SAT Nədir?

Xaricdəki bəzi universitetlərin qəbul tələblərindən biri sə SAT-dır.  SAT (Scholastic Assessment Test), xüsusilə ABŞ universitetlərinə müraciət prosesinin vacib hissəsidir. İlk dəfə 1926-cı ildə tətbiq edilən bu imtahan namizədlərin universitetə ​​hazırlıq səviyyələrini ölçmək və universitetə uyğunluqlarını qiymətləndirmək üçün hazırlanmışdır.

Qeyd edək ki, SAT yalnız ABŞ universitetlərində deyil, dünyanın bir çox nüfuzlu universitetlərində də müraciət prosesində nəzərə alınır.

SAT 3 əsas bölmədən ibarətdir: the Reading, Writing section and the Math section. Bu bölmələr tələbələrin analitik təfəkkürünü, problem həll etmə və dil bacarıqlarını qiymətləndirmək üçün hazırlanmışdır. Hər bölmə üzrə verilən ballar ümumilikdə 1600 bal üzərindən qiymətləndirilir və bu ballar tələbələrin ali məktəblərə qəbul prosesində mühüm kriteriyalardan biridir. Əlavə olaraq tələbə istədiyi halda essay bölməsi üzrə imtahanda da iştirak edir.

SAT imtahanın müddəti isə 3 saatdır. Bu müddət ərzində arada fasilələr də verilir. Əgər siz istəyə bağlı olan imtahanın essay bölməsində də iştirak etmək istəsəniz, bu vaxta əlavə 50 dəqiqə əlavə olunacaq və ümumi vaxt 3 saat 50 dəqiqə olacaq.

İmtananın bölmələri üzrə vaxt bölgüsü isə belədir:

Bölmə İmtahan vaxtı Sual sayı
Reading 65 dəqiqə 52
Writing 35 dəqiqə 44
Math 80 dəqiqə 58
Essay 50 dəqiqə 1

(Mənbə: https://www.princetonreview.com/ )

SAT imtahanının təhsil üçün önəmi

SAT imtahanı bir çox universitetlər, xüsusən də ABŞ və bütün dünyada vacib qəbul meyarıdır. Universitetin əsas tələblərindən olan SAT imtahanının təhsil üçün əhəmiyyətini göstərən bəzi əsas məqamlar bunlardır:

Universitetə ​​qəbul prosesi: SAT bir çox universitetlər tərəfindən tələbələrin akademik nailiyyətlərini qiymətləndirmək üçün istifadə edilən imtahandır. Xüsusilə ABŞ-da universitetlər müraciətləri qiymətləndirərkən SAT balını nəzərə alırlar. Yüksək SAT balı tələbənin qəbul şansını artıra və hətta bəzi təqaüd imkanlarına çıxışını da təmin edir.

SAT balı ilə qəbul olan universitetlərə bunları aid edə bilərik:

  • Harvard Universiteti (ABD)
  • Massaçusets Texnologiya İnstitutu (MIT) (ABD)
  • Stanford Universiteti (ABD)
  • Toronto Universiteti (Kanada)
  • Sidney Universiteti (Avustralya)
  • Alabama Universiteti (ABD)
  • Dallasdakı Texas Universiteti (ABD)
  • Texas A&M Universiteti (ABD)
  • Georgia Dövlət Universiteti (ABD) və s.

Akademik bacarıqların ölçülməsi: SAT imtahanı tələbələrin riyazi, linqvistik və analitik qabiliyyətlərini ölçür. Bu bacarıqlar kollecdən tutmuş universitet və institutlaradək təhsil zamanı uğur qazanmaq üçün vacibdir.

Qlobal tanınma: SAT bütün dünyada tanınan və qəbul edilən imtahandır. Xaricdə təhsil almağı düşünən tələbələr üçün SAT balı akademik uğurun beynəlxalq səviyyədə qəbul edilmiş göstəricisi hesab olunur.

Rəqabət üstünlüyü: Universitetlər arasında artan rəqabət mühitində yüksək SAT balı tələbələrin müraciətlərini fərqləndirir. Xüsusilə seçmə universitetlərə müraciət edən tələbələr üçün SAT imtahanı digər abituriyentlərdən fərqlənmək imkanı verir.

Təqaüd imkanları: Bir çox universitetlər və özəl təşkilatlar tələbələrə SAT balları əsasında təqaüd imkanları verir. Bu, tələbələrə təhsil xərclərini azaltmağa və onlara daha keyfiyyətli təhsil almağa kömək edir. SAT-ın keçərli olduğu təqaüd proqramlarından bəziləri bunlardır:

  • National Merit Scholarship Program (ABD)
  • University of Alabama Presidential Scholarship (ABD)
  • University of Texas at Dallas Academic Excellence Scholarship (ABD)
  • Texas A&M University President’s Endowed Scholarship (ABD)
  • Georgia State University Presidential Scholarship (ABD)
  • Florida Bright Futures Scholarship Program (ABD)
  • Coca-Cola Scholars Program Scholarship (ABD)
  • Jack Kent Cooke Foundation College Scholarship (ABD)

SAT imtahanının kariyera üçün önəmi

SAT imtahanı karyera baxımından da mühüm rol oynayır. Çünki bu imtahan təhsil həyatınızın ilkin mərhələlərində uğur qazanmağınıza və nüfuzlu universitetlərə qəbul olunmağınıza imkan verir ki, bu da gələcəkdə uğurlu kariyera üçün önəmlidir.

SAT imtahanının karyeranıza mümkün təsirləri bunlardır:

Prestijli universitetlərə qəbul: Yüksək SAT balları dünyaca məşhur universitetlərə qəbul olmaq şansınızı artırır. Bu universitetləri bitirmək sizin beynəlxalq şirkətlərdə asanlıqla işə qəbul olmağınıza kömək edir.

Şəbəkə imkanları: Yüksək reytinqli universitetlərdə təhsil öz sənayelərində lider olan professorlar, mentorlar və digər tələbələrlə tanış olmaq imkanı verir. Bu cür əlaqələr daha sonra karyeranızda istifadə edəcəyiniz dəyərli insan kapitalıdır.

İşəgötürənlərin qiymətləndirmə meyarları: Bəzi beynəlxalq şirkətlərdəki işəgötürənlər işə qəbul zamanı SAT ballarını nəzərə alırlar. Yüksək SAT balı analitik düşüncə, problem həll etmə və dil bacarıqları kimi xüsusiyyətləri vurğulayır ki, bu da işəgötürənlərin diqqətini cəlb edir və sizin şirkətə uyğunluğunuzu göstərir.

Akademik və peşəkar nailiyyətlər: Yüksək SAT balları sizə akademik nailiyyətlər və mükafatlar qazandıra bilər. Bu cür nailiyyətlər peşəkar karyeranızda irəliləyərkən sizə üstünlük verəcək ən əsas amildir.

Liderlik bacarığı: SAT hazırlıq prosesi intizam, vaxtın idarə edilməsi və disiplin kimi karyeranızda da zəruri olan bacarıqların inkişafına kömək edir.

Qısacası, SAT imtahanı birbaşa karyera testi olmasa da, uzunmüddətli perspektivdə təhsil və karyera hədəflərinizi dəstəkləyən mühüm addımdır. Yüksək SAT balı keyfiyyətli təhsil və öz növbəsində uğurlu karyera üçün güclü zəmin yaradır.

SAT imtahan cavabı nə vaxt çıxır?

SAT imtahan nəticələri imtahandan təxminən 2-4 həftə sonra elan edilir. Rəsmi SAT nəticələri College Board internet saytında təqdim olunur.

(Mənbə: https://satsuite.collegeboard.org/sat/scores/sat-score-release-dates )

SAT imtahanına hazırlıq üçün faydalı mənbələr

SAT imtahanına hazırlaşmaq üçün müxtəlif onlayn resurslar mövcuddur. Həmin resurslardan  ən yaxşılarını sizə təqdim edirik:

  • College Board
  • Khan Academy
  • The Princeton Review
  • Kaplan
  • PrepScholar
  • Magoosh
  • The Critical Reader
  • Erik the Red
  • Varsity Tutors
  • Veritas Prep

Bu mənbələrdə nümunə sullar, sınaq imtahanları və imtahanda uğurlu olmaqla bağlı ipuclarını öyrənib SAT imtahanına hazırlaşa bilərsiniz.

(Mənbə: https://www.bestcolleges.com/ )

SAT imtahanının hər bölməsi üzrə özümüzü necə inkişaf etdirə bilərik?

SAT imtahanında uğur qazanmaq üçün hər bir bölmə üzrə xüsusi hazırlıq etmək vacibdir.

SAT imtahanının Math, Reading və Writing bölmələrində aşağıdakı amilləri nəzərə alaraq özünüzü inkişaf etdirə bilərsiniz.

Math Bölməsi

Math bölməsi problem həlli və analitik düşüncə qabiliyyətlərinizi yoxlayır. Bu bölmədə uğur qazanmaq üçün aşağıdakıları etməyiniz lazımdır:

  • Əsas mövzuları gücləndirin: Riyaziyyatın əsaslarını möhkəmləndirin. Xüsusilə cəbr, həndəsə və trigonometriya kimi mövzularda biliklərinizi artırın.
  • Sınaq işləyin: Mütəmadi olaraq sınaq testləri həll edin. Zaman məhdudiyyəti altında işləmə qabiliyyətinizi inkişaf etdirin.
  • Zəif nöqtələrinizi müəyyən edin: Çətinlik çəkdiyiniz mövzuları müəyyənləşdirin və bu mövzular üzərində işləyin.
  • Düsturları əzbərləyin: Riyaziyyatda tez-tez istifadə olunan düsturları əzbərləyin və onları necə tətbiq edəcəyinizi öyrənin.

Reading Bölməsi

Bu bölmə, oxuduqlarınızı anlama və analiz etmə qabiliyyətinizi ölçür. Bu bölmədə uğur qazanmaq üçün aşağıdakıları edə bilərsiniz:

  • Müxtəlif mətnlər oxuyun: Fərqli növ mətnlər oxuyaraq oxu bacarıqlarınızı inkişaf etdirin. Elmi məqalələr, ədəbi əsərlər və aktual hadisələrlə bağlı məqalələr oxumaq imtahana hazırlaşarkən mütləqdir.
  • Söz ehtiyatınızı artırın: Söz ehtiyatınızı genişləndirmək üçün hər gün yeni sözlər öyrənin və onları cümlə içində işlətməyə çalışın.
  • Əsas fikri tapın: Hər paraqrafın və ya bölmənin əsas fikrini müəyyənləşdirin. Yəni mətn oxuduqdan sonra ingiliscə mətnin ideyasını yazın və ya özünüz üçün müəyyənləşdirin. Bu həm dil bacarığınızı artıracaq, həm də imtahanda mətnlə bağlı suallara doğru cavab verməyinizə kömək edəcək.
  • Zaman idarəetməsi üzərində işləyin: Mətnləri sürətli və effektiv şəkildə oxumağı öyrənin. Hər suala nə qədər vaxt ayırmalı olduğunuzu planlaşdırın.

Writing Bölməsi

Bu bölmə dil biliyi, yazı və cümlə quruluşu bacarıqlarınızı qiymətləndirir. Bu bölmədə uğur qazanmaq üçün aşağıdakıları edə bilərsiniz:

  • Dil qaydalarını öyrənin: Əsas dil qaydalarını öyrənin və hansı qaydaları zəif bilirsinizsə, onun üzərində işləyin. Xüsusilə felin zamanları, əvəzlik istifadəsi və durğu işarələri mövzularına diqqət yetirin.
  • Yazı təhlili edin: Məqalələr və ya esselər oxuyaraq müəllifin dil istifadəsini təhlil edin. Cümlələrin necə yazıldığını analiz edin ki, esse yazarkən də düzgün yazasınız.
  • Yazı məşqi edin: Qısa esselər yazaraq yazı qabiliyyətlərinizi inkişaf etdirin. Hər essedən sonra yazı və dil qaydalarındakı səhvlərinizi yoxlayın və düzəldin.
  • Sınaq testləri edin: Writing bölməsində yer alan sual növlərini öyrənin və bunlar üzərində tez-tez məşq edin.

SAT imtahanında uğur qazanmaq üçün hər bölmə üzrə sınaqlar işləmək və nizamlə hazırlaşmaq vacibdir. Hər bir bölmə üzrə xüsusi hazırlıq strategiyaları inkişaf etdirərək, imtahanda maksimum performans göstərə bilərsiniz.

Unutmayın, hər bölmədəki bacarıqlarınızı inkişaf etdirmək, ümumi SAT balınızı artırmanın açarıdır.

SAT-ın sınaq imtahanında iştirak

SAT sınaq imtahanları həm onlayn platformalar üzərindən, həm də bəzi kurslar tərəfindən keçirilir. Onlayn saytlar, tələbələrə evlərinin rahatlığında sınaq imtahanlarına qatılma imkanı yaradır. Xüsusilə College Board, Khan Academy və Magoosh kimi platformalar, tələbələrə ödənişsiz SAT sınaq imtahanları təklif edir. Bu saytlar vasitəsilə aparılan sınaq imtahanları, real imtahan şəraitini simulyasiya edir və vaxt limitilə imtahan keçirilir.

Bununla yanaşı, bir çox kurs və təhsil mərkəzi də müəyyən dövrlərdə SAT sınaq imtahanları təşkil edir. Həm onlayn, həm də fiziki məkanlarda təşkil olunan bu sınaq imtahanlarına qatılaraq, imtahana hazırlıq prosesinizi daha təsirli hala gətirə, imtahanda vaxtı düzgün idarə etməyi öyrənə və yaxşı nəticə əldə edə bilərsiniz.

SAT imtahanı haqqında məlumat və SAT balı ilə dünyanın ən yaxşı universitetlərində təhsil almaq üçün bizimlə əlaqə saxlayın! Marmara Group-un xaricdə təhsil mütəxəssisləri SAT balınızda ən prestijli universitetlərdə təhsil almağınıza kömək edəcək.

Xaricdə Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər