Türkiyə, beynəlxalq tələbələr üçün həm yüksək təhsil keyfiyyəti, həm də sərfəli yaşayış imkanları hər il yüzlərlə tələbəni özünə cəlb edir. Bu səbəbdən, hər il dünyanın bir çox ölkəsindən, o cümlədən Azərbaycan tələbələr Türkiyəyə təhsil üçün yollanırlar.
Türkiyədə təhsil almağa gedərkən təhsildən əlavə nəzərə alınmalı olan bir neçə amil var. Təhsil həyatının ən vacib aspektlərindən biri də tələbələrin yaşayış məsələsidir. Türkiyədə yataqxanada qalmaq, xüsusilə universitetlərin yaxınlığında yerləşən müasir və rahat yataqxanalarda tələbələrə həm komfort, həm də uyğun qiymətlər təklif edir.
Türkiyədəki universitetlərdə tələbələrin həyatını asanlaşdırmaq üçün geniş çeşidli yataqxana imkanları var. Tələbələr, universitet yataqxanalarında qalaraq həm təhsil müəssisəsinə yaxınlıqdan yararlanır, həm də sosial və mədəni fəaliyyətlərə qoşulma şansı əldə edirlər. Bu yazıda, Türkiyədə təhsil alan tələbələr üçün yataqxanalarda qalmanın üstünlükləri və rahatlığını nəzərdən keçirəcəyik, eləcə də müxtəlif bölgələrdəki yataqxana qiymətləri və seçimlərindən bəhs edəcəyik.
Türkiyədə ortalama yataqxana qiymətləri neçədir?
Türkiyədə yataqxana qiymətləri, şəhər və universitetin yerləşdiyi bölgəyə, yataqxananın təklif etdiyi imkanlara və yerləşdiyi yerə görə dəyişir.
Ortalama qiymətlər 400 tl-dən başlayır yataqxananın təklif etdiyi imkanlara görə 41000 tl-dək artır.
(Mənbə: https://www.yurtlarfiyatlar.com/ )
Türkiyədə dövlət yataqxanalarında qiymətlər
Türkiyədə dövlət universitetləri tərəfindən təklif edilən dövlət yataqxanaları ən ucuz yataqxanalardır. Bu yataqxanalar, xüsusən maddi cəhətdən çətinlik çəkən tələbələr üçün ideal seçimlərdən biridir.
Dövlət yataqxanaları KYK Yurtları adı altında cəmlənir.
KYK Yurtları qiymətləri 2024-2025 tədris ili üçün qiymətlər, əksər şəhərlərdə 500-1.500 Türk lirəsi arasında dəyişir. Bu qiymət, yataqxananın yerləşdiyi şəhər və təklif olunan şəraitə görə fərqlənir.
Yataqxana otaqları sadə və ortalama şəraitli otaqların qiyməti 500-800 Türk lirəsi arasında olur. Daha geniş və xüsusi şəraiti olan otaqlar isə 1.000-1.500 Türk lirəsinə qədər artır.
Bəzi KYK yurtlarında əlavə olaraq yemək və digər xidmətlər daxil olur, bu hallarda bu xidmətlər üçün ayrıca ödəniş edirsiniz.
Yataqxana qiymətləri hər il dövlət tərəfindən təyin edilir və tələbələrin büdcəsini nəzərə alaraq müəyyən edilir.
(Mənbə: https://www.ntv.com.tr/egitim )
Türkiyədə özəl yataqxanaların qiymətləri
Türkiyədə özəl yataqxanaların qiymətləri, tələb olunan xidmətlər və yataqxananın yerləşdiyi bölgəyə görə dəyişir. 2024-2025 tədris ili üçün aylıq qiymətlər təxminən 8.000 TL-dən başlayaraq 65.000 TL-ə qədər yüksəlir.
Sadə şəraiti olan yataqxanalar daha sərfəli qiymətlər var, lüks şərait və əlavə xidmətlər (özəl otaqlar, yemək xidməti, fitness mərkəzləri və s.) ilə təmin olunan yataqxanaların qiymətləri isə daha yüksək olur.
Əlavə olaraq Türkiyədə Vakıf universitetlərinin yataqxanaları da var. Vakıf universitetlərinin yataqxanalarında isə illik ödənişlər 49.000 TL-dən başlayıb, 276.000 TL-ə qədər artır.
Türkiyədə yataqxanada qalmaq sərfəlidir, yoxsa kirayə?
Türkiyədə tələbələrin yaşayış üçün yataqxanada qalmaq və ya kirayə ev tutmaq arasında seçim etməsi şəxsi ehtiyaclarına, büdcəsinə və yaşam tərzinə bağlıdır. Hər iki seçimin özünəməxsus üstünlükləri və çatışmazlıqları var.
Yataqxanada qalmaq
Yataqxanalar daha strukturlaşdırılmış və qaydalara uyğun mühitdir. Dövlət yataqxanaları daha ucuz seçim olsa da, özəl yataqxanalar daha rahat və geniş xidmətlərlə təmin olunur. Yataqxanada qalmaq, kommunal xərclərin və bəzi xidmətlərin ödənişə daxil olması səbəbindən daha sərfəlidir. Üstəlik, yataqxanalarda çoxlu tələbələr olduğundan sosiallaşmaq da burada rahatdır.
Kirayə ev tutmaq
Kirayə evlər isə daha çox azad, rahat və şəxsi məkan istəyənlər üçün idealdır. Lakin ev kirayələmək əlavə xərcləri – kommunal xidmətlər, depozit və bəzən əşyaların alınmasını da nəzərə almağı tələb edir. Xüsusən tək yaşamaq istəsəniz, bu xərcləri bilmək mütləqdir, əgər bir neçə tələbə birlikdə qalsanız xərclər sərfəli olacaq.
Hansı seçimin daha uyğun olduğuna qərar verərkən büdcənizi, şəxsi rahatlıq ehtiyaclarınızı və təhsil aldığınız bölgənin yaşayış xərclərini nəzərə alın. Daha strukturlaşdırılmış və sosial mühit istəyirsinizsə, yataqxanalar sizin üçün uyğundur. Əgər müstəqilliyə üstünlük verir və öz rahatlığınız üçün fərdi evə ehtiyac duyursunuzsa, kirayə ev daha yaxşı seçimdir.
Seçim tamamilə sizin tələblərinizdən və prioritetlərinizdən asılıdır. Hər iki variantın da özünəməxsus üstünlükləri və mənfi cəhətləri var.