Estoniya keyfiyyətli ali təhsili ilə dünya miqyasında tanınan ölkələrdəndir. Xüsusilə texnologiya və rəqəmsal innovasiya sahələrində seçilən Estoniya müasir təhsil metodları və beynəlxalq əməkdaşlıqları ilə tələbələrə yaxşı imkanlar təqdim edir. Bu imkanlardan biri Estoniya universitetlərində attestatla təhsil almaqdır.
Estoniya attestatla bakalavr təhsili almaq istəyənlərə bir çox sahələrdən proqramlar təklif edir. Bu yazımızda həmin proqramlar və Estoniyada attestatla təhsil ala biləcəyiniz ən yaxşı universitetlər haqqında danışacağıq.
Estoniyada attestatla təhsil ala biləcəyiniz univetsitetlərdən bəziləri bunlardır:
Universitetlər | Yerləşdiyi şəhərlər |
Ortalama illik təhsil haqları (euro ilə) |
Dövlətdir, yoxsa özəl? |
Estoniya Rəssamlıq Akademiyası | Tallinn | €1,600 – €3,800 | Dövlət |
Estoniya Musiqi və Teatr Akademiyası | Tallinn | €1,500 – €13,000 | Dövlət |
Estoniya Aviasiya Akademiyası | Tartu | €1,500 – €15,000 | Dövlət |
Estoniya Biznes Məktəbi | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Tətbiqi Elmlər Sahibkarlıq Universiteti | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Həyat Elmləri Universiteti | Tartu | €1,500 – €15,000 | Dövlət |
Tallin Universiteti | Tallinn | €1,500 – €15,000 | Dövlət |
Tallinn Sağlamlıq Kolleci | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Azad Kilsə İlahiyyat Seminariyası (EFCTS) | Tallinn | €1,500 – €15,000 | Özəl |
Tallinn Texnologiya Universiteti (TalTech) | Tallinn | €1,500 – €15,000 | Dövlət |
Tartu Sağlamlıq Kolleci | Tartu | €1,500 – €15,000 | Dövlət |
Estoniya Biznes Məktəbi (Tallin) | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Yevangelist Lüteran Kilsəsinin İlahiyyat İnstitutu (Tallin) | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Tətbiqi Elmlər Sahibkarlıq Universiteti (Tallin) | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Hərbi Akademiyası | Tartu | €1,500 – €15,000 | Dövlət |
Avroakademiya | Tallinn | €1,500 – €15,000 | Özəl |
Estoniya Təhlükəsizlik Elmləri Akademiyası (EASS) | Tallinn | €1,500 – €15,000 | Dövlət |
Beynəlxalq Audentes Universiteti | Tallinn | €1,500 – €15,000 | Özəl |
(Mənbə: https://www.studyinestonia.ee/study/universities və https://www.studyinestonia.ee/tuition-fees )
Estoniyanın attestatla qəbul imkanları olan ən yaxşı dövlət universitetlərindən bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Ölkələrindəki reytinqləri | Ortalama illik təhsil haqları |
Tartu Universiteti | Tartu | 1 | €3,800 – €6,000 |
Tallinn Texnologiya Universiteti | Tallinn | 2 | €3,000 – €6,000 |
Tallin Universiteti | Tallinn | 3 | €2,000 – €4,200 |
Estoniya Həyat Elmləri Universiteti | Tartu | 4 | €3,500 – €6,500 |
Estoniya Rəssamlıq Akademiyası | Tallinn | 5 | €1,600 – €3,800 |
Estoniya Musiqi və Teatr Akademiyası | Tallinn | 6 | €1,500 – €13,000 |
Tallinn Texnologiya Universiteti | Tallinn | 8 | €2,000 – €4,000 |
Tallinn Sağlamlıq Kolleci | Tallinn | 9 | €2,000 – €4,000 |
Daxili Müdafiə Akademiyası | Tallinn | 10 | €2,000 – €4,000 |
Tartu Sağlamlıq Kolleci | Tartu | 12 | €2,000 – €4,000 |
Pallasdakı Ali İncəsənət Məktəbi | Tartu | 13 | €2,000 – €4,000 |
Estoniya Aviasiya Akademiyası | Reola | 14 | €2,000 – €4,000 |
(Mənbə: https://www.4icu.org/ee/public/ )
Estoniyanın attestatla qəbul imkanları olan ən yaxşı özəl universitetlərindən bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Ölkələrindəki reytinqləri | Ortalama illik təhsil haqları |
Estoniya Biznes Məktəbi | Tallinn | 5 | €5,446 – €5,797 |
Estoniya Yevangelist Lüteran Kilsəsinin İlahiyyat İnstitutu | Tallinn | 30 | €1,200 – €2,000 |
Estoniya Tətbiqi Elmlər Sahibkarlıq Universiteti | Tallinn | 21 | €3,000 – €4,500 |
Tartu İlahiyyat Akademiyası | Tartu | 27 | €1,500 – €2,500 |
Avro Universiteti | Tallinn | 14 | €2,500 – €4,000 |
Estoniya Diplomatiya Məktəbi | Tallinn | 16 | €2,800 – €3,500 |
Estoniya İnformasiya Texnologiyaları Kolleci | Tallinn | 12 | €4,000 – €5,000 |
Estoniya Azad Kilsə İlahiyyat Seminariyası | Tallinn | 32 | €1,200 – €2,000 |
Beynəlxalq Audentes Universiteti | Tallinn | 5 | €3,000 – €4,000 |
Estoniya Amerika Biznes Akademiyası | Tallinn | 35 | €5,000 – €5,446 |
Estoniya keyfiyyətli təhsililə bərabər sərfəli bakalavr proqramları ilə diqqət çəkən ölkədir. Həm ölkəmizdən, həm də dünyanın hər yerindən olan tələbələr Estoniyanı aşağı təhsil haqları və yüksək həyat standartlarına görə seçirlər.
Estoniyanın bəzi ucuz bakalavr təhsil proqramları və onların tədrisinin ən yaxşı olduğu universitetlər, həmin universitetlərin ödənişlərilə gəlin tanış olaq:
Proqramlar | Tədrisinin ən yaxşı olduğu universitetlər | Proqram haqqında məlumat | Ortalama illik təhsil haqları |
Kompüter elmləri | Tartu Universiteti | Tartu Universiteti Avropanın ən nüfuzlu kompüter elmləri proqramlarından birini təklif edir. Proqram proqram təminatının inkişafı, süni intellekt, məlumat elmi kimi sahələrdə keyfiyyətli təhsil verir. | 3.000 – 4.000 € |
Biznesin idarə edilməsi | Tallinn Texnologiya Universiteti (TalTech) | TalTech-in biznesin idarə edilməsi proqramı beynəlxalq biznes, marketinq, maliyyə və sahibkarlıq kimi mövzuları əhatə edir. | 3.500 – 4.500 € |
Sosial elmlər | Tallin Universiteti | Sosial elmlər proqramı sosiologiya, psixologiya, politologiya və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif fənlər üzrə hərtərəfli təhsil təklif edir. | 2.500 – 3.500 € |
Mühəndislik | Tallinn Texnologiya Universiteti (TalTech) | TalTech-in mühəndislik proqramları mexaniki, elektrik, mülki və ətraf mühit mühəndisliyi daxil olmaqla, geniş sahələr üzrə təlim təklif edir. | 4.000 – 5.000 € |
Təbiət Elmləri | Tartu Universiteti | Tartu Universiteti biologiya, kimya, fizika və ətraf mühit elmləri kimi təbiət elmləri üzrə proqramları aşağı təhsil haqqı ilə təklif edir. | 3.000 – 4.000 € |
İncəsənət və dizayn | Estoniya Rəssamlıq Akademiyası | Estoniya İncəsənət Akademiyası vizual incəsənət, qrafik dizayn, interyer memarlığı və media sənəti kimi sahələrdə innovativ proqramlar təklif edir. | 3.000 – 4.000 € |
Turizm və Otelçilik | Estoniya Biznes Məktəbi | Proqram turizm və otelçilik sənayesində karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulub. Proqram turizm menecmenti, tədbirlərin planlaşdırılması və otel idarəçiliyi kimi mövzuları əhatə edir. | 3.000 – 4.000 € |
Kommunikasiya və Media Tədqiqatları | Tallinn Universiteti | Kommunikasiya və media tədqiqatları proqramı jurnalistika, rəqəmsal media, ictimaiyyətlə əlaqələr və reklam kimi sahələrdə hərtərəfli təlim təklif edir. | 2.500 – 3.500 € |
Beynəlxalq Münasibətlər və Avropa Tədqiqatları | Tartu Universiteti | Proqram beynəlxalq siyasət, Avropaya inteqrasiya və qlobal diplomatiya haqqında mövzuları əhatə edir. | 3.000 – 4.000 € |
Səhiyyə Elmləri | Tartu Universiteti | Səhiyyə elmləri proqramı tibb bacısı, ictimai səhiyyə, səhiyyənin idarə edilməsi və qidalanma kimi müxtəlif sahələti əhatə edir. | 3.500 – 4.500 € |
(Mənbə: https://www.studyinestonia.ee/ )
Estoniya yüksək keyfiyyətli və əlçatan bakalavr proqramları ilə tanınan ölkədir. Attestatla Estoniyanın ən yaxşı universitetlərində bir çox proqramlar üzrə təhsil almaq mümkündür. Ölkənin aparıcı universitetləri tələbələrə müxtəlif sahələr üzrə təhsil imkanları təmin edən geniş çeşiddə bakalavr proqramları təklif edir. Estoniyada attestatla bakalavr təhsili ala biləcəyiniz proqramlardan bəziləri bunlardır:
Estoniya universitetlərində attestatla bakalavr təhsili almaq üçün tələb olunan sənədlərə bunlar daxildir:
Attestat: Orta məktəbi bitirdiyinizin təsdiqi olan attestat
Attestatln transkripti: Orta məktəb qiymətlərinizin hamısının əks olunduğu transkript.
Şəxsiyyət vəsiqəsi: Etibarlılıq müddəti olan vəsiqəninin notarial qaydada təsdiq olunmuş sürəti.
Referans məktubları: Təhsil və ya kariyeranızda sizinlə çalışmış insanların sizin haqqınızda fikirlərini yazdıqları məktub.
Motivasiya məktubu: Müraciət etmək istədiyiniz proqramla bağlı məqsədiniz, niyə müraciət etməyinizin səbəbləri haqqında yazdığınız məktub.
Dil biliyi: Müraciət etdiyiniz proqramın tələbindən aslı olaraq ingilis dili biliyinizin göstərici olan IELTS, TOEFL, PTE Academic kimi imtahanlardan birinin nəticəsi.
Bu tələblər ümumi olsa da, universitetdən aslı olaraq əlavə sənədlər də tələb oluna bilər. Ona görə də lazım olan sənədlər haqqında dəqiq məlumat almaq üçün müraciət etmək istədiyiniz universitetin veb-saytından məlumat almağınız məsləhətdir.
(Mənbə: https://www.bachelorsportal.com/countries/8/estonia.html )
Estoniyanın ən yaxşı universitetlərində sərfəli qiymətlərlə attestatla təhsil almaqla bağlı ətraflı məlumat almaq üçün konsultasiya xidmətimizdən yararlana bilərsiniz. Marmara Group-un xaricdə təhsil mütəxəssisləri istədiyiniz universitetlərdə attestatla təhsil almağınıza kömək edəcəklər.