Rusiya, yüksək keyfiyyətli təhsil sistemi və beynəlxalq səviyyədə tanınan universitetləri ilə xarici tələbələrin ən çox müraciət etdiyi ölkələrdəndir. Hər il minlərlə tələbə Rusiya universitetlərinə yollanaraq müxtəlif ixtisaslar üzrə təhsil alır və gələcək karyeralarını inkişaf etdirmək üçün güclü təməl yaradırlar. Rusiyanın həm Avropa, həm də Asiya ölkələri ilə sıx əlaqələri, eləcə də dünya miqyasında tanınan təhsil standartları, tələbələrin seçimində mühüm rol oynayır.
Burada təhsil alan tələbələrin əksəriyyəti məzun olduqdan sonra Rusiyada qalma və iş imkanlarından yararlanmaq mövzusunda suallar yaşayır. Bu bloqda, Rusiyada təhsilini tamamlayan tələbələr üçün mövcud olan imkanları və məzun olduqdan sonra orada qalmaq üçün lazım olan prosedurları ətraflı şəkildə araşdıracağıq.
Məzun olduqdan sonra Rusiyada necə qalmaq olar?
Məzun olduqdan sonra Rusiyada qalmaq üçün tələbələr bir neçə fərqli variantdan istifadə edə bilərlər. Tələbənin hansı formada Rusiyada qalması təhsil müddətindən sonra onun gələcək planından asılıdır. Adətən tələbələr məzun ya iş vizası əldə edərək karyeralarına başlaya, ya da əlavə təhsil proqramlarına qoşularaq Rusiyada qalırlar.
Məzun olduqdan sonra Rusiyada necə qalmağın əsas mərhələlərinə və şərtlərinə belədir:
Məzun vizası almaq. Məzun olduqdan sonra tələbələrin əksəriyyətinə məzun vizası almaq təklif olunur. Bu viza məzunlara Rusiyada qalmaq və iş axtarmaq üçün əlavə vaxt verir.
Məzun vizasının alınma şərtləri universitet və təhsil səviyyəsindən asılı olaraq dəyişsə də, müraciət yerli miqrasiya idarəsində edilir.
İş vizası almaq. Rusiyada məzun olan tələbələr üçün xüsusi olaraq nəzərdə tutulmuş iş vizası mövcuddur. Bu viza, Rusiya universitetlərini bitirib iş təklifi alan məzunlara verilir.
İş vizasını əldə etmək üçün tələbə əvvəlcə Rusiyada fəaliyyət göstərən bir şirkətlə əmək müqaviləsi bağlamalıdır.
Elmi-tədqiqat və akademik proqramlarda iştirak. Əgər tələbə elmi-tədqiqat sahəsində karyerasını davam etdirmək istəyirsə, Rusiya universitetlərində və ya tədqiqat institutlarında elmi işçi kimi fəaliyyət göstərə bilər. Bunun üçün universitet və ya tədqiqat mərkəzi tərəfindən verilən dəvət məktubu ilə müvafiq elmi viza alaraq Rusiyada qalacaq.
Sahibkarlıq vizası. Əgər məzunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, Rusiya dövləti startap qurmaq istəyənlər üçün xüsusi sahibkarlıq vizası təqdim edir. Bu viza tələbələrin öz bizneslərini yaratmasına və inkişaf etdirməsinə şərait yaradır.
Bu variantlardan hər biri tələbənin gələcək karyera məqsədlərinə uyğun olaraq nəzərdən keçirilərək seçilir.
Rusiyada məzun olduqdan sonra iş tapmaq üçün nə qədər vaxt verilir?
Rusiyada məzun olduqdan sonra iş tapmaq üçün tələbələrə 1 il müddətinə məzun vizası (post-graduate visa) verilir. Bu viza tələbələrə məzun olduqdan sonra ölkədə qalmaq və iş axtarmaq üçün kifayət qədər vaxt təmin edir.
Məzun vizasının verilməsi prosesində tələbə əvvəlcə təhsil aldığı universitetdən məzun olduğunu təsdiqləyən sənədi təqdim etməli və yerli miqrasiya idarəsinə müraciət etməlidir.
Əgər bu müddət ərzində tələbə iş taparsa, müvafiq iş vizasına müraciət edə və ya daimi yaşayış icazəsi üçün müraciət prosedurlarını başlada bilər. İş tapmayan tələbələr isə bu müddət bitdikdən sonra Rusiyanı tərk etmək məcburiyyətində qalırlar.
(Mənbə: https://www.quora.com/ )
Məzun olduqdan sonra iş tapmadan qalma müddətini necə uzatmaq olar?
Məzun olduqdan sonra Rusiyada iş tapmadan qalmaq müddətini uzatmaq üçün bir neçə alternativ mövcuddur. İş tapmadan Rusiyada qalma müddətini uzatmaq üçün istifadə edə biləcəyiniz variantlardan bəziləri bunlardır:
Əlavə təhsil proqramlarına qatılmaq. Əgər iş tapmamısınızsa və Rusiyada qalmaq istəyirsinizsə, ikinci bir ixtisas və ya magistr proqramına qəbul olmaqla tələbə vizanızı uzada bilərsiniz.
Dildə təkmilləşmə kurslarına yazılmaq. Bəzi hallarda, tələbələr dil bacarıqlarını artırmaq üçün Rusiya universitetlərinin və ya dil kurslarının təklif etdiyi əlavə təkmilləşdirmə kurslarına qeydiyyatdan keçərək tələbə vizalarını uzatmaq mümkündür
Elmi tədqiqat proqramlarında iştirak. Tədqiqat sahəsində marağınız varsa və elmi karyera qurmaq istəyirsinizsə, tədqiqat işlərinə qoşulmaqla elmi işçi statusu əldə edərək Rusiyada qala bilərsiniz.
Könüllülük proqramları. Rusiya dövlətinin dəstəklədiyi mədəni proqramlara və ya sosial layihələrdə, beynəlxalq tədbirlərdə iştirak etməklə könüllülük vizası alıb Rusiyada qalma müddətinizi artırmağınız mümkündür.
Turist və ya qısa müddətli qalma vizası. Əgər heç bir yuxarıdakı seçimlər sizə uyğun deyilsə, iş axtarışını davam etdirmək və Rusiyada daha qısa müddət qalmaq üçün turist və ya qısa müddətli qalma vizasına müraciət edə bilərsiniz. Bu viza növü uzun müddət üçün qalma imkanı verməsə də, sizə əlavə vaxt qazandıracaq.
Bu variantlardan hər biri özündə fərqli şərtlər və sənəd tələb edir. Hansı yolu seçməyinizdən asılı olmayaraq, miqrasiya idarəsi ilə vaxtında əlaqə saxlamaq və müraciət prosedurlarını dəqiq izləmək vacibdir.
Rusiyanın yaşamaq üçün ən yaxşı şəhərləri hansılardır?
Rusiyada məzun olduqdan sonra karyera qurmaq və yaşamaq üçün uyğun şəhərlər müxtəlif kriteriyalara görə fərqlənir. Həm iş imkanları, həm yaşayış şəraiti, həm də sosial həyat baxımından aşağıdakı şəhərlər Rusiyanın yaşamaq üçün ən yaxşı seçimləri hesab edilir:
- Moskva
- Sankt-Peterburq
- Kazan
- Novosibirsk
- Yekaterinburq
- Rostov-na-Donu
- Krasnodar
Rusiyada necə iş tapmaq olar?
Rusiyada iş tapmaq üçün aşağıdakı metodlardan istifadə edə bilərsiniz:
Online iş platformaları:
- HeadHunter.ru
- SuperJob.ru
- Rabota.ru
- Job.ru
- Zarplata.ru və s. platformalardan vakansiyaları axtarmaqla.
Beynəlxalq iş axtarış saytları:
- Glassdoor
- Indeed kimi platformalardan şirkətlərdə olan iş elanlarına baxmaq və həmin platformalarda əlaqələrinizi genişlətməklə.
Şirkətlərin rəsmi veb-saytları. Müraciət etmək istədiyiniz şirkətlərin karyera bölməsini izləməklə.
Rusiyada ixtisaslaşmış rekrutinq agentlikləri. Rekrutinq şirkətlərinə müraciət edərək iş axtarışınızı sürətləndirə bilərsiniz.
Karyera sərgiləri və tədbirlər. Universitetlərin karyera sərgiləri və biznes tədbirlərinə qatılmaqla.
Bu metodlardan istifadə edərək Rusiyada daha effektiv iş axtarma prosesi apara bilərsiniz.