Rusiya bütün dünyada təhsil ənənəsi və yüksək standartlara malik universitetləri ilə tanınır. Xüsusilə mühəndislik sahəsində təklif etdiyi proqramlar keyfiyyətli təhsili və qabaqcıl texnologiyaya əsaslanan infrastrukturu ilə tələbələri özünə cəlb edir.
Ölkənin bir çox universitetləri beynəlxalq akkreditasiyaya malikdir və müasir laboratoriyalar və tədqiqat mərkəzləri ilə tələbələrə hərtərəfli təhsil verirlər.
Rusiyada təhsil almağın digər üstünlüyü məzunların bütün dünyada tanınan və hörmət edilən diplomlara sahib olmasıdır. Bu, mühəndislik tələbələrinə qlobal iş bazarında rəqabət üstünlüyü verir.
Ölkələrimizin yaxın olması səbəbilə tələbələrimizin ən çox yollandığı ölkələrdən olan Rusiyada mühəndislik təhsili ilə bağlı gəlin ətraflı məlumat alaq.
Çünki Rusiya mühəndislik təhsili üzrə dünyaca məşhur universitetləri ilə seçilir. Təhsil keyfiyyəti, müasir laboratoriyaları və qabaqcıl texnologiyaya əsaslanan infrastrukturu ilə Rusiya mühəndislik tələbələri üçün ideal təhsil mühiti təklif edir.
Beynəlxalq akkreditasiyaya malik universitetlər tələbələrə nəzəri biliklərlə yanaşı praktiki bacarıqlar da verir ki, bu da onları onları qlobal əmək bazarında rəqabətədavamlı edir.
Eyni zamanda Rusiyada mühəndislik təhsili geniş çeşidli proqramları ilə tələbələrə müxtəlif sahələrdə ixtisaslaşma imkanı verir. Elektrik mühəndisliyindən maşın mühəndisliyinə, kompüter mühəndisliyindən inşaat mühəndisliyinə qədər bir çox sahədə təhsil ala bilərsiniz.
Rusiya təhsil xərcləri baxımından da cəlbedici variantdır. Bir çox qərb ölkələrindən daha münasib olan təhsil haqları və müxtəlif təqaüd imkanları da beynəlxalq tələbələr üçün maliyyə baxımından əlverişlidir. Bundan əlavə, Rusiyada alınan diplomlar bütün dünyada, o cümlədən Azərbaycanda tanınır.
Rusiyada mühəndisli təhsili verən ən yaxşı universitetlərdən bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | QS reytinqləri | Ortalama illik təhsil haqları |
Moskva Dövlət Universiteti (Lomonosov adına Moskva Dövlət Universiteti) | Moskva | 51-100 | 11.800 $ |
Skolkovo Elm və Texnologiya İnstitutu | Moskva | 101-150 | 18.000 $ |
Moskva Fizika və Texnologiya İnstitutu (MIPT) | Moskva | 450-500 | 3. 173-4. 113 $ |
St. Peterburq Politexnik Universiteti (Böyük Peterburq Politexnik Universiteti) | St. Peterburq | 350-400 | 7.000 $ |
Moskva Yeni İqtisadiyyat Məktəbi (NES) | Moskva | 201-250 | 7,500-9,999 $ |
Bauman adına Moskva Dövlət Texniki Universiteti | Moskva | 250-300 | 4.395 $ |
Moskva Biznes Məktəbi | Moskva | 1-50 | 7.500 $ |
Tomsk Politexnik Universiteti | Tomsk | 551-600 | 3.453 $ |
Avropa Universiteti | St. Peterburq | 201-250 | 12.597 $ |
Rusiyada mühəndislik təhsili üçün illik ödənişlər 3.000-10.000 aralığından başlayır və gedikcə artır. Dövlət universitetlərində bu ödənişlər daha aşağı olsa da, özəl universitetlərdə və müəyyən proqramlarda daha yüksək ödəniş tələb oluna bilər.
İllik təhsil haqqı universitetdən və proqram növündən, tədris pilləsindən asılı olaraq dəyişə bilər, ona görə də maraqlandığınız universitetin tədsil haqqı ilə bağlı məlumatı həmin universitetin rəsmi saytından tövsiyə olunur.
Mühəndislik təhsili ala biləcəyiniz dövlət universitetlərindən bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Dünya üzrə reytinqləri | Ortalama illik təhsil haqları |
Cənubi Ural Dövlət Universiteti | Çelyabinsk | 317 | $4.300 |
ITMO Universiteti | Sankt-Peterburq | 789 | 250.000-459.000 RUB |
Tomsk Dövlət Universiteti | Tomsk | 789 | $3.453 |
Tomsk Politexnik Universiteti | Tomsk | 917 | $2.887 |
Ural Federal Universiteti | Ekaterinburq | 769 | 231.000 – 372.000 RUB |
Lomonosov adına Moskva Dövlət Universiteti | Moskva | 451 | $7.000 |
Böyük Pyotr Sankt-Peterburq Politexnik Universiteti | Sankt-Peterburq | 809 | $7.580 |
Kazan Federal Universiteti | Kazan | 1005 | $6.000 |
Milli Tədqiqat Nüvə Universiteti MEPhI | Moskva | 590 | $4.000-7.000 |
(Mənbə: https://www.usnews.com/education?top_nav_Education )
Mühəndislik təhsili ala biləcəyiniz dövlət universitetlərindən bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | QS reytinqləri | Ortalama illik təhsil haqları |
Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) | Moskva | – | $18.000 |
Moskva İdarəetmə Məktəbi SKOLKOVO | Moskva | – | – |
Yeni İqtisadiyyat Məktəbi (NES) | Moskva | 201-250 | 7,500-9,999 $ |
Rusiya Beynəlxalq Olimpiya Universiteti (RIOU) | Moskva | – | – |
Moskva Universiteti Touro | Moskva | – | – |
Moskva Biznes Məktəbi | Moskva | 1-50 | 7.500 $ |
Moskva Texnologiya İnstitutu | Moskva | – | – |
Avropa Universiteti (EUSP) | St. Peterburq | 201-250 | 12.597 $ |
Sinerji Universiteti | Moskva | – | – |
Moskva Beynəlxalq Universiteti (IUM) | St. Peterburq | – | – |
(Mənbə: https://studyinrussia.ru/en/ )
Rusiyada mühəndislik üzrə bakalavr təhsili 4 il-dir. Bu müddət ərzində tələbələrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar verilir.
Ən çox üstünlük verilən proqramlar:
Rusiyada mühəndislik üzrə magistr təhsili 2 ildir. Magistratura təhsilinə qabaqcıl nəzəri kurslar, laboratoriya işləri və tədqiqat layihələri daxildir.
Ən çox üstünlük verilən magistr proqramları:
Rusiyada mühəndislik üzrə doktorluq təhsili adətən 3-4 il çəkir. Doktorantura proqramları qabaqcıl tədqiqat və akademik tədqiqatlar aparmaq məqsədi daşıyır. Tələbələr 3-4 il ərzində mühəndislik sahəsində tədqiqat aparır, tezis yazır və bu dissertasiyanı müdafiə edirlər.
Ən çox üstünlük verilən PhD proqramları:
Rusiyada mühəndislik üzrə tələb olunan sənədlər proqramdan aslı olaraq dəyişsə də, ümumilikdə belədir:
Ərizə forması: Onu universitetin saytından əldə olunub doldurulmalıdır.
Dil bilik sertifikatı: Rus və ya İngilis dili biliyi (TOEFL, IELTS və ya universitet tərəfindən qəbul edilən digər imtahan nəticələri).
Şəxsiyyət vəsiqəsi: Vəsiqənin notarial qaydada təsdiqlənmiş surəti.
Motivasiya məktubu: Təhsil və karyera məqsədlərinizi izah edən məktub.
Referans məktubları: Akademik və ya peşəkar istinadlar.
Attestat və transkript: Bakalavr üçün attestat və transkript.
Diplom və transkript: Magistratura üçün bakalavr, doktorantura üçün magistr və bakalavr diplom və transkripti.
Tədqiqat təklifi: Bəzi magistr proqramlar üçün dissertasiya və doktoranturada təqdiqat edəcəyiniz mövzu təklifi.
Nəşrlər: Doktorantura üçün əgər varsa, akademik nəşrlərin siyahısı.
Bu sənədlər ümumidir və müraciət olunan universitetdən asılı olaraq əlavə sənədlər və ya şərtlər tələb oluna bilər. Ona görə sənədlərlə bağlı dəqiq məlumatı müraciət etmək istədiyiniz universitetin veb-saytından almağınız məsləhətdir.
Rusiyada mühəndislik təhsili verən bəzi universitetlər SAT imtahan nəticəsini qəbul edir. SAT balları akademik göstəriciləri qiymətləndirmək üçün, xüsusən də beynəlxalq tələbə müraciətləri üçün istifadə edilir.
SAT balından əlavə bakalavr proqramlarına müraciət edən tələbələrdən attestat, transkript, dil biliyi sənədləri və motivasiya məktubları kimi sənədlər tələb olunur.
Magistratura və doktorantura proqramları üçün əvvəlki təhsil dərəcələrinin əlavə sənədləri və tədqiqat təklifləri tələb oluna bilər. Minimal SAT bal tələbisə hər universitetdə fərqlidir.
Attestatla Rusiyada mühəndislik ixtisasına qəbul olmaq mümkündür. Əlavə diplomsuz, Rusiyada bakalavr təhsili almaq üçün attestat yetərlidir. Bakalavr tədris pilləsinə qəvul zamanı namizədlərdən attestat və onun transkriptini təqdim etmələri tələb olunur. Bundan əlavə, bəzi universitetlər SAT və ya oxşar standartlaşdırılmış test ballarını da qəbul edirlər. Əlavə olaraq, müraciət edilən proqramdan asılı olaraq dil bilikləri sənədləri (TOEFL, IELTS) və motivasiya məktubu kimi əlavə sənədlər tələb oluna bilər.
Rusiyada mühəndislik üzrə tələbə olmaq üçün müəyyən bacarıqlara sahib olmaq iş və təhsil həyatı üçün önəmlidir. Bu bacarıqlardan bəziləri bunlardır:
Riyaziyyat və texniki elmlər: Riyaziyyat və texniki elmdə güclü təməl mühəndislik təhsilində uğur üçün çox vacibdir.
Eyni zamanda analitik düşünmə, problem həll etmə və elmi təhlil bacarıqları da önəmlidir
Texniki bacarıqlar: Mühəndislik tələbələri CAD proqramı kimi texniki vasitələrdən istifadə etmək bacarıqlarına malik olmalıdırlar. Bundan əlavə, laboratoriya işləri və texniki hesabatların yazılması sahəsində bacarıqlar vacibdir. Bunlar bilməsəniz də, problem deyil. İlk tədris ilində sizə öyrədiləcək
Yaradıcılıq və innovasiya: Mühəndislik problemlərinə yenilikçi yanaşmalar gətirmək üçün yeni həllər və yaradıcı düşünmə bacarıqlarının inkişafı lazımdır.
Ünsiyyət bacarıqları: Effektiv yazılı və şifahi ünsiyyət layihələrin uğurlu icrası və səmərəli komanda işi üçün vacibdir.
Komanda işi və liderlik: Mühəndislik layihələri çox vaxt komanda işi tələb edir. Yaxşı mühəndis komanda daxilində effektiv işləməyi və lazım gəldikdə liderliyi ələ almağı bacarmalıdır.
Analitik və tənqidi təfəkkür: Problemləri təhlil etmək və həll yolları hazırlamaq bacarığı mühəndislik təhsilinin təməl daşlarından biridir. Mühəndislik layihələrinin hər mərhələsində tənqidi düşüncə vacibdir.
Bu bacarıqlar Rusiyada mühəndislik üzrə tələbə olmağı düşünənlər üçün əsas amillərdir və və uğurlu mühəndislik karyerası üçün bunlara sahib olmaq önəmlidir.
Rusiyada mühəndislik ixtisası üzrə tələbələrə təklif olunan təcrübə imkanları
Mühəndislik tələbələri üçün mövcud təcrübə imkanlarından bəziləri bunlardır:
Universitet əməkdaşlıqları
Rusiyanın bir çox mühəndislik universitetləri sənaye ilə güclü əməkdaşlıq edir. Bu yolla tələbələr böyük şirkətlərdə və sənaye təşkilatlarında təcrübə keçmək imkanı əldə edirlər.
Universitetlər müxtəlif şirkətlərlə müqavilələr bağlayır və tələbələrin təhsil müddətində təcrübə keçə biləcəkləri təcrübə yerləri təmin edirlər.
Tədqiqat institutları və laboratoriyaları
Rusiyada çoxlu yüksək texnologiyalı tədqiqat institutları və laboratoriyalar yerləşir. Mühəndislik fakültəsinin tələbələri bu institut və laboratoriyalarda təcrübə keçərək tədqiqat layihələrində fəal rol oynaya bilərlər. Bu təcrübələr tələbələrə tədqiqat bacarıqlarını inkişaf etdirmək və innovativ layihələr üzərində işləmək təcrübəsi verir.
Beynəlxalq təcrübə proqramları
Bəzi Rusiya universitetləri beynəlxalq təcrübə proqramları təklif edir. Bu proqramlar sayəsində tələbələr xaricdəki şirkətlərdə və ya tədqiqat mərkəzlərində təcrübə keçmək imkanı əldə edirlər.
Beynəlxalq təcrübə tələbələrə qlobal iş bazarında rəqabət üstünlüyü əldə etməyə və müxtəlif mədəniyyətləri tanımağa kömək edir.
Yerli şirkətlər və startaplar
Rusiyada bir çox mühəndislik tələbələrinin yerli şirkətlərdə və startaplarda təcrübə keçmək imkanı var.
Bu cür təcrübələr tələbələrə sahibkarlıq təcrübəsi və kiçik miqyaslı layihələrdə fəal rol alaraq praktiki bacarıqları inkişaf etdirmək şansı verir.
Bu təcrübə imkanları tələbələrə məzun olduqdan sonra iş bazarında daha rəqabətli olmağa və karyera məqsədlərinə daha tez çatmağa kömək edir.
Ən yaxşı institutlar və onların tədqiqat sahələri:
Skolkovo Elmi və Texnologiya İnstitutu (Skoltech): Kompüter Elmləri, Enerji Sistemləri, Materialşünaslıq, Biotibbi Mühəndislik, Aviasiya və Kosmik Mühəndislik.
Moskva Fizika və Texnologiya İnstitutu (MIPT): Fizika, Riyaziyyat, Kompüter Elmləri, Elektrik Mühəndisliyi.
Milli Tədqiqat Nüvə Universiteti MEPhI: Nüvə Enerjisi, Nüvə Fizikası, Radiasiya Texnologiyaları, Kompüter Elmləri.
Tomsk Politexnik Universiteti (TPU): Neft Mühəndisliyi, Enerji Sistemləri, Materialşünaslıq, Ekologiya Mühəndisliyi.
Böyük Pyotr Sankt-Peterburq Politexnik Universiteti: Maşınqayırma, Elektrik Mühəndisliyi, Kompüter Elmləri, İnşaat Mühəndisliyi.
Bauman Moskva Dövlət Texniki Universiteti: Maşınqayırma, Aviasiya və Kosmik Mühəndislik, Robototexnika, Kompüter Elmləri.
Rusiya Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutu (IPMech RAS): Mexanika, Robototexnika, Materialşünaslıq, Nanotexnologiya.
Kurçatov İnstitutu: Nüvə Enerjisi, Fizika, Materialşünaslıq, Kompüter Elmləri.
Mərkəzi Aerohidrodinamik İnstitut (TsAGI): Aviasiya və Kosmik Mühəndislik, Aerodinamika, Təyyarə Dizaynı.
Semyonov Kimya Fizikası İnstitutu: Kimya Mühəndisliyi, Fizika, Materialşünaslıq.
Rusiyada mühəndislik proqramları üçün müxtəlif təqaüd imkanları mövcuddur.
Tələbələr bu təqaüdlərdən yararlanmaqla maddi çətinlik çəkmədən təhsil ala bilərlər:
Russian Government Scholarships: Bu təqaüdlər, xarici tələbələrə Rusiyada tamamilə pulsuz təhsil imkanı yaradır. Təhsil haqqı, yataqxana və aylıq təqaüd məbləğini əhatə edir.
Skolkovo Elmi və Texnologiya İnstitutu (Skoltech) Təqaüdləri: Skoltech, magistr və doktorantura tələbələrinə tam təqaüd təmin edir. Bu təqaüdlər, təhsil haqqını, aylıq yaşayış xərcləri və sağlamlıq sığortasını əhatə edir.
Open Doors Russian Scholarship Project: Akademik göstəriciləri yüksək beynəlxalq tələbələrə Rusiyada pulsuz magistr təhsili imkanı verir.
Bu layihənin qalibləri istədikləri universitetlərdə tam təqaüdlə təhsil ala bilərlər.
Gubkin Rusiya Dövlət Neft və Qaz Universiteti Təqaüdləri: Gubkin Universiteti, mühəndislik tələbələrinə təhsil haqqı təqaüdləri verir.
Bunlar təqaüdlərin bir hissəsidir. Rusiyada universitetlər, dövlət, şirkətlər və beynəlxalq təqaüd proqramları tərəfindən qarşılanan çoxsaylı təqaüdlər mövcuddur.
(Mənbə: https://www.mastersportal.com/?redirect=false )
Siz də Rusiyanın ən yaxşı universitetlərində mühəndislik təhsili almaq istəyirsinizsə, Marmara Group-a müraciət edin! Xaricdə təhsil mütəxəssislərimiz keyfiyyətli və sərfəli təhsil almağına dəstək olacaq.