Son illərdə xaricdə təhsilə maraq son dərəcə artmışdır. Və bununla əlaqədar xaricdə təhsil almağı düşünən tələbələr hansı beynəlxalq imtahandan keçməli olduqları və hansı imtahanın ona lazım olduğu barədə kifayət qədər məlumatlı olmurlar. “Hansı beynəlxalq imtahanı verməliyəm? Hansını versəm mənə fayda verər? Magistr imtahanı üçün hansı beynəlxalq imtahan tələb olunur? Təhsilimi harda alsam daha yaxşı olar?” bu kimi suallarına cavab axtarırlar. Birazdan siz bütün suallarınıza ətraflı cavab tapa biləcəksiniz və hansı imtahanların nəyə lazım olduğunu biləcəksiniz.
Hamımızın haqqında məlumatlı olduğu ən məşhur beynəlxaq imtahanlardan biridir. Bəs nəyə lazımdır bu İELTS? Sizin ingilis dil biliklərinizi ölçən bu beynəlxalq test sizə dünyanın bütün qapılarını aça biləcək gücə sahibdir. İş həyatınızda, təhsil həyatınızda və hətta başqa ölkədə yaşamaq istəyinizdə sizə lazımlı olacaqlı imtahan nəticəsidir. Bütün xarici universitetlərdə tələb olunan beynəlxalq sertifikatdır. Təhsil dərəcəsindən asili olmayaraq Amerika, Avstraliya, Avropa ölkələrinin universitetlərinin , Türkiyənin ingilis dilli universitet kafedralarının tələb etdiyi imtahan nəticəsidir.
İELTS-lə bənzərliyi çox olsada imtahan strukturları fərqlidir. Bu imtahanda sizin ingilis dili biliklərinizi ölçür. TOEFL komputer əsaslı təşkil olunduğu halda, İELTS kağız üzərində keçirilir. İELTS imtahanında canlı ünsiyyətə girə bildiyiniz halda , TOEFL-də kompyuterlə danışırsınız. TOEFL Türkiyənin bir neçə universiteti tərəfindən tələb olunur. Bu imtahan nəticəsi ilədə siz Amerika və Avropa universitetlərində təhsil dərəcəsindən asılı olmayaraq oxuya bilərsiniz.
Dünyada ilk dəfə Amerika universitetlərinin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunmuşdur. Türkiyə universitetlərinin bakalavr dərəcəsinə qəbul olmaq üçün də tələb olunan beynəlxalq imtahan nəticəsidir. Bu imtahanda kompyuter əsaslı təşkil olunur və sizin ingilis dili biliklərinizi və riyazi qabiliyyətinizi ölçür. Yerli universitetlərdən isə ADA və Xəzər universitetlərində bu imtahan nəticəsi keçərlidir.
Yabancı Öğretim Sınavı olan YÖS Türkiyə universitetlərinin sirf bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. Bir sözlə bu imtahan yalnız Türkiyə üçün keçərlidir. Bir çoxları Türkiyə universitetlərinə qəbul üçün SAT yoxsa YÖS imtahanını verməkdə qərarsız qalırlar. Bunu tövsiyə edə bilərəm ki, SAT bütün dünya universitetləri üçün keçərli olduğu halda, YÖS yalnız Türkiyə universitetlərinə qəbul üçün tələb olunur.
ALES-in açılışı Akademik Lisansüstü Eğitimi Sınavıdır. Adından da məlum olduğu kimi Türkiyə universitetlərinin magistr pilləsinə qəbul olmaq üçün tələb olunan beynəlxalq imtahandır. Türkiyədə magistr təhsili almaq üçün yalnız ALES çıxış yolu deyil, əgər sizin ingilis dili bilikləriniz kifayət dərəcədə yaxşıdırsa GRE və ya GMAT imtahanlarında iştirak edib həm Türkiyədə, həm də xarici ölkə universitetlərində magistr təhsili ala bilərsiniz.
Graduate Management Admission Test olan GMAT Amerika, Kanada, Avstraliya, Avropa və Türkiyənin top universitetlərinində magistr , MBA, PhD, menecment, iqtisadiyyat və biznes yönümlü ixtisaslar üzrə təhsil ala bilərsiniz. İmtahanda sizin riyazi ve məntiqi düşünmə qabiliyyətiniz və analitik yazı bacarıqlarınız yoxlanılır.
Acılışı Graduate Record Examination olan bu beynəlxalq imtahan dünyanın bir çox yüksək prestijli universitetlərində magistr, MBA və doktorantura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur. Bu imtahanda GMAT ilə oxşarlığı olub sizin məntiqi ve riyazi biliklərinizi və analitik yazı bacarıqlarınızı ölçür. GMAT-la fərqi imtahan strukturlarının fərqli olmasındadır.
Son olaraq bunları qeyd etmək istəyirəm ki, siz ilk növbədə hansı universitetdə təhsil almaq istədiyinizi qərarlaşdırmalısınız. Və bundan sonra həmin universitetin rəsmi saytına daxil olub hansı imtahan nəticələrinin tələb olunduğunu öyrənməlisiniz. Həmin məlumatlara əsasən tələb olunan sənəd və imtahan nəticələrini universitetə təqdim edə bilərsiniz.