IELTS nədir?

IELTS (International English Language Testing System) ingilis dili biliyini ölçmək üçün dünya səviyyəsində imtahandır. İngilis dilini ana dili kimi bilməyən şəxslərin dil bacarıqlarını qiymətləndirən bu imtahan dörd hissədən ibarətdir: dinləmə, oxuma, yazma və danışma. IELTS akademik və peşəkar sahələrdə ingilis dili biliyini sübut etmək istəyənlər üçün nəzərdə tutulub.

Bütün dünyada universitetlər, işəgötürənlər və immiqrasiya idarələri tərəfindən qəbul edilən IELTS dil bacarıqlarının obyektiv və etibarlı şəkildə ölçülməsi ilə tanınır. Xüsusilə xaricdə təhsil almaq və ya işləmək istəyənlər üçün bu imtahan böyük əhəmiyyət kəsb edir.

IELTS hansı hissələrdən ibarətdir?

IELTS imtahanı dörd əsas hissədən ibarətdir: “Listening”, “Reading”, “Writing” və “Speaking”. Hər bölmə müxtəlif dil bacarıqlarının qiymətləndirilməsinə yönəlib və imtahanın ümumi məqsədi namizədlərin ingilis dili biliklərini hərtərəfli ölçməkdir.

Dinləmək (“Listening”)

Bu bölmə 30 dəqiqə davam edir və namizədlərdən müxtəlif çıxışları və monoloqları dinləmək və dinlədiklərinə aid verilən 40 suala cavab vermək tələb olunur.

Dinləmə bölməsində müxtəlif aksentlərdə danışan insanların dörd ayrı səs yazısı dinlənilir və hər səs yazısı ilə bağlı suallar cavablandırılır. Bu bölmə namizədlərin müxtəlif kontekstlərdə nitqi anlamaq qabiliyyətini qiymətləndirir.

Oxumaq (“Reading”)

Oxu bölməsi 60 dəqiqə davam edir və üç uzun mətndən ibarətdir. Mətnlər kitablar, jurnallar, qəzetlər və internet mənbələri kimi müxtəlif mənbələrdən götürülmüş olur.

Namizədlərin bu mətnləri oxuması və mətnə aid sualları cavablandırması lazımdır. Oxu bölməsi namizədlərin əsas fikirləri anlamaq, təfərrüatları tapmaq və müəllifin məqsədi kimi müxtəlif oxu bacarıqlarını ölçür.

Yazı (“Writing”)

Yazı bölməsi 60 dəqiqə davam edir və iki yazılı tapşırıq daxildir. Birinci tapşırıqda namizədlərdən qrafiki, cədvəli və ya diaqramı şərh etmələri, ikinci tapşırıqda isə müəyyən bir mövzuda esse yazmaları tələb olunur. Yazı bölməsi namizədlərin öz fikirlərini yazılı şəkildə aydın və düzgün ifadə etmək bacarığını qiymətləndirir.

Qiymətləndirmə zamanı bu amillərə diqqət yetirilir:

  • Cavabın ətraflı və tam olmasına
  • Uyğunluq və sözlər arasında əlaqəyə
  • Leksik mənbə
  • Qrammatik diapazon və dəqiqlik

Danışmaq (“Speaking”)

Danışıq hissəsi 11-14 dəqiqə davam edir və üzbəüz müsahibə şəklində aparılır. Bu bölmə üç hissədən ibarətdir: qısa giriş və giriş, mövzu üzrə iki dəqiqəlik fərdi çıxış və daha geniş müzakirə. Danışıq bölməsi namizədlərin səlis danışıq qabiliyyəti, tələffüz, qrammatika və lüğət kimi nitq bacarıqlarını ölçür.

Bu zaman əsas bu amillərə əsasın qiymətləndirmə aparılır:

  • Səlislik və ardıcıllıq
  • Leksik mənbə
  • Qrammatik diapazon və dəqiqlik
  • Tələffüz

Bu bölmələr namizədlərin ingilis dili biliklərini hərtərəfli və balanslaşdırılmış şəkildə qiymətləndirməyi və onların dil biliklərini beynəlxalq standartlarda ölçməyi hədəfləyir.

(Mənbə: https://ielts.org/take-a-test/test-types/ielts-academic-test )

IELTS hansı ölkələrdə qəbul edilir?

IELTS dünyanın 140-dan çox ölkəsində qəbul edilir. Bir çox ölkələr, xüsusilə İngiltərə, Avstraliya, Kanada və Yeni Zelandiya universitetlərə qəbul, iş müraciətləri və immiqrasiya proseslərində ingilis dili biliyini sübut etmək üçün IELTS imtahanından istifadə edir. Bu ölkələrdə daxil olmaqla dünyanın 140-dan çox ölkəsindəki universitetlər, işəgötürənlər və immiqrasiya idarələri namizədlərin ingilis dili biliklərini qiymətləndirmək üçün IELTS nəticələrini etibarlı kimi qəbul edirlər.

IELTS qəbul edən universitetlər

Dünyada 12.000-dən çox universitet IELTS nəticəsini qəbul edir. Onlardan bəziləri bunlardır:

Universitetlər Minimal IELTS balı Yerləşdiyi şəhərlər
Harvard Universiteti 7.0 Cambridge, Massaçusets, ABŞ
Kaliforniya Texnologiya İnstitutu (Caltech) 7.0 Pasadena, Kaliforniya, Amerika Birləşmiş Ştatları
Çikaqo Universiteti 7.0 Çikaqo, İllinoys, Amerika Birləşmiş Ştatları
Şimali Texas Universiteti 6.5 Denton, Texas, Amerika Birləşmiş Ştatları
Oklahoma Universiteti 6.5 Norman, Oklahoma, Amerika Birləşmiş Ştatları
Melburn Universiteti 6.5 Melburn, Avstraliya
Toronto Universiteti 6.5 Toronto, Kanada
Oksford Universiteti 7.0 Oksford, İngiltərə
British Columbia Universiteti 6.5 Vankuver, Kanada
Sinqapur Milli Universiteti (NUS) 6.5 Sinqapur
Sidney Universiteti 6.5 Sidney, Avstraliya
ETH Sürix 7.0 Sürix, İsveçrə
Honq Konq Universiteti (HKU) 6.5 Honq Konq, Çin
Oklend Universiteti 6.0 Oklend, Yeni Zelandiya
Münhen Ludwig Maximilian Universiteti (LMU Munich) 6.5 Münhen, Almaniya
Poznan Texnologiya Universiteti 5.5 Poznan, Polşa
Wroclaw Universiteti 5.5 Wroclaw, Polşa
Vytautas Magnus Universiteti 5.5 Kaunas, Litva
Klaipeda Universiteti 5.5 Klaipeda, Litva
Deggendorf Texnologiya İnstitutu 5.5 Deggendorf, Almaniya

(Mənbə: https://www.kanan.co/ )

IELTS imtahanına aid nümunə suallar

Qeyd etdiyimiz kimi IELTS imtahanı 4 bölmədən ibarətdir və bu bölmənin hər birinin məqsədi namizədin ingilis dili bacarığını qiymətləndirməkdir.

Sualların quruluşu isə bölmədən asılı olaraq dəyişir.

Nümunələr:

Dinləmək (“Listening”)

Bu mətni dinləyirsiniz: “Good morning everyone. Today, I’m going to talk about the importance of recycling. Recycling helps to reduce the amount of waste sent to landfills and incinerators, conserves natural resources, and saves energy. For example, recycling one ton of paper can save 17 trees, 7,000 gallons of water, and enough energy to power the average American home for six months. So, it’s crucial that we all do our part in recycling.”

Mətni dinlədikdən sonra sizə bunla əlaqəli sualar verilir. Məsələn:

What is one benefit of recycling mentioned in the talk?

  1. A) It reduces the cost of production
  2. B) It helps conserve natural resources
  3. C) It increases the lifespan of products
  4. D) It decreases the use of plastic

Oxumaq (“Reading”)

Bu mətni oxuyursunuz: “Police community support officers (PCSOs) work in a neighborhood policing team dealing with minor offences and crime prevention. You can get into this job through an apprenticeship, volunteering and applying directly. You can get into this role through a higher apprenticeship as a police community support officer. To do this apprenticeship, you will need 4 or 5 GCSEs at grades 9 to 4 (A* to C) and A levels, or equivalent, for a higher or degree apprenticeship. You’ll need good communication skills, and experience of working with the public in community settings will be useful. It may be helpful if you have experience of community work or you’ve volunteered as a special constable. You can apply to become a police community support officer and often don’t need formal qualifications. Employers will be more interested in your personal qualities and character. You’ll need a good level of spoken and written English, so some police forces may ask for English GCSE at grade 4 (C). Each police force has its own selection process. This will usually involve, written tests, an interview and an interactive test to see how you work with other people.”

Mətni oxuduqdan sonra onla əlaqəli suallara cavab verirsiniz. Məsələn:

According to the text, what is often more important to employers than formal qualifications for a PCSO role?

  1. A) Higher education degrees
  2. B) Personal qualities and character
  3. C) Specific vocational training
  4. D) Previous police experience

Yazı (“Writing”)

Sizə bu formada suallar verilir: “Today, the high sales of popular consumer goods reflect the power of advertising and not the real needs of the society in which they are sold. To what extent do you agree or disagree?”

Siz suala ətraflı, öz fikirinizi ifadə edərək cavab verirsiniz. Məsələn:

“Some people have a perspective that advertisements lure us to purchase goods that are not of necessity. But, others are of the view that advertising enlightens us of new items which might ameliorate our lives. I strongly agree that ads motivate consumers to buy unwanted things.

To begin with, there are compelling reasons why advertisements encourage people to own unneeded items. First of all, multinational corporations create meticulously crafted ads to entice consumers to purchase their products. For instance, fast food chain McDonald’s advertising artifacts tries to lure children with toys and playrooms in order to sell kid’s meal. Moreover, vigorous advertisement campaigns are promoted across plethora of channels such as TV, billboards, online and so on to gauze consumer attention to purchase goods that may be of no need to them. Consequently, people become more materialistic as advertising compounds their desire to own more items.

However, there are some merits of ads. The primary advantage to consumers is the awareness of new products. There are certain circumstances in which informative advertisements can benefit people in their daily lives. For example, campaigns of medicinal fluid to remove minuscule warts can greatly help people with removing dead skin cells from their body and hence benefit them.

To conclude, I firmly believe that advertising lures us to buy unwanted items through meticulously crafted ads and an influx of campaigns across various channels. On the bright side, advertisements can be informative and influence pricing of goods.”

Danışmaq (“Speaking”)

Bu zaman imtahan müsahibə tipli olur. Yəni sizə sual verilir və ona cavab verirsiniz danışaraq. Məsələn:

“Do you like shopping?”- deyə soruşulur.

Sizsə cavabınızda “No, to be honest, I don?t. I am not a hoarder and only prefer to buy things of quality that I know I definitely need. And this, of course, happens not that frequently.”-tipli cavab verə bilərsiniz.

(Mənbə: https://ieltstutorials.online/sample-questions )

IELTS imtahanında necə uğurlu ola bilərəm?

İmtahanda uğurlu olmaq yaxşı nəticə almaq üçün bunlar edə bilərsiniz:

Davamlı məşq edin: Dörd dil bacarığını (dinləmə, oxuma, yazma və danışma) məşq etmək üçün hər gün müəyyən vaxt ayırın və həmin vaxtlarda ingilis dilində məşqlər edin.

İmtahan formatını öyrənin: IELTS imtahanının formatını və hər bölməyə nə qədər vaxt verildiyini, hansı tipdə suallarla qarşılaşacağınızı öyrənib özünüzü ona hazırlayır

Nümunə sualları həll edin: IELTS rəsmi saytından və digər etibarlı mənbələrdən nümunə suallar üzərində işləyin.

Dil bacarıqlarınızı təkmilləşdirin: Gündəlik həyatınızda ingilis dilində kitab oxumaq, filmə baxmaq, ingiliscə musiqi dinləmək və ya yaxınlarınızla ingiliscə danışmaqla dil bacarıqlarınızı inkişaf etdirin.

Bu addımlara əməl etməklə IELTS imtahanında daha uğurlu ola bilərsiniz.

IELTS-ə nə qədər hazırlaşmaq lazımdır?

IELTS imtahanına hazırlıq müddəti insandan insana müxtəlifdir. Bu vaxt gündəlik dərsə ayırdığınız müddətdən və hazırkı dil səviyyənizdən asılı olaraq dəyişə bilər.

Hər namizədin öyrənmə qəbiliyyəti, dil biliyi kimi amillərdən asılı olaraq müddət dəyişsə də, ümumilikdə ən azı bu qədər zaman ayırmaq lazımdır:

  • Başlanğıc Səviyyəsi (A1-A2): Ən azı 3-6 ay
  • Orta Səviyyə (B1-B2): Ən azı 2-3 ay
  • Qabaqcıl Səviyyə (C1-C2): Ən azı 1-2 ay

Müəllimsiz IELTS imtahanına necə hazırlaşmaq olar?

Məsuliyyətli və disiplinli olmaqla onlayn resurslardan istifadə edib imtahana rahatlıqla hazırlaşa bilərsiniz. Müəllimsiz IELTS imtahanına hazırlaşmaq üçün edə biləcəkləriniz amillər bunlardır:

Resurslar və materiallar: Rəsmi IELTS kitabları, onlayn dərslər və proqramlardan istifadə edərək özünüz ingilis dilini öyrənə bilərsiniz.

Tədris planı yaradın: Gündəlik dərs cədvəli hazırlayın və dörd dil bacarığını (dinləmə, oxuma, yazma, danışma) məşq etmək üçün hər gün müəyyən saatlarda məşq edin. Plan yaratmaq həm vaxtınızı düzgün bölmənizə, həm də məsuliyyətli olmağınıza kömək edəcək.

Nümunə testlər üzərinə işləyin: Rəsmi IELTS saytından və digər etibarlı mənbələrdən nümunə testləri edin və səhvləriniz üzərində işləyin.

Dil bacarıqlarını təkmilləşdirin: Əvvəldə də qeyd etdiyimiz kimi, İgilis kitablarını oxuyaraq, filmlərə baxaraq və gündəlik söhbətlər edərək dil bacarıqlarınızı daim təkmilləşdirin.

Onlayn forumlar və qruplar: IELTS-ə hazırlıq forumlarına və qruplarına qoşularaq təcrübənizi paylaşın və digər namizədlərlə məsləhətlər alaraq özünüzü inkişaf etdirin.

IELTS hazırlığı üçün resurslar

İmtahana hazırlaşmaq üçün imtahanın hər 4 bölməsinə hazırlaşmaq üçün bu onlayn resursları istifadə edə bilərsiniz:

Bundan əlavə olaraq aşağıdakı kitablardan istifadə etməklə də imtahana hazırlaşıb yaxşı nəticə ala bilərsiniz:

  • The Official Cambridge Guide to IELTS
  • Barron’s IELTS Superpack
  • Cambridge IELTS Practice Tests (Seri)
  • IELTS Trainer
  • IELTS Success Formula

IELTS imtahanı kimlərdən tələb olunur?

IELTS imtahanı təkcə tələbələr deyil, xaricdə işləmək və yaşamaq istəyənlərin dil biliyini sübut etməli üçün vacib olan imtahanlardır. IELTS bu şəxslərdən tələb olunur:

Xaricdə təhsil almaq istəyənlər: İngilis dilli ölkələrin universitetləri və kollecləri tələbə qəbulu zamanı IELTS balları tələb edir.

Beynəlxalq işə müraciət edənlər: Bir çox işəgötürən namizədlərdən, xüsusən də beynəlxalq vəzifələr üçün IELTS balları tələb edir.

İmmiqrasiya üçün müraciət edənlər: Avstraliya, Kanada, Böyük Britaniya və Yeni Zelandiya kimi ölkələr də daxil olmaqla yüzlərlə ölkə immiqrasiya müraciətləri üçün IELTS ballar tələb edir.

Peşə sertifikatları üçün: Bəzi peşəkar qurumlar müəyyən peşələr üçün üzvlük və ya sertifikatlaşdırma proseslərində IELTS balları tələb edir.

(Mənbə: https://ielts.org/ )

IELTS imtahanının kariyera üçün önəmi

IELTS imtahanı beynəlxalq iş imkanlarını qiymətləndirmək istəyən insanlar üçün böyük əhəmiyyət kəsb edir. Bir çox beynəlxalq şirkət və təşkilatlar namizədlərin ingilis dili biliyini qiymətləndirmək üçün IELTS balından istifadə edirlər. Bu imtahan namizədlərə ingilis dilində ünsiyyət qurmaq bacarıqlarını sübut etməyə kömək edir və beləliklə onlara iş müraciətlərində və karyeralarında üstünlük verir.

Qeyd edək ki, IELTS balı xüsusilə ingilis dilli ölkələrdə işləmək istəyənlər üçün karyera inkişafını dəstəkləyir və vacibdir.

IELTS imtahanının təhsil üçün önəmi

IELTS imtahanı ingilisdilli ölkələrdə təhsil almaq istəyən tələbələr üçün tələb olunan əsas imtahanlardan biridir. Bir çox universitet və kollec qəbul zamanı IELTS balları tələb edir. Dünyada 12.000-dən çox təhsil müəssisənin qəbul etdiyi bu imtahan tələbələrin ingilis dilindən akademik səviyyədə nə dərəcədə istifadə edə biləcəyini qiymətləndirir.

IELTS balı tələbələrə universitetə ​​qəbul olmaq, təqaüd qazanmaq və akademik proqramlarda iştirak etməkdə üstünlük verir.

IELTS imtahanının nəticələri nə vaxt çıxır?

IELTS imtahanının nəticələri kağız üzərində olan imtahanlar üçün imtahan tarixindən etibarən 13 gün ərzində elan edilir. Kompüter vasitəsilə keçirilən imtahanlar üçün nəticələr 3-5 gün ərzində elan edilir.

İmtahan nəticələrini elan olduqda IELTS-in rəsmi saytından və ya test mərkəzlərindən daxil olaraq öyrənə bilərsiniz.

(Mənbə: https://ielts.idp.com/results/get-ielts-results )

İmtahanın hər bölməsində özümü necə inkişaf etdirə bilərəm?

Dinləmə (Listening)

  • Praktika edin: Rəsmi IELTS dinləmə testlərindən və digər İngilis dili dinləmə mənbələrindən istifadə edərək praktika edin.
  • Qeydlər aparın: Dinləyərkən vacib məqamları qeyd edin. Bu, detalları daha yaxşı xatırlamağa kömək edəcək.
  • Fərqli aksentlərə öyrəşin: Müxtəlif ingiliscə danışan bölgələrdən olan danışıqları dinləyib qulağınızı hər aksentə öyrəşdirin.

Oxu (Reading)

  • Müxtəlif mətnlər oxuyun: Qəzetlər, jurnallar, akademik məqalələr və kitablar oxuyaraq oxuma sürətinizi və anlama qabiliyyətinizi inkişaf etdirin.
  • Söz ehtiyatını genişləndirin: Yeni sözlər öyrənin və onları cümlədə istifadə edərək möhkəmləndirin.
  • Zaman idarəetməsi: Oxu testlərində vaxtınızı yaxşı idarə edin, hər suala çox vaxt sərf etmədən cavablandırmağa çalışın.

Yazı (Writing)

  • Plan hazırlayın: Yazmağa başlamazdan əvvəl yazınızın planını qurun.
  • Praktika edin: Müntəzəm olaraq yazı işləri ilə məşğul olun və nümunə IELTS yazı mövzuları üzərində praktika edin.
  • Yazınızı yoxladın: Yazdıqlarınızı ingilis dili qrammatikası və yazı üzrə təcrübəli birinə yoxlatdırın.

Danışıq (Speaking)

  • Danışıq praktikası: İngiliscə danışaraq praktika edə biləcəyiniz bir partnyor tapın və onla ingiliscə söhbətlər edin.
  • Qeyd və analiz: Danışıqlarınızı qeyd edin və analiz edin. Daha sonra səhvlərinizi görmək və düzəltmək üçün öz səsinizi təkrar dinləyin.
  • Gündəlik danışıq: Gündəlik həyatınızda ingilis dilində danışmağa çalışın, özünüzü müxtəlif mövzular haqqında ifadə edin.

Bu yollarla IELTS imtahanının hər bölməsində özünüzü inkişaf etdirərək uğurlu nəticə əldə bilərsiniz.

IELTS sınaq imtahanlarında iştirak etmək imkanı

Sınaq imtahanında iştirak etmək həm imtahana adaptasiya olmaq, həm də yaxşı nəticə üçün vacibdir.

IELTS imtahanın da sınaq imtahanları təşkil olunur ki, bu imtahanlarda qeydiyyatdan keçib iştirak edə bilərsiniz.

Sınaq imtahanında iştirak üçün IELTS-in rəsmi veb-saytına keçid edə bilərsiniz. Bu linkə daxil olmaqla sınaq imtahanı verə bilərsiniz: https://ielts.org/take-a-test/preparation

Eyni zamanda edX, Coursera, Udemy kimi onlayn beynəlxalq təhsil platformaları və yüzlərlə beynəlxalq saytlarda sınaq imtahanları keçirilir. Həmçinin İngilis dili kurslarının təşkil etdiyi sınaqlarda da iştirak edə bilərsiniz.

Avropada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər