Özbəkistanda universitetə qəbul üçün attestatın kifayət etdiyi proqramların sayı kifayət qədərdir. Xüsusilə bakalavriat təhsili üçün müraciət edən xarici tələbələr arasında bu istiqamətə maraq artır. Qəbul prosesinin universitetə və seçilən ixtisasa görə dəyişməsi isə müraciətdən əvvəl şərtlərin diqqətlə yoxlanılmasını tələb edir.
Attestatla qəbul imkanının olması ilə yanaşı, universitetin təhsil haqqı, tədris dili, yerləşdiyi şəhər və tələbələr üçün yaratdığı imkanlar da seçim zamanı nəzərə alınmalıdır. Özbəkistanda həm dövlət, həm də özəl universitetlərdə müxtəlif sahələr üzrə bakalavriat proqramları mövcuddur.
Özbəkistanda xarici tələbələr üçün orta təhsil haqqında attestatla bakalavriat proqramlarına müraciət etmək mümkündür. Universitetlərin qəbul qaydaları bir-birindən fərqləndiyi üçün bəzi ali məktəblərdə yalnız sənədlərin təqdim edilməsi və müsahibə kifayət etdiyi halda, digərlərində əlavə imtahan və ya dil tələbi tətbiq olunur.
Özbəkistanda attestatla qəbul edən 10 universitet bunlardır:
Urgenç Dövlət Universiteti
Özbəkistan Beynəlxalq İslam Akademiyası
New Uzbekistan University
Tashkent International University
Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti
Westminster International University in Tashkent
INHA University in Tashkent
IT Park University
Central Asian Green University
Nukus State University
Özbəkistanda dövlət universitetləri arasında xarici tələbələr üçün bakalavriat səviyyəsində qəbul imkanları olan nüfuzlu ali məktəblər var. Universitet seçimində yalnız reytinq deyil, qəbul qaydaları, ixtisas seçimi, tədris dili və təhsil haqqı da nəzərə alınmalıdır. Xarici tələbələr üçün qəbul prosesi universitetdən asılı olaraq sənəd yoxlanışı və müsahibə kimi mərhələləri əhatə edir.
Özbəkistanın attestatla qəbul edən ən yaxşı 10 dövlət universiteti aşağdakılardır:
Özbəkistan Milli Universiteti– Daşkənd
Səmərqənd Dövlət Universiteti– Səmərqənd
Daşkənd Dövlət İqtisad Universiteti– Daşkənd
Daşkənd Dövlət Texniki Universiteti– Daşkənd
Özbəkistan Dövlət Dünya Dilləri Universiteti– Daşkənd
Daşkənd Dövlət Şərqşünaslıq Universiteti– Daşkənd
Fərqanə Dövlət Universiteti– Fərqanə
Urgenç Dövlət Universiteti– Urgenç
Buxara Dövlət Universiteti– Buxara
Namanqan Dövlət Universiteti– Namanqan
Özbəkistanda özəl universitetlərin sayı son illərdə artıb və onların arasında xarici tələbələr üçün bakalavriat proqramları təklif edən ali məktəblər də var. Bir çox universitetdə orta təhsil haqqında attestat bakalavriat müraciəti üçün əsas sənədlərdən biri hesab olunur, lakin dil biliyi və qəbul imtahanı kimi əlavə tələblər universitetə görə dəyişir.
Özbəkistanın attestatla qəbul edən ən yaxşı 10 özəl universiteti aşağdakılardır:
Tashkent International University– Daşkənd
EMU University Tashkent– Daşkənd
Central Asian University– Daşkənd
Westminster International University in Tashkent– Daşkənd
Tashkent International University of Education– Daşkənd
Central Asian Green University– Daşkənd
Diplomat University– Daşkənd
University of Digital Economics and Agrotechnologies (UDEA)– Daşkənd
Millat Umidi University– Daşkənd
STARS International University– Daşkənd
Özbəkistanda attestatla müraciət etmək mümkün olan proqramlar arasında daha münasib büdcə ilə oxuna bilən müxtəlif istiqamətlər də var. Xüsusilə iqtisadiyyat, idarəetmə, informasiya texnologiyaları, filologiya və bəzi təbiət elmləri üzrə proqramlar daha çox seçim imkanı yaradır. Universitetlər üzrə təhsil haqqı fərqləndiyi üçün proqram seçərkən yalnız ixtisasa deyil, illik ödənişə də diqqət yetirmək vacibdir.
Aşağı büdcə ilə Özbəkistanda attestatla təhsil ala biləcəyi proqramlar bunlardır:
İqtisadiyyat və maliyyə
Biznesin idarə edilməsi
Marketinq
Mühasibat uçotu
İnformasiya texnologiyaları
Kompüter elmləri
Xarici dillər və filologiya
Psixologiya
Biologiya və kimya
Beynəlxalq münasibətlər
Özbəkistanda attestatla bakalavriat təhsili üçün seçim kifayət qədər genişdir. Universitetlərdə iqtisadiyyat və idarəetmədən informasiya texnologiyalarına, mühəndislikdən xarici dillərə qədər müxtəlif istiqamətlər üzrə proqramlar mövcuddur.
İqtisadiyyat
Maliyyə və bank işi
Biznesin idarə edilməsi və menecment
Marketinq
İnformasiya texnologiyaları və kompüter elmləri
Proqram təminatı mühəndisliyi
Kibertəhlükəsizlik
Xarici dillər və filologiya
Psixologiya
Beynəlxalq münasibətlər
Özbəkistanda attestatla bakalavriat təhsili üçün əsas sənəd orta təhsili tamamladığınızı təsdiqləyən attestatdır. Xarici tələbələrdən tələb olunan sənədlər universitetə və seçilən proqrama görə müəyyən qədər dəyişə bilər. Attestatın transkripti, pasport və fotoşəkil demək olar ki, əsas sənədlər sırasında yer alır. Bəzi universitetlərdə sənədlərin rus və ya özbək dilinə notarial təsdiqli tərcüməsi, dil sertifikatı və tibbi arayış da tələb olunur.
Attestat– Orta təhsili bitirdiyinizi təsdiqləyən attestat və ya ekvivalent təhsil sənədi təqdim edilməlidir.
Attestatın transkripti– Fənlər və qiymətlər göstərilən qiymət cədvəli sənədlərə əlavə olunur.
Xarici passport– Qəbul üçün etibarlı pasportun surəti tələb olunur.
Fotoşəkil– Adətən 3,5×4,5 sm ölçüdə rəngli fotoşəkillər istənilir.
Notarial tərcümə– Attestat və digər təhsil sənədləri universitetin tələb etdiyi dilə, əsasən rus və ya özbək dilinə, notarial qaydada tərcümə edilməlidir.
Dil sertifikatı — Seçilən proqramdan asılı olaraq tədris dilini bildiyinizi təsdiqləyən sertifikat tələb olunur.
Tibbi arayış– Xarici tələbələrdən bəzi universitetlərdə təhsil üçün sağlamlıq haqqında tibbi arayış tələb edilir.
Qəbul ərizəsi– Universitetin müəyyən etdiyi formada ərizə doldurulmalıdır.
Motivasiya məktubu və CV– Bəzi universitetlər, xüsusilə beynəlxalq proqramlar üçün bu sənədləri əlavə olaraq tələb edilir.
Attestatın tanınması və ya apostil– Xaricdə verilmiş təhsil sənədləri bəzi universitetlərdə tanınma, apostil və ya leqallaşdırma prosedurundan keçməlidir.