Hər il yüzlərlə tələbə keyfiyyətli təhsil almaq və kariyeralarına yaxşı təməl qoymaq üçün Avropaya gedir. Avropa nüfuzlu universitetləri, geniş akademik proqramları və beynəlxalq iş imkanlarına görə tələbələr üçün cəlbedici məkanlardandır.
Avropada təhsil almaqla bərabər buradakı yaşam xərci, market qiymətləri ən az təhsil qədər önəmlidir. Çünki zəruri xərclərdən xəbərdar olmaq Avropaya gedəcək tələbənin bilməli olduqlarındandır.
Tələbələrin yaşayış, nəqliyyat, yemək və digər gündəlik ehtiyacları üçün nə qədər xərcləyəcəyini bilmək onlara maliyyə baxımından daha davamlı təhsil prosesinə sahib olmaq imkanı verir.
Bu bloq yazımızda Avropada təhsil almağı düşünən tələbələr üçün market xərclərini araşdırıb təqdim edirik.
Avropada tələbələrin aylıq ərzaq xərci
Avropada tələbələrin aylıq ərzağa çəkdiyi xərc tələbənin ehtiyaclarından və aldığı ərzağın markasından asılı olaraq dəyişir.
Lakin ümumilikdə, Şərqi Avropa ölkələrində market xərcləri Qərbi Avropa ölkələrindən daha münasibdir.
Qərbi Avropa ölkələrində, məsələn, Almaniya və Fransada bir tələbənin aylıq market xərcləri təxminən 200-350 avro arasındadır. İskandinav ölkələrində, xüsusilə Norveç və İsveçdə, bu məbləğ 300-450 avro arasında olur. Cənubi Avropa ölkələrində, İspaniya və Portuqaliya kimi, aylıq qida xərcləri daha aşağıdır. Təxminən 150-250 avro aralığında.
Şərqi Avropa ölkələrində, Polşa və Macarıstan kimi ölkələrdə isə bir tələbənin aylıq market xərcləri təxminən 100-150 avro olur.
Qidalar üzrə ortalama market qiymətləri ölkələr arasında fərqli olsa da, təxminən belədir:
Zəruri ərzaqlar | Minimal market qiymətləri (avro ilə) |
Kartof | 1.00 – 1.50 |
Pomidor | 2.00 – 3.00 |
Soğan | 1.00 – 1.50 |
Kök | 1.00 – 2.00 |
Qirmizi ət (mal əti) | 10.00 – 15.00 |
Ağ ət (toyuq əti) | 5.00 – 8.00 |
Donuz əti | 6.00 – 10.00 |
Süd | 0.80 – 1.20 |
Pendir | 7.00 – 12.00 |
Qatıq | 2.00 – 3.50 |
Çörək | 1.00 – 2.50 |
Yumurta (12 ədəd) | 2.00 – 3.50 |
Makaron | 1.00 – 2.00 |
Düyü | 1.50 – 3.00 |
Alma | 2.00 – 3.00 |
Banan | 1.50 – 2.50 |
Portağal | 2.00 – 3.00 |
Üzüm | 3.00 – 4.50 |
(Mənbə: https://ec.europa.eu/eurostat )
Avropada market qiymətlərinin ən yüksək olduğu şəhərləri
Avropada ən yüksək ərzaq qiymətləri olan şəhərlər bunlardır:
Sürix, İsveçrə: Sürix yüksək həyat standartları və market qiymətləri ən yüksək olan Avropa ölkələri sıralamasında ilkdədir. İsveçədə olan bütün şəhərlərdə, xüsusilə Sürix, Stokholm və Cenevrədə ərzaq qiymətləri olduqca yüksəkdir.
Reykjavik, İslandiya: Reykyavikdə idxal xərcləri səbəbindən ərzaq qiymətləri yüksəkdir.
Oslo, Norveç: Norveçin paytaxtı Oslo Avropanın ən bahalı ərzaq qiymətləri olan şəhərlərdən biridir.
Kopenhagen, Danimarka: Yüksək vergilər və keyfiyyətli həyat standartları Kopenhagendə yüksək ərzaq qiymətlərinə səbəb olur.
Paris, Fransa: Parisdə yaşam qiymətləri və market qiymətləri də daxil olmaqla bütün qiymətlər bahadır.
London, Böyük Britaniya: Londonda ümumi yaşam xərcləri bahalıdır.
Bu şəhərlərin hər birində market qiymətləri də daxil olmaqla ümumilikdə yaşam xərcləri yüksəkdir. Ona görə də həmin şəhərlərdə təhsil almaq istəyərkən maddi xərcləri də nəzərə almaq öncədən təhsilə hazırlıq prosesində önəmlidir.
(Mənbə: https://equityatlas.org/most-expensive-cities-in-europe/ )
Avropada tələbələr üçün ən ucuz şəhərlər
Avropada tələbələr üçün ən sərfəli yaşayış xərcləri olan bir çox şəhər var. Bu şəhərlər aşağı kirayə, yemək və nəqliyyat xərcləri və prestijli universitetlərilə tələbələrin təhsil almaq üçün ən çox getdiyi şəhərlərdəndir.
Avropada tələbələr üçün ən ucuz şəhərlərdən bəziləri bəziləri:
Budapeşt, Macarıstan: Budapeşt sərfəli yaşam xərci və yüksək keyfiyyətli təhsililə Avropanın ən çox üz tutulan şəhərlərindəndir.
Budapeştdə tələbələr üçün kirayə, yemək və nəqliyyat xərcləri kifayət qədər aşağıdır.
Varşava, Polşa: Polşanın paytaxtı Varşava sərfəli yaşayış xərcləri və keyfiyyətli təhsil imkanları ilə seçilir. Tələbələr üçün kirayə və gündəlik yaşayış xərcləri Avropanın digər böyük şəhərlərinə nisbətən Varşavada daha aşağıdır.
Praqa, Çexiya: Praqa Avropanın ən gözəl və tarixi şəhərlərindən biridir və sərfəli yaşayış xərcləri ilə tələbələr üçün cəlbedici seçimdir. Praqada kirayə, nəqliyyat və ərzaq qiymətləri Avropa ölkələrilə müqayisədə ucuzdur.
Krakov, Polşa: Varşavadan əlavə olaraq Krakovda da market qiymətləri, kirayə və ümumi yaşam xərcləri çox sərfəlidir.
Sofiya, Bolqarıstan: Sofiya Avropanın ən ucuz paytaxt şəhərlərindən biridir. Aşağı kirayə və yaşayış xərcləri olan bu əhərdə tələbələr maddi çətinlik çəkmədən, rahat təhsil almaq imkanına sahibdirlər.
Buxarest, Rumıniya: Buxarestdə kirayə və gündəlik yaşayış xərcləri olduqca aşağıdır ki, bu da oranı tələbələr üçün ən uyğun büdcəli şəhər edir.
Lissabon, Portuqaliya: Lissabonda kirayə və yaşayış xərcləri digər böyük Avropa şəhərlərinə nisbətən daha aşağıdır.
Afina, Yunanıstan: Afina da daxil olmaqla Yunanıstanda kirayə və gündəlik yaşam xərcləri olduqca aşağıdır.
Bu şəhərlər tələbələrə həm keyfiyyətli təhsil, həm də sərfəli yaşayış xərcləri ilə iqtisadi həyat təklif edir. Tələbələr adətən keyfiyyətli təhsili və sərfəli market xərcləri səbəbilə Macarıstan, Polşa və Çexiyaya kimi universitetlərə daha çox gedirlər.
Bu ölkələr də daxil olmaqla bütün Avropa və dünyadakı digər ölkələrdəki yaşam xərcləri, market qiymətləri haqqında dəqiq məlumat əldə etmək üçün Eurostat və Numbeo kimi mənbələrdən istifadə edə bilərsiniz.