Türkiyədə Tələbə Həyatı

Türkiyədə təhsil alacaq tələbələr üçün istər dövlət (KYK) istərsə də özəl yurtlar (yataqxanalar) mövcuddur. Təbələnin maddi büdcəsinə və müraciət tarixinə görə hər hansı bir yataqxana seçə bilər.

Dövlət yataqxanalarında aylıq ödəniş 120-250 tl olaraq dəyişməkdədir. Buna gündə 1 dəfə yemək, kommunal xərclər, çamaşırxana və s. digər ödənişlər daxildir.

Özəl universitetlərdə isə aylıq ödənişlər 500-2000 TL arasında dəyişməkdədir. Bu qiymətlər, otaq, şəhər və otaqda nəfər sayısına görə dəyişir. Yataqxanalarda yüksək sürətdə wifi, 10 gündən bir nevresim dəyişikliyi (çarşaf, yastık kılıfı, yorgan kılıfı, alez, yastık ve yorgan), yurt daxili içkilər, kantin, çay, çamaşırxana, məşq zalı, stolüstü tennis, PS, sinema otağı, sağlıq mərkəzi, mətbəx, dinlənmə və dərs otaqları, kargo xidmətləri, çanta və yükləriniz saxlamaq üçün depolar, qaraj və 7/24 universitetdən və şəhərin müxtəlif yerlərindən servislər xidmətinizə verilir.

Yataqxanalar özəl güvənlik şirkətləri tərəfindən 7/24 kamera və özəl güvənlik vasitəsilə qorunur.

Qonaqlama

Xaricdə təhsil almaq istəyən bir tələbə üçün ən vacib problemlərdən biri harada qalacağını müəyyənləşdirməkdir.

Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün bu böyük bir sıxıntı təşkil etmir, çünki burada çox alternatif yerləşmək seçimləriniz var. Universitetlərinin demək olar ki hamısının öz yataqxanaları mövcuddur.

Türkiyəyə gəlməzdən əvvən oxumaq istədiyiniz universitetlərə yataqxana və yerləşmə şəraitləri haqqında müraciət etməyiniz mümkündür.

Yataqxanalardan əlavə bir digər seçim də ev ya da otaq kirayə götürmək ola bilər. Kirayələrin xərcləri bölgədən bölgəyə, şəhərdən şəhərə dəyişməkdədir. Yataqxanalar adətən ev kirayəyə götürməkdən daha ucuz başa gəlir. Erasmus tələbələri üçün də ev, otaq və başqa seçimlər mövcuddur.

Bir çox şəhərdə hostel yada ucuz otellər vardır. Hostellərdə qalmaq alışqanlığınız varsa orada da qala bilərsiniz. Uzun vadəli yerləşmək üçün yer aradığınız vaxtlarda hostellər səmimi ambiyasları ilə yaxşı bir həll variantı ola bilər.

Öz ölkənizdən insanlarla da tanışaraq adaptasiya müddətini çox rahat keçirə bilərsiniz.

Səhiyyə sistemi

Türkiyədə səhiyyə sisteminə Səhiyyə Nazirliyi nəzarət etməkdədir.

Xarici tələbələr üçün adətən qeyri-daimi T.R. vəsiqə nömrəsi verilir və tələbələr bu nömrələr ilə dövlət xəstəxanalarından faydalanırlar.

Universitetlər tələbələrə sağlamlıq sığortası haqqında məlumatlandırırlar. Özəl universitetlər tələbələr üçün xüsusi sağlıq sığortasını universitet büdcəsindən qarşılayırlar.

Türkiyədə Banklar

Türkiyədəki bankların çoxu beynəlxalq tələbələrin hesab açmağına şərait yaradır.

Türkiyədə həm xarici , həm də yerli banklar mövcuddur.

Bu banklardan bəziləri Garanti Bankı, Yapı Kredi Bankı, Türkiyə İş Bankası və Akbank-dır. Bu bankların Türkiyənin hər yerində qaldığın səmtə yaxın bir şöbəsi mütləq vardır. Adətən, bankların müştəri xidmətlərində İngilis dilində hətta Alman dilində də xidmət verilməkdədir. Xüsusilə, Garanti Bankı bir çox şöbəsində İngilis dilini bilənləri işə almaqdadır.

Banklar çox vaxt 09:00-17:00 saatları arasında açıqdır. Bəzi banklar nahar vaxtı da xidmət verməyə davam edir, bəziləri isə rəsmi tətillərdə də fəalliyyət göstərir.

Bank hesabı açdırmağınız üçün sizdən Vergi Nömrəsi almağınız sizdən istənəcəkdir. Ancaq bu sistem hər bank üçün keçərli deyildir. Türkiyədə qalmaq üzrə icazə sənədinizlə (oturum izni) bank hesabı açdırmağınız mümkündür. Əgər daha Türkiyədə qalmaq üçün icazə sənədiniz çıxmadan hesab açdırmağa ehtiyac duyursunuzsa, banklar sizə Avro, Funt- sterling və Amerikan Dolları hesabları açmağınıza icazə verirlər.

Amerikan Dolları və Avro ən çox mübadilə edilən valyutalardır. Viza və MasterCard kartları ilə bir çox yerlərdə ödəmə əməliyyatlarını həyata keçirmək mümkündür.

Türkiyə və Mədəniyyəti

Türkiyə özünə məxsus bir mədəniyyətə sahib ölkədir. Bu mədəniyyətdə Bizans İmperiyası, Osmanlı İmperiyası, Balkanlar, Avropa, Yaxın Şərq və Orta Asiyanın izlərini görmək mümkündür.

O qədər harmanlanmış və özünə xas bir mədəniyyətdir ki bir çox mədəniyyətlərə təsir etmiş və bir çoxundan təsirlənmişdir. Çox zəngin bir mədəniyyətdir və onu tərif etmək odluqca çətindir, çünki insanların sosial əlaqələrindən adətlərə, batil inanclardan sənətlərə qədər çox geniş bir sahədə Türk mədəniyyətini anlatmağa ehtiyac vardır. Türkiyə Cümhuriyyətinin rəsmi dili Türk dilidir. Türk dili Ural-Altay dil ailəsinə aid bir dildir. İnsanlar qarşılaşdıqlarında əl sıxışırlar. Yaşı böyük olanların əlləri öpülür və alna qoyulur. Ailə anlayışı Türkiyə mədəniyyətində vacib bir yerə sahibdir. Qonaqpərvərlik də Türkiyə mədəniyyətinin önəmli bir parçasıdır. Futbol ümumi olaraq ən çox sevilən idman növüdür.

Türkiyə Mətbəxi

Türkiyə mətbəxi çox geniş və ləzzətli yeməklərə malikdir. Əgər siz vegeteriansınızsa sizlər üçün bir çox tərəvəz yeməkləri vardır. Tərəvəzlər və meyvələr kifayət qədər ucuzdur.

Türk xalqı dadlı yeməkləri sevir. Əgər balaca şəhərləri ziyarət etsəniz görəcəksiniz ki insanlar ev yeməklərinə daha çox üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə gecə saatlarına qədər açıq olan restoran, kafe və məkanlar görə bilərsiz. Tələbə şəhərləri və digər şəhərlər ucuz restoran və barlarla doludur.

Türkiyə mətbəxi özlüyündə bütün mədəniyyətlərin qarşığıdır. Burda Osmanlı, Orta Asiya, Yaxın Şərq, Balkan və Aralıq dənizi mətbəxi irsi var. Türkiyədə iştahanızı heçvaxt itirməyəcəksiniz.

Ortalama olaraq günlük yemək menusu aşağıdakı kimidir!

Səhər yeməyi : Adətən səhər yeməyi bir fincan çay( Türkiyədə xüsusi olaraq ‘incə belli’ adlanan fincan), Türk pendiri(kaşar, ağ pendir), yağ, yumurta, zeytun, xiyar, pomidor, cem, bal və qaymaqdan ibarətdir. Türk sözü olan kahvaltı ‘kofedən əvvəl deməkdir‘. Səhər yeməyi adətən 7 və 8 arası olur. Türk kahvaltısı çox zəngin və sağlıqlıdır, hətta vegeterianlar üçün də əlverişlidir.

Nahar: Adətən günorta saat 12-dən 14-dək olan vaxt axarlığına uyğun gəlir. Nahar saatlarında istənilən bir yerdə kafe, restoran tapmağınız mümkündür. Ərzaq mövsümü regiondan asılı olaraq azalır və ya çoxalır. Düyü ilə hazırlanan bir çox salat növləri vardır hansı ki nahar üçün daha çox seçim edilir. Nahar üçün ən çox mercimek çorbası, tavuk, pilav və s. kimi qidalara üstünlük verilir.

Axşam yeməyi: Axşam yeməyi vaxtı saat 18:00 və 20:00dir. Axşam yeməyi üçün də çox ləzzətli yeməklər vardır. Dəniz məhsulları çox ləzzətli və dadlıdır. Türk mətbəxində desertlərin bir çox növləri vardır. Bu daha sonranı əhatə edən geniş mövzudur. Türk qəhvəsi, süd məhsulları, desertlər, kabab və qəlyənaltılar geniş mövzuları əhatə edən məsələlərdir.

Ortalama olaraq bir tələbənin bölgələr üzrə aylıq 300-400 AZN (yemək, qalmaq, kommunal xidmətlər və əyləncə daxil), İstanbul, İzmir, Antalya və s kimi böyük şəhərlərdə isə 500-600 AZN xərci olur.

Türkiyədə Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Türkiyədə Təhsillə Əlaqəli Xəbərlər