Memarlıq yalnız bina layihələndirməkdən ibarət deyil. Bu sahə yaradıcılıq, texniki bilik, estetik düşüncə və insan ehtiyaclarını düzgün anlamağı bir araya gətirir. Avropada memarlıq təhsili almaq istəyən tələbələr isə fərqli memarlıq məktəbləri və yanaşmaları ilə tanış olmaq, tarixi tikililəri yaxından öyrənmək və müasir layihələr üzərində işləmək imkanı qazanırlar. İtaliya, Almaniya, Fransa, Niderland və digər Avropa ölkələrində memarlıq üzrə müxtəlif bakalavr və magistr proqramları fəaliyyət göstərir. Bu proqramların hər biri tədris yanaşması, qəbul şərtləri və ixtisaslaşma istiqamətlərinə görə bir-birindən fərqlənir. Avropada memarlıq təhsili planlaşdıran tələbələr üçün universitet seçimi ilə yanaşı, portfolio tələbləri, təhsil müddəti, xərclər, təqaüd imkanları və məzuniyyətdən sonrakı iş perspektivlərini əvvəlcədən araşdırmaq vacibdir.
Memarlıq yaradıcılıq və texniki bilikləri birləşdirən ixtisaslardan biridir. Bu sahədə təhsil alan tələbələr həm layihələndirmə bacarıqlarını inkişaf etdirir, həm də məkanın funksional və estetik quruluşunu öyrənirlər. Memarlıq üzrə müxtəlif istiqamətlərdə ixtisaslaşmaq və gələcəkdə fərqli sahələrdə çalışmaq mümkündür.
Yaradıcı düşüncənin inkişafı: Fərqli layihələr hazırlayaraq öz ideyalarını və dizayn yanaşmalarını ortaya qoymaq mümkündür.
Geniş ixtisaslaşma imkanları: Şəhərsalma, interyer, landşaft memarlığı, bərpa və digər istiqamətlərdən birini seçmək olar.
Praktiki bacarıqlar: Layihələndirmə, texniki çertyoj, 3D modelləşdirmə və müasir memarlıq proqramları ilə işləmək bacarığı formalaşır.
Karyera imkanları: Memarlıq büroları, tikinti şirkətləri, dizayn studiyaları və şəhərsalma layihələrində işləmək mümkündür.
Beynəlxalq perspektiv: Memarlıq təhsili alan tələbələr müxtəlif ölkələrdə layihələrdə iştirak edərək beynəlxalq təcrübə qazana bilərlər.
Avropada memarlıq üzrə bakalavr proqramları adətən layihələndirmə, memarlıq tarixi, konstruksiya, şəhərsalma və rəqəmsal dizayn kimi mövzuları əhatə edir. Təhsil müddətində tələbələr nəzəri dərslərlə yanaşı, müxtəlif layihələr hazırlayaraq praktiki bacarıqlarını inkişaf etdirirlər. Universitetlər arasında qəbul tələbləri, portfolio şərtləri, təhsil dili və proqramın müddəti fərqlənir.
Təhsil müddəti: Memarlıq üzrə bakalavr proqramları universitetdən və ölkədən asılı olaraq əsasən 3-4 il davam edir.
Tədris proqramı: Memarlıq layihələndirməsi, memarlıq tarixi, konstruksiya, şəhərsalma, interyer və rəqəmsal modelləşdirmə kimi fənlər tədris olunur.
Portfolio tələbi: Bir çox universitet qəbul zamanı namizədin rəsm, dizayn və yaradıcılıq işlərindən ibarət portfolio təqdim etməsini tələb edir.
Tədris dili: İngilis dilində proqramlarla yanaşı, ölkənin yerli dilində keçirilən memarlıq proqramları da mövcuddur.
Praktiki hazırlıq: Tələbələr layihə işləri, studiya dərsləri və müxtəlif praktiki tapşırıqlar vasitəsilə real memarlıq prosesinə hazırlanırlar.
Diplom imkanları: Bakalavr təhsilini başa vuran məzunlar magistratura pilləsində təhsillərini davam etdirə və ya memarlıq və əlaqəli sahələrdə karyeraya başlaya bilərlər.
Avropada memarlıq təhsili almaq istəyən tələbələr üçün seçim kifayət qədər genişdir. Böyük Britaniya, İtaliya, Niderland, İsveçrə, İspaniya və Almaniyada bu sahə üzrə tanınan universitetlər fəaliyyət göstərir. Universitet seçərkən proqramın məzmunu, tədris dili və praktiki hazırlıq imkanları ilə yanaşı, şəhərin memarlıq mühiti də nəzərə alınır.
Avropada memarlıq üzrə ən yaxşı 10 universitet aşağdakılardır:
University College London (UCL)– London, Böyük Britaniya
Delft University of Technology– Delft, Niderland
ETH Zurich– Sürix, İsveçrə
Manchester School of Architecture– Mançester, Böyük Britaniya
Politecnico di Milano– Milan, İtaliya
EPFL– Lozanna, İsveçrə
University of Cambridge– Kembric, Böyük Britaniya
Politecnico di Torino– Turin, İtaliya
Universitat Politècnica de Catalunya (UPC)– Barselona, İspaniya
Technische Universität Berlin– Berlin, Almaniya
Avropada memarlıq təhsili üçün fərqli akademik yanaşmalara və təhsil imkanlarına malik çoxsaylı ölkələr mövcuddur. Bəzi ölkələr tarixi memarlıq məktəbləri ilə, digərləri isə müasir dizayn, texnologiya və davamlı şəhərsalma istiqamətləri ilə seçilir. Tələbələr ölkə seçərkən təhsil proqramlarının məzmunu, dil, qəbul şərtləri və yaşayış xərclərini də nəzərə ala bilərlər.
Böyük Britaniya
İtaliya
Niderland
İsveçrə
Almaniya
İspaniya
Fransa
Danimarka
İsveç
Avstriya
Avropada memarlıq üzrə bakalavr proqramları universitetlərin yanaşmasına və ölkənin memarlıq məktəbinə görə fərqlənir. Bəzi proqramlar daha çox dizayn və yaradıcılığa, digərləri isə texniki biliklərə, şəhərsalma və davamlı memarlığa üstünlük verir.
Avropada memarlıq üzrə ən yaxşı 10 bakalavr proqramı bunlardır:
Architecture- University College London (UCL)
BSc Architecture- Delft University of Technology
Architecture- ETH Zurich
Architecture- Politecnico di Milano
Architecture- Politecnico di Torino
Architecture- Manchester School of Architecture
Architecture- Universitat Politècnica de Catalunya (UPC)
Architecture- Technische Universität Berlin
Architecture- University of Cambridge
Architecture- EPFL
Memarlıq bakalavr proqramlarında tələbələr layihələndirmə, tikinti, dizayn və şəhərsalma ilə bağlı müxtəlif fənlər keçirlər. Dərslərin adı və məzmunu universitetə görə dəyişsə də, əsas mövzular bir çox proqramda oxşardır.
Memarlıq üzrə bakalavr təhsilində keçirilən əsas dərslər aşağıdakılardır:
Memarlıq layihələndirməsi
Memarlıq qrafikası
Memarlıq tarixi
Tikinti konstruksiyaları
Şəhərsalma
Rəqəmsal layihələndirmə
Materialşünaslıq
İnteryer dizaynı
Davamlı memarlıq
Memarlıq studiyası
Avropada memarlıq üzrə magistr proqramları bakalavr təhsilindən sonra daha dərin ixtisaslaşmaq istəyən tələbələr üçün nəzərdə tutulur. Bu proqramlarda tələbələr mürəkkəb memarlıq layihələri üzərində işləyir, müasir layihələndirmə üsullarını və tədqiqat metodlarını öyrənirlər. Magistratura proqramlarının məzmunu universitetə və seçilən ixtisaslaşma istiqamətinə görə dəyişir.
Təhsil müddəti: Memarlıq üzrə magistr proqramları əsasən 1–2 il davam edir.
İxtisaslaşma: Tələbələr davamlı memarlıq, şəhərsalma, rəqəmsal memarlıq, interyer və digər istiqamətlər üzrə ixtisaslaşa bilərlər.
Portfolio tələbi: Bir çox universitet qəbul zamanı namizədin əvvəlki layihələrini əks etdirən portfolio tələb edir.
Tədris proqramı: Memarlıq layihələndirməsi, şəhərsalma, qabaqcıl konstruksiyalar, rəqəmsal dizayn və memarlıq tədqiqatları kimi mövzulara yer verilir.
Praktiki layihələr: Tələbələr real layihələrə yaxın tapşırıqlar üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq edirlər.
Magistr dissertasiyası: Təhsilin sonunda tələbələr seçdikləri mövzu üzrə tədqiqat apararaq magistr layihəsi və ya dissertasiya hazırlayırlar.
Avropada memarlıq üzrə magistr təhsili üçün seçim edərkən universitetin bu sahədəki akademik nüfuzuna və proqramlarının məzmununa diqqət yetirmək vacibdir. QS World University Rankings by Subject 2026-da Avropanın bir sıra universitetləri Memarlıq və Tikilmiş Mühit sahəsində dünyanın ən yüksək nəticə göstərən ali məktəbləri sırasında yer alıb.
Avropada memarlıq üzrə ən yaxşı 10 magistr universiteti aşağdakılardır:
University College London (UCL)– London, Böyük Britaniya
Delft University of Technology– Delft, Niderland
ETH Zurich– Sürix, İsveçrə
Manchester School of Architecture– Mançester, Böyük Britaniya
Politecnico di Milano– Milan, İtaliya
EPFL – École polytechnique fédérale de Lausanne– Lozanna, İsveçrə
University of Cambridge– Kembric, Böyük Britaniya
Politecnico di Torino– Turin, İtaliya
Universitat Politècnica de Catalunya (UPC)– Barselona, İspaniya
Technische Universität Berlin (TU Berlin)– Berlin, Almaniya
Avropada memarlıq üzrə magistr təhsili üçün bir neçə ölkə xüsusilə ön plana çıxır. QS 2026 Memarlıq və Tikilmiş Mühit reytinqində Böyük Britaniya, Niderland, İsveçrə və İtaliya kimi ölkələrin universitetləri yüksək mövqelərdə yer alır. Magistr proqramı seçərkən ölkənin memarlıq məktəbi ilə yanaşı, tədris dili, proqramın istiqaməti və qəbul şərtlərini də nəzərə almaq vacibdir.
Böyük Britaniya
Niderland
İsveçrə
İtaliya
İspaniya
Almaniya
Fransa
Danimarka
İsveç
Avstriya
Avropada memarlıq üzrə magistr proqramları arasında həm klassik memarlıq, həm şəhərsalma, həm də müasir və davamlı dizayn istiqamətləri üzrə seçimlər var. QS 2026 Memarlıq və Tikilmiş Mühit reytinqində UCL, Delft University of Technology, ETH Zurich və Politecnico di Milano kimi universitetlər dünyanın ən güclü memarlıq məktəbləri arasında göstərilir.
Avropada memarlıq üzrə ən yaxşı 10 magistr proqramı aşağdakılardır:
Architecture March-University College London (UCL)– London, Böyük Britaniya
MSc Architecture, Urbanism and Building Sciences-Delft University of Technology– Delft, Niderland
MSc Architecture-ETH Zurich– Sürix, İsveçrə
MSc Architecture-Politecnico di Milano– Milan, İtaliya
MArch Architecture-University of Cambridge– Kembric, Böyük Britaniya
Master of Architecture-Manchester School of Architecture– Mançester, Böyük Britaniya
Master in Architecture-Politecnico di Torino– Turin, İtaliya
Master’s Degree in Architecture- Universitat Politècnica de Catalunya (UPC)– Barselona, İspaniya
MSc Architecture-EPFL– Lozanna, İsveçrə
MSc Architecture-Technische Universität Berlin– Berlin, Almaniya
Memarlıq üzrə magistr proqramlarında bakalavr pilləsində əldə olunan biliklər daha mürəkkəb layihələr və ixtisaslaşmış mövzular vasitəsilə inkişaf etdirilir. Fənlərin adı universitetə və seçilən ixtisaslaşmaya görə dəyişir.
Memarlıq üzrə magistr təhsili zamanı keçirilən əsas dərslər aşağıdakılardır:
Memarlıq layihələndirməsi
Şəhərsalma və şəhər dizaynı
Davamlı memarlıq
Rəqəmsal memarlıq və dizayn
Qabaqcıl tikinti konstruksiyaları
Memarlıq nəzəriyyəsi
Memarlıq tədqiqat metodları
Bina texnologiyaları
Landşaft memarlığı
Memarlıq studiyası
Avropada memarlıq təhsili üçün qəbul şərtləri seçilən ölkəyə, universitetə və təhsil pilləsinə görə dəyişir. Xüsusilə memarlıq proqramlarında akademik göstəricilərlə yanaşı, namizədin yaradıcılıq və layihələndirmə bacarıqları da nəzərə alınır.
Təhsil sənədi: Bakalavr üçün orta təhsil haqqında attestat, magistr üçün isə müvafiq bakalavr diplomu tələb olunur.
Dil biliyi: İngilis dilində proqramlara qəbul üçün IELTS və ya TOEFL kimi dil sertifikatı tələb olunur.
Portfolio: Bir çox memarlıq proqramında namizədin hazırladığı rəsm, eskiz, dizayn və memarlıq layihələrindən ibarət portfolio təqdim etməsi tələb olunur.
Qəbul imtahanı: Bəzi universitetlərdə rəsm, yaradıcılıq və ya memarlıq qabiliyyətini qiymətləndirən qəbul imtahanı keçirilir.
Akademik göstəricilər: Namizədin əvvəlki təhsil pilləsindəki qiymətləri və fənn nəticələri qəbul prosesində nəzərə alınır.
Motivasiya məktubu: Tələbənin niyə memarlıq təhsili almaq istədiyini və gələcək məqsədlərini izah etdiyi motivasiya məktubu tələb olunur.
Tövsiyə məktubu: Xüsusilə magistr proqramlarına müraciət zamanı müəllim və ya akademik rəhbərlərdən tövsiyə məktubu istənilir.
Əlavə sənədlər: Pasport, transkript, CV və digər tələb olunan sənədlər universitetin müəyyən etdiyi qaydalara uyğun təqdim edilməlidir.
Avropada memarlıq təhsili almaq üçün ilk növbədə uyğun ölkə və universitet seçmək, daha sonra həmin universitetin qəbul şərtlərini yoxlamaq lazımdır. Memarlıq proqramlarında akademik göstəricilərlə yanaşı portfolio da mühüm rol oynayır.
Ölkə və universitet seçmək: Təhsil haqqı, tədris dili, proqramın məzmunu və qəbul şərtlərinə əsasən uyğun universitetlər müəyyənləşdirilir.
Qəbul tələblərini yoxlamaq: Attestat və ya diplom, dil sertifikatı, portfolio və digər sənədlərlə bağlı tələblər əvvəlcədən araşdırılır.
Portfolio hazırlamaq: Rəsm, eskiz, dizayn və əvvəlki layihələrdən seçilmiş işlər səliqəli şəkildə hazırlanaraq portfolio formasına salınır.
Dil biliyini təsdiqləmək: İngilis dilində tədris olunan proqramlar üçün universitetin tələb etdiyi IELTS, TOEFL və ya digər dil sertifikatı əldə edilir.
Sənədləri hazırlamaq: Attestat və ya diplom, transkript, pasport, CV, motivasiya məktubu və tələb olunan digər sənədlər toplanır.
Universitetə müraciət etmək: Sənədlər universitetin onlayn müraciət sistemi və ya müvafiq qəbul platforması vasitəsilə göndərilir.
Qəbul və viza prosesini tamamlamaq: Qəbul məktubu əldə edildikdən sonra təhsil haqqı və yaşayışla bağlı məsələlər həll edilir, daha sonra tələbə vizası üçün müraciət olunur.
Memarlıq məzunları yalnız memar kimi deyil, layihələndirmə, şəhərsalma və dizaynla əlaqəli müxtəlif sahələrdə işləyə bilərlər. İş imkanları seçilən ixtisaslaşmadan, proqram biliklərindən və praktiki təcrübədən asılı olaraq dəyişir.
Memar: Bina və müxtəlif tikililərin layihələndirilməsi, planlaşdırılması və layihə sənədlərinin hazırlanması ilə məşğul olur.
Şəhərsalma mütəxəssisi: Şəhər və yaşayış ərazilərinin planlaşdırılması, nəqliyyat və ictimai məkanların təşkilində iştirak edir.
İnteryer dizayneri: Yaşayış və kommersiya məkanlarının daxili görünüşünü, funksional quruluşunu və dizaynını hazırlayır.
Landşaft memarı: Park, bağ, həyət və digər açıq ərazilərin layihələndirilməsi üzərində işləyir.
3D vizuallaşdırma mütəxəssisi: Memarlıq layihələrinin üçölçülü modellərini və realistik görüntülərini hazırlayır.
BIM mütəxəssisi: Binaların rəqəmsal modellərinin hazırlanması və layihə məlumatlarının idarə olunması ilə məşğul olur.
Memarlıq üzrə layihə meneceri: Layihənin planlaşdırılmasını, komanda işini və layihənin müxtəlif mərhələlərinin koordinasiyasını həyata keçirir.
Restavrasiya mütəxəssisi: Tarixi və mədəni əhəmiyyət daşıyan binaların qorunması və bərpası üzrə layihələrdə çalışır.
Memarlıq üzrə maaş ölkəyə, iş təcrübəsinə, ixtisaslaşmaya və çalışılan şirkətin ölçüsünə görə ciddi şəkildə dəyişir.
Yeni məzun memar: Təxminən 22 000-32 000 avro illik gəlir əldə edə bilər.
Orta təcrübəli memar: Təcrübə artdıqca illik gəlir təxminən 35 000-55 000 avro və daha yüksək olur.
Təcrübəli memar: Böyük layihələrdə və yüksək maaşlı Avropa ölkələrində illik gəlir 60 000 avronu keçə bilər.
Ölkələr üzrə fərq: Son illərin əmək bazarı məlumatlarında elan edilən median maaş Böyük Britaniyada təxminən 49 700 avro, Niderlandda 47 400 avro, Avstriyada 47 700 avro, İspaniyada 40 000 avro, Fransada 34 800 avro, İtaliyada isə 30 000 avro göstərilir.
Yüksək gəlir imkanları: İsveçrə, Danimarka, Almaniya və Niderland kimi ölkələrdə təcrübəli memarlar daha yüksək gəlir əldə edə bilirlər. ACE-nin araşdırmasında İsveçrə və Danimarka alıcılıq qabiliyyətinə görə ən yüksək gəlir göstəricilərinə malik ölkələr sırasında göstərilir.
Memarlıq sahəsində uğurlu olmaq üçün yalnız yaradıcı düşüncə kifayət etmir. Layihələndirmə, texniki biliklər və rəqəmsal proqramlardan istifadə bacarığı da bu peşənin əsas tələbləri sırasındadır.
Məkan və forma haqqında düşünmə bacarığı
Yaradıcılıq və dizayn qabiliyyəti
Texniki rəsm və çertyoj bacarığı
Riyazi və analitik düşüncə
3D modelləşdirmə bacarığı
AutoCAD, Revit, SketchUp və digər proqramlardan istifadə
Layihə planlaşdırması və idarəetmə bacarığı
Detallara diqqət
Komanda ilə işləmək bacarığı
Problemləri həll etmək və qərar vermək bacarığı
Memarlıqda uğur qazanmaq üçün nəzəri biliklərlə kifayətlənməyərək onları praktiki layihələrdə tətbiq etmək vacibdir. Sahədəki yenilikləri izləmək, rəqəmsal proqramları mənimsəmək və şəxsi portfolio üzərində işləmək də karyera üçün önəmlidir.
Praktiki layihələr üzərində işləmək
Memarlıq proqramlarını yaxşı mənimsəmək
Güclü portfolio hazırlamaq
Müxtəlif memarlıq üslublarını öyrənmək
Müasir tikinti texnologiyalarını izləmək
Təcrübə proqramlarında iştirak etmək
Peşəkar memarlarla əməkdaşlıq etmək
Yaradıcılıq və dizayn bacarıqlarını inkişaf etdirmək
Beynəlxalq layihələri və memarlıq trendlərini izləmək
Davamlı şəkildə yeni bilik və bacarıqlar qazanmaq