Marmara Group > Bloq > Avropada Təhsil > Türkiyədə tibb təhsili

Türkiyə tibb təhsili ilə dünya miqyasında tanınan və nüfuzlu universitetlərə malik ölkədir. Müasir tibbi avadanlıq və geniş klinik təcrübə imkanları ilə tələbələrə yüksək təhsil standartları təklif edən Türkiyədə tibb ixtisasına hər il xeyli sayda tələbə qəbul alır. Azərbaycanlı tələbələr Türkiyənin akademik mühitində güclü müəllim heyəti və hərtərəfli təlim proqramları sayəsində tibb sahəsində özlərini təkmilləşdirmək imkanı əldə edirlər. Bir çox nüfuzlu universitetlərdə tibbin müxtəlif sahələri üzrə təhsil imkanı olan Türkiyədə təhsilin bütün pillələri üzrə tibb təhsili almaq mümkündür.

Niyə Türkiyədə tibb təhsili almalısınız?

Türkiyədə tibb təhsili almaq üçün bir çox səbəblər var, o cümlədən:

Yüksək keyfiyyətli təhsil: Türkiyə tibbi təhsildə Avropa və Amerika standartlarında keyfiyyət təklif edir. Universitetlər ən müasir texnologiyalarla təchiz edilmiş müasir şəraitə və təcrübəli alimlərə malikdir. Bundan əlavə, praktik tətbiqlər və klinik tədqiqatlar təhsil prosesinin əsas hissəsidir.

Sərfəli qiymət: Türkiyədə həm təhsil haqları, həm də yaşayış xərcləri daha münasibdir ki, bu da tələbələrə sərfəli qiymətə ən yaxşı təhsili almaq imkanı verir.

Klinik təcrübə: Əhalisi və geniş səhiyyə şəbəkəsi ilə Türkiyə tələbələrə müxtəlif klinik şəraitdə təcrübə qazanmaq imkanı yaradır. Bunun nəticəsində tələbələr səhiyyə mühitinə qısa müddətdə uyğunlaşır ki, bu onlara iş həyatlarında bir çox üstünlüklər verəcək .

Bu üstünlüklərdən sadəcə bir neçəsidir. Türkiyə həm dil, həm də mədəni yaxınlığına görə də azərbaycanlı tələbələrə rahat olacaq ölkələrdən biridir.

Türkiyədə tibb təhsili üçün ən yaxşı universitetlər

Dünyanın ən yaxşı tibb universitetlərinə sahib olan Türkiyədə tibb təhsili üçün ən yaxşı TOP universitetlər və onların dünya üzrə ən üstün cəhətlərilə gəlin tanış olaq:

Hacettepe Universiteti: Hacettepe Universiteti xüsusilə onkologiya və nevrologiya sahələrində dünya miqyasında tanınır. Xərçəng tədqiqatı və müalicəsində qabaqcıl olan bu universitet qabaqcıl tədqiqat laboratoriyaları və geniş klinik təcrübələr təklif edir. Hacettepe Universiteti həmçinin pediatriya elmləri üzrə mühüm tədqiqatlar aparır.

İstanbul Universiteti: İstanbul Universiteti kardiologiya və genetik tibb sahələrində xüsusilə üstündür. Universitet daxilində İstanbul Tibb Fakültəsi ürək xəstəlikləri və irsi xəstəliklərin müalicəsində qabaqcıl texnologiyalar və innovativ müalicə üsulları təklif edir.

Ankara Universiteti: Ankara Universiteti yoluxucu xəstəliklər və immunologiyaya diqqət yetirir. Ankara Universiteti Tibb Fakültəsi bu sahədə araşdırmaları ilə beynəlxalq səviyyədə tanınır və peyvəndin inkişafı və epidemiologiyası ilə bağlı kritik tədqiqatlar aparır.

İstanbul Universiteti Cerrahpaşa: Cerrahpaşa Tibb Fakültəsi xüsusilə cərrahiyyə və transplantasiya tibbdə ən nüfuzlu universitetlərdəndir. Türkiyədə bir çox ilklərə imza atan bu fakültə orqan transplantasiyası və qabaqcıl cərrahi üsullarla bağlı zəngin bilik və təcrübə verir.

Qazi Universiteti: Qazi Universiteti ortopediya və travmatologiya üzrə ixtisaslaşmışdır. Universitet, qalıcı idman zədələri və sümük xəstəlikləri ilə bağlı araşdırmaları ilə bütün dünyada tanınır.

Ege Universiteti: Ege Universiteti dermatologiya və endokrinologiya sahələrində güclü nüfuza malikdir. Hormonal pozğunluqlar və dəri xəstəlikləri ilə bağlı araşdırmalar ilə beynəlxalq nüfuza malikdir.

Marmara Universiteti: Marmara Universiteti xüsusilə stomatologiya və estetik cərrahiyyə sahələrində əhəmiyyətli bir mərkəzdir. Plastik cərrahiyyəyə müasir texnikalar və innovativ yanaşmalar təklif edən ən yaxşı universitetlərdəndir.

Dokuz Eylül Universiteti: Bu universitet geriatriya və yaşlı sağlamlığı ilə illərdir geniş tədqiqatlar aparır. Xüsusilə yaşlanma prosesinə və bu prosesdə yaranan sağlamlıq problemlərinə yönəlmiş təhsil və tədqiqat proqramı var.

Erciyes Universiteti: Erciyes Universiteti biotexnologiya və gen terapiyası sahələrində innovativ tədqiqatlar aparır. Universitet, gen mühəndisliyi və molekulyar biologiya sahəsində qabaqcıl tədqiqatlar və tətbiqlər həyata keçirir.

(Mənbə: https://www.aydinlik.com.tr/haber/iste-turkiyenin-en-iyi-10-tip-fakultesi-435910 )

Türkiyənin tibb təhsili üçün ən yaxşı proqramları

UniversitetlərProgramlar
Hacettepe UniversitetiTibb fakültəsi
İstanbul UniversitetiTibb fakültəsi
Ankara universitetiTibb fakültəsi
Ege UniversitetiTibb fakültəsi
Dokuz Eylül UniversitetiTibb fakültəsi

(Mənbə: https://www.turkishproperties.com.tr/turkiyenin-en-iyi-tip-fakulteleri/ )

Türkiyədə ortalama tibb təhsili qiymətləri

Türkiyənin dövlət univetsitetlərində tibb proqramları üçün ortalama illik təhsil haqqı təxminən 3000-8000 ABŞ dolları arasında dəyişir. Bu qiymət proqramın dilindən, sahəsindən aslı olaraq arta da bilər.

Özəl Universitetlərdə isə illik təhsil haqqı nisbətən yüksəkdir, ortalama 3,000 ilə 10,000 ABŞ dolları arasındadır və tədris dili, tibb sahəsi kimi amillərdən aslı olaraq ödəniş getdikcə artır.

(Mənbə: https://www.turkeyuniversity.org/blog/studying-medicine-in-turkey )

Türkiyədə tibb təhsili verən ən yaxşı dövlət universitetləri

Universitetlərİllik təhsil haqları
Hacettepe Universiteti12.000 USD
İstanbul Universiteti80.000 TL
Qazi Universiteti165.624 TL
Ankara universiteti210.000 TL
Ege Universiteti10.000 USD
Atatürk Universiteti95.000 TL
Marmara Universiteti90.000 TL
İstanbul Universiteti-Cerrahpaşa90.000 TL
Dokuz Eylül Universiteti100.000 TL
Erciyes Universiteti120.000 TL

(Mənbə: https://atauni.edu.tr/tr/2020-2021-urap-en-iyi-universiteler-siralamasi-aciklandi )

Türkiyədə tibb təhsili verən ən yaxşı özəl universitetləri

Universitetlərİllik təhsil haqları
Koç Universiteti16.142 USD
İstanbul Aydın Universiteti4.656 USD
Bahçeşehir Universiteti6.400 USD
Bilgi Universiteti3.400 USD
Beykent Universiteti6.050 USD
Yeditepe Universiteti4.656 USD
Üskdür Universiteti4.582 USD

(Mənbə: https://medyascope.tv/2023/07/20/ozel-universite-ucretleri-ne-kadar-oldu/ )

Türkiyədə tibb təhsili üzrə bakalavr

Türkiyədə tibb təhsilinin bakalavr pilləsi adətən 4-6 il davam edir. Tədris prosesi əsas elmlərlə başlayır və sonra praktika ilə davam edir.

Təhsil müddətinin ilk 3 ili əsas tibbi biliklərin tədris olunduğu nəzəri kurslardan ibarətdir. Dördüncü kursdan başlayaraq tələbələr xəstəxanalarda praktiki məşğələlərə başlayırlar və bu proses ümumilikdə altıncı kursa qədər davam edir.

Türkiyədə tibb təhsilinin dili universitetlər arasında dəyişə bilər. Bəzi universitetlərdə tədris dili ingilis, bəzilərində isə türk dilində aparılır.

Türkiyədə bakalavr təhsil pilləsi üçün tibb proqramları olan universitetlər və onların yerləşdiyi şəhərlər bunlardır:

UniversitetlərYerləşdiyi şəhərlərTəhsil haqları
Hacettepe Universiteti Tibb FakültəsiAnkara12.000 USD
İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsiİstanbul90.000 TL
Ankara Universiteti Tibb FakültəsiAnkara210.000 TL
Ege Universiteti Tibb Fakültəsiİzmir10.000 USD
Koç Universiteti Tibb Fakültəsiİstanbul520.000 TL
Yeditepe Universiteti Tibb Fakültəsiİstanbul396.000 TL
Qazi Universiteti Tibb FakültəsiAnkara165.624 TL
Marmara Universiteti Tibb Fakültəsiİstanbul90.000 TL

Türkiyədə tibb təhsili üzrə bakalavra qəbul

  • Dil biliyi

İngilis dilində tədris olunan proqramlar üçün beynəlxalq tələbələrdən IELTS və ya TOEFL kimi dil bilikləri imtahanların nəticəsi tələb olunur. Bəzi universitetlər isə bu imtahanlardan əlavə olaraq öz daxili dil imtahanında iştirak tələb edir.  

  • Akademik göstəricilər

Yabancı Öğrenci Sınavı (YÖS) tibb təhsilinə müraciət üçün mütləq tələbdir.

YÖS Türkiyədəki universitetlər daxilində həyata keçirilən və beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş imtahandır. 2010-cu ildən universitetlər tərəfindən müxtəlif formatlarda həyata keçirilən bu imtahandan əlavə olaraq bəzi universitetlər ABŞ-da geniş şəkildə qəbul edilən SAT və ya ACT kimi test ballarını qəbul edə bilər.

Türkiyədənin dövlət və özəl universitetlərində beynəlxalq tələbələr üçün məhdud plan yerləri var. Dövlət universitetlərində bu yerlə 2 ilə 20 arasında dəyişsə də, özəl universitetlərində daha böyük plan yerləri təklif oluna bilər.

Ona görə də qəbulun çox rəqabətli olduğu universitetlərdə tibb təhsili almaq istəyən beynəlxalq tələbələrin yüksək imtahan ballarına və yaxşı akademik referanslara malik olmalı da qəbul üçün önəmlidir.

(Mənbə: https://abaegitim.com/turkiyede-tip-okumak/ )

Türkiyədə rezidentura

Türkiyədə rezidentura adətən 3 ildən 6 ilə qədər davam edir. Rezidentura proqramlarının müddəti ixtisasdan asılıdır. Məsələn, daxili xəstəliklər və uşaq sağlamlığı kimi bəzi sahələr 4 il, cərrahi sahələr adətən 5 il, bəzi sahələr isə 6 il çəkə bilər.

Rezidentura təhsili zamanı namizədlər müxtəlif klinikalarda rotasiya edirlər. Bu rotasiyalar sayəsində tələbələr müxtəlif tibbi prosedurları öyrənir və təcrübə keçmək imkanı əldə edirlər.

Rezidenturaya qəbul üçün lazım olanlar bunlardır:

Tibb fakültəsinin məzunu: Müraciət edənlər Türkiyədə və ya xaricdə akkreditə olunmuş tibb fakültəsini bitirməlidirlər.

Tip Uzmanlıq Sınavı (TUS): Namizədlərin ÖSYM tərəfindən təşkil edilən Tibbi İxtisas İmtahanında (TUS) müəyyən bir müvəffəqiyyət balı alması mütləqdir.

Namizədlərin əsas nəzəri və klinik biliklərini ölçən imtahan olan TUS ildə iki dəfə keçirilir.

TUS nəticələrini isə namizədlərin seçə biləcəyi ixtisasları və təhsil alacaqları universitetləri müəyyən edir.

Dil biliyi: Təhsil dili türk olduğu üçün türkcə bilməyən əcnəbi namizədlərdən Türk Dili Yetərlilik İmtahanından proqramın tələb etdiyi balı toplamaq lazımdır. Bundan əlavə, ingilis dili proqramları üçün ingilis dili biliyi sertifikatı (TOEFL, IELTS kimi) təqdim edilməlidir.

Sağlamlıq vəziyyəti: Namizədlərin rezidentura təhsili alacaqları müddət ərzində sağlamlıqlarının yaxşı olması gözlənilir. Ona görə də bəzi universitetlər müraciət zamanı sağlamlıqla bağlı arayış tələb edir.

Qeydiyyat və müraciət prosedurları: Rezidenturaya müraciət onlayn formada keçirilir və namizədən bu sənədlə tələb olunur:

  • Bakalavr diplomu
  • Diplomun transkripti
  • TUS nəticəsi sertifikatı
  • Dil biliyi sertifikatı və s.

Universitetlərin və proqramların spesifik tələbləri ərizə qəbulu zamanı dəyişdiyi üçün lazım olan sənədlərin dəqiq siyahısı ilə bağlı universitetlərin rəsmi internet saytlarından məlumat almaq lazımdır.

(Mənbə: https://www.osym.gov.tr/TR,8854/hakkinda.html )

Türkiyədə tibb təhsili üzrə doktorantura

Türkiyədə tibbi təhsilini başa vuran həkimlər karyeralarını daha da inkişaf etdirmək üçün müxtəlif sub-ixtisaslaşma və doktorantura proqramlarında iştirak edə bilərlər. Bu cür proqramlar daha spesifik tibb sahələrində ixtisaslaşmağa imkan verir və 3 ilə 8 il arasında davam edir.

Hər iki növ doktorantura təhsil pilləsinə qəbul şərtləri:

Akademik sənədlər: Magistr dərəcəsi və ya rezidentura proqramı diplomu.

Transkript və akademik qeydlər: Diplomların transkripləri və əvvəlki təhsil müddətlərində olan uğurlarını özündə əks etdirən tərcümeyi-hal.

Tədqiqat və tezis təklifi: Namizədlərin doktorantura təhsili zamanı üzərində işləməyi planlaşdırdıqları tədqiqat mövzusu ilə bağlı ətraflı təklif təqdim etmələri gözlənilir. Bu təklifə tədqiqatın məqsədləri, metodologiyası, gözlənilən nəticələri və elmi töhfəsi daxil edilməlidir.

Referans məktubları: Namizədlər akademik və ya iş həyatlarındakı peşəkarlıqlarını göstərən referans məktubları təqdim etməlidirlər.  Bu məktublar namizədin akademik qabiliyyətləri və tədqiqat potensialı haqqında məlumat verir.

Dil biliyi: Tədris dili ingilis dili olan proqramlar üçün namizədlərdən IELTS və ya TOEFL kimi beynəlxalq səviyyədə tanınmış ingilis dili bilikləri imtahanından müəyyən balı tələb oluna bilər. Türk proqramları üçün türkcə səviyyə imtahanının nəticələri tələb olunur.

Sağlamlıq arayışı: Bəzi hallarda, xüsusən də klinik tədqiqat aparılacaqsa, namizədlərdən tibbi arayış tələb oluna bilər.

Müraciət prosesi və qəbul tələbləri universitetlərdən asılı olaraq dəyişir. Ona görə tələb olunan sənədlərlə bağlı dəqiq məlumat almaq üçün müraciət etmək istədiyiniz universitetin saytından məlumat almağınız lazımdır.

Türkiyədə tibb təhsili sahələri

Türkiyədə tibb təhsili almaq istəyən tələbələrin ən çox müraciət etdiyi sahələr:

Tibb sahələrTədrisinin ən yaxşı olduğu universitetlər
Ümumi tibbHacettepe Universitetiİstanbul Universiteti-Cerrahpaşa
CərrahiKoç UniversitetiQazi Universiteti
KardiologiyaAkdeniz UniversitetiMarmara Universiteti
NevrologiyaHacettepe Universitetiİstanbul Universiteti-Cerrahpaşa
PediatriyaEge UniversitetiÇukurova Universiteti
PsixiatriyaAnkara UniversitetiUludağ Universiteti
Dermatologiyaİstanbul Medipol UniversitetiQazi Universiteti
Göz xəstəlikləriYeditepe UniversitetiAnkara Universiteti
Qulaq Burun Boğaz (ENT)İstanbul Bilim UniversitetiBaşkent Universiteti
Ortopediya və TravmatologiyaQoç UniversitetiHacettepe Universiteti
QastroenterologiyaEge UniversitetiAkdeniz Universiteti
EndokrinologiyaÇukurova Universitetiİstanbul Universiteti-Cerrahpaşa
HematologiyaAnkara UniversitetiQazi Universiteti
OnkologiyaHacettepe UniversitetiBaşkent Universiteti
Ginekologiya və MamalıqEge Universitetiİstanbul Universiteti-Cerrahpaşa

Türkiyənin ən yaxşı tibb təhsili olan bəzi universitetlərində tibbin ən geniş yayılmış sahələri bu fakültələrdə tədris olunur:

UniversitetlərSahələr
Hacettepe UniversitetiStomatologiya FakültəsiƏczaçılıq FakültəsiFiziki Müalicə Və Reabilitasiya FakültəsiTibb Bacısı FakültəsiSağlamlıq Elmləri FakültəsiTibb Fakültəsi
İstanbul UniversitetiTibb FakültəsiƏczaçılıq FakültəsiStomatologiya FakültəsiTibb Bacısı Fakültəsi
İstanbul Universiteti-CerrahpaşaCerrahpaşa Tibb FakültəsiStomatologiya FakültəsiBaytarlıq FakültəsiSağlamlıq Elmləri FakültəsiTibb Bacısı Fakültəsi

(Mənbə: https://abaegitim.com/turkiyede-tip-okumak/ )

Türkiyədə diş həkimliyi üzrə rezidentura təhsili

Türkiyədə diş həkimliyi üzrə rezidentura təhsili, bakalavr stomatologiya təhsili başa çatdıqdan sonra həyata keçirilən proqramdır. Diş həkimliyinin rezidentura pilləsi adətən 3-4 il davam edir və müxtəlif ixtisasları əhatə edir.

Rezidentura təhsili almaq istəyən stomatoloqlar Türk Diş Hekimleri Birliğinin müəyyən etdiyi şərtlərə cavab verməlidirlər. Bu şərtlərə stomatologiya sahəsində iş təcrübəsi, yazılı və şifahi imtahanlar daxildir.

Türkiyədə diş həkimliyi üzrə rezidentura təhsilinə aid olan sahələrdən bəziləri bunlardır:

  • Pedodontiya (Uşaq Stomatologiyası)
  • Periodontiya (Diş əti Xəstəlikləri)
  • Endodontiya (Kanal Müalicəsi)
  • Ortodontiya (Diş və Çənə Aranjımanları)
  • Protodontiya
  • Ağız və üz-çənə Cərrahiyyəsi

Hər bir sahədə stomatoloqlara qabaqcıl bilik və bacarıqlar və xüsusi müalicə üsullarını tətbiq etmək bacarığı verir. Bu sahələr də daxil olmaq bir Türkiyədə stomatologiyanın bütün sahələrində təhsil verən bir çox universitet var. Bu universitetlərə İstanbul Universiteti, Ankara Universiteti, Hacettepe Universiteti, Ege Universiteti və Mərmərə Universiteti kimi köklü universitetlər daxildir.

Rezident kimi qəbul olunmaq üçün namizədlər ilk növbədə Diş Hekimliği Uzmanlık Sınavı’ndan (DUS) keçməlidirlər. Bundan əlavə, bəzi universitetlər beynəlxalq tələbələrdən proqramın keçirildiyi dili bilməyi tələb edir ki, bunun dil bilgisi imtahan nəticələri lazımdır.

(Mənbə: https://gunceloku.com/dis-hekimi-uzmanlik-alanlari-nelerdir#google_vignette )

Türkiyədə cərrahiyyə üzrə rezidentura təhsili

Türkiyədə müxtəlif universitetlərdə və səhiyyə institutlarında cərrahiyyə ixtisası üzrə rezidentura təhsil verilir. Ümumi Cərrahiyyə ixtisası üzrə təhsil adətən 5 il davam edir və əsas tibb elmləri, qabaqcıl statistika, ali riyaziyyat, eləcə də praktiki və nəzəri imtahanlar kimi dərsləri əhatə edir.

Türkiyədə cərrahi ixtisaslarda rezidentura təhsili verən aparıcı universitetlər arasında Hacettepe Universiteti Tibb Fakültəsi, İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Ege Universiteti Tibb Fakültəsi var. Hacettepe Universiteti elmi araşdırmalara və qabaqcıl təhsil metodlarına önəm verməsi ilə tanınır. İstanbul Universiteti müxtəlif cərrahiyyə sahələrində geniş təhsil imkanları təqdim edərkən, Ege Universiteti İzmirdəki müasir imkanları ilə tanınır.

(Mənbə: https://www.turkcer.org.tr/ )

Türkiyədə pediatriya üzrə rezidentura təhsili

Türkiyədə pediatriya üzrə rezidentura təhsili 4 illik proqramdır. Bu təlim prosesi bir çox sahəni əhatə edir, o cümlədən:

  • Ümumi pediatriya
  • Neonatologiya
  • Uşaq kardiologiyası
  • Uşaq onkologiyası

Rezidentura tələbəli müxtəlif sahələr üzrə 4 il müddətində nəzəri biliklərlə yanaşı intensiv klinik təcrübə də alırlar.

Pediatriya üzrə rezidentura təhsili verən universitetlə Hacettepe, İstanbul, Marmara, Ankara və Ege Universitetləri daxildir.

Qəbul tələbləri isə Tıpta Uzmanlık Sınavı (TUS) nəticələrinə əsasən aparılır və yüksək akademik nəticələr də tələb olunur. Eyni zamanda rezidenturaya qəbul zamanı namizədlərin türk dilini mükəmməl bilməsi və bəzi universitetlərin xüsusi tələblərinə cavab verməsi də gözlənilir.

Türkiyədə ginekologiya üzrə rezidentura təhsili

Türkiyədə ginekologiya ixtisası üzrə rezidentura təhsili 4 il davam edir və təlim prosesinə ümumi ginekologiya, mamalıq, ginekoloji onkologiya, reproduktiv endokrinologiya və sonsuzluq sahələr tələbələrə öyrədilir. 4 illik rezidentura müddətində tələbələrə həm klinik praktika, nəzəri kurslar, həm də tədqiqat layihələri üzərində öyrənmək imkanları yaradılır.

Ginekologiyanın rezidentura pilləsi İstanbul Universiteti, Hacettepe Universiteti, Ege Universiteti və Ankara Universiteti kimi bir çox universitet və institutlarda tədris olunur. Həmin universitetlər Türkiyədə ən yaxşı ginekologiya təhsil proqramlarına malikdir və müasir tibbi texnologiyalarla təchiz olunub.

Rezidentura proqramında ginekologiya təhsili almaq üçün namizədlərin Tıpta Uzmanlık Sınavı (TUS) nəticəsi olmalı və universitetləri saytlarında qeyd etdikləri tələblərə cavab verməlidirlər. 

Türkiyədə SAT balı ilə tibbə qəbul

Türkiyədə bəzi tibb proqramlarına qəbul zamanı tələbələrsən SAT balı tələb olunur. Minimal SAT balı tələbi isə tibb fakültəsi və universitetlərdən asılı olaraq dəyişir. Məsələn, Koç Universitetində tibb  fakültələrinə qəbul olmaq üçün minimum SAT balı 1210 tələb olunur. Acıbadem Universiteti isə tibb proqramına qəbul üçün minimum SAT balı 1400, riyaziyyatdan ən azı 700) tələb edir. Ankara Universitetində tibb fakültəsinə qəbul üçün minimum SAT balı 1100, riyaziyyatdan minimum 650 bal tələb olunur.

Bu ballar Türkiyədəki tibb fakültələrinə beynəlxalq tələbə qəbulu üçün ümumi olsa da, universitetlər və fakültələr arasında dəyişir. Ona görə daha dəqiq SAT balı tələbilə bağlı məlumatı müraciət etmək istədiyiniz universitetin saytından almaq lazımdır.

(Mənbə: https://www.gotouniversity.com/university/koc-university-turkey/sat )

Türkiyədə YÖS ilə tibbə qəbul

YÖS imtahanı beynəlxalq tələbələrin Türkiyədə tibb universitetlərinə qəbulu üçün təşkil edilən imtahandır və hər universitet öz YÖS imtahanını təşkil edə bilər. YÖS imtahan nəticələri tələbənin müraciət etdiyi universitet tərəfindən müəyyən edilən bal aralığına görə qiymətləndirilir və tibb fakültələri kimi rəqabətli proqramlar üçün yüksək bal tələb olunur.

Belə ki, bəzi türk universitetləri tibb proqramları üçün ortalama YÖS balı ən azı 80 və ya daha yüksək olmasını tələb etdiyi halda, bəzi universitetlər daha aşağı balla tələbə qəbul edə bilər. Bununla belə, tibb fakültələri üçün tələb olunan YÖS balı kifayət qədər yüksəkdir və tələbələrin qəbul almaları üçün yüksək akademik göstəriciləri ilə bərabər yüksək YÖS balı da tələb olunur.

YÖS imtahanının minimal bal tələbi univetsitet, tədris pilləsi və müraciət olunan tibb sahəsindən aslı olaraq dəyişdiyi üçün dəqiq məlumatı müraciət etmək istəyiniz universitetin veb-saytından ala bilərsiniz.

Qeyd edək ki, YÖS imtahanına qeydiyyat prosesi adətən imtahan tarixindən bir neçə ay əvvəl başlayır və imtahan adətən yaz semestrində keçirilir. Tələbələr imtahan tarixləri və müraciət şərtləri haqqında məlumat almaq üçün müraciət edəcəkləri universitetlərin rəsmi internet səhifələrinə daxil ola bilərlər.

Türkiyədə attestatla tibbə qəbul

Azərbaycanlı tələbələr orta məktəb attestatı ilə Türkiyədə tibb təhsili ala bilərlər. Attestatla Türkiyədə tibb təhsili almaq üçün ən vacib amil qiymətlərin yüksək olmalıdır. Türkiyənin tibb fakültələrinə sənəd verəcək azərbaycanlı tələbələr üçün orta məktəb attestatının ortalama balı 70 və yuxarı olmalıdır. Eyni zamanda, bəzi universitetlər attestatdan əlavə imtahan nəticələri də tələb edə bilər. Bura YÖS (Xarici Tələbə İmtahanı) və ya SAT kimi imtahanlardan alınan ballar daxildir.

Attestatla tibb təhsili ala biləcəyiniz bəzi ən yaxşı universitetlər və minimal ortalam balları bunlardır:

UniversitetlərOrtalama qiymət
Hacettepe Universiteti80% və yuxarı
İstanbul Universiteti – Cerrahpaşa80% və yuxarı
Ankara universiteti70% və yuxarı
Ege Universiteti75% və yuxarı
Koç Universiteti90% və yuxarı

Tələb olunan attestat balı hər is proqramsan aslı olaraq dəyişə bilər. Ona görə müraciət prosesi zamanı hər bir universitetin cari qəbul şərtləri və orta məktəb attestatı tələblərini öyrənmək üçün birbaşa universitetin rəsmi internet saytından məlumat almaq məsləhətdir.

(Mənbə: https://www.globalacademia.com/yabanci-ogrenci-olarak-tip-okumak/ )

Türkiyədə tibb təhsili almaq üçün nə etmək lazımdır?

Universitet və proqram seçimi: Türkiyənin bir çox universiteti müxtəlif tibb proqramları vasitəsilə təhsil təklif edir. Hansı universitetin və proqramın ehtiyaclarınıza və məqsədlərinizə uyğun olduğunu müəyyən etmək vacibdir.

Qərar verərkən maraqlandığınız proqramların akkreditasiya statusu, tədris dili, universitetin yeri və təmin etdiyi imkanlar kimi amilləri nəzərə almaq lazımdır.

Qəbul imtahanlarında iştirak: Türkiyə vətəndaşı olan tələbələrin tibb fakültələrinə daxil olmaq üçün Yükseköğretim Kurumları Sınavı (YKS) vermələri tələb olunur. Bu imtahan iki mərhələdən ibarətdir: Temel Yeterlilik Testi (TYT) və Alan Yeterlilik Testleri (AYT). İmtahanlarda amizədlərin riyaziyyat, dəqiq elmlər, türk dili və ictimai elmlər sahələrində biliklərini ölçülür.

Xarici tələbələr üçün YÖS: Türkiyə vətəndaşı olmayan tələbələr üçün Yabancı Öğrenci Sınavı (YÖS) tələb olunur. YÖS riyaziyyat və həndəsə sualları olan test imtahanıdır. Eyni zamanda bəzi universitetlər namizədlərin türkcə və ya ingilis dilini də ölçən dil imtahanları təşkil edə bilər.

Müraciət üçün lazım olan sənədlər: Tibb fakültələrinə müraciət edərkən hazırlamalı olduğunuz sənədlər bunlardır:.

  • Attestat, bakalavr diplomu və ya rezidentura diplomu
  • Diplomların və ya attestatın transkripti
  • İmtahan nəticəsi sənədi (YKS və ya YÖS)
  • Pasport və ya şəxsiyyət vəsiqəsinin surəti
  • Pasport şəkli
  • Motivasiya məktubu (istəyə görə)

Qeydiyyat: Qəbul məktubu aldıqdan sonra universitetin müəyyən etdiyi tarixlərdə qeydiyyatınızı tamamlamalısınız.

(Mənbə: https://turkiyeacademia.com/turkiyede-tip-egitimi/ )

Türkiyədə tibb üzrə tanınmış araştırma institutları

Türkiyə tibbi araşdırmalar sahəsində bir çox mühüm institutlara ev sahibliyi edir. Bu institutlar tibb elminin müxtəlif sahələrində innovativ işlər həyata keçirməklə beynəlxalq miqyasda tanınırlar.

Türkiyənin tanınmış tibbi araşdırma institutlarından bəziləri bunlardır:

Hacettepe Universiteti Tibb Fakültəsi – Ankarada yerləşən bu institut geniş təhsil proqramları və tibbi araşdırmaları ilə tanınır. O, xərçəng, nevrologiya və genetik xəstəliklərlə bağlı intensiv tədqiqatlar aparır.

İstanbul Universiteti – Cerrahpaşa Tibb Fakültəsi – İstanbulda yerləşən bu fakültə xüsusilə kardiologiya, onkologiya və hematologiya sahələrində mühüm tədqiqatlar aparır.

Koç Universiteti Sağlamlıq Elmləri İnstitutu – İstanbulda yerləşən Koç Universiteti müasir tibbi texnologiyalar və biotibbi mühəndislik sahəsində qabaqcıl tədqiqatlar aparır. O, həmçinin akademik tədqiqatlar üçün qabaqcıl laboratoriyalara malikdir.

Ankara Universiteti Biotexnologiya İnstitutu – Biotexnologiya və molekulyar biologiya üzrə ixtisaslaşan bu institut gen mühəndisliyi və bioinformatika üzrə tədqiqatlar aparır.

Acıbadem Universiteti – İstanbulda yerləşən bu universitet tibbi simulyasiya və klinik tədqiqatlarda innovativ metodlar hazırlayır və tətbiq edir.

Bu institutlar həm fundamental, həm də tətbiqi tibbi tədqiqatları dəstəkləməklə dünyada geniş yayılmış sağlamlıq problemlərinin həlli yollarının tapılmasına kömək edirlər.

Türkiyədə tibb üzrə praktika imkanları

Türkiyədə tibb praktikasının müddəti və şərtləri tibb fakültəsinin və yerləşdiyi universitetin tədris planından asılı olaraq dəyişir. Adətən bu müddət tibb təhsilinin son 2 ili boyunca olur. Bu proses həm də tələbənin seçdiyi tibb sahəsindən asılı olaraq daha uzun çəkə bilər.

Türkiyədə tibb üzrə praktika keçirilən yerlər:

Universitet xəstəxanaları: Türkiyədə bir çox universitet xəstəxanaları tələbələrə klinik təhsil və təcrübə imkanları təklif edir. Məsələn, Hacettepe, İstanbul və Ankara universitetlərindəki xəstəxanalar bu baxımdan çox məşhurdur.

Dövlət xəstəxanaları: Türkiyə daxilindəki dövlət xəstəxanaları da tibb tələbələri üçün praktika imkanları var.

Özəl xəstəxanalar: Bəzi özəl xəstəxanalar da universitetlərlə əməkdaşlıq edərək praktika üçün proqramlar təşkil edirlər.

Tədqiqat institutları: Tibbi tədqiqat aparmağa üstünlük verən tələbələr üçün müxtəlif sağlamlıq tədqiqat institutlarında təcrübə keçmək şansı var.

Təcrübə müddətində tələbələr xəstəyə qulluq, diaqnostika, müalicə kimi əsas tibbi təcrübələri yaşayır və bu proses zamanı təcrübəli həkimlər tərəfindən təlimlər alırlar.

Tibb üçün tələb olunan bacarıqlar

  • Bilik və təcrübə: Tibb aid əsas elmləri (biologiya, kimya, fizika) dərindən başa düşməyi tələb edir. Bu məlumatlar xəstəliklərin diaqnozu və müalicəsində mühüm rol oynayır.
  • Problemin həlli bacarıqları: Həkimlər diaqnoz qoymaq və müalicə üsulları hazırlamaq kimi sağlamlıqla bağlı problemləri həll etməlidirlər.
  • Ünsiyyət bacarıqları: Həkimlər xəstələri və həmkarları ilə effektiv ünsiyyət qurmağı bacarmalıdırlar. Xəstələrin vəziyyətini daha yaxşı başa düşmək və onlara aydın, başa düşülən məlumat vermək üçün yaxşı ünsiyyət bacarıqları vacibdir.
  • Empatiya: Xəstələrlə empatik münasibət qurmaq və onların narahatlıqlarını və ehtiyaclarını anlamaq düzgün diaqnoz qoymaq üçün önəmlidir.
  • Diqqətli olmaq: Tibbi prosedurlar və müalicələr diqqətli olmağı tələb üçün. Çünki tibbdə ən xırda səhv ciddi problemlər yarada bilər, ona görə müalicə zamanı diqqətli olmaq lazımdır.  
  • Stressin idarə edilməsi: Xüsusilə təcili yardım,  reanimasiya kimi sahələrdə stressli anlar yaşana bilər. Bu zaman həkim həyəcanlanmamalı xəstə və xəstə yaxınlarının stresslərini idarə etmələrinə də dəstək olmalıdır.
  • Yeniliklərə açıq olmaq lazımdır: Tibb daim inkişaf edən bir sahədir. Həkimlər daim yeni məlumatlar öyrənməli və tibdəki yeni yanaşmaları tətbiq etməlidirlər.

Tibbdə uğur qazanmaq üçün nə etmək lazımdır?

Tibbdə uğur qazanmaq daimi öyrənmə və uyğunlaşma tələb edən bir prosesdir. Bu sahədə ixtisaslaşmaq üçün həm tibb tələbələri, həm də həkimlər daima yeni tibbi məlumatlardan xəbərdar olmalı və yeni müalicə üsullarını araşdırıb öyrənməlidirlər.

Eyni zamanda xəstələrlə empatik və anlayışlı ünsiyyət qura bilmək diaqnostika və müalicə proseslərinin effektivliyini artırır. Xüsusilə ginekoloji xəstəliklər zamanı qadınlarda səmimi olmaq və onların narahatlıqlarını rahatlıqla bildirmələrinə kömək etmək lazımdır.

Ən əsası isə tibdə uğur təkcə nəzəri biliklərlə deyil, həm də praktiki təcrübə ilə qazanılır. Ona görə də tək nəzəri biliklərə fokuslanmaq lazım deyil, həm də davamlı praktika etmək önəmlidir. 

Related Posts

Rəy Bildirin