Marmara Group > Bloq > Blog > Xaricdə Təhsil Dövlət Proqramı

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil proqramı, ölkəmizin gələcəyini formalaşdıracaq yüksək ixtisaslı kadrların yetişdirilməsi məqsədilə hər il yüzlərlə tələbəmizi xaricdə təhsilə göndərir. Bu proqramın əsas məqsədi azərbaycanlı gənclərin dünya səviyyəli universitetlərdə təhsil alaraq, ölkəmizə qayıtdıqdan sonra müasir bilik və bacarıqlara sahib olmaqla müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmələridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış bu proqram 2007-ci ildən bəri həyata keçirilir və təhsil xərcləri, yaşayış, sığorta və digər zəruri ehtiyacları qarşılayan tam təqaüd təmin edir. Xaricdə təhsil proqramı çərçivəsində hər il tələbələr prioritet sahələrdə ixtisaslaşaraq, ölkənin inkişafına töhfə verə biləcək bilik və təcrübə əldə edirlər. Bu proqram həm də beynəlxalq təcrübə ilə yerli tələbləri birləşdirərək, Azərbaycanın gələcəyini təmin edəcək liderlərin formalaşmasına xidmət edir.

Bu yazımızda bütün tələbələri maraqlandıran xaricdə təhsil proqramı haqqında daha ətraflı məlumat verəcək və müraciət qaydaları ilə sizi tanış edəcəyik.

Xaricdə təhsil proqramına hansı ixtisaslar daxildir?

Azərbaycan Elm və Təhsil Nazirliyinin xaricdə təhsil proqramına daxil olan bəzi ixtisaslar bunlardır:

  • Kompüter Elmləri
  • Süni İntellekt
  • Elektronika və Elektrik Mühəndisliyi
  • Məlumat Təhlükəsizliyi
  • Proqram Təminatı Mühəndisliyi
  • Riyaziyyat və Kompüter Elmləri
  • Avtomatlaşdırma və Nəzarət Mühəndisliyi
  • Biotexnologiya
  • Sənaye Mühəndisliyi
  • Mexanika Mühəndisliyi
  • Materialşünaslıq və Mühəndislik
  • Aerokosmik Mühəndislik
  • Robototexnika
  • Geoinformatika
  • Qrafik Dizayn
  • Telekommunikasiya
  • Nanotexnologiyalar
  • Elektron Ticarət
  • Şəbəkə Mühəndisliyi
  • Kriptologiya
  • İnformasiya Sistemləri
  • Kiber Hücumların Analizi
  • İnformasiya Texnologiyaları
  • Kompüter Arxitekturası
  • Süni Sinir Şəbəkələri
  • Verilənlər Bazası İdarəetmə Sistemləri
  • Sistem Təhlükəsizliyi
  • Optik Sistemlər və Rabitə
  • Pərakəndə Satış və Marketing Texnologiyaları
  • Kompüter Qrafikası və Oyun Dizaynı və s.

Bu ixtisaslar Azərbaycanlı tələbələrə beynəlxalq səviyyədə yüksək keyfiyyətli təhsil alaraq, öz sahələrində peşəkar mütəxəssislər kimi inkişaf etməyə imkan yaradır.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Xaricdə təhsil proqramının dəstəklədiyi TOP universitetlər

Azərbaycan Elm və Təhsil Nazirliyinin xaricdə təhsil proqramı çərçivəsində dəstəklənən 20 top universitet aşağıdakılardır:

  • University of Oxford (Böyük Britaniya)
  • University of Cambridge (Böyük Britaniya)
  • Stanford University (ABŞ)
  • Massachusetts Institute of Technology (MIT) (ABŞ)
  • California Institute of Technology (Caltech) (ABŞ)
  • Harvard University (ABŞ)
  • University of Chicago (ABŞ)
  • Columbia University (ABŞ)
  • University of Pennsylvania (ABŞ)
  • Princeton University (ABŞ)
  • Yale University (ABŞ)
  • Imperial College London (Böyük Britaniya)
  • University College London (UCL) (Böyük Britaniya)
  • University of Edinburgh (Böyük Britaniya)
  • University of California, Berkeley (ABŞ)
  • National University of Singapore (Sinqapur)
  • ETH Zurich (İsveçrə)
  • University of Tokyo (Yaponiya)
  • Peking University (Çin)
  • Tsinghua University (Çin)

Bu universitetlər dünya reytinqlərində yüksək yerləri tutmuş ali təhsil müəssisələridir və proqram çərçivəsində təhsil almaq üçün prioritet sayılır.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Xaricdə təhsil proqramının dəstəklədiyi Türkiyə universitetləri

Xaricdə təhsil proqramı çərçivəsində dəstəklənən Türkiyənin ən yaxşı 20 universiteti bunlardır:

  • Boğaziçi University
  • Middle East Technical University (ODTÜ)
  • Istanbul Technical University (İTÜ)
  • Koç University
  • Sabancı University
  • Bilkent University
  • Hacettepe University
  • Ege University
  • Gazi University
  • Ankara University
  • Istanbul University
  • Marmara University
  • Yıldız Technical University
  • Atatürk University
  • Çukurova University
  • Akdeniz University
  • Ondokuz Mayıs University
  • Dokuz Eylül University
  • Selçuk University
  • Erciyes University

Bu universitetlər müxtəlif sahələr üzrə yüksək səviyyəli təhsil təklif edir və Azərbaycan tələbələri üçün prioritet olaraq müəyyən edilmişdir.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Xaricdə təhsil proqramında tələb olunan sənədlər

Proqram iştirakçılarının bakalavriat və magistratura səviyyəsi üzrə seçimi bir sıra meyarlar əsasında aparılır. Proqram üçün tələb olunan sənədlərin siyahısınına bunlar daxildir:

Bakalavriat səviyyəsi üçün tələb olunan sənədlər:

  • Cari tədris ili üzrə ümumtəhsil müəssisəsinin buraxılış sinfində təhsil aldığını təsdiq edən arayış və ya tam orta təhsil haqqında dövlət sənədinin surəti.
  • Xarici ali təhsil müəssisəsinə qəbul edildiyini təsdiq edən sənəd (Əgər namizəd artıq təhsil alırsa, təhsil aldığını təsdiq edən sənəd).
  • Xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER və s.).
  • Qəbul imtahanının nəticəsi barədə məlumat (Ali təhsil müəssisəsinə qəbul üzrə toplanmış bal).
  • Beynəlxalq təhsil proqramları üzrə nəticələrini təsdiq edən sənədin surəti.
  • Beynəlxalq səviyyədə tanınan imtahan (SAT və ya ACT) nəticəsi varsa, bu göstəricisini təsdiq edən sənədin surəti.
  • Beynəlxalq olimpiada qalibi olubsa, bunu təsdiq edən diplom və ya sertifikatın surəti.
  • Sağlamlıq haqqında arayışın surəti.

Magistratura səviyyəsi üçün tələb olunan sənədlər:

  • Cari tədris ili üzrə ali təhsil müəssisəsinin sonuncu tədris ilində təhsil aldığını təsdiq edən arayış və ya bakalavr dərəcəsi haqqında dövlət sənədinin surəti.
  • Xarici ali təhsil müəssisəsinə qəbul edildiyini təsdiq edən sənəd (Əgər namizəd artıq təhsil alırsa, təhsil aldığını təsdiq edən sənəd).
  • Xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin surəti.
  • Təhsil alma bacarıqları haqqında professor-müəllim heyəti tərəfindən verilmiş tövsiyə məktublarının surəti (2 ədəd).
  • Dil sertifikatının surəti (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER və s.).
  • Transkriptin surəti (ÜOMG göstərilməklə).
  • “Yüksəliş” müsabiqəsinin qalibidirsə, bunu təsdiq edən sənədin surəti.
  • Sağlamlıq haqqında arayışın surəti.

Bu sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Proqram iştirakçılarının seçim prosesində bu sənədlər qiymətləndirilir və nəticədə müsahibəyə buraxılmaq üçün uyğunluqları yoxlanılır.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Xaricdə təhsil proqramının təqaüdünə nələr daxildir?

Proqram iştirakçılarının təhsili üçün maliyyələşdirmə aşağıdakı xərcləri əhatə edir:

Təhsil xərcləri – Ali təhsil müəssisəsində təhsil haqqı.

Viza və qeydiyyat xərcləri – Təhsil aldığı ölkədə viza və qeydiyyat xərcləri.

Aylıq yaşayış xərcləri – Tələbənin yaşayış və gündəlik ehtiyaclarını qarşılayan aylıq təqaüd.

Tibbi sığorta xərcləri – Tibbi sığorta və təcili tibbi yardım xərcləri.

Beynəlxalq nəqliyyat xərcləri – Tələbənin təhsil aldığı ölkəyə gediş-gəliş nəqliyyat xərcləri.

Bank və plastik kart xərcləri – Bank əməliyyatları və plastik kart üçün tələb olunan xərclər.

Bu maliyyələşdirmə proqram iştirakçılarına təhsil dövrü ərzində bütün əsas xərcləri qarşılamağa kömək edir. Eyni zamanda proqram iştirakçılarının təhsilinin maliyyələşməsi yalnız qəbulun aparıldığı cari tədris ili üçün nəzərdə tutulur. Maliyyələşmə müddəti Elm və Təhsil Nazirliyi ilə proqram iştirakçısı arasında imzalanan müqavilə əsasında həmin tədris ilindən başlayaraq tətbiq olunur. Əgər ali təhsil müəssisəsinin cari il üzrə təhsil haqqını iştirakçı özü ödəyibsə, həmin məbləğ geri qaytarılır.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Xaricdə təhsil proqramına nə vaxt müraciət edilməlidir?

2022-2026-cı illər üçün Dövlət Proqramı çərçivəsində əlavə proqrama qəbul həyata keçirilmir. Yalnız xarici universitetlərə artıq qəbul olmuş və ya orada təhsil alan tələbələr təhsil xərclərinin ödənilməsi üçün 2019-2023-cü illər üzrə Dövlət Proqramına müraciət edə bilərlər. 

Proqram iştirakçılarının seçimi ilə bağlı elanlar, hər semestrin başlanmasına ən azı 6 ay qalmış Elm və Təhsil Nazirliyinin və Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet səhifələrində dərc olunur.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Xaricdə təhsil proqramına nə vaxt müraciət edilməlidir?

Xaricdə təhsil proqramına müraciət etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:

Müvafiq təhsil səviyyəsi üzrə müraciət edin: Proqram həm bakalavriat, həm də magistratura səviyyələri üçün müraciətləri qəbul edir. Hər bir səviyyə üzrə konkret tələblərə uyğun olmaq lazımdır.

Elektron ərizəni doldurun: Nazirliyin rəsmi internet saytında təqdim olunan “Xarici ali təhsil müəssisəsində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsil almaq üçün elektron ərizə”ni doldurmaq və təsdiq etmək tələb olunur.

Zəruri sənədləri təqdim edin: Ərizəyə əlavə edilməsi tələb olunan sənədlər arasında cari tədris ilində təhsil aldığınızı təsdiq edən sənəd, qəbul olduğunuz təhsil müəssisəsinin təsdiqi, dil biliklərinə dair sertifikat, və digər müvafiq sənədlər var.

Müraciət prosesi: Sənədlərin tamlığı yoxlandıqdan sonra 30 gün ərzində qiymətləndirmə aparılır və nəticə barədə namizədə məlumat verilir.

Müsahibədə iştirak edin: Müraciətiniz qəbul olunduqda, müsahibə mərhələsinə dəvət alacaqsınız. Müsahibədə uğurlu olan namizədlər proqram iştirakçısı olaraq seçilir. 

Qeyd edək ki, Beynəlxalq fənn olimpiadalarından ən azı birinin qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş namizədlər müsahibə mərhələsində iştirak etmədən sənədləri yoxlanıldıqdan sonra proqrama qəbul edilirlər

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Müsahibədə necə uğurlu olmaq olar?

Bunlara riayət etsəniz, müsahibədə uğurlu nəticədə əldə etmək şansınız yüksək olacaq:

  • Müsahibədən əvvəl təhsil almaq istədiyiniz ixtisas sahəsi və müraciət etdiyiniz proqram haqqında məlumatlı olun. Sizdən bu sahədə biliklərinizi nümayiş etdirməyiniz gözlənilir.
  • Müsahibə zamanı təhsiliniz və gələcək karyeranız üçün konkret məqsədlərinizi və motivasiyanızı aydın şəkildə ifadə edin. Bu, müsahibə komissiyasına sizin ciddi niyyətlərinizi göstərməyə kömək edəcək.
  • Özünüzü inamlı və səlis şəkildə ifadə etməyə çalışın. Yaxşı ünsiyyət qabiliyyəti müsahibədə uğur qazanmaq üçün vacibdir.
  • Müsahibədə verilə biləcək məntiqi və situativ suallara əvvəlcədən hazır olun. Sual-cavab zamanı analitik düşüncə tərzinizi nümayiş etdirməyə çalışın.
  • Müsahibə zamanı özünəinam vacibdir. Qabiliyyətlərinizi və biliklərinizi əminliklə təqdim etmək sizin uğur şansınızı artırar.
  • Geyiminiz müsahibəyə uyğun, təmiz və səliqəli olmalıdır. Gözəl bir ilk təəssürat yaratmaq vacibdir.

Bu məsləhətlərə əməl edərək müsahibədə uğurlu olmaq ehtimalınızı artıra bilərsiniz.

Təqaüd nə zaman və necə ödənilir?

Təqaüd proqramı iştirakçıları üçün təqaüd, qəbul olunduqları tədris ili üçün ayrılır. Təqaüdün ayrılması Elm və Təhsil Nazirliyi ilə proqram iştirakçısı arasında imzalanmış müqavilə əsasında həyata keçirilir.

Xaricdə təhsil proqramı dəstəyilə təhsil alan tələbədən məzun olduqdan sonra tələb nədir?

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi, məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Bu maliyyələşmə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə proqram iştirakçısı arasında imzalanan müqavilə əsasında tənzimlənir.

(Mənbə: https://dp.edu.az/az/faq?t=100 )

Dövlət proqramı ilə dünyanın ən yaxşı universitetlərində təhsil almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın! Marmar Group-un xaricdə təhsil mütəxəssisləri dünyanın ən yaxşı universitetlərində təqaüdlü təhsil almağınıza dəstək olacaq!

Related Posts

Rəy Bildirin