Marmara Group > Bloq > Blog > Gümüşhane Universiteti
Ölkə/ŞəhərTürkiyə, Gümüşhane şəhəri
Dövlət/ÖzəlDövlət
Tələbələrinin sayı20.398
İllik təhsil haqqı20.000-35.000 TL
Təqaüd məbləği900-4000 TL
SAT balıTələb olunmur
Neçə ölkədən tələbələr var68
Beynəlxalq tələbələrin sayı1800 
Müraciət şərtiMəzuniyyət not ortalaması
Rəsmi veb-saytıwww.gumushane.edu.tr

Gümüşhane Universiteti Türkiyənin Karadeniz bölgəsində olan Gümüşhane şəhərində yerləşir. Rəsmi olaraq 2008-ci ildə yaradılmış universitet keyfiyyətli tədris sistemilə regionun təhsil, tədqiqat və mədəni həyatına mühüm töhfələr verir. Yarandığı gündən sürətlə inkişaf edən universitet müxtəlif fakültə, institut, kollec və peşə məktəbləri ilə təhsil imkanlarını genişləndirib.

Universitetin əsas məqsədlərinə milli və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bilik və texnologiya istehsal etmək, tələbələrinə keyfiyyətli təhsil vermək və regional inkişafa töhfə verəcək tədqiqatlar aparmaq daxildir. Gümüşhane Universiteti müasir təhsil metodları və tədqiqat imkanları ilə tələbələrinə nəzəri biliklərlə yanaşı praktiki təcrübələr də təqdim etməyi hədəfləyir. Bundan əlavə, sosial məsuliyyət layihələri və mədəni tədbirlər vasitəsilə tələbələrinin sosial və mədəni inkişafına da töhfə verir.

15 ildən artıqdır ki, fəaliyyət göstərən Gümüşhane Universiteti yarandığı gündəndir müasir təhsil yanaşması və tədqiqata əsaslanan öyrənmə modeli ilə xeyli sayda peşəkar tələbələr yetişdirib. 

Ölkəmizdən də tələbələrin maraq göstərdiyi bu universitetdə “hansı ixtisaslarda və hansı tədris pillələrində qəbul var?” və “necə qəbul olmaq olar?” kimi sualların cavablarını bu bloqumuzda tapacağıq.

Gümüşhane Universiteti reytinqlərdə neçənci sıradadır?

Gümüşhane Universiteti İspaniyanın iki aparıcı tədqiqat qurumu olan SCImago Araşdırma Qurumu və İspaniya Milli Tədqiqat Şurasının tərkibində fəaliyyət göstərən “Webometrics Ranking Web of World Universities” tərəfindən edilən qiymətləndirmələr dünyanın nüfuzlu universitetlərilə eyni bala sahib olub. 

Belə ki, SCImago tərəfindən aparılan araşdırmada dünya üzrə 7026 tədqiqat müəssisəsi və universiteti araşdırılıb və Gümüşhane Universiteti onlar arasında 6458-ci yerdə qərarlaşıb. Xüsusilə, Gümüşhane 6-cı reytinq kateqoriyasında 3897 universitet arasında 622-ci yeri tutaraq akademik və tədqiqat göstəricilərində dünyanın bir çox universitetindən üstün olub. Bu üstünlüklə bərabər  SCImago-nun tədqiqat performansının qiymətləndirilməsində də 406-cı qlobal reytinqə nail olub.

Türkiyə daxilində isə 207 ali təhsil müəssisəsi arasında edilən qiymətləndirmədə Gümüşhane Universiteti yalnız 112 universitetin daxil ola bildiyi reytinq cədvəlin 97-ci yeri tutaraq ilk yüzlükdə öz yerini alıb.

Eyni zamanda qeyd edək ki, “Webometrics”in dünya universitetləri arasında reytinqində Gümüşhane Universiteti Türkiyənin 217 ali təhsil müəssisəsi arasında 96-cı yeri tutaraq milli uğura imza atıb. Dünya üzrə 30.000 universitet arasında aparılan qiymətləndirmədə universitet müxtəlif kateqoriyalar üzrə mühüm yerlər taparaq 3188-ci yerdə qərarlaşıb.

(mənbə: https://www.gumushane.edu.tr/hdetay/universitemiz-dunya-universiteleri-siralamasinda-2027)

Gümüşhane Universitetində bakalavr üzrə qəbul şərtləri nələrdir?

Azərbaycanlı tələbələr üçün Gümüşhane Universitetinin bakalavr proqramlarına qəbul şərtləri olduqca sadədir. Bu prosesdə sizə lazım olan əsas amil var:

Attestat. Gümüşhane Universitetində qəbul üçün lazım olan əsas sənəd tam orta məktəbi bitiriyinizlə bağlı olan 11 illik attestatdır.

Attestat transkript. Qəbul üçün lazım olan əsas şərt məzuniyyət not ortalamasıdır. Ona görə də attestatda qiymətlər qeyd olunsa da, ortalama balınızın olduğu transktipt mütləqdir. Gümüşhane Universitetində ortalama qəbul balı 100 ballıq sistemlə ixtisasdan aslı olaraq dəyişir.

YÖS. Gümüşhane Universiteti beynəlxalq tələbələr üçün “Yabancı Uyruklu Öğrenci Sınavı”(YÖS) qəbul edir. YÖS tələbənin universitetdəki bölmə seçimlərinə birbaşa təsir edir, çünki bəzi bölmələrdə yüksək YÖS balı, bəzilərində isə aşağı bal tələb olunur.

Türkiyə təhsil sisteminin yeni qanunua əsasən, beynəlxalq tələbələrin TR-YÖS balı ilə qəbulu da mümkündür. TR-YÖS imtahanı tələbələrin həm akademik, həm də türk dili biliyini ölçür.

“Türkiye Yükseköğretim Seviyesi Yabancı Öğrenci Sınavı”, yəni TR-YÖS imtahanı müxtəlif bölmələr üzrə aparılır. Onlara daxildir:

  • Riyaziyyat
  • Təbiət elmlər
  • Sosial elmlər
  • Türk dili

Minimal bal tələbisə hər il tələbənin müraciət etdiyi proqramdan aslı olaraq dəyişir.

(mənbə: https://www.osym.gov.tr/TR,24127/2023-tr-yos-kilavuz-ve-basvuru-bilgileri.html

Ekvivalent imtahanlar. YÖS də ekvivalent imkatanlarındandır. Universitetlər tələbənin seçdiyi ixtisasa uyğun olub-olmadığını müəyyənləşdirmək üçün SAT, ACT, GCE kimi beynəlxalq səviyyədə olan imtahan təşkil edir və hər ixtisas üçün qəbul imtahanları kimi minimal bal tələbi olur ki, tələbə onu toplamalıdır.

Gümüşhane Universitetindədə təhsil üçün hansı fakültələr var?

  • “Mühendislik ve Doğa Bilimleri Fakültesi”
  • “İktisadi ve İdari Bilimler Fakültesi”
  • “İletişim Fakültesi”
  • “İlahiyat Fakültesi”
  • “Edebiyat Fakültesi”
  • “Turizm Fakültesi”
  • “Sağlık Bilimleri Fakültesi”

Bu fakültələrin hər birində Azərbaycanlı tələbələr bakalavr tədris pilləsi üçün müraciət edib təhsil ala bilərlər.

(mənbə: https://www.gumushane.edu.tr/)

Gümüşhane Universitetində magistratura üzrə qəbul şərtləri nələrdir?

Gümüşhane Universitetində magistratura tədris pilləsi 1-2 il müddətində olur və qəbul şərtləri belədir:

Bakalavr diplomu. Bakalavr tədrisini təsdiqləyən diplomun sürətinin notarial təsdiqi. Bakalavr tədris müddəti isə 4 ildən az olmamalıdır.

Akademik transkript. Magistratura proqramlarına qəbul üçün namizədlərin bakalavr təhsili zamanı akademik transkriptdə nəticənin yaxşı olması qəbul şansını artırır. 4 ballıq sistemdə isə ən azı 2.5 GPA olmalıdır.

ALES. ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) balı Türkiyənin bütün universitetlərində magistratura təhsili üçün önəmlidir. Gümüşhane Universitetində də universitet tərəfindən müəyyən edilmiş minimum ALES balını qarşılamaq lazımdır.

Lakin bəzi qəbul proqramlar üçün ALES tələb olunmaya bilər və ya fərqli imtahan balı (GRE, GMAT və s.) ilə ALES əvəzi qəbul edilə bilər.

Xarici dil biliyi. Magistr proqramlarından aslı olaraq TOEFL və ya IELTS kimi beynəlxalq səviyyədə tanınan imtahandan müəyyən bal toplamaq tələbi ola bilər.

Proqrama aid şərtlər. Hər bir magistr proqramı üçün qəbul tələbləri fərqli ola bilər. Buna görə də, müraciət edilən proqramın xüsusi tələblərini nəzərdən keçirmək də vacibdir.

Müsahibə. Bəzi ixtisasların qəbul proqramları, namizədlərdən qəbul prosesinin bir hissəsi kimi müsahibədə iştirak etmələrini tələb edə bilər. Bu müsahibələr adətən namizədin öz sahəsi üzrə biliyini və magistratura proqramına uyğunluğunu qiymətləndirmək üçün keçirilir.

Gümüşhane Universitetində magistratura təhsili üçün hansı fakültələr var?

Gümüşhane Universitetində magistratura təhsili universitetin müxtəlif institutları vasitəsilə həyata keçirildiyi üçün hər fakültəyə keyfiyyətli təhsil imkanları yaradılıb.

Gümüşhane Universitetində magistratura təhsili verən institutlar:

  • “Fen Bilimleri Enstitüsü”. Mühəndislik, kompüter elmləri, əsas elmlər və oxşar sahələrdə magistr dərəcəsi proqramları bu institutda keçirilir.
  • “Sosyal Bilimler Enstitüsü”. Biznes, iqtisadiyyat, təhsillə əlaqəli elmlər, sosial və humanitar elmlər kimi geniş sahələr üzrə magistr proqramları keçirilir, eyni zamanda tədris zamanı həm nəzəri biliklərin, həm də də tətbiqi bacarıqların və tədqiqat metodologiyasının inkişafına diqqət yetirir.
  • “Sağlık Bilimleri Enstitüsü”. Tibb, tibb bacısı və sağlamlığın qorunması kimi sağlamlıqla əlaqəli elmlər sahəsində magistr proqramları təklif edərək eyni yeni tibbi avadanlıqlarla və tibb üsulların öyrədilməsilə tədris həyata keçirir.

(mənbə:  https://enstitu.gumushane.edu.tr/)

Gümüşhane Universitetində doktorantura təhsili

Gümüşhane Universitetində doktorantura təhsili tələbələrə qabaqcıl tədqiqatlar aparmaq və öz sahələrində elmi inkişaflara töhfə vermək imkanı verir. 

Doktorantura proqramlarına müraciət edən beynəlxalq tələbələrin qəbul üçün bu tələblərə cavab verməsi gözlənilir:

  • Müvafiq sahədə magistr dərəcəsinin olması
  • Akademik transkript və diplom
  • İngilis dili və ya tədris dilindən asılı olmayaraq (məsələn, TOEFL, IELTS) biliyə dair sənəd
  • Akademik arayış məktubları
  • Tədqiqat təklifi və motivasiya məktubu
  • Sağlamlıqla bağlı arayış

Gümüşhane Universitetində doktorantura proqramlarının müddəti ümumilikdə 4 ildir, lakin bu müddət tələbənin tədqiqat layihəsinin həcmindən və irəliləyişindən asılı olaraq dəyişə bilər.

Gümüşhane Universitetində illik təhsil haqqı və burs imkanları

Gümüşhane Universitetində təhsil haqqı yerli tələbələr üçün çox ucuz, beynəlxalq tələbələr üçünsə sərfəlidir.

Beynəlxalq tələbələr üçün ixtisasdan, təhsil pilləsindən aslı olaraq illik təhsil haqqı fərqli olsa da, təxminən 20.000-35.000 TL arasıdır. Yüksək illik ödənişlər bahalı avadanlıqlar və laboratoriya tələb edən mühəndislik və tibblə əlaqəli ixtisaslarda, eyni zamanda doktorantura və magistratura təhsil pillələrindədir, bakalavr təhsili isə minimal təhsil haqqı ilədir.

Təhsil haqqının münasib olması ilə bərabər Gümüşhane Universitetinin başqa bir üstünlüyü burs, yəni taqaüd imkanlarıdır.

Gümüşhane Universitetinin istər universitet daxilində, istərsə də Türkiyə Təqaüd Proqramı çərçivəsində burs imkanları var.

Türkiyə Təqaüd proqramı proqramı çərçivəsində akademik uğuru çox olan beynəlxalq tələbələrə tam təqaüd verir. Bu təqaüd təhsil haqqı, aylıq müavinət, yaşayış, sığorta və türk dili kursları kimi xərcləri əhatə edir. Bundan əlavə, tələbələrə Türkiyənin mədəniyyəti və tarixilə yaxından tanış olmaları üçün mədəni tədbirlərdə də ödənişsiz iştirak edirlər.

Təqaüdün ödənişindən əlavə gündəlik yaşam xərclərini qarşılamaq üçün tələbələrə verdiyi məbləğsə belədir:

  • Bakalavr təhsil pilləsi- 12.000-18.000 TL
  • Magistratura təhsil pilləsi- 8.000-12.000 TL
  • Doktorantura təhsil pilləsi- 8.000-12.000 TL

Qeyd edək ki, məbləğ hər il dəyişir və ölkənin ortalama yaşam xərcinə uyğun olaraq təyin olunur.

(mənbə: https://www.turkiyeburslari.gov.tr/tamzamanlibursprogram)

Gümüşhane Universiteti Xüsusi Təqaüd Proqramlarında isə universitetin öz vəsaiti hesabına maliyyələşdirilən təqaüdlərlə beynəlxalq tələbələrin xərclərinə dəstək olur. Bu təqaüd proqramları akademik nailiyyətlər, beynəlxalq idman yarışlarından əldə edilən nailiyyətlər və ya bədii istedad kimi müxtəlif meyarlar əsasında müəyyənləşdirilib tələbələrə verilir.

Bunlarla bərabər tam təqaüd ala bilməyən tələbələrin yaşayış və təhsil xərclərinə dəstək olmaq üçün universitet təhsil haqqında müəyyən faiz endirimlər, aylıq müvainət və yaşam xərclərinə dəstək olmaqla tələbələrə kömək edir.

Əlavə olaraq Gümüşhane Universiteti tədqiqat və innovasiyaya böyük əhəmiyyət verir. Bu çərçivədə universitet tədqiqat layihələri üzərində işləmək və ya öz layihələrini inkişaf etdirmək istəyən beynəlxalq tələbələrə xüsusi təqaüdlər təklif edir. Bu təqaüdlər tələbələrə tədqiqat materialları, laboratoriya istifadəsi və layihələrini beynəlxalq konfranslarda təqdim etmək xərclərini qarşılaşmaq üçün nəzərdə tutulur.

Gümüşhane Universitetində kampus həyatı

Gümüşhane Universitetində kampus həyatı tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə verə bilməsi üçün onlara akademik mükəmməllik, eləcə də sosial, mədəni və idman fəaliyyətləri ilə dolu bir mühit təklif edir.

Gümüşhane Universitetinin kampusu tələbələrə müasir təhsil imkanları təqdim edir və geniş sinif otaqları, laboratoriyalar, kitabxana və məlumat mərkəzi, konfrans zalları və tədqiqat mərkəzləri ilə təchiz olunub. Kampus ərazisindəki yaşıllıq sahələr və istirahət zonalarıda tələbələr istədikləri qədər sərbəst istirahət edə bilirlər. 

Sosial və mədəni fəaliyyətlər  isə Gümüşhane Universitetinin kampus həyatının ayrılmaz hissəsidir. Tələbə klubları və cəmiyyətləri müxtəlif maraqlar üçün fəaliyyətlər təşkil edərək, tələbələrə sosial bacarıqlarını inkişaf etdirməyə və müxtəlif mədəniyyətlərdən olan tələbələrlə ünsiyyət qurmağa imkan verir. Musiqidən teatra, ədəbiyyatdan elmə qədər bir çox sahədə fəaliyyət göstərən dərnəklər tələbələrə hobbilərini kəşf etmək, istedadlarını inkişaf etdirmək imkanı yaradır.

Təbii ki, tələbə həyatında idmanla bağlı fəaliyyətlərə də yer verilib. Universitet tələbələri və əməkdaşlarını idman zalları, üzgüçülük hovuzları, futbol, ​​basketbol və voleybol meydançaları kimi müxtəlif idman mərkəzlərili ilə təmin edir. Bu imkanlar tələbələrə fiziki fəaliyyətlə məşğul olaraq sağlam həyat sürməyə kömək edir və universitet komandalarına qoşulub müxtəlif idman növləri üzrə yarışlara qoşulmaqla maraqlı tələbə həyatı yaşamalarına imkan yaradır.

Gümüşhane Universitetinin məzunlarının iş imkanları

Gümüşhane Universiteti məzunları universitetin təqdim etdiyi keyfiyyətli təhsil və geniş tətbiqi öyrənmə imkanları sayəsində iş dünyasına girərkən əmək bazarında çətinliklərlə üzləşdirmər. Universitet tələbələrini yaxşı akademik baza və bazarın tələb etdiyi bacarıqlarla təmin etmək üçün fənlərarası proqramlar təklif edir. Mühəndislikdən tibb elmlərinə, sosial elmlərdən iqtisadi və idarəetmə elmlərinə qədər geniş bir sahədə təhsil verən Gümüşhane Universiteti, məzunlarını rəqabətli iş bazarına tam hazırlayaraq diplom verir.

Tələbələr məzun olduqdan sonra təhsil sahəsindən asılı olaraq dövlət və özəl sektorda müxtəlif karyera yollarında irəliləmək imkanı əldə edirlər. Məsələn, mühəndislik məzunları texnologiya və tikinti sektorlarında iş tapmaları üçün dəstək olunur, tibb məzunları xəstəxanalarda və digər səhiyyə müəssisələrində, iqtisadiyyat və idarəetmə elmləri məzunları maliyyə, bank işi və biznesin idarə edilməsi kimi sahələrdə işlərə yönləndirilirlər.

Eyni zamanda Gümüşhane Universiteti tələbələrinə təcrübə və əməkdaşlıq proqramları vasitəsilə iş axtarma prosesində tələbələrinə dəstək olmaqla elə şərait yaradır ki, tələbələr məzun olduqda artıq işə sahib olurlar. 

Gümüşhane Universitetinin tanınmış professorları

Stanford Universiteti və Elsevier Nəşriyyat Evinin koordinasiyasında aparılan araşdırmada Gümüşhane Universitetindən 3 akademik “Dünyanın Ən Nüfuzlu Alimləri” siyahısına daxil edilərən dünya səviyyəli tanınmış professor olaraq tanınırlar. Onlar:

  • Dos. Dr. Fevzi Topal
  • Dos. Dr. Mustafa Engin Başoğlu
  • Dos. Dr. Meryem Topal 

(mənbə: https://www.gumushane.edu.tr/hdetay/akademisyenlerimiz-en-etkili-bilim-insanlari-listesinde-4024 )

Gümüşhane şəhərində yaşam şərtləri

Gümüşhane Türkiyənin Karadeniz bölgəsində yerləşən və sakit həyat tərzi ilə tanınan bir şəhərdir. Səs-küydən uzaq, rahat həyat tərzinin olması bu şərəi tələbələr üçün ideal edir.  

Şəhərdə nəqliyyat vasitələri, alış-veriş və sosial həyat tələbələr üçün kifayət qədər sərfəli ödənişlərlədir. Türkiyənin digər şəhərlərindən fərqli olaraq market qiymətləri və kirayə evlərin qiymətləri də Gümüşhanedə ucuzdur.  

Yataqxanaların qiymətləri. Universitetə ​​piyada məsafədə yerləşən tələbə yataqxanaları aylıq 500 TL-dən başlayan qiymətlərlə xidmət göstərir. Tələbələr yemək, internet, yataqxananın özünün həmizlik xidmətindən istifadə etmək istəsələr, qiymət dəyişəcək. Lakin bu zamanda yataqxana ödənişi digər şəhərlərə görə çox ucuz olur. 

Kirayə mənzillərin qiymətləri. Tələbələr üçün kirayə mənzillərin qiymətləri mənzilin ölçüsünə, yerləşdiyi yerdən və əşyalı olub-olmamasından asılı olaraq dəyişir. Orta hesabla mənzilin aylıq kirayəsi 750 TL-dən başlayır və 8500 TL-yə qədər qalxır. 

Tamamilə yeni əşyalı və şəhərin mərkəzində olan evlərin kirayəsi isə nisbətən yüksək olur. 

(mənbə: https://www.sahibinden.com/kiralik-daire/gumushane)

Gümüşhane Universitetinin diplomu Azərbaycanda tanınırmı?

Türkiyənin ən yaxşı dövlət universitetlərindən olan Gümüşhane Universitetinin diplomu Azərbaycanda Təhsil Nazirliyi tərəfindən tanınır.

Keyfiyyətli tədris üsulu və sərfəli təhsil haqqı ilə gələcəyə peşəkar mütəxəssislər hazırlayan Gümüşhane Universitetinə ölkəmizdə də tələbələr böyük maraq göstərir. 

Xaricdə təhsil mütəxəssislərimizin dəstəyilə bütün tədris pillələri üzrə rəqabətli qəbul prosesində fərqlənib universitetə qəbul almaq və burslu təhsil imkanı əldə edəcəksiniz.

Əlavə məlumat və mütəxəssislərimizlə ödənişsiz konsultasiya üçün bizimlə əlaqə yarada bilərsiniz.

Related Posts

Rəy Bildirin