Türkiyə zəngin tarixi və mədəni irsi ilə dünyanın əksər ölkələrindən olan beynəlxalq tələbə üçün ən çox seçim olunan təhsil mərkəzinə çevrilmişdir. Azərbaycan ilə mədəniyyət və dil uyğunluğu isə Türkiyəyə hər ilə xeyli sayda tələbələrin təhsil üçün getmələrinə səbəb olur.
Keyfiyyətli təhsil verən, nüfuzlu universitetlərə sahib Türkiyədə təhsil xərcləri də hər kəsin büdcəsinə uyğundur. Ucuz təhsil olması ilə bərabər müxtəlif təqaüd imkanları, eyni zamanda Azərbaycan Elm və Təhsil Nazirliyinin Xaricdə Təhsil proqramı ilə tələbələr Türkiyədə pulsuz təhsil imkanına da sahib ola bilərlər.
Türkiyədə pulsuz təhsil ala biləcəyiniz universitetlər
Universitetlər | Qəbul şərtləri | Pulsuz təhsil imkanı |
İstanbul Universiteti | Yabancı Öğrenci Sınavı (YÖS) nəticəsi, orta məktəb diplomu və akademik transkript. | Dövlət təqaüdü çərçivəsində təklif olunur. |
Ankara Universiteti | YÖS nəticəsi, orta məktəb attestatı və dil biliyi sertifikatı (türk və ya ingilis bölmələri üçün). | Xüsusilə beynəlxalq əlaqələr və mühəndislik fakültələrində təqaüd proqramları mövcuddur. |
Hacettepe Universiteti | Ərizə forması, tibbi arayış, orta məktəb attestatı və YÖS-dən etibarlı bal və ya oxşar imtahan. | Türkiyə təqaüdləri vasitəsilə təklif olunur. |
Boğaziçi Universiteti | Yüksək YÖS və ya SAT balı, akademik uğur və dil biliyi (TOEFL/IELTS). | Məhdud sayda tam təqaüd yerləri təklif olunur. |
Ege Universiteti | YÖS nəticəsi, orta məktəb attestatı və sağlamlıq sığortası. | Dövlət tərəfindən dəstəklənən təqaüd proqramları çərçivəsində. |
İzmir Texnologiya İnstitutu | YÖS balı, orta məktəb attestatı və ərizə forması doldurulmalıdır. | Təqaüdlər Türkiyə Təqaüdləri proqramı çərçivəsində təklif olunur. |
Çukurova Universiteti | YÖS nəticəsi, etibarlı pasport, orta məktəb attestatı və dil biliyi sertifikatı. | Dövlət təqaüdləri və universitet tərəfindən təklif olunan müxtəlif təqaüdlər var. |
Qazi Universiteti | YÖS nəticəsi, orta məktəb attestatı və şagirdin sağlamlıq vəziyyətini bildirən hesabat. | Türkiyə Burs proqramına qəbul edilən tələbələrə təklif olunur. |
Orta Doğu Texniki Universiteti (ODTÜ) | SAT və ya ACT, orta məktəb attestatı və akademik transkript kimi beynəlxalq səviyyədə tanınmış imtahan nəticələri. | Tam təqaüd və qismən təqaüd proqramları mövcuddur. |
İstanbul Texniki Universiteti | YÖS nəticəsi və ya beynəlxalq səviyyədə tanınan imtahandan kifayət qədər bal, və orta məktəb attestatı türk dili biliyi. | Dövlət və universitetin özü tərəfindən təmin edilən təqaüd proqramları ilə. |
(Mənbə: https://www.yok.gov.tr/ )
Türkiyədə pulsuz təhsil imkanı yaradan təqaüdlər
Türkiyədə təklif olunan təqaüd proqramları müxtəlif təhsil səviyyələri və sahələrində geniş əhatə dairəsi təklif edir. Bakalavr, magistr və doktorantura səviyyələrində verilən bu təqaüdlər mühəndislik, sosial elmlər, əsas elmlər və səhiyyə elmləri kimi bir çox sahədə təhsil imkanlarını əhatə edir. Bundan əlavə, sənət təqaüdü proqramı musiqi elmləri, ifaçılıq sənəti və təsviri sənət sahələrində təhsil imkanları təmin edir.
Türkiyə bursları universitetə yerləşdirmə, aylıq müavinət, təhsil haqqı, türk dili kursu, yerləşmə, sağlamlıq sığortası və biri başlanğıcda, biri məzun olduqda iki uçuş bileti kimi dəstək daxildir. Türkiyədə pulsuz təhsil və maddi dəstək verən təqaüdlərə bunlar daxildir:
Bakalavr təqaüdləri: Bakalavr tələbələri üçün müxtəlif sahələrdə təhsil imkanları təmin edir.
Magistratura və tədqiqat təqaüdləri: Magistr dərəcələri və akademik tədqiqatlar davam etdirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. O, həmçinin akademik və elmi tədqiqatları dəstəkləyir.
Phd təqaüdləri: Doktorantura səviyyəsində tələbələr üçün daha təkmil akademik tədqiqatlar üçün nəzərdə tutulmuşdur.
Qısamüddətli təqaüdlər: Bunlar tədqiqatçılara və akademiklərə qısamüddətli tədqiqat layihələri üçün verilən təqaüdlərdir. Bu təqaüdlər adətən akademik nailiyyətlər, maliyyə ehtiyacları və ya xüsusi qabiliyyətlər əsasında verilir.
Tübitak təqaüdləri: Elm, sənaye və texnologiya sahələrində təhsil alan tələbələr üçün. Tədqiqat layihələrinə maliyyə dəstəyi verir.
Jean Monnet təqaüd proqramı: Aİ ilə əlaqələri dəstəkləmək üçün türkiyədən olan gənc mütəxəssisləri avropa ittifaqı məsələləri üzrə təlim almağa təşviq edir.
Türkiyə Eğitim Vakfı (TEV) təqaüdləri: Akademik müvəffəqiyyətə və maliyyə ehtiyacına əsaslanan təqaüdlər təklif edir və tələbələrə ölkə pulsuz təhsil imkanları təqdim edir.
Bələdiyyə təqaüdləri: Yerli əhalinin təhsil ehtiyaclarını dəstəkləmək üçün müxtəlif bələdiyyələr tərəfindən verilir.
(Mənbə: https://www.tubitak.gov.tr/tr/burslar/lisans/burs-programlari və https://www.turkiyeburslari.gov.tr/tamzamanlibursprogram )
Türkiyədə ən sərfəli bakalavr programları
Proqramlar | Olduğu universitetlər | İllik təhsil haqları |
Amerika Mədəniyyəti Və Ədəbiyyatı | Ege Universiteti | 85.36 EUR |
Enerji Sistemləri Mühəndisliyi | İzmir Texnologiya İnstitutu | 394.68 EUR |
Kimya Mühəndisliyi | Boğaziçi Universiteti | 1,323.52 EUR |
Turizm Menecmenti | Dokuz Eylül Universiteti | 348.04 EUR |
Riyaziyyat | Ankara Universiteti | 756.8 EUR |
İctimaiyyətlə Əlaqələr Və Təbliğat | Maltepe Universiteti | 1,428.24 EUR |
Dəniz Biznesinin İdarə Edilməsi | Tokat Gaziosmanpaşa Universiteti | 348.04 EUR |
İngilis Dili Və Ədəbiyyatı | İstanbul Universiteti-Cerrahpaşa | 278.52 EUR |
Tibb Bacısı | Maltepe Universiteti | 245.56 EUR |
İngilis Dilinin Tədrisi | İzmir Texnologiya İnstitutu | 1,227.36 EUR |
Material Elmləri Və Mühəndisliyi | Yıldız Texniki Universiteti | 394.68 EUR |
Metallurgiya Və Materiallar Mühəndisliyi | Boğaziçi Universiteti | 695.68 EUR |
Kompyuter Mühəndisliyi | Ankara Universiteti | 1,323.52 EUR |
Fəlsəfə | Ankara Universiteti | 1,134.96 EUR |
İngilis Dili Və Ədəbiyyatı | Ankara Universiteti | 1,134.96 EUR |
(Mənbə: https://www.bachelorsportal.com/search/bachelor/affordable/turkey )
Türkiyədə ən sərfəli magistratura programları
Proqramlar | Olduğu universitetlər | İllik təhsil haqları |
Media Və Mədəniyyət Araşdırmaları | ODTÜ Orta Doğu Texniki Universiteti | 1,319 EUR |
Qəsəbə Arxeologiyası | Odtü Orta Doğu Texniki Universiteti | 1,319 EUR |
Fəlsəfə | Koç Universiteti | Pulsuz |
Biokimya | ODTÜ Orta Doğu Texniki Universiteti | 1,319 EUR |
Beynəlxalq Maliyyə | İstanbul Ticarət Universiteti | 2,240 EUR |
Neft Və Təbii Qaz Mühəndisliyi | ODTÜ Orta Doğu Texniki Universiteti | 1,319 EUR |
Mexatronika Və Robototexnika Mühəndisliyi | MEF Universiteti | 767 EUR |
Rəhbərlik Və Psixoloji Məsləhət | Boğaziçi Universiteti | 388 EUR |
Sənaye Mühəndisliyi | Yıldız Texniki Universiteti | 817 EUR |
İngilis Dilinin Tədrisi | ODTÜ Orta Doğu Texniki Universiteti | 1,319 EUR |
Biznesin Idarə Edilməsi | MEF Universiteti | 1,703 EUR |
Ingilis Ədəbiyyatı | Boğaziçi Universiteti | 388 EUR |
İqtisadiyyat | İstanbul Ticarət Universiteti | 2,240 EUR |
Afrika Tədqiqatları Və Beynəlxalq Münasibətlər | İstanbul Ticarət Universiteti | 2,240 EUR |
Mexatronika Mühəndisliyi (Tezsiz) | Yıldız Texniki Universiteti | 817 EUR |
Mülki Mühəndislik | Çankaya Universiteti | 1,582 EUR |
Tezis Ilə Riyaziyyat | Çankaya Universiteti | 1,054 EUR |
Elektrik Və Elektronika Mühəndisliyi | Koç Universiteti | Pulsuz |
İnformasiya Texnologiyaları (Tezsiz) | Mef Universiteti | 767 EUR |
Kimya | Odtü Orta Doğu Texniki Universiteti | 1,319 EUR |
Alternativ Memarlıq Təcrübələri | Mef Universiteti | 921 EUR |
Riyaziyyat Mühəndisliyi | Yıldız Texniki Universiteti | 817 EUR |
Geofizika | Boğaziçi Universiteti | 388 EUR |
Beynəlxalq Su Ehtiyatları | İzmir Texnologiya İnstitutu | 245 EUR |
Maliyyə Mühəndisliyi | Boğaziçi Universiteti | 388 EUR |
(Mənbə: https://www.mastersportal.com/search/master/affordable/turkey )
Türkiyədə ən sərfəli doktorantura programları
Proqramlar | Olduğu universitetlər | İllik təhsil haqları |
Mühəndislik | Orta Doğu Texniki Universiteti (ODTÜ) | 1,000 – 2,000 EUR |
Sosial Elmlər | Boğaziçi Universiteti | 500 – 1,500 EUR |
İncəsənət Və Elmlər | İstanbul Texniki Universiteti (İTU) | 1,000 – 2,000 EUR |
Memarlıq | Koç Universiteti | Pulsüz (tam burslu proqramlar var) |
Məhsil Elmləri | Yıldız Texniki Universiteti | 1,000 EUR |
Səhiyyə Elmləri | Anadolu Universiteti | 1,000 EUR |
Kənd Təsərrüfatı Elmləri | Qazi Universiteti | 1,000 EUR |
Təbiət Elmləri | Hacettepe Universiteti | 1,000 EUR |
Kompüter Elmləri | Ege Universiteti | 1,000 EUR |
Biznes Və İdarəetmə Elmləri | Çukurova Universiteti | 1,000 EUR |
(Mənbə: https://academicpositions.com/jobs/position/phd )
Türkiyədə pulsuz təhsil ala biləcəyiniz TOP universitetlər
Universitetlər | QS World University Ranking |
Orta Şərq Texniki Universiteti | 336 |
İstanbul Texniki Universiteti | 404 |
Koç Universiteti | 431 |
Bilkent Universiteti | 502 |
Boğaziçi Universiteti | 514 |
Sabancı Universiteti | 526 |
İstanbul Universiteti | 711-720 |
Hacettepe Universiteti | 761-770 |
Ankara Universiteti | 901-950 |
Yıldız Texniki Universiteti | 951-1000 |
Ege Universiteti | 1001-1200 |
Ankara Gazi Universiteti | 1001-1200 |
İstanbul Aydın Universiteti | 1201-1400 |
Anadolu Universiteti | 1201-1400 |
Dokuz Eylül Universiteti | 1201-1400 |
Erciyes Universiteti | 1201-1400 |
İstanbul Bilgi Universiteti | 1201-1400 |
İzmir Texnologiya İnstitutu | 1201-1400 |
Marmara Universiteti | 1201-1400 |
Gebze Texniki Universiteti | 1201-1400 |
Süleyman Dəmirəl Universiteti | 1201-1400 |
Akdeniz Universiteti | 1401-1500 |
Atatürk Universiteti | 1401-1500 |
Çukurova Universiteti | 1401-1500 |
Sakarya Universiteti | 1401-1500 |
(Mənbə: https://www.universityrankings.ch/results?ranking=QS®ion=World&year=2024&q=Turkey )
Türkiyənin tələbələr üçün ən sərfəli şəhərləri
Türkiyədə böyük şəhərlərə nisbətən kiçik şəhərlərdə yaşam xərcləri olduca sərfəlidir. Keyfiyyətli təhsil imkanı yaradan universitetlərin də yerləşdiyi Türkiyənin sərfəli şəhərlərindən bəziləri bunlardır:
Eskişehir, Türkiyənin ən sərfəli yaşayış xərclərinə malik şəhərlərindən biridir. Anadolu Universiteti və Eskişehir Texniki Universiteti kimi mühüm təhsil ocaqlarına ev sahibliyi etməsi ilə də tanınır.
Bursa, hər kəsin büdcəsinə uyğun yaşayış xərcləri təklif edən şəhərdir. Uludağ Universiteti və Bursa Texniki Universiteti kimi əhəmiyyətli universitetlərinin yerləşdiyi Bursada ucuz və keyfiyyətli təhsil almaq olar.
Balıkesir iqtisadi baxımdan Türkiyənin ən sərfəli şəhərlərindəndir. Balıkesir Universitetinin yerləşdiyi şəhərdə qiymətlər tələbələrin büdcələrinə uyğundur.
Sakarya münasib yaşayış xərcləri ilə tələbələrin üstünlük verdiyi şəhərlərdən biridir. Burada yerləşən Sakarya Universiteti də texnologiya yönümlü təhsilini çox sərfəli qiymətə tələbələ təklif edir.
Göstəricilərinizə uyğun Türkiyənin ən sərfəli yaşam xərcləri olan şəhərlərində pulsuz təhsil almaq imkanını dəyərləndirmək üçün Marmara Group olaraq komandamız sizə dəstək olur.
Türkiyədə təhsil alarkən nəzərə alınmalı olan yaşam xərcləri
Türkiyədə təhsil alan tələbələr büdcələrini hesablamaq üçün təhsil haqları ilə yanaşı yaşayış xərcləri də nəzərə alınmalıdır. Xərclər zövq və ehtiyacdan aslı olaraq dəyişsə də, gündəlik zəruri ehtiyaclar üçün büdcə tərtib edərkən qida, kirayə evlər və nəqliyyat kimi amilləri nəzərə almaq vacibdir.
Türkiyədə yaşayam xərcləri tələbələrin seçdiyi şəhərdən asılı olaraq dəyişə bilər. Böyük şəhərdə ev və ərzaq qiymətləri baha, daha kiçik şəhərlərdə isə ucuzdur. Eyni zamanda evlərin mərkəzə yaxın olub-olmaması, universitetə yaxınlığı da qiymətlərə təsir edir.
Bununla belə araşdırmamız əsasında sizə Türkiyədə yemək, kirayə evlər və nəqliyyat kimi əsas ehtiyaclar üçün xərclərin ortalama qiymətlərini təqdim edirik:
Market qiymətləri | |
Süd (1 litr) | 27.71 TL |
Çörək (500 q) | 22.12 TL |
Düyü (ağ), (1 kq) | 48.83 TL |
Yumurta (adi) (12) | 51.96 TL |
Yerli Pendir (1 kq) | 239.38 TL |
Toyuq döşü (1 kq) | 181.71 TL |
Mal əti (1 kq) ( | 448.09 TL |
alma (1 kq) | 32.39 TL |
Banan (1 kq) | 45.19 TL |
Portağal (1 kq) | 34.38 TL |
Pomidor (1 kq) | 29.22 TL |
Kartof (1 kq) | 19.59 TL |
Soğan (1 kq) | 13.25 TL |
Kahı (1 baş) | 29.53 TL |
Su (1,5 litr şüşə) | 12.27 TL |
Nəqliyyat qiymətləri | |
Gediş haqqı (Avtobuslar) | 17.00 TL |
Aylıq abunəlik (Standart qiymət) | 1,177.00 TL |
Taxi Start (Normal tarif) | 31.92 TL |
Taksi 1 km (Normal tarif) | 22.90 TL |
Taksi 1 Saat Gözləmə (Normal tarif) | 254.32 TL |
Benzin (1 litr) | 38.98 TL |
Kirayə evlərin qiymətləri | |
Şəhərin mərkəzində bir otaqlı mənzil | 17,620.00 TL |
Mərkəzdən kənarda 1 otaqlı mənzil | 12,420.38 TL |
Şəhərin mərkəzində 3 otaqlı mənzil | 30,681.15 TL |
Mərkəzdən kənarda 3 otaqlı mənzil | 20,911.41 TL |
(Mənbə: https://www.numbeo.com/cost-of-living/country_result.jsp?country=Turkey )
Türkiyədə yaşam xərcləri, tələbələr üçün ən ucuz şəhərləri və kirayə evlərdən tutmuş market qiymətlərinə qədər bütün məlumatları bu linkə keçid etməklə əldə edə bilərsiniz: https://marmara.edu.az/turkiyede-market-qiymetleri/
Azərbaycan Təhsil Nazirliyinin Xaricdə Təhsil Proqramı ilə Türkiyədə təqaüdlə bakalavr təhsili
Universitetlər | İxtisaslar |
Sabancı Universiteti | Kompüter Elmləri Və Mühəndisliyi |
Ankara Universiteti | Süni Intellekt Və Məlumat Mühəndisliyi |
Ankara Universiteti | Kompüter Mühəndisliyi |
Ankara Universiteti | Proqram Mühəndisliyi |
Bilkent Universiteti | Kompüter Mühəndisliyi |
Boğaziçi Universiteti | Kompüter Mühəndisliyi |
Qazi Universiteti | Kompüter Mühəndisliyi |
İstanbul Texniki Universiteti | Süni Intellekt Və Məlumat Mühəndisliyi |
İstanbul Texniki Universiteti | Kompüter Mühəndisliyi |
Koç Universiteti | Elektronika Və Rabitə Mühəndisliyi |
Ankara Universiteti | Geofiziki Mühəndislik |
Ankara Universiteti | Fizika Mühəndisliyi |
Bilkent Universiteti | Sənaye Mühəndisliyi |
Bilkent Universiteti | Mexanika Mühəndisliyi |
Boğaziçi Universiteti | Kimya Mühəndisliyi |
Boğaziçi Universiteti | Sənaye Mühəndisliyi |
Boğaziçi Universiteti | Mexanika Mühəndisliyi |
İstanbul Texniki Universiteti | Kimya Mühəndisliyi |
İstanbul Texniki Universiteti | Nəzarət Və Avtomatlaşdırma Mühəndisliyi |
İstanbul Texniki Universiteti | Ətraf Mühit Mühəndisliyi |
Boğaziçi Universiteti | Fizika |
Hacettepe Universiteti | Biologiya |
Hacettepe Universiteti | Kimya |
Hacettepe Universiteti | Riyaziyyat |
İstanbul Texniki Universiteti | Kimya |
İstanbul Texniki Universiteti | Molekulyar Biologiya Və Genetika |
Orta Doğu Texniki Üniversiteti | Biologiya |
Orta Doğu Texniki Üniversiteti | Kimya |
Orta Doğu Texniki Üniversiteti | Riyaziyyat |
Orta Doğu Texniki Universiteti | İqtisadiyyat |
Hacettepe Universiteti | İqtisadiyyat |
Azərbaycan Təhsil Nazirliyinin Xaricdə Təhsil Proqramı ilə Türkiyədə təqaüdlə magistratura təhsili
Universitetlər | İxtisaslar |
Ege Universiteti | İnformasiya Texnologiyaları Və İnternet Təhlükəsizliyi |
Ege Universiteti | Kompüter Elmləri |
İstanbul Texniki Universiteti | Müdafiə Texnologiyaları |
İstanbul Texniki Universiteti | Oyun Və Qarşılıqlı Əlaqə Texnologiyaları |
İstanbul Texniki Universiteti | İnformasiya Texnologiyaları |
İstanbul Texniki Universiteti | Kiber Təhlükəsizlik |
Orta Doğu Teknik Universiteti | İnformasiya Sistemləri |
Orta Doğu Teknik Universiteti | Kiber Təhlükəsizlik |
Sabancı Universiteti | Kiber Təhlükəsizlik Və Kriptoqrafiya |
Yıldız Teknik Universiteti | Kompüter Mühəndisliyi |
Ankara Universiteti | Kompüter Mühəndisliyi |
Bilkent Universiteti | Kompüter Mühəndisliyi |
Boğaziçi Universiteti | Kompüter Mühəndisliyi |
Ege Universiteti | Kiber Təhlükəsizlik Mühəndisliyi Və Kriptoqrafiya |
İstanbul Texniki Universiteti | Elektron Mühəndisliyi |
İstanbul Texniki Universiteti | İnformasiya Və Kommunikasiya Mühəndisliyi |
Koç Universiteti | Kompüter Elmləri Və Mühəndisliyi |
Ankara Universiteti | Elektrik Və Elektronika Mühəndisliyi |
Bilkent Universiteti | Elektrik Və Elektronika Mühəndisliyi |
Boğaziçi Universiteti | Elektrik Və Elektronika Mühəndisliyi |
Koç Universiteti | Elektrik Və Elektronika Mühəndisliyi |
Ege Universiteti | Elektrik Və Elektronika Mühəndisliyi |
Ankara Universiteti | Biotibbi Mühəndislik |
Hacettepe Universiteti | Kimyəvi |
Hacettepe Universiteti | Mikrobiologiya |
İstanbul Texniki Universiteti | Kimyəvi |
İstanbul Texniki Universiteti | Molekulyar Biologiya-Genetika Və Biotexnologiya |
İstanbul Universiteti | Atom Və Molekulyar Fizika |
İstanbul Universiteti | Biokimya |
İstanbul Universiteti | Biologiya |
Hacettepe Universiteti | İqtisadiyyat |
Hacettepe Universiteti | Maliyyə İqtisadiyyatı |
İstanbul Texniki Universiteti | İqtisadiyyat |
Orta Şərq Texniki Universiteti | İqtisadiyyat |
Sabancı Universiteti | İqtisadiyyat |
Marmara Universiteti | Maliyyə Ekonometriyası |
Koç Universiteti | Maliyyə |
Sabancı Universiteti | Maliyyə |
Orta Doğu Texniki Universiteti | Şəhər Siyasətinin Planlaşdırılması Və Yerli Hökumətlər |
Boğaziçi Universiteti | Mülki Mühəndislik |
Ege Universiteti | Mülki Mühəndislik |
Qazi Universiteti | Mülki Mühəndislik |
Orta Doğu Texniki Universiteti | Mülki Mühəndislik |
Yıldız Texniki Universiteti | Mülki Mühəndislik |