Almaniyada Tələbələr Necə İş Tapa Bilərlər?

Marmara Group > Bloq > Avropada Təhsil > Almaniyada Tələbələr Necə İş Tapa Bilərlər?

Almaniya həm təhsil, həm də karyera imkanları baxımından dünyada, o cümlədən Azərbaycanda gənclərin ən çox üstünlük verdiyi ölkələrdən biridir. Zəngin akademik mühit, prestijli universitetlər və geniş iş imkanları Almaniyanı tələbələr üçün cəlbedici edir. Hər il yüzlərlə tələbə həm təhsil almaq, həm də iş tapmaq məqsədilə Almaniyaya yollanır.

Almaniyada tələbələr həm təhsil aldıqları sahədə peşəkar təcrübə qazana, həm də part-time işlərdə çalışaraq əlavə gəlir əldə edə bilirlər. Almaniyada tələbələrin iş axtarma proseslərinə dəstək olmaq üçün iş axtararkən nəzərə almalı olduğunuz vacib məqamlar və faydalı məsləhətlər haqqında məlumat verəcəyik.

Almaniyada tələbələr üçün hansı iş imkanları var?

Almaniyada tələbələr üçün geniş iş imkanları mövcuddur və bu işlər tələbələrin təhsil sahəsindən, bacarıqlarından və dil biliklərindən asılı olaraq dəyişir.

Ən çox yayılmış iş imkanları aşağıdakılardır:

Part-time işlər: Almaniyada tələbələr üçün ən əlçatan işlərdən biri part-time işlərdir. Xüsusilə restoranlar, kafelər və otellərdə ofisiant, barista və ya resepsion kimi işlərdə tələbələr rahatlıqla çalışırlar.

Təcrübə proqramları: Təcrübə proqramları Almaniyada tələbələrin həm təcrübə qazanması, həm də gələcək karyeraları üçün vacibdir. Mühəndislik, İT, biznes və maliyyə kimi sahələrdə təhsil alan tələbələr ödənişli təcrübə proqramlarında iştirak edərək peşəkar mühitdə təcrübə qazanır, gələcək iş imkanlarını genişləndirir və müəyyən qədər maaş da alırlar.

İT və rəqəmsal sahələrdə işlər: Almaniya rəqəmsal texnologiyalar və İT sahəsində qabaqcıl ölkələrdən biridir. Bu sahələrdə tələbələr üçün müxtəlif part-time və “freelance” işlər mövcuddur. Məsələn, veb-dizayn, proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq kimi sahələrdə işlər tələbələr üçün əlverişli variantdır.

“Freelance” işlər: Almaniyada tələbələr qrafik dizayn, tərcümə, kontent yazarlığı və digər sahələrdə sərbəst işlər görərək qazanc əldə edirlər. Bu cür işlər tələbələrə çevik iş saatlarında çalışmaq və əlavə gəlir əldə etmək imkanı verir.

Universitet daxili işlər: Alman universitetləri tələbələr üçün universitet daxilində iş imkanları təklif edir. Tələbələr kitabxana köməkçisi, tədqiqat köməkçisi və ya dərs köməkçisi kimi vəzifələrdə çalışaraq əlavə gəlir əldə edirlər.

Bu müxtəlif iş imkanları Almaniyada təhsil alan tələbələr üçün həm təcrübə qazanmaq, həm də əlavə gəlir əldə etmək baxımından olduqca əhəmiyyətlidir.

Almaniyada tələbələr üçün ortalama maaş

Almaniyada tələbələr üçün ortalama maaşlar iş növünə, yerləşdikləri şəhərə və tələbənin təcrübəsinə görə dəyişir. Son illərdə ortalama maaş minimum 450-550 avro arasındadır. Lakin bu da tələbənin gördüyü işdən asılı olaraq az da ola bilər.

Almaniyada tələbələr üçün bəzi iş kateqoriyalarında ortalama maaşlar aşağıdakı kimidir:

Part-time işlər: Restoranlar, kafelər və ya pərakəndə satışda çalışan tələbələr saatlıq əmək haqqı ilə işləyirlər. Almaniyada part-time işlərdə saatlıq əmək haqqı orta hesabla 12-15 avro arasındadər. Bu cür işlərdə işləyən tələbələr ayda təxminən 450-850 avro arasında gəlir əldə edirlər.

Təcrübə proqramları: Almaniyada bir çox təcrübə proqramı ödənişlidir. Tələbələr mühəndislik, İT, biznes və maliyyə sahələrində təcrübə keçərkən ayda orta hesabla 800-1,200 avro arasında maaş alırlar.

“Freelance”: Qrafik dizayn, proqramlaşdırma və ya tərcümə kimi sərbəst işlərdə çalışan tələbələrin qazancı gördükləri işin həcminə və bacarıqlarına görə dəyişir. Tələbələr freelance işlərdən ayda orta hesabla 500-2,000 avro arasında gəlir əldə edə bilərlər. Bu qazanc, işin növü və layihələrin sayına görə artıb-azalır.

Universitet daxili işlər: Universitetdə dərs köməkçisi, tədqiqat köməkçisi və ya kitabxana köməkçisi kimi vəzifələrdə çalışan tələbələr adətən saatlıq əmək haqqı alırlar. Bu cür işlərdə maaşlar orta hesabla saatda 12-16 avro arasında olur və tələbələr ayda təxminən 500-1,000 avro gəlir əldə olunması mümkündür.

Almaniyada maaşlar böyük şəhərlərdə, xüsusilə Berlin, Münhen və Frankfurt kimi yerlərdə daha yüksəkdir. Kiçik şəhərlərdə isə maaşlar nisbətən aşağı olsa da, yaşayış xərcləri də daha münasib olduğundan maddi çətinlik yaşanmır.

(Mənbə: https://www.quora.com/)

Almaniyada tələbələrin işləməsi üçün ən yaxşı şirkətlər

Almaniyada tələbələrin işləməsi üçün geniş imkanlar təqdim edən bir sıra tanınmış və böyük şirkətlər var. Bu şirkətlər həm yerli, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir və tələbələr üçün peşəkar təcrübə, öyrənmə imkanları və yaxşı maaşlar təklif edirlər. Almaniyada tələbələr yerli şirkətlər, kiçik start-uplarda çalışaraq gəlir əldə etmək imkanına sahibdirlər.

Bundan əlavə tələbələrin işləyə biləcəyi ən yaxşı beynəlxalq şirkətlərdən bəziləri bunlardır:

  • Siemens
  • Volkswagen Group
  • Bosch
  • BMW Group
  • Deutsche Bank
  • SAP
  • Daimler AG (Mercedes-Benz)
  • Lufthansa
  • Allianz
  • Adidas

(Mənbə: https://www.glassdoor.com/index.htm )

Almaniyada Azərbaycanlı tələbələr nə qədər çalışa bilərlər?

Almaniyada Azərbaycanlı tələbələrin işləmək qaydaları müəyyən məhdudiyyətlərlə tənzimlənir. Tələbələr üçün iş saatları və şərtlər əsasən onların təhsil aldığı müddətə və vizalarına bağlıdır.

Belə ki, Almaniyada xarici tələbələr həftədə 20 saata qədər qanuni şəkildə işləyə bilərlər. Bu məhdudiyyət adətən semestr dövründə qüvvədə olur. Tətil günlərində, yəni yay və qış tətili kimi vaxtlarda tələbələr full-time olaraq, yəni həftədə 40 saata qədər işləməkdə sərbəstdirlər.

Həmçinin qeyd edək ki, xarici tələbələr, o cümlədən Azərbaycanlı tələbələr, Almaniyada işləmək üçün iş icazəsi almalıdırlar. Bu icazə tələbə vizası ilə birlikdə verilir və tələbələrin qanuni şəkildə işləməsinə imkan yaradır.

Almaniyada tələbələr üçün gəlir vergisi nə qədərdir?

Almaniyada tələbələrə müəyyən güzəştlər olsa da, qazandıqları gəlirə görə vergi ödəməlidirlər

Almaniyada tələbələr üçün ildə 10.908 avro-ya qədər olan gəlir vergidən azaddır. Bu məbləğdən aşağı qazanan tələbələr gəlir vergisi ödəmirlər.

Əgər tələbənin gəliri 10.908 avro-nu aşarsa, onlar qazandıqları məbləğə görə 14%-dən 42%-ə qədər gəlir vergisi ödəməli olurlar. Vergi dərəcəsi tələbənin qazancına görə artır.

Tələbələr işlədikləri müddətdə hər ay avtomatik olaraq gəlirlərindən vergi tutulur. Əgər illik gəlirləri vergidən azad məbləğdən aşağı olarsa, il sonunda vergi bəyannaməsi təqdim edərək, artıq ödədikləri vergini geri ala bilərlər.

Eyni zamanda bəzi təqaüdlər və təhsil ilə bağlı gəlirlər vergidən azaddır. Buna tələbələrə təhsillə bağlı verilən təqaüdlər və digər maliyyə yardımları daxildir ki, bu zaman tələbə vergi ödəmir.

Bu qaydalar Almaniyadakı tələbələrin iş gəlirlərinə əsaslanır və vergi ödəmək məcburiyyəti qazanc məbləğindən asılıdır. Təhsil ilə yanaşı işləyən tələbələr bu məbləğləri diqqətlə izləyərək vergi qaydalarına uyğun hərəkət etməlidirlər.

(Mənbə: https://www.alumniportal-deutschland.org/en/)

Almaniyada şirkətlər tələbəni işə götürən zaman nələrə diqqət edir?

Almaniyada şirkətlər tələbələri işə götürərkən bir neçə vacib meyarı nəzərə alırlar. Araşdırmamıza əsasən işə qəbul olunma şansınızı artıran həmin meyarlar bunlardır:

Təhsil və akademik göstəricilər: Şirkətlər tələbələrin oxuduqları sahənin işin tələblərinə uyğun olub-olmadığını diqqətlə dəyərləndirirlər. Yaxşı akademik göstəricilər və uyğun ixtisas tələbələrin işə qəbul olmasında üstünlük qazandırır.

Dil bacarıqları: Almaniyada fəaliyyət göstərən şirkətlər, xüsusilə beynəlxalq şirkətlər, tələbələrdən yaxşı səviyyədə alman dilini bilməyi gözləyirlər. Eyni zamanda ingilis dili bacarıqları da qlobal şirkətlər üçün böyük üstünlükdür.

Əvvəlki təcrübə: Şirkətlər tələbələrin əvvəlki iş və ya təcrübə proqramları zamanı qazandıqları bacarıqlara böyük diqqət yetirirlər. Tələbənin əvvəlki təcrübələri onun peşəkar mühitə uyğunlaşa biləcəyini göstərir.

Texniki və analitik bacarıqlar: Xüsusilə İT, mühəndislik və maliyyə sahələrində texniki biliklər vacibdir. Proqramlaşdırma dilləri, analitik düşüncə və problem həll etmə bacarıqları tələbələri fərqləndirir.

Komanda işi və ünsiyyət bacarıqları: Şirkətlər komanda daxilində effektiv işləyə bilən və güclü ünsiyyət bacarıqlarına sahib olan tələbələri axtarırlar. Bu qabiliyyətlər, iş mühitində uyğunlaşmanı və işin uğurlu şəkildə yerinə yetirilməsini təmin edir.

Çeviklik və öyrənmək istəyi: Alman şirkətləri, yeni biliklərə və dəyişikliklərə açıq olan tələbələri dəyərləndirir. Daim öyrənməyə həvəsli olmaq və dinamik mühitdə çevik şəkildə çalışmaq vacib xüsusiyyətlərdən biridir.

Dərsdənkənar fəaliyyətlər: Şirkətlər tələbələrin dərsdənkənar fəaliyyətlərinə, layihələrdə iştiraklarına və könüllü işlərinə də baxır. Bu cür fəaliyyətlər liderlik və komanda işi bacarıqlarını göstərir.

Viza və iş icazəsi: Xarici tələbələr üçün iş icazəsi vacib meyarlardan biridir. Şirkətlər tələbələrin qanuni şəkildə işləmək üçün lazımi icazələrə malik olub-olmadığını nəzərdən keçirirlər.

Bu meyarları nəzərə alan tələbələr Almaniyadakı şirkətlərdə işə qəbul olmaq üçün daha çox şansa sahib olurlar.

Almaniyada tələbələr işə qəbul olmaq şanslarını artırmaq üçün nələr etməlidirlər?

Almaniyada tələbələr işə qəbul olmaq şanslarını artırmaq üçün əvvəldə də qeyd etdiyimiz kimi: akademik göstəricilərini yaxşılaşdırmalı, dil bacarıqlarını təkmilləşdirməli və praktiki təcrübələrə üstünlük verməlidirlər. Eyni zamanda, texniki və analitik bacarıqlarını inkişaf etdirmək, komanda işində və ünsiyyətdə bacarıqlı olmaq vacibdir. Şirkətlər çevik, öyrənməyə həvəsli və dərsdənkənar fəaliyyətlərdə aktiv olan tələbələri axtarırlar. Bu meyarları nəzərə alaraq, tələbələr peşəkar iş bazarında rəqabət qabiliyyətlərini artıraraq daha uğurlu iş imkanları qazanıb, yaxşı gəlir əldə edərlər.

Almaniyada tələbələr üçün iş imkanları çox olan şəhərlər

Almaniyanın bütün şəhərlərində tələbələr üçün geniş iş imkanları var. Ən çox iş imkanlarının olduğu TOP-10 şəhər isə bunlardır:

  • Munich
  • Hamburg
  • Berlin
  • Frankfurt
  • Dusseldorf
  • Nuremberg
  • Cologne
  • Stuttgart
  • Hanover
  • Leipzig

(Mənbə: https://www.studying-in-germany.org/ )

Almaniyanın ən yaxşı universitetlərində təhsil almaq və burada kariyera imkanlarından yararlanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın! Marmara Group-un xaricdə təhsil mütəxəssisləri ən yaxşı universitetlərdə təhsil almağınıza kömək etməklə iş imkanlarının qapılarını sizin üçün açacaq!

Related Posts

Rəy Bildirin