Avropadakı universitetlər arasında İspaniyanın təhsil sistemi keyfiyyəti və hər tərəfli yanaşması ilə xüsusilə fərqlənir. İspaniyanın təhsil sistemi müxtəlif tədris yanaşmaları və inklüzivliklə zəngin olmaqla bərabər tələbələrə onların akademik uğurları ilə yanaşı, şəxsi inkişaflarını dəstəkləyən mühit təklif edir.
İspaniyada təhsil məktəbəqədər təhsildən tutmuş universitet səviyyəsinə qədər geniş spektri əhatə edir və hər bir tələbəyə yaşına, qabiliyyətlərinə və maraqlarına uyğun öyrənmə yolu təklif etmək məqsədi daşıyır.
Qeyd edək ki, ölkənin təhsil sistemi beynəlxalq tələbələr üçün də uyğunlaşdırıldığı üçün fərqli mədəniyyətlərdən olan tələbələr orada təhsil alarkən çətinliklə qarşılaşmırlar. İspaniyada təhsil, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, beynəlxalq tələbələri daha çox cəlb etmək, eyni zamanda tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək üçün daim yenilənən “Ley Orgánica de Educación” (Təhsil haqqında Əsas Qanun) ilə tənzimlənir.
İspaniya yüksək təhsil keyfiyyəti və tələbələrə təqdim etdiyi beynəlxalq perspektivləri ilə tanınan bir çox nüfuzlu universitetlərə ev sahibliyi edir. Bu universitetlərin ən məşhuları dünya qiymətləndirmələrində də yüksək yer tuturlar.
İspaniyanın ən məşhur universitetlərindən bəziləri və onların dünya reytinqlərindəki sıralaması belədir:
Barselona Universiteti İspaniyanın ən nüfuzlu təhsil müəssisələrindən biri hesab olunur. Geniş sahələrdə təhsil təklif edən bu universitet xüsusilə incəsənət, humanitar elmlər və biotibbi tədqiqat sahələrində yüksək nüfuza malikdir.
QS World University Rankings-də ilk 200-də yer alıan UB, həm də tələbə mübadiləsi proqramları və beynəlxalq əməkdaşlıqları ilə də İspaniyanın ən yaxşılarından hesab olunur.
Madriddə yerləşən UAM xüsusilə sosial elmlər, təbiət elmləri və mühəndislik proqramları ilə tanınır. Bu universitet tədqiqat və tədrisin keyfiyyətinə görə milli və beynəlxalq səviyyədə yüksək nüfuza malikdir və QS World University Rankings-də hər il ilk 200-də yer alır. UAM tələbələrə yüksək keyfiyyətli təhsil və tədqiqat imkanları təqdim etməklə yanaşı, sosial məsuliyyətə və davamlılığa da böyük əhəmiyyət verir.
Madrid Complutense Universiteti İspaniyanın ən böyük və ən qədim universitetlərindən biridir. Geniş akademik proqramlar təklif edən ICC xüsusilə hüquq, tibb və fəlsəfə sahələrində beynəlxalq nüfuza malikdir. QS World University Rankings-də hər dünya üzrə ilk 250-likdə yerini alır.
Universitet zəngin tarixi və mədəni irsi ilə tələbələrə unikal təhsil təcrübəsi təqdim edir.
Navarra Universiteti xüsusilə biznes, hüquq və tibb sahələrində mükəmməl təhsil proqramları ilə tanınır. Bu özəl universitet həm milli, həm də beynəlxalq miqyasda yüksək nüfuza malikdir, QS World University Rankings-də isə ilk 300-də yer alır. Navarra tədqiqat və tədrisdə mükəmməlliyi təşviq edərkən tələbələrinə etik və sosial dəyərlərin güclü təməlini təklif edir.
Barselonada yerləşən Pompeu Fabra Universiteti sosial elmlər, iqtisadiyyat, səhiyyə elmləri və informasiya texnologiyaları sahələrində fərqlənir.
Digər universitetlə müqayisədə yeni olmasına baxmayaraq, UPF yenilikçi təhsil yanaşmaları və tədqiqatları ilə dünya səviyyəsində tanınan nüfuzlu universitetdir. QS World University Rankings-də ilk 250-də yer alan bu universitet müasir tədris sistemilə beynəlxalq tələbələr üçün ən uyğun seçimlərdəndir. və beynəlxalq tələbələr üçün xüsusilə cəlbedici seçimdir.
Bu universitetlərin dünya qiymətləndirmələrində əldə etdiyi ballar ildən-ilə fərqli olsa da, illərdir yaxşı ballarla siralamada yerlərini alırlar.
İspaniyada bakalavr təhsili Avropa Ali Təhsil Sahəsi (EHEA) standartlarına uyğun qurulub və bakalavr proqramlarının müddəti sahə və universitetdən asılı olaraq dəyişsə də, adətən 4 il davam edir. Bununla belə, bəzi xüsusi proqramlar və ya ikili təhsil proqramlarında müddət uzanır. daha uzun çəkə bilər.
Eyni zamanda memarlıq və ya bəzi mühəndislik ixtisaslarında təhsil 5 illik olur.
İspaniyada bakalavr tədris pilləsinə qəbul üçün tələb olunan sənədlər:
İspan dili proqramları üçün. DELE (Diplomas de Español como Lengua Extranjera) kimi rəsmi İspan dili imtahanının nəticələri.
İngilis dili proqramları üçün. TOEFL, IELTS və ya Cambridge imtahanları kimi ingilis dili imtahanlarının nəticələri.
Bu imtahanlara görə minimal bal tələbi | |
DELE | B2, bəzi proqramlarda C1 |
IELTS | 6.0-6.5, bəzi proqramlarda 7.0 |
TOEFL | 80-90, bəzi proqramlarda 100 |
Cambridge |
C1 Advanced üçün 176 C2 Proficiency üçün 180 |
(mənbə: https://www.icesturkey.com/ispanya-da-universite)
İspaniya universitetlərində ən məşhur bakalavra qəbul proqramları:
Mühəndislik və texnologiya | Mühəndislik proqramları tələbələrə texnoloji problemin həlli, dizayn və innovasiya haqqında ətraflı təhsil verməyi əhatə edir. Universitetlərdə proqram çərçivəsində elektrik, mexanika, kompüter və kimya mühəndisliyi, süni intellekt və informasiya kimi bir çox sahədə ixtisaslaşma imkanı təklif olunur. |
Biznes və iqtisadiyyat | Proqram çərçivəsində biznesin əsas prinsipləri, maliyyə təhlili, marketinq və idarəetmə strategiyaları haqqında dərslər verilir. |
Tibb sahəsi | Tibb, tibb bacısı, əczaçılıq və stomatologiya kimi sağlamlıqla bağlı dərslər əhatə olunur. |
Sosial elmlər | Psixologiya, sosiologiya, politologiya və beynəlxalq münasibətlər kimi sosial elm proqramları tələbələrə cəmiyyət, mədəniyyət və insan davranışı haqqında hərtərəfli anlayış təklif edir. |
İncəsənət və humanitar elmlər | Sənət tarixi, filologiya, dilçilik və ədəbiyyat kimi incəsənət və humanitar elmlərinə aid dərslər tədris olunur. |
Hüquq və siyasi elmlər | Tələbələrə hüquqi prosedurlar, milli və beynəlxalq hüquq sistemləri, siyasi nəzəriyyələr və dövlət idarəçiliyi haqqında biliklər verir. |
İspaniya EU Business School proqramı çərçivəsində beynəlxalq tələbələri attestatla qəbul edir.
Proqram çərçivəsində qəbul aparan və kampusları Barselona və Madriddə yerləşən universitetlərə qəbul bir çox sahələrdə olsa da, onlardan ən məşhurları bunlardır:
EU Business School proqramına qəbul üçün lazım olanlar:
EU Business School proqramı çərçivəsində attestatla qəbul olan İspaniya universitetlərdən ən məşhurları:
University of Derby
University of Roehampton London
Universidad Catolica San Antonio de Murcia (UCAM)
Qeyd edək ki, universitetlərin sayı hər il artır və dəyişir. Bu səbəbdən də yenilənmiş məlumatları və universitetlər haqqında ətraflı məlumatı EU Business School sözünü klikləməklə əldə edə bilərsiniz. (sözə rəsmi sayta backlink verərik https://barcelona.euruni.edu/ )
EU Business School proqramına bu il üçün qəbul vaxtları:
İspaniyada magistr təhsili tələbələrə akademik bilik və peşəkar bacarıqlar vermək üçün nəzərdə tutulmuş müxtəlif proqramlar təklif edir. Bu proqramların müddət təhsil növündən aslı olaraq dəyişir. Belə ki,
İspaniyada magistr tədris pilləsinə qəbul üçün tələb olunan sənədlər:
IELTS | 6.5 |
TOEFL | İBT 80-100 |
Cambridge | C1 Advanced və ya C2 Proficiency balı |
Əgər proqram ispan dilindədirsə, DELE (Diplomas de Español como Lengua Extranjera) imtahanlarından proqramın təyin etdiyi bala ehtiyac var.
İspaniyada magistr təhsilinə qəbul vaxtları:
Müraciət və qəbul tarixləri universitetlərə görə dəyişir. Adətən qəbul üçün payız semestrinə ərizələr keçən ilin payız və ya qış aylarında verilir.
Qəbul bildirişləri isə müraciət prosesi başa çatdıqdan sonra universitetlər adətən bir neçə həftə ərzində qəbul qərarlarını bildirirlər. Qəbul edilən tələbələrə adətən e-poçt və ya universitetin onlayn ərizə sistemi vasitəsilə məlumat verilir.
İspaniya universitetlərində ən məşhur magistraturaya qəbul proqramları:
(mənbə: https://www.icesturkey.com/ispanyada-yuksek-lisans)
İspaniyada PhD neçə il alır?
İspaniyada doktorantura təhsilinin müddəti 3-5 il arasında dəyişir. Bu müddət seçilmiş tədqiqat sahəsinin mürəkkəbliyindən, tələbənin iş tempindən və dissertasiya işinin tamamlanma prosesindən asılı olaraq dəyişə bilər.
İspaniyada doktorantura tədris pilləsinə qəbul üçün tələb olunan sənədlər:
İspaniya universitetlərində ən məşhur doktorantura qəbul proqramları:
Autonomous University of Barcelona (UAB) | Biologiya, kimya, fizika, kompüter elmləri, biznes və iqtisadiyyat kimi sahələrdə. |
University of Barcelona (UB) | Tibb, hüquq, mühəndislik, ədəbiyyat və dilçilik kimi müxtəlif fənlər üzrə. |
Complutense University of Madrid (UCM) | İncəsənət və humanitar elmlər, tibb, hüquq və biznes kimi sahələrdə. |
Pompeu Fabra University (UPF) | İncəsənət, sosial elmlər, iqtisadiyyat, kompüter elmləri və hüquq kimi fənlər üzrə. |
Carlos III University of Madrid (UC3M) | İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, riyaziyyat və kompüter elmləri kimi sahələrdə. |
University of Valencia (UV) | Təbiət elmlər, səhiyyə, təhsil, humanitar və sosial elmlər kimi sahələrdə. |
(mənbə: https://akare.com.tr/yurtdisi-egitim/ispanya/doktora)
Autonomous University of Barcelona (UAB) | Biologiya, Kimya, Fizika, Kompüter Elmləri, Biznes və İqtisadiyyat kimi sahələrdə. |
University of Barcelona (UB) | Tibb, Hüquq, Mühəndislik, Ədəbiyyat və Dilbilimi kimi müxtəlif disiplinlərdə. |
Complutense University of Madrid (UCM) | Sənət və Humanitar Elmlər, Tibb, Təbiət Elmləri, Hüquq və Biznes kimi sahələrdə. |
Pompeu Fabra University (UPF) | Kommunikasiya, Sosial Elmlər, İqtisadiyyat, Kompüter Elmləri və Hüquq kimi disiplinlərdə. |
Carlos III University of Madrid (UC3M) | İqtisadiyyat, Biznes, Mühəndislik, Riyaziyyat və Kompüter Elmləri kimi sahələrdə. |
University of Valencia (UV) | Təbiət Elmləri, Sağlamlıq Elmləri, Təhsil, Humanitar Elmlər və Sosial Elmlər kimi sahələrdə. |
İspaniyanın yay məktəblərinə müraciət:
Yay məktəblərinə müraciət prosesləri adətən yaz aylarında başlasa da, tədris proqramı, universitet, yerləşdirməylə əlaqəli səbəblərdən vaxtlar dəyişkən olur.
İştirak üçünsə onlayn müraciət formasının doldurulması və bəzi hallarda motivasiya məktubu, akademik transkriptlər kimi əlavə sənədlərin təqdim edilməsi tələb olunur. Eyni zamanda proqramda beynəlxalq tələbələrdən proqramın tədrisinə uyğun ispan və ya ingilis dili sertifikatları da tələb olunur ki, bu sertifikatlarda minimal bal tələbəi baklavrla eynidir.
İspaniyada universitet təhsil haqları dövlət və özəl universitetlər arasında çox dəyişir. Dövlət universitetlərində təhsil daha sərfəli və ucuz, özəl universitetlərin təhsil haqları isə xeyli yüksəkdir. Əlavə olaraq, təhsil haqları proqramın növündən, təhsil səviyyəsindən (bakalavr, magistratura, doktorantura) və tələbənin Aİ ölkələrinin vətəndaşı olub-olmamasından asılı olaraq dəyişə bilər.
İspaniyanın dövlət universitetlərinin təhsil haqları 1000 EUR ilə 3000 EUR arasındadır, məsələn:
Özəl universitetlərdə təhsil haqları proqramın növündən və nüfuzundan asılı olaraq 6000 EUR-dan başlayır və 20000 EUR və daha çoxuna qədər yüksəkdir. Lakin keyfiyyətli və tanınmış universitetlər olduqca bahalıdır. Məsələn:
Yay məktəbi proqramları üçün təhsil haqları isə proqramın müddətindən və məzmunundan asılı olaraq dəyişir. Adətən bu məbləğ bir neçə yüz avrodan bir neçə min avroya qədər ola bilər.
(mənbə: https://www.study.eu/country/spain)
İspaniyada tələbələr üçün yaşayış xərcləri şəhərə, həyat tərzinə və şəxsi xərclərə görə dəyişir. Ölkənin şimalı, cənubu və böyük şəhərlərilə kiçik şəhərləri arasında qiymət fərqləri ola bilər. Ümumilikdə isə Madrid və Barselona kimi böyük şəhərlərdə yaşayış xərci çox olur.
Geniş araşdırma edərək İspaniyada bir tələbənin zəruri ehtiyaclarına aylıq nə qədər xərc edəcəyini müəyyənləşdirmişiq:
Ehtiyaclar | Xərclər |
Yataqxana | 300-600 EUR |
Kirayə ev | 500-1000 EUR |
Market alış-verişi | 150-250 EUR |
Nəqliyyat | 20-50 EUR |
Telefon danışığı və internet | 20-40 EUR |
Qeyd edək ki, bu xərclər tələbənin ehtiyacından və büdcəsindən aslı olaraq dəyişir, lakin ümumilikdə minimal aylıq yaşam xərci 700-1100 EUR aralığındadır.
İspaniyada beynəlxalq tələbələr üçün iş imkanları onların təhsil sahəsindən və dil bacarıqlarından asılı olaraq dəyişir. Tələbələr adətən həftədə 20 saata qədər part-time işləyə bilərlər ki, bu da onlara təhsillərini davam etdirərkən praktiki təcrübə qazanmağa imkan verir. Kafe və restoranlar kimi yerlərdə iş və ya kollec şəhərciklərindəki tələbələrin ən çox seçim etdiyi işlərdir. Bundan əlavə, tələbələr universitetlərin kariyera sərgilərindən öz sahələrinə uyğun iş tapmaq imkarına da sahibdirlər.
Məzun olduqdan sonra tam ştatlı iş axtararkən AB xaricində olan tələbələr iş icazəsi almalıdırlar. Bu proses uyğun iş təklifi aldıqdan sonra başlayır. İspaniyanın güclü turizm sektoru təhsil, sosial və texnologiya sahələrində yüksək ixtisaslı məzunlar üçün müxtəlif imkanlar təklif edir. Bu sahələrdə çalışmaq üçün ispan dilini bilməyiniz önəmlidir. Lakin xüsusilə beynəlxalq şirkətlərdə və turizm sektorunda ingilis dilinə təlabat olduğu üçün ingilis dilini bilməklə də kariyeranızı qura bilərsiniz.
İş axtarışı prosesində universitet karyera xidmətləri, onlayn iş platformaları və kariyera sərgiləri mühüm resurslar kimi önə çıxır. Bu resurslar məzun olduqdan sonra İspaniyada qalmaq və işləmək istəyən beynəlxalq tələbələrə maksimum rəhbərlik və dəstək verir.
İspaniyaya təhsil məqsədi ilə getmək istəyən beynəlxalq tələbələr ölkədə uzun müddət qalmaq imkanı verəcək tələbə vizası almalıdırlar. İspaniyada tələbə vizası prosesi adətən tələbənin qəbul olunduğu təhsil müəssisəsindən alınan qəbul məktubu ilə başlayır. Bu məktubdan sonra artıq viza üçün lazımi sənədləri yığmağınız lazımdır.
Viza müraciəti üçün tələb olunan sənədlər:
Müraciət prosesi:
Görüş təyin etmək. Öz ölkəmizdəki İspaniya səfirliyi ilə əlaqə saxlayaraq viza müraciəti üçün görüş təyin etməlisiniz.
Sənədlərin hazırlanması. Yuxarıda qeyd olunan bütün sənədləri hazır edib viza müraciət formunu doldurmalısınız.
Müraciət. Təyin olunduğunuz gün bütün sənədlərinizlə birlikdə səfirliyə müraciət etməlisiniz.
Tələbə vizalarına təhsilin başlamasından bir neçə ay əvvəl müraciət etməyiniz lazımdır. Prosesin uzana biləcəyi, yaxud da vizanın gec çıxma ehtimalını nəzərə alaraq dərslər başlamazdan ən azı 3 ay öncədən viza müraciəti etmək məsləhətdir.