2011-ci ildən fəaliyyət göstərən Marmara Group Xaricdə Təhsil Mərkəzi, Azərbaycanın gələcəyi olan gənclərimizin xarici ölkələrdə təhsil almasında və seçimlərində açar rolunu oynamaqdadır.
Əsas məqsədi güvən və keyfiyyət olan mərkəzimiz xidmət göstərdiyi sahələr üzrə müraciət edən tələbələrin və valideyinlərin etimadını hər zaman doğrultmuşdur. Mərkəzimiz hər il bizə müraciət edən yüzlərlə abituriyent və tələbələrin Türkiyə, Rusya, Ukrayna və Avropanın aparıcı ölkələrində etibarlı qəbul təminatı verməkdədir. Bunun üçün fəaliyyət göstərən komandamız xaricdə təhsil almış peşekar kadrlardan təşkil olunmuşdur. Abituriyent və tələbələrin istəkləri, bacarıqları və xarici dil bilikləri əsasında onlar üçün ən uyğun tədris məsləhətləri verilməkdədir. Bizə müraciət edən namizədlərin qəbuldan sonra bütün sənədləşmə, viza , miqrasiya, qarşılanma və yerləşdirmə xidmətini verən mərkəzimiz dünyanın bir sıra ölkələrində nümayəndəliklərə malikdir. Qeyd etmək istərdik ki, mərkəzimizin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyinin tesdiq etdiyi proqramlar çərçivəsində xidmət göstərir. Son olaraq Marmara Group 2018 ci ildən təhsil sektorunda keyfiyyət və etibarlılığın davamlılığını təmin etmək məqsədi daşıyan UED (Beynəlxalq Təhsil Məsləhətçiləri Birliyi) üzvü olmuşdur. Bu birliyin məqsədi Marmara Group və üzv olan digər təhsil mərkəzlərinin etibarlılığını qorumaqdır.
Marmara Group beynəlxalq təhsil sektorunda yüksək nüfuza malik ICEF sertifikatına sahibdir. Almaniyanın nüfuzlu akkreditasiyası yalnız fəaliyyətində şəffaflıq, peşəkarlıq, etik iş prinsipləri, köklü və yüksək xidmət standartlarını qoruyan seçilmiş təhsil şirkətlərinə təqdim olunur.
ICEF sertifikatı, şirkətin beynəlxalq universitetlər və tərəfdaş qurumlar tərəfindən etibarlı nümayəndə kimi tanındığını, tələbələrə düzgün və məsuliyyətli istiqamətləndirmə xidməti göstərdiyini təsdiqləyən önəmli keyfiyyət göstəricisidir. Bu status Marmara Group-un qlobal təhsil bazarında güclü mövqeyə malik olduğunu və tələbələrinə beynəlxalq standartlara uyğun xidmət təqdim etdiyini nümayiş etdirir.
Məhz bu uğur Marmara Group-u həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı, peşəkar və seçilən təhsil mərkəzlərindən birinə çevirir. ICEF haqqında daha ətraflı məlumat üçün ICEF rəsmi saytı keçid edə bilərsiniz.