Son illərdə xaricdə magistr təhsili almaq istəyən azərbaycanlı tələbələr üçün uyğun ölkələrdən biri də Özbəkistandır. Tarixi və mədəni yaxınlıq, münasib yaşayış xərcləri, inkişaf edən ali təhsil sistemi və müxtəlif ixtisas seçimləri Özbəkistanı magistratura təhsili üçün maraqlı alternativlərdən birinə çevirir. Ölkədə fəaliyyət göstərən universitetlər yerli tələbələrlə yanaşı, beynəlxalq tələbələr üçün də müxtəlif magistr proqramları mövcuddur.
Özbəkistanda magistr təhsili tələbələrə bakalavr pilləsində əldə etdikləri bilikləri daha da dərinləşdirmək və seçdikləri sahə üzrə ixtisaslaşmaq imkanı yaradır. İqtisadiyyat, biznes, hüquq, beynəlxalq münasibətlər, mühəndislik, informasiya texnologiyaları, təhsil və digər sahələr üzrə müxtəlif proqramlar mövcuddur. Universitet və proqramdan asılı olaraq təhsil özbək, rus və ya ingilis dillərində keçirilir.
Özbəkistanda magistratura təhsili yalnız akademik biliklərin artırılması baxımından deyil, həm də fərqli bir təhsil və sosial mühitdə təcrübə qazanmaq baxımından tələbələr üçün faydalı seçimdir. Azərbaycan və Özbəkistan arasında mövcud olan mədəni yaxınlıq isə yeni ölkəyə uyğunlaşma prosesini bir çox tələbə üçün daha rahat edə bilər. Bununla yanaşı, universitet və ixtisas seçimi zamanı proqramın tədris dili, qəbul şərtləri, təhsil haqqı və gələcək karyera imkanları kimi məqamlara diqqət yetirmək vacibdir.
Özbəkistanda magistr təhsili almaq istəyən tələbələr üçün ölkənin bir sıra üstünlükləri var.
Özbəkistanda magistr təhsilinin üstünlükləri aşağıdakılardır:
Geniş ixtisas seçimi– Biznes, iqtisadiyyat, maliyyə, hüquq, mühəndislik, IT, beynəlxalq münasibətlər və digər sahələr üzrə magistr proqramları mövcuddur.
Müxtəlif tədris dilləri– Universitet və proqramdan asılı olaraq təhsil özbək, rus və ingilis dillərində aparılır. Bu da tələbələrə dil biliklərinə uyğun proqram seçmək rahatlığı verir.
Münasib təhsil xərcləri– Özbəkistanda magistr təhsilinin qiymətləri bir çox Avropa ölkələri ilə müqayisədə daha münasibdir. Bu xüsusiyyət büdcəsinə diqqət edən tələbələr üçün əhəmiyyətli üstünlükdür.
Aşağı yaşayış xərcləri– Qida, nəqliyyat, kirayə və gündəlik ehtiyaclar üçün xərclər Avropanın bir çox şəhərləri ilə müqayisədə daha aşağıdır.
Mədəni yaxınlıq– Azərbaycan və Özbəkistan arasında tarixi və mədəni bağların olması azərbaycanlı tələbələrin yeni mühitə uyğunlaşmasını asanlaşdırır.
İnkişaf edən ali təhsil sistemi– Özbəkistanda universitetlərin maddi-texniki bazasının yenilənməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi ali təhsilin inkişafına müsbət təsir göstərir.
Azərbaycandan rahat gediş-gəliş– Özbəkistanın Azərbaycana nisbətən yaxın yerləşməsi tələbələrin ailələri ilə əlaqəni qorumasını və ölkəyə səfərlərini daha rahat planlaşdırmasını mümkün edir.
Beynəlxalq təcrübə-Özbəkistanda magistr təhsili alan tələbələr müxtəlif akademik layihələrdə, elmi tədbirlərdə və beynəlxalq əməkdaşlıq proqramlarında iştirak etməklə təcrübələrini genişləndirə bilirlər.
Özbəkistanda magistr təhsili almaq üçün şəhər seçimi universitetlərin səviyyəsi, ixtisas çeşidi və tələbə həyatına görə dəyişir.
Özbəkistanda magistr üçün ən çox diqqət çəkən şəhərləri aşağıdakılardır:
Daşkənd
Səmərqənd
Buxara
Fərqanə
Andican
Namanqan
Qarşı
Nukus
Cizzəx
Termez
Özbəkistanda magistr təhsili üçün daha münasib büdcəli universitetlərə həm paytaxtda, həm də digər böyük şəhərlərdə rast gəlmək mümkündür. Xüsusilə dövlət universitetləri təhsil xərclərini daha aşağı saxlamaq istəyən tələbələr üçün uyğun seçimlər sırasında yer alır.
Özbəkistanda aşağı büdcə ilə magistr təhsili ala biləcəyiniz 10 univeristet aşağıdakılardır:
Tashkent State University of Economics- Daşkənd
Tashkent State University of Oriental Studies- Daşkənd
Tashkent University of Information Technologies- Daşkənd
Kimyo International University in Tashkent- Daşkənd
International School of Finance and Technology- Daşkənd
Samarkand State University- Səmərqənd
Samarkand State Medical University- Səmərqənd
Fergana State University- Fərqanə
Andijan State University- Andican
Bukhara State University- Buxara
Özbəkistanda magistr təhsili almaq istəyən tələbələr üçün müxtəlif şəhərlərdə yerləşən universitetlər arasında seçim etmək mümkündür.
eTashkent State University of Economics- Daşkənd
National University of Uzbekistan- Daşkənd
Tashkent University of Information Technologies- Daşkənd
Tashkent State University of Oriental Studies- Daşkənd
Kimyo International University in Tashkent- Daşkənd
Samarkand State University- Səmərqənd
Samarkand State Medical University- Səmərqənd
Bukhara State University- Buxara
Fergana State University- Fərqanə
Andijan State University- Andican
Özbəkistanda magistratura pilləsində müxtəlif akademik və peşəkar istiqamətlər üzrə təhsil almaq mümkündür. Tələbələrin seçimində əmək bazarındakı tələbat, karyera perspektivləri və əvvəlki bakalavr ixtisası mühüm rol oynayır.
Özbəkistanda magistr təhsili almaq üçün ən çox seçilən ixtisaslar aşağıdakılardır:
Biznes və Menecment
İqtisadiyyat
Maliyyə və Mühasibat
İnformasiya Texnologiyaları
Mühəndislik
Beynəlxalq Münasibətlər
Hüquq
Marketinq
Təhsil və Pedaqogika
Turizm və Otelçilik
Özbəkistanda magistraturaya qəbul üçün əsas şərt bakalavr dərəcəsinə malik olmaq və seçilən magistr ixtisasının uyğun və ya əlaqəli bakalavr istiqamətinə əsaslanmasıdır.
Özbəkistanda magistraturaya qəbul prosesi universitetin tələblərinə və dövlət tərəfindən müəyyən edilən qəbul qaydalarına uyğun aparılır.
Bakalavr diploma– Magistraturaya müraciət edən şəxsin uyğun və ya əlaqəli sahə üzrə bakalavr diplomu olmalıdır.
İxtisas seçimi– Seçilən magistr ixtisası bakalavrda oxunan istiqamətə uyğun olmalıdır. Əlaqəli ixtisaslar üzrə də müraciət mümkündür.
Xarici dil biliyi– Magistr proqramından asılı olaraq xarici dil sertifikatı tələb olunur. Bir sıra istiqamətlərdə minimum B2, xarici dil ixtisaslarında isə C1 səviyyəsi nəzərdə tutulur.
Sənədlərin təqdim edilməsi– Əsas sənədlər sırasında bakalavr diplomu, diplom əlavəsi və xarici dil sertifikatı yer alır. Xarici ölkədə alınmış diplom üçün universitet tərəfindən əlavə yoxlama və tanınma proseduru tətbiq olunur.
Qəbul imtahanı- Dövlət universitetlərində qəbul ixtisas üzrə bilikləri yoxlayan imtahanların nəticələrinə və toplanan balların reytinqinə əsasən aparılır.
Müsabiqə və qəbul– Namizədlər topladıqları ballara əsasən müsabiqədə iştirak edirlər. Ən yüksək nəticə göstərənlər əvvəlcə dövlət qrantı, daha sonra isə müəyyən edilmiş ödənişli yerlər üzrə qəbul olunur.
Beynəlxalq tələbələr üçün əlavə tələblər– Xarici tələbələr üçün universitetdən asılı olaraq dil biliyinin təsdiqi, diplom və sənədlərin yoxlanılması, həmçinin universitetin müəyyən etdiyi əlavə qəbul şərtləri tələb olunur. Məsələn, UWED-in magistr proqramlarında beynəlxalq tələbələr üçün B2 səviyyəsində ingilis dili və uyğun bakalavr təhsili şərtdir.
Özbəkistanda tələbə həyatı şəhərin təhsil imkanları, yaşayış xərcləri, sosial mühiti və gündəlik həyatın rahatlığı ilə birbaşa bağlıdır. Böyük tələbə şəhərləri daha geniş universitet seçimi və aktiv sosial həyat ilə seçilir.
Özbəkistanda tələbə həyatı üçün ən yaxşı şəhərlər bunlardır:
Daşkənd
Səmərqənd
Buxara
Fərqanə
Andican
Namanqan
Qarşı
Nukus
Cizzəx
Termez
Özbəkistanda magistr təhsili zamanı tələbələr müxtəlif təqaüd və maliyyə dəstəyi proqramlarından yararlana bilirlər. Təqaüdün məbləği, əhatə etdiyi xərclər və müraciət şərtləri proqramdan və universitetdən asılı olaraq dəyişir.
Özbəkistan Hökümət Təqaüdləri– Xarici tələbələr üçün dövlət tərəfindən ayrılan təqaüd proqramları müəyyən dövrlərdə elan olunur. Təqaüdün şərtləri və seçim meyarları hər proqram üzrə ayrıca müəyyən edilir.
Universitet daxili təqaüdlər– Bir sıra universitetlər yüksək akademik nəticə göstərən tələbələr üçün daxili təqaüdlər ayırır. Bu dəstək təhsil haqqının müəyyən hissəsini və ya digər tələbə xərclərini əhatə edə bilər.
Prezident təqaüdləri– Akademik göstəriciləri yüksək olan və elmi fəaliyyətlə fərqlənən tələbələr üçün nəzərdə tutulan nüfuzlu təqaüd proqramlarıdır. Seçim zamanı tələbənin təhsil nəticələri, elmi fəaliyyəti və nailiyyətləri nəzərə alınır.
Akademik göstəricilərə əsaslanan təqaüdlər– Yüksək qiymətlər və uğurlu akademik nəticələr tələbənin təqaüd əldə etmək şansını artırır. Belə təqaüdlər adətən universitetin daxili qaydalarına əsasən verilir.
Beynəlxalq tələbələr üçün təqaüd proqramları– Xaricdən gələn tələbələr üçün müxtəlif universitet və beynəlxalq qurumların maliyyə dəstəyi proqramları mövcuddur. Müraciət şərtləri proqramın tələblərinə uyğun olaraq dəyişir.
Təhsil haqqı güzəştləri– Bəzi universitetlər müəyyən kateqoriyalara aid tələbələr üçün təhsil haqqına güzəştlər tətbiq edir. Güzəştin məbləği və əldə olunma şərtləri universitetdən asılıdır.
Mübadilə və beynəlxalq əməkdaşlıq proqramları– Universitetlərarası əməkdaşlıq çərçivəsində tələbələr müxtəlif mübadilə proqramlarında iştirak edə bilirlər. Bu proqramlar təhsil və yaşayış xərclərinin müəyyən hissəsinin qarşılanmasını nəzərdə tuta bilər.
Elmi-tədqiqat və akademik təqaüdlər– Elmi araşdırmalar aparan və akademik layihələrdə iştirak edən magistr tələbələri üçün maliyyə dəstəyi imkanları mövcuddur. Belə proqramlarda elmi fəaliyyət, layihənin mövzusu və akademik nəticələr əsas seçim meyarları arasında yer alır.
Özbəkistanda magistraturaya müraciət edən xarici tələbələrdən bir sıra əsas sənədlər tələb olunur. Sənədlər universitet və ixtisasa görə fərqlənə bildiyi üçün müraciətdən əvvəl seçilən universitetin tələblərini yoxlamaq vacibdir.
Bakalavr diplomu və diplom əlavəsi– Magistratura üçün bakalavr təhsilini təsdiqləyən diplom əsas sənədlərdən biridir. Diplomun seçilən magistr ixtisasına uyğunluğu da nəzərə alınır.
Xarici passport– Şəxsiyyətin təsdiqi üçün etibarlı xarici pasportun surəti tələb olunur. Pasportun müraciət zamanı qüvvədə olması vacibdir.
Akademik transcript– Bakalavr təhsili müddətində keçilən fənlər və əldə olunan qiymətlər haqqında məlumatları əks etdirir. Universitetlər qəbul zamanı akademik göstəriciləri nəzərdən keçirilir.
Xarici dil sertifikatı– İngilis dilində tədris olunan proqramlara müraciət zamanı IELTS, TOEFL və ya universitetin qəbul etdiyi digər dil sertifikatı tələb olunur. Tələb olunan dil səviyyəsi proqramdan asılı olaraq dəyişir.
CV– Namizədin təhsil keçmişi, iş təcrübəsi, bacarıqları və akademik nailiyyətləri haqqında qısa məlumat təqdim olunur.
Motivasiya məktubu– Magistr təhsilinin niyə seçildiyini, namizədin akademik və karyera məqsədlərini izah edən sənəddir. Bəzi universitetlərdə bu sənəd qəbul prosesinin vacib hissələrindən biridir.
Fotoşəkil– Universitetin müəyyən etdiyi ölçü və formatda fotoşəkil tələb olunur.
Sağlamlıq haqqında arayış– Xarici tələbələrdən ölkəyə giriş və qeydiyyat prosedurları zamanı sağlamlıq haqqında tibbi arayış istənilir.
Diplomun tərcüməsi və təsdiqi– Xarici ölkədə əldə edilmiş diplom və digər təhsil sənədlərinin özbək və ya rus dilinə tərcüməsi, bəzi hallarda isə notarial təsdiqi tələb olunur.
Əlavə sənədlər– Universitetdən asılı olaraq tövsiyə məktubu, qəbul ərizəsi, portfoliо və ya digər sənədlər də istənilir. Buna görə müraciətdən əvvəl universitetin rəsmi qəbul şərtləri ilə tanış olmaq lazımdır.
Özbəkistanda tələbələrin aylıq xərcləri əsasən şəhər, yaşayış yeri və gündəlik həyat tərzindən asılıdır. Daşkənd kimi böyük şəhərlərdə xərclər digər şəhərlərlə müqayisədə bir qədər yüksək olsa da, ümumilikdə tələbə büdcəsinə uyğun yaşam tərzi qurmaq mümkündür.
Yataqxana və ya kirayə- 100-300 USD, universitet yataqxanasında qalmaq adətən daha qənaətcil seçimdir. Mənzil kirayələyərkən isə şəhər və evin yerləşdiyi ərazi qiymətə ciddi təsir göstərir.
Qidalanma- 100-180 USD, evdə yemək hazırlamaq gündəlik qida xərclərini azaltmağa kömək edir. Universitet ətrafındakı tələbə kafeləri və yerli restoranlar da münasib qiymətli seçimlər sırasındadır.
Nəqliyyat- 15-30 USD, şəhərdaxili avtobus və metrodan istifadə tələbələrin nəqliyyat xərclərini nisbətən aşağı səviyyədə saxlamağa imkan verir.
Mobil rabitə və internet- 10-20 USD, mobil internet paketləri və rabitə xidmətləri tələbə büdcəsində böyük xərc yaratmır.
Şəxsi və gündəlik xərclər- 50-100 USD, geyim, əyləncə və digər şəxsi ehtiyaclar bu kateqoriyaya daxildir.
Özbəkistanda tələbənin aylıq yaşayış büdcəsi, yaşayış formasından asılı olaraq, təxminən 275-630 ABŞ dolları arasında dəyişir. Daşkənddə yuxarı həddə yaxın, Səmərqənd, Buxara və digər şəhərlərdə isə daha aşağı büdcə ilə yaşamaq mümkündür.
Özbəkistanda tələbələr üçün yataqxana imkanları əsasən universitetlərin öz kampuslarında yerləşir. Yataqxanalar həm yerli, həm də xarici tələbələr üçün daha münasib qiymətə yaşamaq və universitetə yaxın qalmaq baxımından əlverişli seçimdir.
Universitet yataqxanaları– Bir çox universitet tələbələr üçün kampus daxilində və ya universitetə yaxın ərazilərdə yataqxanalarla təmin edir. Otaqlar adətən bir neçə tələbənin birgə qalması üçün nəzərdə tutulur.
Yataqxana qiymətləri– Qiymətlər universitetə, şəhərə və otağın şəraitinə görə dəyişir. Dövlət universitetlərinin yataqxanaları, əsasən, daha münasib qiymətləri ilə seçilir.
Yataqxanada şərait– Otaqlarda çarpayı, masa, stul və saxlama yerləri olur. Ümumi mətbəx, sanitar qovşağı, camaşırxana və internet kimi imkanlar yataqxanadan asılı olaraq mövcuddur.
Yerləşmə qaydası– Yataqxanada qalmaq istəyən tələbələr adətən universitetə müraciət zamanı bu barədə məlumat verməlidirlər. Yerlərin sayı məhdud olduğundan müraciəti erkən etmək daha məqsədəuyğundur.
Xarici tələbələr üçün yataqxana– Azərbaycandan Özbəkistana magistr təhsili üçün gedən tələbələr də universitetin imkanlarından asılı olaraq yataqxanada qala bilirlər. Qəbul zamanı yataqxana şərtləri, qiyməti və boş yerlərin olub-olmaması ayrıca dəqiqləşdirilməlidir.
Özbəkistanda təhsil alan tələbələr dərsdən sonra müxtəlif sahələrdə işləyərək həm əlavə gəlir əldə edə, həm də peşəkar təcrübə qazana bilərlər. İş imkanları əsasən tələbənin ixtisası, dil biliyi və şəhərdən asılı olaraq dəyişir.
IT və proqramlaşdırma– Proqramlaşdırma, qrafik dizayn, veb inkişaf və texniki dəstək sahələrində tələbələr üçün iş imkanları mövcuddur.
Tərcümə və dil xidmətləri– İngilis, rus və digər xarici dilləri bilən tələbələr tərcümə, mətn hazırlığı və dil tədrisi üzrə işləyə bilərlər.
Təhsil və repetitorluq– Xarici dil, riyaziyyat və digər fənlər üzrə fərdi dərslər keçmək tələbələr arasında yayılmış əlavə gəlir mənbələrindəndir.
Xidmət sektoru– Kafe, restoran, otel və mağazalarda yarımştat işlər tələbələr üçün uyğun variantlar sırasındadır.
Marketinq və SMM– Sosial media idarəçiliyi, kontent hazırlanması və rəqəmsal marketinq sahəsində bacarığı olan tələbələr müxtəlif şirkətlərdə işləyə bilərlər.
Freelance işlər– Dizayn, proqramlaşdırma, tərcümə, kopiraytinq və digər sahələrdə onlayn freelance fəaliyyət tələbələrə dərs cədvəllərinə uyğun işləmək rahatlığı verir.
Universitet daxilində işlər– Bəzi universitetlərdə tələbələr üçün assistentlik, tədqiqat və kampus daxilində müxtəlif part-time fəaliyyətlərə rast gəlinir.
Özbəkistanda magistr təhsilini başa vuran məzunlar həm ölkə daxilində, həm də beynəlxalq şirkətlərdə karyera qurmaq üçün müxtəlif istiqamətlərə yönələ bilərlər. İş imkanları əsasən məzunun ixtisasından, dil biliklərindən, iş təcrübəsindən və peşəkar bacarıqlarından asılıdır.
Beynəlxalq şirkətlər– Özbəkistanda fəaliyyət göstərən xarici şirkətlərdə biznes, maliyyə, marketinq, IT və idarəetmə sahələrində vakansiyalar mövcuddur.
Bank və maliyyə sektoru– Maliyyə, mühasibat, iqtisadiyyat və biznes üzrə məzunlar banklarda, sığorta şirkətlərində və maliyyə qurumlarında karyera qura bilərlər.
IT və texnologiya– Proqramlaşdırma, kibertəhlükəsizlik, data analitikası və digər texnologiya sahələri Özbəkistanda inkişaf edən iş istiqamətləri arasındadır.
Təhsil sektoru– Magistr məzunları universitetlərdə, özəl təhsil müəssisələrində və müxtəlif tədris mərkəzlərində fəaliyyət göstərə bilərlər.
Dövlət qurumları– İqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə məzunlar müvafiq dövlət strukturlarında iş imkanlarını nəzərdən keçirə bilərlər.
Marketinq və biznes idarəçiliyi– Marketinq, satış, insan resursları və layihələrin idarə olunması sahələrində müxtəlif karyera imkanları mövcuddur.
Turizm və xidmət sektoru– Özbəkistanın turizm sektorunun inkişafı ilə otelçilik, turizm menecmenti və beynəlxalq xidmət sahələrində iş imkanları da genişlənir.
Elmi-tədqiqat və akademik fəaliyyət– Akademik karyera qurmaq istəyən məzunlar elmi-tədqiqat layihələrində iştirak edə, universitetlərdə fəaliyyətlərini davam etdirə və doktorantura təhsilinə müraciət edə bilərlər.
Özbəkistanda təhsil almaq istəyən xarici tələbələr üçün A-1 tələbə vizası mövcuddur. Bu viza Özbəkistandakı təhsil müəssisələrində daimi əsasda təhsil alan xarici tələbələrə verilir və universitetin müraciəti əsasında rəsmiləşdirilir.
Universitetdən qəbul almaq
İlk olaraq Özbəkistanda seçilən universitetdən magistratura üzrə qəbul təsdiqi alınmalıdır. Tələbə vizasının rəsmiləşdirilməsi üçün universitetin müraciəti əsas götürülür.
A-1 tələbə vizası– A-1 vizası Özbəkistanda təhsil alan xarici tələbələr üçün nəzərdə tutulub və təhsil müddəti ərzində istifadə olunur. Viza bir dəfəyə 1 ilədək müddətə verilir.
Azərbaycan vətəndaşları üçün vizasız rejim– Azərbaycan vətəndaşları Özbəkistana vizasız daxil ola bilirlər və bu rejim səfərin məqsədindən asılı olmayaraq tətbiq olunur. Buna görə azərbaycanlı tələbənin ölkəyə ilk giriş üçün ayrıca viza almasına ehtiyac olmur.
Uzunmüddətli təhsil zamanı rəsmiləşdirmə– Magistr təhsili uzunmüddətli olduğu üçün tələbə ölkəyə daxil olduqdan sonra universitetin beynəlxalq tələbələr şöbəsi ilə miqrasiya və qalma məsələlərini rəsmiləşdirməlidir. Konkret prosedur universitetə və tələbənin statusuna görə dəyişir.
Tələb olunan əsas sənədlər– Adətən xarici pasport, universitetdən qəbul sənədi, fotoşəkil və təhsil sənədləri tələb olunur. Universitet əlavə sənədlər də tələb edir.
Qeyd: Azərbaycan vətəndaşları üçün Özbəkistanda vizasız rejim müddətsiz göstərilir. Buna baxmayaraq, magistr təhsili uzunmüddətli olduğu üçün ölkədə qanuni qalma və tələbə statusunun rəsmiləşdirilməsi ilə bağlı universitetin verdiyi təlimatlara əməl etmək vacibdir.
Özbəkistanda tələbə həyatı təhsil, sosial fəaliyyət və müxtəlif mədəni təcrübələrin bir araya gəldiyi dinamik mühitlə seçilir. Xüsusilə Daşkənd, Səmərqənd və Buxara kimi şəhərlərdə tələbələr həm universitet həyatı, həm də şəhərin sosial və mədəni imkanlarından yararlanırlar.
Universitet mühiti– Tələbələr dərslərlə yanaşı seminar, konfrans, tələbə klubları və müxtəlif universitet tədbirlərində iştirak edirlər.
Sosial həyat– Böyük şəhərlərdə kafelər, restoranlar, alış-veriş mərkəzləri və əyləncə məkanları tələbələrin asudə vaxtını keçirməsi üçün geniş seçim yaradır.
Mədəni fəaliyyətlər– Özbəkistanın zəngin tarixi və mədəniyyəti tələbələrə muzeyləri, tarixi abidələri və milli tədbirləri yaxından tanımaq imkanı verir.
Nəqliyyat– Daşkənddə metro və avtobus şəbəkəsi tələbələrin şəhər daxilində rahat hərəkət etməsinə kömək edir. Digər böyük şəhərlərdə də ictimai nəqliyyatdan istifadə mümkündür.
Beynəlxalq tələbə mühiti– Özbəkistan universitetlərində müxtəlif ölkələrdən gələn tələbələrlə ünsiyyət qurmaq və fərqli mədəniyyətlərlə tanış olmaq mümkündür.
Asudə vaxt– Tələbələr həftəsonları şəhər gəzintilərinə, parklara, muzeylərə və tarixi məkanlara baş çəkə, həmçinin ölkənin müxtəlif bölgələrinə səyahət edə bilərlər.
Azərbaycanlı tələbələr üçün uyğunlaşma– Azərbaycan və Özbəkistan arasındakı mədəni yaxınlıq yeni mühitə uyğunlaşma prosesini daha rahat edir. Dil və adət-ənənələrdəki oxşarlıqlar gündəlik ünsiyyətdə də müəyyən üstünlük yaradır.