Estoniyada Tələbə Vizası

Estoniya qısamüddətli təhsil vizası sizə Estoniyaya təhsil və ya təlim-tədris məqsədilə edəcəyiniz səyahətinizi həyata keçirmək üçün verilir. Bu viza sizin Estoniyada ən çoxu 180 gün ərzində maksimum 90 günə qədər qalmağınıza icazə verir. Bu viza şagirdlərə, məzunlara onları müşayiət müəllimlərə təlim və tədris məqsədilə səyahət etmək imkanı verir.

Estoniya Təhsil (Şengen) Vizası üçün Tələb Olunan Sənədlər

  1. Ərizə Forması
  • Çap hərfləri istifadə olunaraq səliqəli bir şəkildə əllə və ya komputerdə yazılmalı
  • Müraciətçinin özü tərəfindən imzalanmalı
  1. Fotoşəkil
  • Son 6 ayda çəkilmiş olmalı
  • Ölçüsü 3,5×4,5 olmalı
  • Ağ fonda çəkilməli
  1. Səyahət Sənədi (Xarici Pasport)
  • Şengen bölgəsindən nəzərdə tutulan (son) ayrılma tarixindən etibarən ən azı üç ay müddətində etibarlı olmalı
  • Ən azı iki boş səhifəsi olmalı.
  • Son on il ərzində alınmış olmalı
  1. Köhnə / Müddəti Keçmiş və ya Başqa Bir Etibarlı Xarici Pasport
  • Müraciətçinin etibarlılıq müddəti bitmiş xarici pasportunda əvvəllər Şengen vizaları olubsa, həmin pasport da təqdim edilməlidir.
  1. Şəxsiyyət Vəsiqəniz və Yaşayış İcazəniz / Vizanızın Surəti (əgər yaşadığınız ölkə və vətəndaşlığınız fərqlidirsə)
  • Sənədlərin surəti digər sənədlərlə birlikdə təqdim edilməlidir

Bu sənədlər üçün tələb olunan etibarlılıq müddəti Estoniyanı tərk etdiyiniz tarixinizdən başlayaraq üç ay olaraq müəyyən edilmişdir

  1. Səyahət Sığortası
  • Sığorta vizanın qeyd olunan və ölkədə qalmaq üçün nəzərdə tutulan müddət ərzində etibarlı olmalıdır
  • Sığorta bütün Şengen ölkələrini üçün etibarlı olmalıdır
  • Sığorta minimum 30 000 avro dəyərində olmalıdır

Sığorta qəfil xəstəlik və ya qəza halında yaxud yerində yardım halında şəxsin daimi yaşayış yerinə tibbi repatriasiyası (öz ölkəsinə qaytarılma) və ya ölüm halında vətənə qaytarılma xərcləri daxil olmaqla bütün tibbi xərcləri qarşılaya bilməlidir

  1. Ev Sahibi Universitet, Akademiya, Qurum, Kollec və ya Məktəb Tərəfindən Yazılı Müraciət və ya Tələbənin Qəbul Olması Barəsində Arayış və ya Tələbə Bileti
  2. Yazılı Müracətdə Qeyd Olunmadığı Təqdirdə Göndərən və ya Qəbul Edən Tərəfdən Sponsorluq haqqında Ayrıca Bir Bildiriş (və ya digər madi vəsaitlərin sübutu)
  3. Yetkinlik Yaşına Çatmayan Şəxslər üçün

Əgər müraciətçinin 18 yaşı tamam olmayıbsa, tək və ya bir valideyni ilə səyahət edirsə, müvafiq olaraq valideynlərin və digər valideyn və ya qəyyumun notariatda təsdiq olunmuş yazılı razılıq və ya icazə sənədinin təqdim olunması tələb olunacaqdır.

  • İcazə sənədinin təqdim oluna bilməməsi halında, icazənin hansı səbəbdən sənədlərin arasında olmamasının səbəblərini izah edən digər sənədlər (tək valideynlik haqqında arayış və s.) təqdim olunmalıdır.
  • İcazə müraciət edilən gündən və bütün Şengen ölkələrində etibarlı olmalıdır.
  • Doğum şəhadətnaməsinin əsli ilə birlikdə surətinin də təqdim olunması vacibdir.
  • *Səfirlik tərəfindən əlavə sənədlər tələb oluna bilər

Estoniya Təhsil (Şengen) Vizasına Baxılma Müddəti

Estoniya Təhsil (Şengen) vizasına baxılma müddəti 5-20 kalendar günüdür. Bu sizin hansı ölkədən müraciət etmənizdən asılıdır.

Estoniya Təhsil (Şengen) Vizasının Rüsumu

Şengen Vizasına müraciət edən hər bir kəs viza rüsumu ödəməlidir. Bu rüsum vizanın nəticəsindən asılı olmamaqla geri qaytarılmır. Azərbaycan, Rusiya və Ermənistan üçün hazırkı viza rüsumu 35 Avrodur. Bu ölkələr Şengen ölkələri ilə olan müqaviləyə əsasən azaldılmış viza rüsumundan yararlana bilərlər. Digər ölkələrdə bu məbləğ 12 yaşdan yuxarı şəxslər üçün 80 Avro, 6-12 yaş arası uşaqlar üçün 40 Avro, 6 yaşından az uşaqlar üçün isə pulsuzdur

Əgər sizin vəziyyətiniz aşağıda qeyd edilən kateqoriyalardan birinə aiddirsə, müəyyən sübutları göstərmək şərti ilə viza rüsumunu ödəməkdən azad olunursunuz.

  • Birinci dərəcəli və ya yaxın qohumunuz həyat yoldaşınız, övladınız  (və ya himayənizə götürdüyünüz övladınız), valideynləriniz (və ya himayəyə götürən valideynləriniz, nənəniz, babanız və ya nəvəniz) Şengen ərazisində rəsmi (qanuni) şəkildə yaşayırsa
  • Təqaüdçülər (pensiyaçılar)
  • Nümayəndə heyətinin rəsmi üzvləri, rəsmi nümayəndələr heyətinin daimi üzvləri, rəsmi görüşlərdə iştirak edənlər, konsulluqlar, danışıqlar prossesi və mübadilə proqramlarında iştirak edənlər, və hökümətlərarası şirkətlərdən rəsmi dəvətə sahib olanlar
  • Rəsmi tədris proqramları çərçivəsində araşdırma və ya təhsil məqsədi ilə səyahət edən şagirdlər, tələbələr, məzunlar və pedoqoji heyətin üzvləri
  • Əlliliyi olan şəxslər və əgər vacibdirsə, onları müşayiət edəcək insanlar;
  • Beynəlxalq idman tədbirlərində iştirak edən və peşəkar həyatları ilə bağlı onları müşayiət edən şəxslər

Estoniya Təhsil (Şengen) Vizası üçün Haraya Müraciət Etmək Olar?

Estoniya Təhsil (Şengen) vizasına Estoniyanın viza mərkəzlərində, səfirliklərində və ya konsulluqlarında müraciət edə bilərsiniz (onlardan hansı yaşadığınız ölkədə viza müraciətini qəbul edirsə). Əgər ölkənizdə yoxdursa, ən yaxın səfirliyə və ya konsulluğa müraciət etməlisiniz.

Estoniyada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Estoniyada Təhsillə Əlaqəli Xəbərlər