Avropada iqtisadiyyat təhsili - Marmara Group

Avropada iqtisadiyyat təhsili

İqtisadiyyat rəqəmlərdən və nəzəri anlayışlardan ibarət sahə deyil. Ölkələrin inkişafı, biznes qərarları, maliyyə bazarları, beynəlxalq ticarət və gündəlik həyatda qəbul edilən bir çox qərarın arxasında iqtisadi proseslər dayanır. Buna görə də bu sahədə təhsil almaq istəyən tələbələr üçün universitetin yalnız diplom verməsi deyil, iqtisadi hadisələri təhlil etməyə və real problemlərə yanaşmağa imkan yaratması da önəmlidir.

Avropada iqtisadiyyat üzrə təhsil proqramları məhz bu baxımdan fərqlənir. Universitetlərdə klassik iqtisadiyyatla yanaşı, beynəlxalq iqtisadiyyat, maliyyə, ekonometrika, biznes və digər əlaqəli istiqamətlər üzrə seçim etmək mümkündür. Təhsil almaq üçün ölkə və universitet seçərkən isə proqramın məzmunu, tədris dili, qəbul qaydaları, illik xərclər və məzun olduqdan sonra iş imkanlarını birlikdə nəzərdən keçirmək lazımdır.

Niyə Avropada iqtisadiyyat təhsili almalısınız?

Avropada iqtisadiyyat təhsili almaq istəyən tələbələr üçün universitet seçimi ilə yanaşı, təhsil mühitinin xüsusiyyətləri də önəmlidir. İqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmaq, beynəlxalq təcrübə qazanmaq və fərqli iqtisadi sistemləri öyrənmək bu təhsilin əsas üstünlüklərindəndir. Avropa universitetlərində təhsil alan tələbələr həm akademik, həm də praktiki baxımdan özlərini inkişaf etdirə bilirlər.

  1. Beynəlxalq təhsil mühiti: Müxtəlif ölkələrdən olan tələbələrlə birlikdə təhsil almaq beynəlxalq iqtisadi prosesləri daha geniş perspektivdən öyrənməyə və fərqli yanaşmalarla tanış olmağa imkan verir.
  2. Geniş ixtisas seçimi: Mikroiqtisadiyyat, makroiqtisadiyyat, maliyyə, beynəlxalq iqtisadiyyat, ekonometrika və biznes iqtisadiyyatı kimi müxtəlif istiqamətlər üzrə ixtisaslaşmaq mümkündür.
  3. Praktiki təcrübə imkanları: Bir çox proqramda layihələr, iqtisadi analizlər, tədqiqatlar və şirkətlərdə təcrübə kimi praktiki fəaliyyətlərə yer verilir.
  4. Karyera imkanları: İqtisadiyyat məzunları bank, maliyyə, audit, konsaltinq, dövlət qurumları və beynəlxalq təşkilatlar daxil olmaqla müxtəlif sahələrdə işləyə bilərlər.
  5. Beynəlxalq karyeraya hazırlıq: Avropada əldə edilən təhsil və beynəlxalq təcrübə məzunların müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərdə karyera qurmasına zəmin yaradır.

Avropada iqtisadiyyat təhsili ala biləcəyiniz universitetlər

Avropada iqtisadiyyat üzrə təhsil almaq üçün universitet seçərkən proqramın məzmunu, tədris dili və ixtisaslaşma istiqamətinə diqqət yetirmək vacibdir. Qitənin müxtəlif ölkələrində iqtisadiyyat və əlaqəli sahələr üzrə tanınmış universitetlər fəaliyyət göstərir. 

Avropada iqtisadiyyat təhsili ala biləcəyiniz 10 universitet aşağdakılardır:

  1. London School of Economics and Political Science (LSE)– London, Böyük Britaniya 

  2. University of Cambridge– Kembric, Böyük Britaniya 

  3. University of Oxford– Oksford, Böyük Britaniya 

  4. Erasmus University Rotterdam– Rotterdam, Niderland 

  5. University of Amsterdam– Amsterdam, Niderland 

  6. Bocconi University– Milan, İtaliya 

  7. University of Mannheim– Mannheim, Almaniya 

  8. Ludwig Maximilian University of Munich (LMU Munich)– Münhen, Almaniya 

  9. University of Zurich– Sürix, İsveçrə 

  10. KU Leuven– Leuven, Belçika

Avropada iqtisadiyyat təhsili üçün ortalama təhsil haqları

Avropada iqtisadiyyat üzrə təhsil haqqı ölkəyə, universitetin dövlət və ya özəl olmasına görə dəyişir. 

  1. Almaniya: Dövlət universitetlərinin əksəriyyətində təhsil haqqı tutulmur, lakin semestr ödənişi tələb olunur. 

  2. İtaliya: İqtisadiyyat üzrə təhsil haqqı universitetdən asılı olaraq təxminən 500-4 000 avro arasında dəyişir.

  3. Fransa: Beynəlxalq tələbələr üçün dövlət universitetlərində bakalavr təhsili təxminən 2 900 avrodan başlayır. 

  4. Niderland: Beynəlxalq tələbələr üçün bakalavr proqramlarında illik ödənişlər əsasən 9 000-20 000 avro arasındadır. 

  5. Polşa: İqtisadiyyat üzrə proqramlarda illik təhsil haqqı universitetdən asılı olaraq təxminən 2 000–8 000 avro olur. 

  6. Litva: Bakalavr proqramları üçün illik təhsil haqqı əsasən 3 500-5 000 avro civarındadır. 

  7. Latviya: İqtisadiyyat və əlaqəli proqramlarda illik ödənişlər təxminən 1 200-9 900 avro arasında dəyişir. 

  8. Böyük Britaniya: İqtisadiyyat üzrə bakalavr proqramlarında illik təhsil haqqı təxminən 11 000–35 000 avro arasında olur. 

Avropada iqtisadiyyat təhsili verən ən yaxşı dövlət universitetləri

Avropanın dövlət universitetləri arasında iqtisadiyyat üzrə həm akademik, həm də tədqiqat baxımından seçilən ali məktəblər çoxdur. Bu universitetlərdə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə bakalavr, magistr və doktorantura proqramlarına rast gəlmək mümkündür. 

Avropada iqtisadiyyat təhsili verən ən yaxşı 10 dövlət universiteti aşağdakılardır:

  1. University of Oxford– Oksford, Böyük Britaniya 

  2. University of Cambridge– Kembric, Böyük Britaniya 

  3. London School of Economics and Political Science (LSE)– London, Böyük Britaniya 

  4. University College London (UCL)– London, Böyük Britaniya 

  5. University of Amsterdam– Amsterdam, Niderland 

  6. Ludwig Maximilian University of Munich (LMU Munich)– Münhen, Almaniya 

  7. University of Mannheim– Mannheim, Almaniya 

  8. University of Bonn– Bonn, Almaniya 

  9. KU Leuven– Leuven, Belçika 

  10. Stockholm University– Stokholm, İsveç

Avropada iqtisadiyyat təhsili üçün ən yaxşı özəl universitetlər

Avropada özəl universitetlər arasında iqtisadiyyat, maliyyə və biznes istiqamətləri üzrə ixtisaslaşan bir sıra nüfuzlu ali məktəblər var. Bu universitetlər xüsusilə beynəlxalq təhsil mühiti, praktiki yanaşma və biznes dünyası ilə əlaqələri ilə seçilir. İqtisadiyyat üzrə seçim edərkən aşağıdakı özəl universitetlərə nəzər yetirmək olar. 

Avropada iqtisadiyyat təhsili verən ən yaxşı 10 özəl universiteti aşağdakılardır:

  1. Bocconi University– Milan, İtaliya 

  2. IE University– Madrid, İspaniya 

  3. Universitat Ramon Llull – ESADE– Barselona, İspaniya 

  4. Stockholm School of Economics– Stokholm, İsveç 

  5. NOVA School of Business and Economics– Lissabon, Portuqaliya 

  6. HEC Paris– Paris, Fransa 

  7. ESSEC Business School– Paris, Fransa 

  8. EDHEC Business School– Lill, Fransa 

  9. Católica Lisbon School of Business & Economics– Lissabon, Portuqaliya 

  10. BI Norwegian Business School– Oslo, Norveç 

Avropada iqtisadiyyat üzrə bakalavr təhsili

Avropada iqtisadiyyat üzrə bakalavr proqramları əsasən iqtisadi nəzəriyyə, riyaziyyat, statistika və məlumatların təhlili üzərində qurulur. Təhsil müddətində tələbələr həm iqtisadi prosesləri anlamağı, həm də real iqtisadi göstəricilər əsasında nəticə çıxarmağı öyrənirlər. Universitetdən asılı olaraq proqramın sonunda maliyyə, beynəlxalq iqtisadiyyat, biznes və ya ekonometrika kimi istiqamətlərdən birinə yönəlmək mümkündür.

  1. İqtisadiyyat

  2. Maliyyə və iqtisadiyyat

  3. Beynəlxalq iqtisadiyyat

  4. Biznes iqtisadiyyatı

  5. İqtisadiyyat və ekonometriya

  6. İqtisadiyyat və maliyyə

  7. Tətbiqi iqtisadiyyat

  8. İqtisadiyyat və idarəetmə

  9. Siyasi iqtisadiyyat

  10. İqtisadiyyat və statistika

Avropada iqtisadiyyat üzrə magistratura təhsili

Avropada iqtisadiyyat üzrə magistratura proqramları bakalavr mərhələsində əldə edilən bilikləri daha dərin və ixtisaslaşmış səviyyəyə daşıyır. Tələbələr iqtisadi modellərin qurulması, məlumatların təhlili, iqtisadi siyasət və araşdırma metodları ilə daha ətraflı tanış olurlar. Universitetdən asılı olaraq proqramı maliyyə, beynəlxalq iqtisadiyyat, ekonometrika və tətbiqi iqtisadiyyat kimi istiqamətlər üzrə davam etdirmək mümkündür.

  1. İqtisadiyyat

  2. Tətbiqi iqtisadiyyat

  3. Beynəlxalq iqtisadiyyat

  4. Maliyyə iqtisadiyyatı

  5. Ekonometrika

  6. Biznes iqtisadiyyatı

  7. İqtisadi siyasət

  8. İnkişaf iqtisadiyyatı

  9. Əmək iqtisadiyyatı

  10. Davranış iqtisadiyyatı

Müştərilərimizin Rəyləri

Avropada iqtisadiyyat üzrə doktorantura təhsili

Avropada iqtisadiyyat üzrə doktorantura təhsili elmi araşdırma aparmaq və iqtisadiyyatın konkret istiqaməti üzrə yeni biliklər ortaya qoymaq istəyənlər üçün nəzərdə tutulur. Doktorantura mərhələsində tələbələr müstəqil tədqiqat aparır, iqtisadi modellər və statistik metodlardan istifadə edir, seçdikləri mövzu üzrə dissertasiya hazırlayırlar. Proqramın müddəti və qəbul tələbləri universitetə və ixtisaslaşma istiqamətinə görə dəyişir.

  1. İqtisadi nəzəriyyə
  2. Tətbiqi iqtisadiyyat
  3. Beynəlxalq iqtisadiyyat
  4. Maliyyə iqtisadiyyatı
  5. Ekonometrika
  6. İnkişaf iqtisadiyyatı
  7. Əmək iqtisadiyyatı
  8. Sənaye iqtisadiyyatı
  9. Davranış iqtisadiyyatı
  10. İqtisadi siyasət

Avropada iqtisadiyyat təhsili üçün tələb olunan sənədlər

Avropada iqtisadiyyat proqramlarına müraciət zamanı sənədlər seçilən universitetə və təhsil pilləsinə görə fərqlənə bilər. Bakalavr üçün əsasən orta təhsil sənədləri, magistratura və doktorantura üçün isə əvvəlki təhsil pilləsinə aid diplom və transkript tələb olunur. Bəzi universitetlər əlavə olaraq dil sertifikatı, motivasiya məktubu və tövsiyə məktubu da istəyir.

  1. Attestat və ya diplom: Bakalavr üçün orta təhsil haqqında attestat, magistratura və doktorantura üçün isə əvvəlki təhsil pilləsini təsdiqləyən diplom təqdim edilir.
  2. Transkript: Tələbənin əvvəlki təhsil müddətində aldığı qiymətləri və keçdiyi fənləri göstərən rəsmi sənəddir.
  3. Xarici pasport: Qəbul müraciəti zamanı etibarlı pasportun surəti tələb olunur.
  4. Dil sertifikatı: Proqramın tədris dilindən asılı olaraq IELTS, TOEFL və ya universitet tərəfindən qəbul edilən digər dil sertifikatı istənilir.
  5. Motivasiya məktubu: Tələbənin iqtisadiyyat ixtisasını niyə seçdiyini və həmin universitetdə təhsil almaq məqsədini izah edən məktubdur.
  6. CV: Təhsil, iş təcrübəsi, könüllü fəaliyyətlər və digər akademik nailiyyətlər haqqında məlumatları əks etdirir.
  7. Tövsiyə məktubu: Xüsusilə magistratura və doktorantura müraciətlərində müəllim və ya akademik rəhbər tərəfindən yazılmış tövsiyə məktubu tələb olunur.
  8. Ərizə forması: Universitetin qəbul sistemi üzərindən doldurulan müraciət formasıdır.
  9. Fotoşəkil: Bəzi universitetlər müraciət və qeydiyyat mərhələsində tələbədən fotoşəkil təqdim etməyi istəyir.
  10. Maliyyə sənədləri: Təhsil və yaşayış xərclərini qarşılamaq imkanını göstərən bank çıxarışı və ya digər maliyyə sənədləri viza mərhələsində tələb olunur.

Avropada SAT ilə iqtisadiyyat təhsili

Avropada bəzi universitetlər iqtisadiyyat üzrə bakalavr proqramlarına qəbul zamanı SAT nəticələrini nəzərə alır. SAT xüsusilə riyazi biliklərin vacib olduğu iqtisadiyyat və maliyyə proqramlarına müraciət edən tələbələr üçün üstünlük yarada bilər. Bununla belə, SAT tələbi bütün universitetlər üçün eyni deyil və bəzi ali məktəblər imtahanı məcburi, bəziləri isə əlavə qəbul göstəricisi kimi qəbul edir.

  1. Bocconi University: İqtisadiyyat üzrə bakalavr proqramlarına müraciət zamanı SAT nəticəsi qəbul edilən seçimlərdən biridir.
  2. University of Amsterdam: Bəzi bakalavr proqramlarında SAT nəticələri qəbul tələblərinin bir hissəsi kimi nəzərə alınır.
  3. Erasmus University Rotterdam: İqtisadiyyat və əlaqəli proqramlarda beynəlxalq tələbələr üçün qəbul şərtləri proqramdan asılı olaraq dəyişir.
  4. LUISS Guido Carli: İqtisadiyyat və biznes yönümlü bakalavr proqramlarına qəbul zamanı SAT nəticəsindən istifadə etmək mümkündür.
  5. IE University: İqtisadiyyat və biznes proqramlarına müraciət edən tələbələr üçün SAT qəbul prosesində istifadə edilə bilən standart testlərdən biridir.

Avropada attestatla iqtisadiyyat təhsili

Avropada bəzi universitetlərdə iqtisadiyyat üzrə bakalavr proqramlarına attestat əsasında müraciət etmək mümkündür. Qəbul qaydaları ölkəyə və universitetə görə dəyişdiyi üçün yalnız attestatın olması hər universitetdə birbaşa qəbul üçün kifayət etməyə bilər. Xüsusilə attestatın tanınması, qiymət ortalaması, dil biliyi və əlavə qəbul tələbləri əvvəlcədən yoxlanılmalıdır.

  1. Attestat: Orta təhsili başa vurduğunu təsdiqləyən attestat bakalavr müraciətinin əsas sənədlərindən biridir.
  2. Attestatın tanınması: Azərbaycan attestatının seçilən ölkədə və universitetdə ali təhsilə qəbul üçün uyğunluğu yoxlanılır.
  3. Qiymət ortalaması: Bəzi universitetlər iqtisadiyyat proqramına qəbul zamanı attestatdakı ümumi qiymət göstəricisinə və xüsusilə riyaziyyat fənnindən nəticələrə diqqət yetirirlər.
  4. Dil biliyi: İngilis, alman, italyan və ya digər dildə tədris olunan proqramlardan asılı olaraq müvafiq dil biliyini təsdiq edən sənəd tələb olunur.
  5. Əlavə qəbul şərtləri: Universitetdən asılı olaraq müsahibə, qəbul imtahanı, motivasiya məktubu və ya digər sənədlər istənilir.

Avropada iqtisadiyyat üçün tələb olunan bacarıqlar

İqtisadiyyat təhsili yalnız nəzəri biliklərlə məhdudlaşmır. Bu sahədə uğurlu olmaq üçün rəqəmlərlə işləmək, məlumatları düzgün təhlil etmək və iqtisadi hadisələr arasında əlaqə qurmaq bacarığı vacibdir. Xüsusilə universitet təhsilində analitik düşüncə və araşdırma bacarıqları tələbənin akademik nəticələrinə və gələcək karyerasına ciddi təsir göstərir.

  1. Analitik düşüncə: İqtisadi göstəriciləri müqayisə etmək və müxtəlif amillərin nəticələrə təsirini müəyyənləşdirmək bacarığı.
  2. Riyazi bacarıqlar: İqtisadi hesablamaları aparmaq, statistik göstəriciləri anlamaq və riyazi modellərlə işləmək qabiliyyəti.
  3. Statistik məlumatların təhlili: Cədvəl, qrafik və müxtəlif məlumat bazalarını araşdıraraq düzgün nəticələr çıxarmaq bacarığı.
  4. Tənqidi düşüncə: İqtisadi məlumatları müxtəlif mənbələrdən qiymətləndirmək və əsaslandırılmış nəticəyə gəlmək bacarığı.
  5. Tədqiqat bacarığı: İqtisadi mövzular üzrə araşdırma aparmaq, etibarlı mənbələrdən istifadə etmək və əldə olunan məlumatları sistemləşdirmək.
  6. İqtisadi modelləşdirmə: İqtisadi prosesləri modellər vasitəsilə izah etmək və mümkün nəticələri qiymətləndirmək bacarığı.
  7. Kompüter və proqram təminatından istifadə: Excel, statistik proqramlar və iqtisadi analiz üçün istifadə olunan digər rəqəmsal alətlərlə işləmək bacarığı.
  8. Ünsiyyət bacarığı: İqtisadi məlumatları mürəkkəb terminlərə yol vermədən aydın şəkildə izah etmək və təqdim etmək qabiliyyəti.
  9. Xarici dil biliyi: Xüsusilə ingilis dilini bilmək beynəlxalq mənbələrdən istifadə və Avropada təhsil və karyera imkanlarından yararlanmaq baxımından əhəmiyyətlidir.
  10. Problem həll etmə bacarığı: İqtisadi problemləri müəyyənləşdirmək, səbəblərini araşdırmaq və əsaslandırılmış həll yolları hazırlamaq qabiliyyəti.

Avropada iqtisadiyyat üzrə hansı praktika imkanları var?

İqtisadiyyat təhsili alan tələbələr nəzəri biliklərini real iş mühitində sınamaq üçün müxtəlif qurumlarda təcrübə keçə bilərlər. Praktika yeri seçilərkən tələbənin maraq dairəsi və gələcəkdə çalışmaq istədiyi sahə əsas götürülə bilər. Xüsusilə banklar, maliyyə qurumları, konsaltinq şirkətləri və dövlət təşkilatları iqtisadiyyat tələbələri üçün uyğun təcrübə istiqamətləridir.

  1. Bank və maliyyə qurumları: Banklarda maliyyə analizi, kredit, risklərin idarə edilməsi və iqtisadi araşdırmalar üzrə praktika keçmək mümkündür.
  2. Audit və konsaltinq şirkətləri: Tələbələr maliyyə hesabatlarının hazırlanması, biznes analizi, audit və şirkətlərin maliyyə göstəricilərinin qiymətləndirilməsi sahələrində təcrübə qazana bilərlər.
  3. Dövlət qurumları: İqtisadiyyat, maliyyə, statistika və dövlət siyasəti ilə məşğul olan qurumlarda iqtisadi araşdırmalar və məlumatların təhlili üzrə praktika imkanları mövcuddur.
  4. Beynəlxalq təşkilatlar: Avropa İttifaqı qurumları və beynəlxalq təşkilatlarda iqtisadi siyasət, inkişaf layihələri və sosial-iqtisadi araşdırmalarla bağlı təcrübə proqramları olur.
  5. Araşdırma mərkəzləri: İqtisadi tədqiqat institutlarında məlumat toplamaq, statistik təhlillər aparmaq və akademik araşdırmalara dəstək vermək mümkündür.
  6. Böyük şirkətlərin iqtisadi və maliyyə şöbələri: Tələbələr şirkətlərin büdcələşdirmə, maliyyə planlaşdırması, bazar araşdırması və biznes analitikası proseslərində iştirak edə bilərlər.
  7. Startaplar və texnologiya şirkətləri: Biznes modeli, bazar analizi, maliyyə planlaşdırması və məhsul strategiyası kimi istiqamətlərdə praktiki təcrübə qazanmaq mümkündür.

Avropada iqtisadiyyat sahəsində ən yaxşı araşdırma institutları

Avropada iqtisadiyyat üzrə araşdırmalar aparan institutlar əmək bazarı, iqtisadi siyasət, maliyyə, makroiqtisadiyyat və beynəlxalq iqtisadi əlaqələr kimi müxtəlif istiqamətlərə fokuslanır.

Avropada iqtisadiyyat sahəsində ən yaxşı 10 araşdırma institute aşağdakılardır:

  1. Centre for Economic Policy Research (CEPR)– London, Böyük Britaniya
  2. Paris School of Economics (PSE)– Paris, Fransa
  3. European Central Bank (ECB)– Frankfurt, Almaniya
  4. Toulouse School of Economics (TSE)– Tuluza, Fransa
  5. Luxembourg Institute of Socio-Economic Research (LISER)– Esch-sur-Alzette, Lüksemburq
  6. ifo Institute for Economic Research– Münhen, Almaniya
  7. DIW Berlin– Berlin, Almaniya
  8. Barcelona School of Economics (BSE)– Barselona, İspaniya
  9. Tinbergen Institute– Amsterdam, Niderland
  10. Institute for Fiscal Studies (IFS)– London, Böyük Britaniya

Avropada iqtisadiyyat proqramları üzrə təqaüd imkan

Avropada iqtisadiyyat üzrə təhsil alan tələbələr üçün universitetlərin öz təqaüdləri ilə yanaşı, beynəlxalq və Avropa səviyyəli maliyyə dəstəyi proqramları da mövcuddur. Təqaüdlərdən bəziləri yalnız təhsil haqqını, digərləri isə yaşayış, səyahət və viza xərclərini də əhatə edir. Xüsusilə magistratura səviyyəsində Erasmus Mundus kimi proqramlar iqtisadiyyat üzrə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün diqqətəlayiq seçimlərdir.

  1. Erasmus Mundus təqaüdü: İqtisadiyyat üzrə birgə magistr proqramlarında tam maliyyələşmə imkanları yarada bilər. Təqaüd təhsil xərcləri ilə yanaşı, səyahət, viza və yaşayış üçün də maliyyə dəstəyi nəzərdə tutur.
  2. Universitet təqaüdləri: Avropanın bir çox universiteti yüksək akademik göstəricilərə malik tələbələr üçün təhsil haqqı güzəştləri və müxtəlif maliyyə dəstəyi proqramları ayırır.
  3. Erasmus School of Economics təqaüdləri: Erasmus Universitetinin İqtisadiyyat Məktəbində beynəlxalq tələbələr üçün həm bakalavr, həm də magistr səviyyəsində müxtəlif təqaüd və təhsil haqqı güzəştləri mövcuddur.
  4. İqtisadiyyat üzrə xüsusi Erasmus Mundus proqramları: EGEI və EPOG kimi iqtisadiyyat yönümlü Erasmus Mundus proqramlarında rəqabətli təqaüd imkanları mövcuddur.
  5. Dövlət və beynəlxalq təqaüdlər: Avropa ölkələrinin dövlət qurumları, fondlar və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də xarici tələbələr üçün təhsil və yaşayış xərclərinə yönəlmiş maliyyə dəstəyi proqramları təklif olunur.

Avropada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada bakalavr təhsili haqqında tez-tez verilən suallar

Avropada bakalavr təhsili neçə il davam edir?

Bakalavr təhsilinin müddəti ölkə və proqramdan asılı olaraq adətən 3–4 il arasında dəyişir.

Avropada bakalavr təhsili üçün IELTS mütləqdirmi?

Xeyr. IELTS bütün universitetlər üçün mütləq tələb deyil. Tələb olunan dil sertifikatı universitetə, proqrama və tədris dilinə görə dəyişə bilər.

Azərbaycandan Avropada bakalavr təhsili almaq mümkündürmü?

Bəli. Azərbaycan vətəndaşları Avropanın müxtəlif ölkələrindəki universitetlərin qəbul şərtlərinə uyğun gəldikləri halda bakalavr proqramlarına müraciət edə bilərlər.

Avropada ən münasib qiymətə bakalavr harada oxumaq olar?

Təhsil haqqı və yaşayış xərcləri ölkədən ölkəyə dəyişir. Polşa, Macarıstan, Litva, Latviya, Rumıniya və digər ölkələrdə müxtəlif büdcələrə uyğun proqramlar tapmaq mümkündür.

Avropada bakalavr təhsili üçün təqaüd almaq mümkündürmü?

Bəli. Müxtəlif dövlət, universitet və fond tərəfindən təqaüd proqramları təqdim olunur. Lakin uyğunluq şərtləri hər proqram üzrə ayrıca müəyyən edilir.

Xaricdə bakalavr oxuyarkən işləmək mümkündürmü?

Bu, təhsil aldığınız ölkənin qanunvericiliyindən və tələbə statusunuzdan asılıdır. Bir sıra ölkələr beynəlxalq tələbələrə müəyyən şərtlər daxilində işləmək imkanı verir.

Avropada bakalavr təhsilindən sonra magistratura oxumaq mümkündürmü?

Bəli. Bakalavr proqramını uğurla başa vuran tələbələr qəbul şərtlərinə uyğun olduqları halda Avropada və digər ölkələrdə magistratura proqramlarına müraciət edə bilərlər.

Avropada bakalavr təhsili keyfiyyətli akademik mühitdə oxumaq, beynəlxalq təcrübə qazanmaq və gələcək karyera üçün yeni imkanlar yaratmaq istəyən tələbələr üçün müxtəlif seçimlər təqdim edir. Bununla belə, düzgün universitet və ölkə seçimi üçün yalnız təhsil haqqına və universitetin adına baxmaq kifayət deyil.

Tədris dili, qəbul şərtləri, ixtisasın perspektivləri, yaşayış xərcləri, təqaüd imkanları, yataqxana, tələbə həyatı və məzun olduqdan sonra yaranan karyera imkanları birlikdə qiymətləndirilməlidir.

Xaricdə təhsil planınızı daha düzgün qurmaq üçün əvvəlcə akademik göstəricilərinizə, büdcənizə və gələcək məqsədlərinizə uyğun ölkə və ixtisasları müəyyənləşdirmək, daha sonra konkret universitetlərin qəbul şərtlərini araşdırmaq məqsədəuyğundur.

Avropada Təhsillə Əlaqəli Xəbərlər

icef