Rusiyada Tələbə Vizası

Rusiya keyfiyyətli təhsil müəssisələri və geniş akademik imkanları ilə azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələrdən biridir. Rusiyada təhsil almaq istəyən hər bir tələbə əvvəlcə tələbə vizası almalıdır. Bu viza Rusiyada qanuni olaraq təhsil almaq və qalmaq üçün məcburidir.

Doğru addımları izlədiyiniz zaman tələbə vizası almaq çox asan prosesdir. Xüsusilə Rusiyada tələbə vizası almaq Azərbaycandan olan tələbələr üçün rahatdır.

Gəlin Rusiyada tələbə vizası üçün necə müraciət edəcəyiniz, hansı sənədlərin tələb olunduğunu və müraciət prosesi haqqında ətraflı məlumat alaq.

Rusiyada tələbə vizası almaq üçün hara müraciət etmək lazımdır?

Rusiyada tələbə vizası almaq üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etmək lazımdır. Azərbaycanda bütün viza prosedurları Rusiya səfirliyi vasitəsilə həyata keçirilir. Səfirliyə müraciət etməzdən əvvəl lazımi sənədləri hazırlamaq və görüş təyin etmək vacibdir.

Rusiyada tələbə vizası üçün necə müraciət etmək lazımdır?

Rusiyada tələvə vizasına müaciət etmək üçün olan proses belədir:

Dəvət məktubu alın. Əvvəlcə qəbul olunduğunuz Rusiyadakı təhsil müəssisəsindən rəsmi dəvət məktubu almalısınız. Bu məktub viza müraciətiniz üçün vacib sənədlərdən biridir.

Bütün tələb olunan sənədləri toplayın. Viza müraciəti üçün lazım olan bütün sənədləri tam və dəqiq şəkildə hazırlamaq mütləqdir. Tam və əskiksiz sənədlərin olması ərizənizin tez və rahat şəkildə işlənməsini təmin edir.

Görüş təyin edin. Rusiyanın Azərbaycandakı səfirliyində viza üçün müraciət etmək üçün görüş təyin edin. Müraciətinizə baxılması üçün görüşün öncədən tarixi və vaxtını təyin etmək mütləqdir.

Ərizənizi təqdim edin. Görüş təyin olunan gün lazımi sənədlərlə Rusiya səfirliyinə gedib müraciət etməlisiniz.

Viza üçün müraciət edərkən tələb olunan rüsumu ödəmək də lazımdır.

Bu addımları yerinə yetirərək Rusiyada tələbə vizası üçün müraciət edə bilərsiniz.

Rusiyada tələbə vizası üçün tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi: Ən azı 18 ay etibarlılıq müddəti olan vəsiqə.

Dəvət məktubu: Rusiyadakı təhsil müəssisəsindən alınan rəsmi dəvət məktubu.

Viza ərizə forması: Rusiyanın rəsmi viza ərizə formasının doldurulmuş və imzalanmış halı..

Pasport şəkli: Ağ fonda çəkilmiş pasport şəkli.

Sağlamlıq sığortası: Rusiyada qaldığınız müddət ərzində etibarlı olan tibbi sığorta.

Təhsil sənədləri: Diplomlar, transkriptlər və qəbul məktubları kimi sənədlər.

Maliyyə vəziyyəti sənədləri: Təhsil və yaşayış xərclərinizi ödəyə biləcəyinizi göstərən sənədlər.

Bu sənədlər tələb olunana ümumi sənədlərdir. Bank hesabında lazım olan minimal məbləğıə bağlı ətraflı məlumatı Rusiya Səfirliyinin rəsmi veb-saytından ala bilərsiniz.

18 yaşdan aşağı tələbələr üçün tələb olunan sənədlər

18 yaşdan aşağı tələbələr üçün lazım olan sənədlərə yuxarıda qeyd olunan standart sənədlərdən əlavə olaraq bu sənədlər də lazımdır:

Valideyn icazəsi şəhadətnaməsi: Şagirdin Rusiyada təhsil alması üçün hər iki valideynin yazılı icazəsi tələb olunur. Bu icazə notarial qaydada təsdiqlənməlidir.

Qanuni qəyyum sübutu: Tələbə valideynləri ilə deyil, qanuni qəyyumla Rusiyaya gedəcəksə, qanuni qəyyumluq sübutu təqdim edilməlidir.

Doğum haqqında şəhadətnamənin əsli: Tələbənin doğum haqqında şəhadətnaməsi təqdim edilməlidir. Bu sənəd notarial qaydada təsdiqlənməlidir.

Bu sənədlər 18 yaşına çatmamış tələbələrin Rusiyada təhsil almaq üçün tələbə vizası üçün müraciət edərkən təqdim etməli olduqları əlavə sənədlərdir və əskiksiz təqdim olunmalıdır.

Rusiyada tələbə vizasına nə vaxt müraciət edilməlidir?

Viza prosesi bəzən gecikə biləcəyindən, universitetdən qəbul məktubu aldıqdan sonra gecikmədən Rusiyada tələbə vizası üçün müraciət etməlisiniz.

Universitetdən rəsmi qəbul məktubu aldıqdan sonra viza müraciəti prosesinə başlamalı, lazımi sənədləri hazırlamalı və ərizənizi tamamlamalısınız.

Viza prosesində gecikmə və uzanmaların ola biləcəyini nəzərə alaraq tədrisin başlamasına 2 ay qalmışa qədər müraciət edilməlidir.

Viza müraciətinin uğurlu olması üçün nə etmək lazımdır?

Rusiyada tələbə vizası almaq üçün müəyyən addımları diqqətlə izləmək və bəzi vacib məqamlara diqqət yetirmək lazımdır.

Azərbaycanlı tələbələrin Rusiyada viza alması çox asan olsa da, aşağıdakıları etməklə viza prosesini daha da qısalda bilərsiniz:

Sənədləri düzgün və əskiksiz olsun: Viza üçün müraciət edərkən tələb olunan sənədlərin tam və düzgün olduğundan əmin olun. Pasport, qəbul məktubu, tibbi sığorta və fotoşəkillər kimi sənədlərin tam və yeni olması çox vacibdir.

Ərizə formasını diqqətlə doldurun: Viza ərizə formasını diqqətlə oxuyun və düzgün məlumatla doldurun. Hər hansı yanlış məlumat ərizənizin rədd edilməsi ilə nəticələnə bilər.

Erkən müraciət edin: Viza müraciətinizi son ana saxlamaq risklidir. Vizada sənəddə hər hansısa problem olsa və ya əlavə sənəd istənilsə, müddət uzanacağından vizaya mümkün qədər tez müraciət edin.

Maliyyə vəziyyətinizi göstərin: Təhsil müddətində özünüzü maddi cəhətdən dəstəkləyə biləcəyinizi göstərən sənədlər təqdim edin. Bank hesabı çıxarışları və təqaüd sənədləri kimi sübutların düzgün və tələb olunan məbləğdə olması vizada mühüm rol oynayır.

Müsahibəyə hazır olun: Bəzi hallarda viza müraciəti zamanı müsahibə keçirilə bilər. Bu müsahibədə Rusiyada niyə təhsil almaq istədiyinizi və planlarınızı aydın şəkildə ifadə edə bilməlisiniz.

Qəbul məktubu və təhsil müəssisəsinin sənədləri: Təhsil alacağınız müəssisədən aldığınız qəbul məktubu və digər sənədləri tam şəkildə təqdim edin. Bu sənədlər vizanın təsdiqi üçün əsas tələblərdir.

Qayıdış planı: Universitet təhsilinin sonunda ölkənizə qayıtmaq planlarınızı bildirin. Bu, viza orqanlarına qanuni müddətinizdən artıq Rusiyada qalmaq fikrində olmadığınızı göstərəcək.

Əgər Rusiyada qalmaq istəsəniz, sonrada yenə vizanın uzadılması ilə bağlı müraciət edə bilərsiniz.

Dil biliyi: Bəzi hallarda sizdən dil biliyinizin olduğunu sübut edən sənədləri (məsələn, rus və ya ingilis dilini bilmə sertifikatları) təqdim etməyiniz tələb oluna bilər. Bu sənədlərin tam olduğundan əmin olun.

Bu addımları diqqətlə izləməklə siz Rusiyada tələbə vizası almaq üçün tələb olunan prosesi uğurla başa vura bilərsiniz. Eyni zamanda ərizənizi təqdim etməzdən əvvəl, Azərbaycandakı Rusiya səfirliyin internet saytlarında mövcud məlumatları və tələbləri yoxladığınızdan əmin olun.

Avropalı tələbələr üçün Rusiyada tələbə vizası

Rusiya mədəni müxtəlifliyi və nüfuzlu təhsil müəssisələri ilə avropalı tələbələrin də ən çox müraciət etdiyi ölkələrdəndir. Rusiyada təhsil almaq istəyən avropalı tələbələr üçün tələbə vizası mütlərdir.

Avropalı tələbələrin vizaya müraciət prosesi:

Qəbul məktubunun alınması. Avropalıların Rusiyadakı universitet və ya təhsil müəssisəsindən qəbul məktubunun alınması viza üçün müraciət etmək üçün ilk addımdır.

Təhsil müəssisəsindən aldığınız qəbul məktubu viza müraciətinizin əsasını təşkil edir.

Tələb olunan sənədlər. Viza müraciəti üçün lazımi sənədlərin tam və dəqiq hazırlanması vacibdir. Sənədlərə etibarlı pasport, qəbul məktubu, doldurulmuş ərizə forması, pasport şəkli, tibbi sığorta və maliyyə vəziyyətini göstərən sənədlər daxildir.

Müraciət prosesi. Toplanan sənədlər Avropa ölkəsindəki Rusiya konsulluqlarına və ya səfirliklərinə təqdim edilməlidir. Müraciət zamanı ərizə haqqını ödəmək və qəbzi saxlamaq vacibdir.

Müsahibə və ərizəyə baxılması: Bəzi hallarda müraciət zamanı müsahibə keçirilə bilər. Bu müsahibə zamanı sizə Rusiyada təhsil almaq məqsədiniz və planlarınızla bağlı suallar verilə bilər. Viza müraciətinə baxılması adətən 10-15 iş günü çəkir, lakin məşğul dövrlərdə bu daha uzun çəkə bilər.

Rusiyaya giriş. Viza təsdiqləndikdən sonra Rusiyaya daxil ola bilərsiniz. Rusiyaya gəldikdən sonra 7 iş günü ərzində isə Avropalı tələbə Rusiyanın İmmiqrasiya İdarəsində qeydiyyatdan keçməlidir.

Rusiyadakı təhsil müəssisələri immiqrasiya prosesi barədə tələbələrə rəhbərlik edirlər.

Viza uzadılması. Avropalıları təhsilləri davam etdiyi müddətdə vizanı uzada da bilərlər. Viza müddətinin uzadılması prosedurları üçün lazımi sənədləri hazırlamalı və yerli immiqrasiya idarəsinə müraciət etmək lazımdır.

Bu addımları yerinə yetirməklə Avropadan olan tələbələr Rusiyada heç bir problem olmadan təhsilə başlaya bilərlər.

(Mənbə: https://studyinrussia.ru/en/ )

Avropadan kənar tələbələr üçün Rusiyada tələbə vizası

Rusiyada tələbə vizası almaq, Avropa və qeyri-Avropalı tələbələr üçün demək olar ki, eynidir.

Tələb olunan ümumi amillər:

  • Qəbul məktubunun alınması
  • Sənədlər
  • Müraciət prosesi
  • Müsahibə
  • Rusiyaya giriş
  • İmmiqrasiya prosesi
  • Viza uzadılması

Yalnız əlavə olaraq Avropadan kənar tələbələrədən vizaya müraciət edərkən dil bilikləri sənədləri və sağlamlıq yoxlamaları kimi əlavə sənədlər istənilə bilər.

(Mənbə: https://studyinrussia.ru/en/ )

Rusiyada rahat və qısa müddətdə viza və təhsil almaq üçün xaricdə təhsil komandamız sizə kömək edər. Rusiyanın ən yaxşı universitetlərinə qəbul və viza xidmətləri üçün Marmara Group-la əlaqə saxlaya bilərsiniz!

Rusiyada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər