Rusiyada attestatla təhsil almaq üçün hər il yüzlərlə tələbələr Rusiyaya yollanır. Eyni zamanda Rusiya yüksək təhsil standartları və beynəlxalq səviyyədə tanınan universitetləri ilə hər il minlərlə tələbə qəbul edən aparıcı təhsil istiqamətlərindən biridir. Dünyaca məşhur elm, mühəndislik, tibb və incəsənət kimi bir çox sahədə keyfiyyətli təhsil imkanları təmin edən Rusiya universitetləri hərtərəfli tədqiqat imkanları və nəzəri biliklərin praktik tətbiqlərlə möhkəmləndirildiyi təlim metodu ilə seçilir. Rusiyanın təhsil sistemi tələbələrə bilikləri dərindən öyrənmək imkanı verməklə yanaşı, onlara qlobal iş dünyasında etibarlı bacarıqlar vermək məqsədi daşıyır.
Rusiyada attestatla qəbul ola biləcəyiniz çoxsaylı keyfiyyətli universitetlər var. Onlardan bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Reytinqi |
Ortalama illik təhsil haqları
|
Dövlət, yoxsa özəl |
Moskva Dövlət Universiteti | Moskva | 51-100 (QS) | 7000-8900 avro | Dövlət |
Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbi | Moskva | 451-500 (QS) | 210 000- 1000 000 rubl | Dövlət |
MIRBIS Moskva Beynəlxalq Ali Biznes Məktəbi | Moskva | 192 (country rank) | 4500-4800 dollar | Özəl |
Sankt-Peterburq Dövlət Universiteti | Sankt-Peterburq | 301-350 (QS) | 5500- 7000 dollar | Dövlət |
Sankt-Peterburqdakı Avropa Universiteti | Sankt-Peterburq | 201-230 (QS) | 2500-10.000 avro | Özəl |
ITMO Universiteti | Sankt-Peterburq | 501-550 (QS) | 2500-5000 avro | Dövlət |
Moskva Biznes Məktəbi | Moskva | 151-200 (QS) | 3750-12,500 avro | Özəl |
Tomsk Dövlət Universiteti | Tomsk | 451-500 (QS) | 3000-3500 dollar | Dövlət |
Moskva Beynəlxalq Universiteti (IUM) | Moskva | 401-450 (QS) | 10,000-20,000 avro | Özəl |
Ural Federal Universiteti | Yekaterinburq | 451-500 (QS) | 2600-3350 dollar | Dövlət |
Rus Yeni Universiteti (RosNOU) | Moskva | 401-450 (QS) | 300,000 rubl | Özəl |
Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası | Moskva | 1001-1200 (QS) | – | Dövlət |
Kazan Federal Universiteti | Kazan | 350-400 (QS) | 6000 dollar | Dövlət |
(Mənbə: https://www.4icu.org/ru/ və https://www.topuniversities.com/ )
Rusiyada attestatla təhsil ala biləcəyini bir çox dövlət universiteti var. Onlardan bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Dünyada reytinqləri | Ölkələrindəki reytinqləri | Ortalama illik təhsil haqları |
Lomonosov adına Moskva Dövlət Universiteti | Moskva | 495 | 1 | 7000-8900 avro |
Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbi | Moskva | 510 | 2 | 210 000- 1000 000 rubl |
Sankt-Peterburq Dövlət Universiteti | Sankt-Peterburq | 728 | 3 | 5500- 7000 dollar |
Stavropol Dövlət Aqrar Universiteti | Stavropol | 806 | 4 | 125,300-156,600 rubl |
Böyük Pyotr Sankt-Peterburq Politexnik Universiteti | Sankt-Peterburq | 811 | 5 | 198,000-269,000 rubl |
Novosibirsk Dövlət Universiteti | Novosibirsk | 828 | 6 | 4500 dollar |
Tomsk Politexnik Universiteti | Tomsk | 842 | 7 | 3453 dollar |
Rusiya Xalqlar Dostluğu Universiteti | Moskva | 915 | 8 | 5000-8050 dollar |
Kazan Federal Universiteti | Kazan | 936 | 9 | 6000 dollar |
Plexanov adına Rusiya İqtisadiyyat Universiteti | Moskva | 982 | 10 | 5000 dollar |
Ural Federal Universiteti | Yekaterinburq | 1,043 | 11 | 2600-3350 dollar |
Sibir Federal Universiteti | Krasnoyarsk | 1,209 | 12 | – |
ITMO Universiteti | Sankt-Peterburq | 1,255 | 13 | 2500-5000 avro |
Milli Elm və Texnologiya Universiteti MISiS | Moskva | 1,300 | 14 | 209,500-251,000 rubl |
Saratov Dövlət Universiteti | Saratov | 1,311 | 15 | 2500-3000 dollar |
Tomsk Dövlət Universiteti | Tomsk | 1,324 | 16 | 3000-3500 dollar |
Cənubi Federal Universiteti | Rostov-na-Donu | 1,347 | 17 | 1500-2000 dollar |
Belqorod Dövlət Universiteti | Belqorod | 1,350 | 18 | 5000 dollar |
Moskva Fizika və Texnologiya İnstitutu | Dolqoprudnı | 1,518 | 19 | 220,000 rubl |
Cənubi Ural Dövlət Universiteti | Çelyabinsk | 1,525 | 20 | 3000-4000 dollar |
Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası | Moskva | 1,564 | 21 | 450,000 rubl |
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti | Moskva | 1,593 | 22 | 9600-11,800 dollar |
(Mənbə: https://www.adscientificindex.com/university-ranking/?funding=Public&country_code=ru )
Rusiyada attestatla təhsil ala biləcəyini bir çox özəl universiteti var. Onlardan bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Dünyada reytinqləri | Ölkələrindəki reytinqləri | Ortalama illik təhsil haqları |
Skolkovo Elm və Texnologiya İnstitutu Skoltech | Moskva | 124 | 1 | 40,000 rubl |
İnnopolis Universiteti | İnnopolis | 301 | 2 | 800,000 rubl |
Sankt-Peterburqdakı Avropa Universiteti | Sankt-Peterburq | 619 | 3 | 2500-10.000 avro |
Rusiya Kooperasiya Universiteti | Moskva | 1,574 | 6 | 1000-6000 dollar |
Sirius Elm və Texnologiya Universiteti | Soçi | 2,042 | 7 | 2000-8000 dolar |
Rusiya Yeni Universiteti | Moskva | 2,214 | 8 | 300,000 rubl |
Müasir Humanitar Elmlər Universiteti | Moskva | 2,632 | 9 | 2500 dolar |
Moskva Maliyyə və Hüquq Universiteti | Moskva | 2,858 | 10 | 240,000-260,000 rubl |
Moskva Humanitar Elmlər Universiteti | Moskva | 3,269 | 11 | 2000-6000 dolar |
Sinerji Universiteti | Moskva | 4,415 | 12 | 1750 dollar |
Samara Tibb İnstitutu REAVIZ | Samara | 4,771 | 13 | 455,000 rubl |
Cənubi Ural İdarəetmə və İqtisadiyyat İnstitutu | Çelyabinsk | 4,823 | 14 | 1500-2000 dollar |
Taqanroq İdarəetmə və İqtisadiyyat İnstitutu | Taqanroq | 5,121 | 15 | 110,000 rubl |
Müqəddəs Tixon Humanitar Elmlər üzrə Pravoslav Universiteti | Moskva | 5,215 | 16 | 1000 dollar |
Moskva Beynəlxalq Universiteti | Moskva | 5,775 | 17 | 10,000-20,000 avro |
Volqa İqtisadiyyat Pedaqoji və Hüquq İnstitutu VIEPP |
Tolyatti | 5,796 | 18 | 60,400 rubl |
Regional Açıq Sosial İnstitutu | Kursk | 5,805 | 19 | 2500-20,000 dollar |
(Mənbə: https://www.adscientificindex.com/university-ranking/?funding=Private&country_code=ru və https://www.unipage.net/en/home )
Rusiyada attestatla təhsil beynəlxalq tələbələr üçün olduqca sərfəlidir. Ölkənin bir çox aparıcı universitetləri aşağı qiymətli bakalavr proqramları təklif edir. Xüsusilə tarix, sosiologiya, pedaqogika, fəlsəfə və jurnalistika kimi kafedralar münasib ödənişlərlə yüksək təhsil standartlarına malikdirlər. Universitetlərdən aslı olaraq təhsil haqqı dəyişsə də, bu programların ortalama illik təhsil haqqı 2000-5000 dollar arasıdır.
Gəlin Rusiyada attestatla təhsil ala biləcəyiniz ucuz tədris proqramlarından bəziləri və həmin programların əhatə etdiyi mövzular haqqında məlumat alaq:
Proqramlar | Əhatə etdikləri mövzular |
Tarix |
Qədim Tarix Orta Əsrlər Tarixi Müasir Tarix Rusiya Tarixi Tarix Metodologiyası Mədəniyyət Tarixi |
Rus dili və ədəbiyyatı |
Rus Qrammatikası Rus Ədəbiyyatı Tarixi Dilçilik Tərcüməşünaslıq Ədəbiyyat Nəzəriyyəsi Yaradıcı Yazı |
Sosiologiya |
Sosial Nəzəriyyə Tədqiqat Metodologiyası Sosial Siyasətlər Mədəniyyət Sosiologiyası Sosial Psixologiya Demoqrafiya |
Pedaqogika |
Təhsil Nəzəriyyələri Tədris Metodları Təhsil Psixologiyası Kurikulum İnkişafı Təhsil İdarəetmə Təhsil Texnologiyaları |
Fəlsəfə |
Qədim Fəlsəfə Orta Əsr Fəlsəfəsi Müasir Fəlsəfə Etika Məntiq Epistemologiya |
Jurnalistika |
Xəbər Yazma Media Etikası Vizual Ünsiyyət Radio Və Televiziya Yayımı Yeni Media Media Qanunu |
Siyasi elmlər |
Siyasi Nəzəriyyələr Beynəlxalq Əlaqələr Siyasi Sosiologiya Dövlət Siyasəti Müqayisəli Siyasət Siyasi Psixologiya |
Psixologiya |
İnkişaf Psixologiyası Klinik Psixologiya Sosial Psixologiya Psixometrik Testlər Psixoterapiya Texnikaları Təhsil Psixologiyası |
Dilçilik
|
Ümumi Dilçilik Tətbiqi Dilçilik Tərcüməşünaslıq Dil Tədrisi Metodologiyası Fonetika Və Fonologiya Morfologiya Və Sintaksis |
Coğrafiya |
Fiziki Coğrafiya İnsan Coğrafiyası Kartoqrafiya Ətraf Mühit Elmləri İqlim Elmi Geomorfologiya |
Rusiya geniş təhsil imkanları və beynəlxalq tələbələrə təqdim etdiyi keyfiyyətli təhsil proqramları ilə tanınan ölkədir. Beynəlxalq tələbələr Rusiyanın bir çox universitetlərində tədris olunan və müxtəlif sahələri əhatə edən ixtisaslar üzrə təhsil almaq imkanlarına sahibdirlər. Ölkənin aparıcı universitetləri müasir avadanlıqlarla və təcrübəli akademik heyətlə təchiz olunub və tələbələrə dünya standartlarında təhsil təklif edirlər. Kompüter elmləri, tibb, iqtisadiyyat, hüquq, mühəndislik və sosial elmlər kimi müxtəlif sahələrdə keyfiyyətli təhsil imkanları mövcuddur. Bütün ixtisaslarda tələbələrə həm nəzəri biliklərə, həm də praktiki dərslər keçirilir.
Rusiyada attestatla təhsil ala biləcəyiniz ixtisaslardan bəziləri bunlardır:
Rusiyada bakalavr təhsili üçün tələb olunan sənədlər bunlardır:
Attestat: Orta məktəbi bitirdiyinizi təsdiqləyən attestatın noratial qaydada təsdiqlənmiş rus dili tərcüməsi.
Attestatın transkripti: Orta məktəb qiymətlərinizin əks olunduğu transkriptin noratial qaydada təsdiqlənmiş rus dili tərcüməsi.
Şəxsiyyət vəsiqəsinin surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
Ərizə forması: Universitetdə müraciət etdiyiniz ərizə forması.
Fotoşəkillər: Universitet tərəfindən müəyyən edilmiş ölçüdə və sayda pasport fotoşəkilləri.
Tibbi arayış: Rusiyada təhsil almağa mane olan heç bir sağlamlıq probleminin olmadığını göstərən tibbi arayış.
Motivasiya məktubu: Rusiyada niyə təhsil almaq istədiyinizi və karyera məqsədlərinizi izah edən məktub.
Tərcümeyi-hal (CV): Təhsil və iş təcrübənizi özündə əks etdirən ətraflı CV.
Dil bilik sertifikatı: Tədris dili rus dilidirsə, Rus dilini bilmə sertifikatı (TORFL). Tədris dili ingilis dilidirsə, IELTS və ya TOEFL sertifikatı.
Bu sənədlər ümumi olsa da universitetlər əlavə sənədlər də tələb edə bilər. Ona görə də Rusiyada attestatla təhsil almaq üçün lazım olan sənədlərlə bağlı ətraflı məlumatı müraciət etmək istədiyiniz universitetin veb-saytından almağınız məsləhətdir.
(Mənbə: https://studyinrussia.ru/ )
Rusiyada attestatla təhsil almaq üçün xaricdə təhsil mütəxəssislərimizdən dəstək ala bilərsiniz. Təcrübəli mütəxəssislərimiz istədiyiniz ixtisasda Rusiyanın ən yaxşı universitetlərində təhsil almağınıza kömək edəcəklər.