Rusiyada İT Təhsili

Rusiya illərdir elm və texnologiya sahəsində dünya miqyasında mühüm nailiyyətlər əldə etmiş ölkə kimi tanınır. Xüsusilə son illərdə informasiya texnologiyaları (İT) təhsilində böyük irəliləyiş əldə etmişdir. Müasir texnologiyaların sürətlə inkişaf etdiyi indiki vaxtda Rusiyada İT təhsili həm yerli, həm də beynəlxalq tələbələr üçün cəlbedici seçimə çevrilib.

Rusiyada İT təhsilinin keyfiyyəti ölkənin yaxşı qurulmuş təhsil sisteminə və texnoloji infrastruktura əsaslanır. Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti kimi dünyaca məşhur universitetlər innovativ tədris proqramları və güclü akademik heyəti ilə seçilir. Bu universitetlər tələbələrə nəzəri bilik və təcrübəni birləşdirən, sektorun ehtiyaclarına uyğun hərtərəfli proqramlar təklif edir.

Niyə Rusiyada İT təhsili almalısınız?

Rusiya güclü akademik ənənələri, müasir təhsil infrastrukturu və geniş imkanları ilə İT sahəsini öyrənmək üçün ideal ölkə kimi seçilir.

Rusiyada İT sahəsində təhsil almağın bir çox səbəbləri var, o cümlədən:

Təhsil keyfiyyəti

Rusiya dünya şöhrətli universitetləri və köklü təhsil sistemləri ilə məşhurdur. Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti və Novosibirsk Dövlət Universiteti kimi nüfuzlu universitetlər İT və kompüter elmləri üzrə çox yaxşı təhsil proqramları təklif edirlər. Bu universitetlər nəzəri bilikləri praktikaya çevirən innovativ kurikulumlar və güclü akademik heyət tərəfindən dəstəklənir.

Ona görə də Rusiyada İT təhsili alan tələbələr ən son texnoloji inkişafları izləyərək, bilik və bacarıqlarını tətbiqi layihələrlə möhkəmləndirərək məzun olurlar.

Təklif olunan imkanlar

Rusiyada İT təhsili tələbələrə nəzəri biliklər təqdim etməklə yanaşı, həm də geniş praktik imkanlar təqdim edir. Bir çox universitet tələbələrin real iş təcrübəsi əldə edə biləcəyi təcrübə proqramları və şirkətlərlə əməkdaşlıqları təklif edir. Xüsusilə böyük şəhərlərdə texnologiya şirkətləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq tələbələrin məzun olduqdan sonra iş tapmaq şanslarını artırır.

Bundan əlavə, Rusiyanın texnologiya sahəsindəki güclü mövqeyi və onun innovativ sahibkarlıq ekosistemi tələbələrə karyeralarını sürətlə inkişaf etdirmək üçün bir çox imkanlar verir.

Üstünlüklər

Rusiyada İT təhsilinin üstünlükləri arasında təhsil xərclərinin digər Qərb ölkələrinə nisbətən daha münasib olması daxildir. Bundan əlavə, bir çox universitetlər müxtəlif təqaüd imkanları təklif edərək xarici tələbələrə maliyyə dəstəyi verir.

Həmçinin rus dililə yanaşı, tədris dilinin ingilis dili olduğu proqramlar da var ki, bu da beynəlxalq tələbələr üçün böyük üstünlükdür.

Qısacası, Rusiyada İT təhsili almaq yüksək keyfiyyətli təhsil, geniş praktik imkanlar və müxtəlif üstünlüklər təqdim edərək, karyeranızda möhkəm təməl qurmağa imkan verir. Xüsusilə yaxın olması, rus dilinin Azərbaycanda da geniş istifadəsi bu ölkəni azərbaycanlı tələbələr üçün daha yaxşı tədris məkanına çevirir.

Rusiyada İT təhsili ala biləcəyiniz universitetlər

Rusiyanın bir çox universitetlərində İT təhsili ala bilərsiniz. Onlardan bəziləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər QS reytinqləri Ortalama illik təhsil haqları
Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Moskva 51-100 $7.000
Moskva İdarəetmə Məktəbi SKOLKOVO Moskva 1-51 $73.000
Sankt-Peterburq Dövlət Universiteti Sankt-Peterburq 350-400 $5.500
Böyük Pyotr Sankt-Peterburq Politexnik Universiteti Sankt-Peterburq 550-600 $7.580
Bauman adına Moskva Dövlət Texniki Universiteti Moskva 251-300 $4.395
Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbi (HSE) Moskva 401-450 200.000 – 800.000 RUB
Moskva Fizika və Texnologiya İnstitutu (MIPT) Moskva 250-300 $3.760
ITMO Universiteti Sankt-Peterburq 550-600 250.000-459.000 RUB
Tomsk Dövlət Universiteti Tomsk 450-500 $3.453
Novosibirsk Dövlət Universiteti Novosibirsk 450-500 $4.500

(Mənbə: https://edurank.org/ )

Rusiyada İT təhsili üçün ortalama təhsil haqları

Rusiyada İT təhsil almaq üçün təhsil haqqı universitetin özəl və ya dövlət olmasından asılı olaraq dəyişir. Dövlət universitetlərində illik təhsil haqları 3000 dollar ilə 7000 dollar arasında dəyişir. Özəl universitetlərdə bu rəqəmlər daha yüksəkdir və illik 10.000 dollar ilə 30.000 dollar arasında dəyişə bilər.

Bu ödənişlər proqramın səviyyəsindən və universitetdən asılı olaraq dəyişdiyindən təhsil haqları ilə bağlı dəqiq məlumatı maraqlandığınız universitetin rəsmi veb-saytından ala bilərsiniz.

Rusiyada İT təhsili verən ən yaxşı dövlət universitetləri

Rusiyada İT təhsili verən ən yaxşı universitetlərdən bəziləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər Ölkələrindəki reytinqləri Ortalama illik təhsil haqları
Cənubi Ural Dövlət Universiteti Çelyabinsk 43 $4.300
Lomonosov adına Moskva Dövlət Universiteti Moskva 1 $7.000
Moskva Fizika və Texnologiya İnstitutu Moskva 4 $3.760
HSE Universiteti (Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbi) Moskva 5 200.000 – 800.000 RUB
MEPhI Milli Tədqiqat Nüvə Universiteti (Moskva Mühəndislik Fizika İnstitutu) Moskva 6 138.264 – 296.600 RUB
Novosibirsk Dövlət Universiteti Novosibirsk 8 $4.500
Sankt-Peterburq Dövlət Universiteti Sankt-Peterburq 9 $5.500
Ural Federal Universiteti Ekaterinburq 10 231.000 – 372.000 RUB
ITMO Universiteti Sankt-Peterburq 11 250.000-459.000 RUB
Tomsk Dövlət Universiteti Tomsk 12 $3.453

(Mənbə: https://www.usnews.com/education?top_nav_Education )

Rusiyada İT təhsili üçün ən yaxşı özəl universitetləri

Rusiyada İT təhsili verən universitetlərdən bəziləri bunlardır:

Universitetlər Yerləşdikləri şəhərlər Ölkələrindəki reytinqləri Ortalama illik təhsil haqları
Sinerji Universiteti Moskva 18 2.500 – 12.000 $
Sankt-Peterburqdakı Avropa Universiteti Sankt-Peterburq 70 18.500 $
Rusiya Yeni Universiteti Moskva 143 1.000 – 6.000 $
Müasir Humanitar Elmlər Universiteti Moskva 176 2.000 – 4.000 $
Sankt-Peterburq İdarəetmə Texnologiyaları və İqtisadiyyat Universiteti Sankt-Peterburq 272 3.500 – 5.000 $
Moskva İnformasiya Texnologiyaları Universiteti – Moskva Memarlıq və İnşaat Mühəndisliyi İnstitutu Moskva 355 4.000 – 7.000 $
Müqəddəs Tixon Pravoslav Universiteti Moskva 85 2.000 – 4.500 $
Qaydar İqtisadi Siyasət İnstitutu Moskva 100 2.500 – 5.000 $
Moskva Maliyyə və Hüquq Universiteti Moskva 128 3.000 – 6.000 $
Beynəlxalq Fundamental Tədqiqatlar Universiteti, Sankt-Peterburq Sankt-Peterburq 362 193.700 – 409.400 RUB

(Mənbə: https://www.4icu.org/ )

Rusiyada İT üzrə bakalavr təhsili

Rusiyada İT üzrə bakalavr dərəcəsi adətən 4 il çəkir.

Proqramlar əsas kompüter elmləri kursları, proqramlaşdırma, verilənlər bazası idarəçiliyi, şəbəkə texnologiyaları, proqram mühəndisliyi və kiber təhlükəsizlik kimi mövzuları əhatə edir. Bundan əlavə, tələbələr layihələr və təcrübələr vasitəsilə praktik təcrübə qazanırlar.

Ən məşhur bakalavr proqramlarına bunlar daxildir:

  • Kompüter Elmləri Və Mühəndisliyi
  • Proqram Mühəndisliyi
  • Verilənlər Bazasının İdarə Edilməsi
  • Şəbəkə Texnologiyaları
  • Kiber Təhlükəsizlik

Rusiyada İT üzrə magistratura təhsili

Rusiyada İT sahəsində magistr təhsili 2 il davam edir. Bu müddət ərzində tələbələrə həm nəzəri biliklər, həm də praktiki olan proqramlaşdırmanı öyrənirlər.

Ən məşhur magistratura proqramlarına bunlar daxildir:

  • Kompüter Elmləri
  • Proqram Təminatı Mühəndisliyi
  • Verilənlər Analitikası və Böyük Verilər
  • İnformasiya Təhlükəsizliyi
  • Süni İntellekt və Maşın Öyrənməsi

Rusiyada İT üzrə doktorantura təhsili

Rusiyada İT sahəsində doktorantura təhsili 3-4 il davam edir. Bu müddət nəzəri kurslar, tədqiqat layihələri, akademik nəşrlər və dissertasiya yazılmasını əhatə edir. Eyni zamanda doktorantura tələbələrindən orijinal araşdırmalar, konfrans təqdimatları, elmi məqalələrin dərc edilməsi də tələb olunur

Ən məşhur doktorantura proqramlarına daxildir:

  • Kompüter Elmləri
  • Proqram Təminatı Mühəndisliyi
  • Süni İntellekt və Maşın Öyrənməsi
  • Data Analitikası və Böyük Datalar
  • İnformasiya Təhlükəsizliyi

Rusiyada İT təhsili üçün tələb olunan sənədlər

Rusiyada İnformasiya Texnologiyaları təhsili üçün tələb olunan sənədlər tədris pilləsindən aslı olaraq dəyişsə də, ümumi sənədlərə bunlar daxildir:

Şəxsiyyət vəsiqəsi: Etibarlılıq müddəti bitməyən vəsiqənin norarial qaydada təsdiqlənmiş surəti.

Təhsil sənədləri: Attestat (bakalavr pilləsi üçün) və ya bakalavr diplomu (magistratura və doktorantura üçün). Diplomlar və onların transkriptlərinin notarial qaydada təsdiq edilmiş rusca tərcümələri də mütləqdir.

Dil sertifikatı: Rus və ya ingilis dillərində biliyi təsdiq edən sertifikat (məsələn, TOEFL, IELTS və ya rus dilini bilmək imtahanı).

Motivasiya məktubu: Proqramı niyə seçdiyinizi və məqsədlərinizi izah edən məktub.

Referans məktubları: Əvvəlki müəllimləriniz və ya işəgötürənlərinizdən tövsiyə məktubları.

Tibbi arayış: Səhhətinizin yaxşı olduğunu göstərən tibbi hesabat.

Şəkillər: Pasport ölçülü fotoşəkillər.

Ərizə forması: Universitetin ərizə forması.

Qeyd edək ki, Rusiyada proqram və universitetdən aslı olaraq fərqli və ya əlavə sənədlər tələb oluna bilər. Ona görə sənədlərlə bağlı dəqiq məlumatı təhsil almaq istədiyiniz universitetin veb-saytından almağınız məsləhətdir.
(Mənbə: https://studyinrussia.ru/en/study-in-russia/ )

SAT ilə Rusiyada İT təhsili

Rusiyada İT təhsil almaq istəyən tələbələr SAT imtahan nəticələrindən istifadə edərək müraciət edə bilərlər. SAT imtahanı tələbələrin riyaziyyat, oxu və yazı bacarıqlarını ölçür və Rusiyanın bir çox universitetləri tərəfindən qəbul edilir. SAT nəticələri ilə yanaşı, tələbələrin attestat, transkriptlər, dil biliyi sənədləri (TOEFL və ya IELTS kimi), motivasiya məktubları və referans məktubları da tələb olunur.

Universitetlər bu sənədlər əsasında ərizələri qiymətləndirir və tələbələrin akademik biliklərini, imtahan nəticələrini və motivasiyalarını nəzərə almaqla qəbul prosesini tamamlayır. Qəbul edildikdən sonra tələbələr tələbə vizası üçün müraciət edərək və lazımi qeydiyyat prosedurlarını tamamlayaraq təhsillərinə başlaya bilərlər.

Attestatla Rusiyada İT təhsili

Azərbaycanlı tələbələr attestatla Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq imkanına sahibdirlər. Bakalavr proqramı üzrə müraciət zamanı tələbələrdən attestat və transkriptlə birlikdə dil biliyi sənədləri (TOEFL, IELTS və ya rus dili imtahanları kimi), şəxsiyyət vəsiqəsi, motivasiya məktubu və tövsiyə məktubları kimi sənədlər tələb olunur.

Tələbələr attestatla Rusiyada məşhur İT proqramları təklif edən universitetlərdən Moskva Dövlət Universiteti, Sankt-Peterburq Universiteti, Peterburq Dövlət Universiteti və ITMO Universiteti kimi universitetlərə müraciət edə bilərlər.

Müraciət prosesi adətən universitetin onlayn ərizə sistemi vasitəsilə həyata keçirilir və qəbul üçün nəticədə tələbəyə məktub göndərilir. Qəbul edildikdən sonra tələbələr tələbə vizası üçün müraciət etməli və qeydiyyat prosesini tamamlamalıdırlar.

(Mənbə: https://studyinrussia.ru/en/ )

Rusiyada İT üçün tələb olunan bacarıqlar

Rusiyada İT üzrə təhsil almaq üçün tələb olunan bacarıqlar tələbələrin məzun olduqdan sonra iş tapmaqları üçün vacibdir. Həmin bacarıqlara daxildir:

Proqramlaşdırma və proqram inkişafı: Python, Java, C++ kimi proqramlaşdırma dillərində biliyə sahib olmaq və proqram təminatının hazırlanması proseslərinə yiyələnmək vacibdir. Eyni zamanda məzun olan tələbən artıq proqram təminatının inkişafı, sazlama və kodun optimallaşdırılması üzrə bacarıqlar tələb olunur.

Alqoritmlər və məlumat strukturları: Əsas alqoritmlər və məlumat strukturları haqqında biliklər İT əsasını təşkil edir. Bu amillər problem həll etmə bacarıqlarını təkmilləşdirir və mürəkkəb proqram layihələrində uğur qazanmağa imkan verir.

Data analitika və böyük məlumat: Məlumat toplamaq, emal etmək və təhlil etmək imkanları böyük əhəmiyyət kəsb edir. Böyük verilənlər texnologiyaları və “data mining” üsulları haqqında biliyə sahib olmaq lazımdır.

Şəbəkə idarəetmə və təhlükəsizliyi: Kompüter şəbəkələri və kibertəhlükəsizlik haqqında biliyə sahib olmaq, şəbəkə konfiqurasiyası və təhlükəsizlik protokollarını mənimsəmək vacibdir. Təhlükəsizlik təhdidlərindən qorunma və risklərin idarə edilməsi bacarıqları təkmilləşdirilməlidir.

Problemlərin həlli və tənqidi düşüncə: Mürəkkəb problemləri həll etmək və analitik düşünmək bacarığı inkişaf etdirilməlidir. Bu bacarıqlar proqram təminatının hazırlanması və sistemlərin idarə edilməsi proseslərində mühüm əhəmiyyət kəsb edir.

Komanda işi və ünsiyyət: Yaxşı ünsiyyət və komanda işi bacarıqları layihələrin uğurla tamamlanmasını təmin edir. İş həyatı üçün həm yazılı, həm də şifahi ünsiyyətdə bacarıqlı olmaq vacibdir.

Riyaziyyat və statistika: Riyazi təfəkkür və statistik bilik data təhlili və alqoritmlərin hazırlanması üçün əsas təşkil edir. Bu sahələrdə güclü bilik İT layihələrində uğur qazanmağı asanlaşdırır.

Bu bacarıqlar Rusiyada İT sahəsində təhsil almaq istəyən tələbələr üçün uğurlu təhsil prosesi və karyeralarında yüksəliş üçün zəruridir. Tədris prosesində bu bacarıqların inkişafına diqqət yetirilməsi tələbələrin gələcəkdə yüksək gəlir qazanmasına səbəb olacaq.

Rusiyada İT üzrə hansı praktika imkanları var?

Rusiyada İT sahəsində təcrübə imkanları genişdir və həm yerli, həm də beynəlxalq tələbələr üçün müxtəlif seçimlər təklif edir. Bu fürsətlərdən bəzilərini sizə təqdim edirik:

Universitet əməkdaşlıqları: Rusiyanın bir çox universiteti İT sahəsində təcrübə təklif edən şirkətlərlə əməkdaşlıq edir. Tələbələr öz universitetlərinin karyera mərkəzləri vasitəsilə həmin şirkətlərə təcrübəyə

gedə bilərlər.

Məsələn, Moskva Dövlət Universiteti və Sankt. Sankt-Peterburq Dövlət Universiteti kimi aparıcı universitetlər tələbələrə müxtəlif təcrübə imkanları yaradan universitetlərdəndir.

Texnologiya şirkətləri: Rusiya Yandex, Kaspersky, Mail.Ru Group kimi böyük texnologiya şirkətlərinin vətənidir. Bu şirkətlər İT tələbələri üçün müxtəlif təcrübə proqramları təklif edir. Bu təcrübə proqram təminatının inkişafı, kibertəhlükəsizlik və məlumatların təhlili kimi sahələrdə təcrübə qazanmaq imkanı verir.

Beynəlxalq şirkətlər: IBM, Microsoft və Google kimi beynəlxalq texnologiya nəhənglərinin də Rusiyada ofisləri var və hər il onlarla tərcübəçi qəbul edirlər.

Start-up ekosistemi: Rusiyada sürətlə inkişaf edən startap ekosistemi var. Bir çox yeni texnologiya startapları, xüsusən Skolkovo İnnovasiya Mərkəzi kimi yerlərdə fəaliyyət göstərənlər, İT tələbələrinə təcrübə imkanları təklif edir.

Startaplarda təcrübə keçmək sizə dinamik iş mühitində müxtəlif layihələrdə aktiv iştirak etməyə imkan verir.

Tədqiqat institutları: Bir çox universitetlər və müstəqil tədqiqat institutları İT sahəsində tədqiqat layihələri üçün təcrübəçi qəbul edirlər. Bu cür təcrübələr akademik tədqiqatlarda iştirak etmək və qabaqcıl texniki biliklər əldə etmək istəyən tələbələr üçün idealdır.

Rusiyada İT sahəsində təcrübə imkanları haqqında ətraflı öyrənmək və müraciətlərinizi yönləndirmək üçün universitetinizin karyera mərkəzi ilə əlaqə saxlaya və ya müvafiq şirkətlərin rəsmi internet səhifələrindən məlumat ala bilərsiniz.

Rusiyada İT sahəsində ən yaxşı araşdırma institutları

  • Skolkovo İnnovasiya Mərkəzi: Skolkovo Rusiyanın aparıcı texnologiya parkı və tədqiqat mərkəzidir. O, informasiya texnologiyaları, enerji, biotibbi, nüvə texnologiyaları və kosmik texnologiyalar sahələrində fəaliyyət göstərir. Bir çox startap və texnologiya şirkətləri də burada yerləşir və İT sahəsində araşdırmalar aparırlar.
  • ITMO Universiteti: ITMO Universiteti informasiya və optik texnologiyalar, kompüter elmləri və robototexnika sahələrində aparıcı tədqiqat mərkəzlərindən biridir. Universitet bir çox dünya miqyasında tanınan tədqiqat layihələrinə ev sahibliyi edir.
  • Moskva Fizika və Texnologiya İnstitutu (MIPT): MIPT nəzəri və tətbiqi fizika, kompüter elmləri və mühəndislik sahəsində güclü tədqiqat ənənəsinə malikdir. Universitet bir çox İT tədqiqat laboratoriyaları və layihələri ilə tanınır.
  • Kaspersky Laboratoriyası: Kaspersky Lab kibertəhlükəsizlik sahəsində qlobal səviyyədə tanınmış tədqiqat mərkəzidir. Şirkət zərərli proqramların təhlili, təhlükəsizlik təhdidlərinin aşkarlanması və qarşısının alınması üzrə hərtərəfli tədqiqatlar aparır.
  • Rusiya Elmlər Akademiyasının Sistem Proqramlaşdırma İnstitutu (ISP RAS):ISP RAS proqram mühəndisliyi, sistem proqramlaşdırması və kompüter elmləri sahəsində qabaqcıl tədqiqatlar aparan aparıcı institutdur. İnstitut proqram təminatının təhlükəsizliyi, proqramlaşdırma dilləri və proqram təminatının inkişafı metodologiyaları üzrə araşdırmalar aparır.

Rusiyada İT proqramları üzrə təqaüd imkanları

Rusiyada İT proqramları üzrə təhsil alan tələbələr üçün müxtəlif təqaüd imkanları mövcuddur. Bu təqaüdlər dövlət, universitetlər və beynəlxalq təşkilatlar tərəfindən təmin edilir.

Rusiyada mövcud olan əsas təqaüd proqramlarından bəziləri bunlardır:

Dövlət Təqaüdləri (Government Scholarships)

Rusiyanın hökuməti xarici tələbələrə tam təqaüd imkanı yaradır. Bu təqaüd, tələbələrin təhsil haqqını, yaşayış xərclərini və sağlamlıq sığortasını əhatə edir.

Təqaüdlər bakalavr, magistr və doktorantura proqramlarına müraciət edən bütün xarici tələbələrə verilir.

Müraciət prosesi Rusiyanın rəsmi təhsil portalı vasitəsilə həyata keçirilir. Müraciət formunu doldurmaq və lazımi sənədləri təqdim etmək kifayətdir.

Qlobal Təhsil Proqramı (Global Education Program)

Rusiyanın Təhsil və Elm Nazirliyi tərəfindən idarə olunan bu proqram, İT və digər yüksək tələbat olan sahələrdə təhsil almaq istəyən tələbələrə təqaüd təqdim edir. Proqram təhsil haqqını, yaşayış xərclərini və səyahət xərclərini qarşılayır.

Bu təqaüd yalnız Rusiyada təhsil almaq istəyən beynəlxaq tələbələ deyil, həm də dünya üzrə universitetlərdə təhsil almağı planlayan Rusiya vətəndaşlarına verilir.

Moskva Fizika və Texnologiya İnstitutu (MIPT) Təqaüdləri

MIPT, üstün akademik göstəricilərə malik tələbələrə müxtəlif təqaüdlər təklif edir. Bu təqaüdlər tam və ya qismən təhsil haqqını və yaşam xərcinin bir qismini qarşılayır.

Müraciətlər MIPT-nin qəbul ofisi vasitəsilə həyata keçirilir və akademik nailiyyətlər təqaüd üçün əsas kriteriyadır. MIPT, xüsusilə İT və mühəndislik sahələrində təhsil almaq istəyən istedadlı tələbələrə üstünlük verir.

Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) Təqaüdləri

Skoltech, İT və mühəndislik proqramlarına müraciət edən tələbələrə geniş təqaüd imkanları təqdim edir. Bu təqaüdlər tam təhsil haqqını, aylıq yaşam xərcini və əlavə xərclərə dəstəyi əhatə edir.

Skoltech təqaüdləri akademik nailiyyətlərə və potensiala əsaslanır və müraciətlər birbaşa Skoltech-in təqaüd komitəsi tərəfindən qiymətləndirilir. Bundan əlavə, tədqiqat layihələrində aktiv iştirak edən tələbələrə əlavə maliyyə vəsaitləri də təmin edilə bilər.

Rusiya Elm Fondu (Russian Science Foundation) Təqaüdləri

Bu təqaüdlər, İT və texnologiya sahələrində tədqiqat aparmaq istəyən tələbələrə yönəlib. Təqaüd, tədqiqat layihələri üçün lazım olan bütün maliyyə dəstəyini təmin edir və əsasən magistr və doktorantura tələbələrinə verilir.

Müraciətlər tədqiqat layihələrinin keyfiyyətinə və tələbənin akademik keçmişinə əsasən qiymətləndirilir. Bu təqaüd, tələbələrin elmi tədqiqatlarını dəstəkləmək və Rusiyada yüksək texnologiyalar sahəsində inkişafı təşviq etmək məqsədi ilə təqdim edilir.

Bu təqaüd proqramları Rusiyada İT sahəsində təhsil almaq istəyən tələbələrə müxtəlif dəstəklər göstərərək onların akademik hədəflərinə çatmalarını asanlaşdırır.

Sizdə Rusiyada İT təhsili almaq istəyirsinizsə, Marmara Group-a müraciət edə bilərsiniz. Xaricdə təhsil komandamız Rusiyanın ən yaxşı universitetlərində, təqaüdlü İT təhsili almağınıza vəsilə olacaq.

Rusiyada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər