf etdirmək üçün uyğun bakalavr və ya magistr ixtisası seçin. İT sahəsi dünya üzrə ingilis dili ilə əhatə olunur. Maraqlandığınız universitetin tələblərinə əsasən ingilis dilli proqramlara müraciət edib dil bacarıqlarınızı inkişaf etdirin. İT sahəsində təcrübə qazanmağınız vacibdir. Staj və ya layihələrdə işləmək, müvafiq təcrübəni əldə etməyinizə kömək edə bilər.
İT sahəsi geniş və tətbiqi bir sahədir. Komandada işləmək və digər spesialistlərlə effektiv şəkildə kommunikasiya qura bilə bilərsiniz. İT sahəsi tez dəyişən və inkişaf edən bir sahədir. Yeniliklərə marağınızı qoruyun, yeni texnologiyalara nail ola bilmək üçün özünüzü hazırlayın. Sertifikat alaraq, sahədəki bacarıqlarınızı dokumentləşdirin. Bu, potensial işverənlər üçün əlavə qiymət kimi təsir edə bilər.