TOEFL nədir?

TOEFL, yəni Test of English as a Foreign Language ingilis dili ana dili olmayan şəxslərin ingilis dili bacarıqlarını ölçmək edilən standartlaşdırılmış imtahandır. Bu test ingilisdilli ölkələrdə təhsil alacaq, xüsusən də universitet səviyyəsində təhsil alacaq şəxslər üçün nəzərdə tutulub.

Ölkəmizdə hər il minlərlə tələbə akademik və peşəkar karyera məqsədlərinə uyğun olaraq bu imtahanı verir. Azərbaycanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən TOEFL imtahanında həm azərbaycanlı, həm də Azərbaycanda yaşayan xarici vətəndaşlar da iştirak edə bilir.

TOEFL imtahanı hansı hissələrdən ibarətdir?

TOEFL imtahanının dörd əsas hissəsi namizədlərin ingilis dili bacarıqlarının müxtəlif aspektlərini qiymətləndirir:

Reading (Oxumaq): Bu hissədə namizədlərin ingilis dilində yazılmış mətnləri başa düşmə qabiliyyətini yoxlanılır.

Listening (Dinləmə): Namizədlərin ingilis dilində dialoq və söhbətləri dinləməklə anlamaq və məlumat əldə etmək bacarıqları yoxlanılır.

Danışma (Speaking): Namizədlərin ingilis dilində effektiv ünsiyyət qurma bacarıqlarını yoxlamaq bacarıqları yoxlanılır.

Yazı (Writing): Namizədlərin öz fikirlərini yazılı ingilis dilində ifadə etmək bacarığı xüsusi mövzularda yazılmalı olan esselər vasitəsilə qiymətləndirilir.

TOEFL hansı ölkələrdə qəbul edilir?

TOEFL imtahanı dünyanın bir çox ölkəsində və universitetlərində ingilis dili biliyinin ölçüsü kimi qəbul edilir. TOEFL imtahanının qəbul edildiyi, təhsil keyfiyyətinin də yüksək olduğu ölkələrdən bəziləri bunlardır:

ABŞ: ABŞ-dakı universitetlərin 90%-i TOEFL imtahanını qəbul edir. Qeyd edək ki, Amerikada ən çox tələb edilən dil biliyi testlərindən biri də elə TOEFL-dir.  

Kanada: Kanadadakı bütün universitetlər TOEFL ballarını qəbul edir. Ölkə üzrə magistr proqramlarının 80%-dən çoxu TOEFL ballarını digər ingilis dili biliyi testlərindən üstün tutur.

Birləşmiş Krallıq: Birləşmiş Krallıqdakı bütün universitetlər TOEFL imtahanını qəbul edir.

Avropa: TOEFL bütün Avropa ölkələrində, xüsusən də Fransa və Almaniyanın əksər universitetlərində qəbul edilir.

İrlandiya: İrlandiyanın bütün universitetləri TOEFL-i qəbul edir və bir çox hallarda onlar TOEFL iBT Home Edition testini də qəbul edirlər.

Avstraliya: TOEFL balları Avstraliyadakı bütün universitetlər və immiqrasiya müraciətləri üçün qəbul edilir.

Yeni Zelandiya: Yeni Zelandiyanın bütün universitetləri TOEFL ballarını qəbul edir. Bundan əlavə, qeyd edək ki, TOEFL balları da Yeni Zelandiya Kvalifikasiya Təşkilatı tərəfindən beynəlxalq tələbələrin ixtisaslarının qiymətləndirilməsində və daimi yaşayış üçün müraciətlərdə də etibarlıdır.

Bunlar ölkələrdən bəziləridir, qlobal miqyasda qəbul edilmiş test olaraq, TOEFL dünyanın yüzlərlə ölkəsində və minlərlə universitetində etibarlıdır.

(Mənbə: https://search.aeccglobal.com/article/toefl-accepting-countries-an-ultimate-guide)

TOEFL qəbul edən universitetlər hansılardır?

TOEFL-i qəbul edən 130-dan çox ölkənin universitetlərindən bəziləri bunlardır:

Universitetlər Minimal TOEFL balı Yerləşdiyi şəhərlər
Harvard Universiteti 100 – 105 Cambridge
Kaliforniya Texnologiya İnstitutu 100 Pasadena, Kaliforniya
Duke Universiteti 90 Durham
Princeton Universiteti 100 Princeton
Stanford Universiteti 100 Stanford
Yale Universiteti 100 New Haven
Massaçusets Texnologiya İnstitutu (MIT) 90 Cambridge
Melburn Universiteti 85 Melburn
Avustralya Ulusal Universiteti 87 Kanberra
Sidney Universiteti 79 Sidney
Queensland Universiteti 79 Brisben
Oksford Universiteti 100 Oksford
Kembric Universiteti 110 Kembric
Imperial College London 100 Londra
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) 100 Londra
London Universitet Kolleci (UCL) 100 Londra
Edinburq Universiteti 92 Edinburq
Mançester Universiteti 88 Mançester
Warwick Universiteti 90 Koventri
London Kral Kolleci 100 Londra
Toronto Universiteti 100 Toronto
McGill Universiteti 100 Monreal
British Columbia Universiteti 90 Vankuver
Alberta Universiteti 90 Edmonton
Waterloo Universiteti 90 Waterloo
McMaster Universiteti 86 Hamilton
Ottava Universiteti 92 Ottava
Western Universiteti 86 London

(Mənbə: https://edvoy.com/articles/toefl-accepting-universities/

https://leapscholar.com/blog/best-30-toefl-accepting-universities-in-usa-minimum-scores/)

Hansı sahələrdə TOEFL lazımdır?

TOEFL-in tələb olunduğu sahələrə bunlar aiddir:

Universitet müraciətləri: Bir çox universitetlər bakalavr və ya magistr proqramlarına müraciət edərkən beynəlxalq tələbələrdən TOEFL balları tələb edə bilər.

Akademik məqsədlər üçün dil biliyi: Bəzi universitetlər tələbələrdən, xüsusən də magistratura proqramlarına müraciət edənlərdən ingilis dili biliklərini təsdiq edən TOEFL tələb edir.

İşə müraciətlər: Bəzi işəgötürənlər, xüsusən də beynəlxalq işgüzar əlaqələrdə və ya xarici vəzifələrdə xarici dil biliyini qiymətləndirmək üçün TOEFL balı tələb edə bilər.

Viza müraciətləri: Bəzi ölkələr xüsusilə təhsil və ya iş vizası müraciətləri üçün ingilis dili biliyini sübut etmək üçün TOEFL şərti qoyur.

Ortalama TOEFL balı nə qədərdir?

TOEFL balları universitetlərin və hətta müraciət olunan proqramın tələblərindən asılı olaraq dəyişə bilər.

Məsələn, biznes magistr proqramlarına müraciət edərkən istədiyiniz TOEFL balı ilə mühəndislik üzrə magistr proqramlarına müraciət edərkən istədiyiniz bal arasında fərqlər var. Bəzi universitetlər müəyyən TOEFL balı minimum kimi qəbul edir, digərləri isə daha yüksək bal tələb edə bilər.

Araşdırmamıza görə, TOEFL iBT balları ümumən 80 ilə 110 arasında dəyişir. Lakin bu, ümumi ortalamadır və bəzi hallarda daha aşağı, yaxud da yuxarı tələblərin olması mümkündür.

Belə ki, biznes idarəçiliyi üzrə magistr proqramına müraciət edən tələbədən 100 və ya yuxarı bal tələb olunduğu halda, mühəndislik proqramları daha aşağı TOEFL tələb edir.

Ona görə də TOEFL balları haqqında dəqiq məlumatı sənəd vermək istədiyiniz universitetlərin veb-saytından almağınız məsləhətdir.

(Mənbə: https://www.mbacrystalball.com/toefl/toefl-scores/)

Nümunə TOEFL sualları

Qeyd etdiyimiz kimi TOEFL imtahanı dörd əsas bacarığı qiymətləndirən dil imtahanıdır: Oxuma, Dinləmə, Danışıq və Yazma. Hər bölmə müxtəlif dil bacarıqlarını yoxlayır və namizədlərin müxtəlif aspektlərdə ingilis dili biliyini ölçür.

Gəlin bu hissələr üzrə imtahan nümunələrilə də tanış olaq.

Oxu bölməsi nümunəsi:

TOEFL reading bölməsi namizədlərin ingiliscə mətnləri anlamaq qabiliyyətini ölçür.

Nümunə TOEFL reading mətni: “ Evolution is the process in which, over time, animals develop the characteristics required to survive in their natural environment. One form of this is convergent evolution, which is when animals living in completely separate geographic areas end up with many identical features.  This occurs when the habitats of two creatures resemble each other in some way.  Because they live in similar habitats, the animals end up needing similar specialties in order to survive and reproduce.  In certain cases the animals are so alike that they may end up being mistaken for each other, while in other cases they only share a few features.”-belə bir mətn oxuyursunuz və mətnlə əlaqəli suallara cavab verirsiniz.

Dinləmə bölməsi nümunəsi:

TOEFL listening bölməsi namizədlərin ingilis dilində danışmaq və anlamaq qabiliyyətini ölçür.

Nümunə TOEFL audio yazısı: “ Hello, my name is Sarah and I’m a student at Greenfield University. I’m majoring in Environmental Studies and I’m passionate about finding solutions to climate change. Today, I’m going to talk about the impact of deforestation on global warming.”- bu tip səs yazısını dinləyirsiniz və dinlədiyiniz mətn haqqında olan suallara cavab verirsiniz. 

Danışıq bölməsi nümunəsi:

TOEFL speaking bölməsi namizədlərin ingiliscə danışıq bacarıqlarını ölçür.

Nümunə TOEFL speaking tapşırığı: “ Describe a memorable event in your life. Why was it important to you? How did it influence you?”- kimi suallara cavab verirsiniz.

Yazı bölməsi nümunəsi:

TOEFL writing bölməsi namizədlərin ingilis dilində yazı bacarıqlarını ölçür.

Nümunə TOEFL yazı tapşırığı: “ Some people believe that it is better to live in a small town, while others think that life in a big city is more preferable. Discuss the advantages and disadvantages of both options. Which do you think is better and why?”-sualına öz cümlələrinizlə yazılı yazab verirsiniz.

Hər bir nümunə müvafiq TOEFL bölməsində qarşılaşa biləcəyiniz tipik tapşırığı təmsil edir, suallar ümumən bu tip olsa da, fərqli cümlələr və çətinliklərdə verilir.

(Mənbə: https://www.toeflresources.com/speaking-section/toefl-speaking-samples/)

TOEFL imtahanının hər bölməsi üzrə özümü necə inkişaf etdirə bilərəm?

Reading (Oxu):

  •   İngilis mətnlərini oxuyaraq lüğətinizi genişləndirin.
  •   Müxtəlif növ mətnləri oxuyaraq müxtəlif mövzular haqqında məlumat əldə edin.
  •   Anlama bacarıqlarınızı təkmilləşdirmək üçün oxuduğunuz mətnlərin əsas ideyasını və təfərrüatlarını müəyyənləşdirin.

Listening (Dinləmə):

  •   İngilis dili danışığının podkastlarını və ya videolarını dinləməklə dinləmə bacarıqlarınızı təkmilləşdirin.
  •   Dinlədiyiniz məzmunu ümumiləşdirin və ya qeyd edin.
  •   Danışıq sürətinizi artıraraq daha çətin məzmunla məşq edin.

Speaking (Danışma):

  •   Özünüz haqqında davamlı danışmaqla danışığınızı təkmilləşdirin.
  •   Müxtəlif söhbət mövzularında özünüzü ifadə etməyi məşq edin.
  •   Cavablarınızı şifahi olaraq hazırlayaraq spontan danışma bacarıqlarınızı artırın.

Writing (Yazı):

  •   Müxtəlif yazı növləri (məqalələr, esselər və s.) yazmaqla yazı bacarıqlarınızı təkmilləşdirin.
  •   Yazdığınız yazıları analiz edin, qrammatik və orfoqrafik səhvləri düzəldin.
  •   Fikirlərinizi yazı ilə ifadə etmək üçün çoxlu yazı yazıb üzərində düzəlişlər edin.

TOEFL imtahanında necə uğurlu olmaq olar?

Yeni sözlər öyrənin: TOEFL imtahanında uğur qazanmaq üçün ilk növbədə ingilis dilinin qrammatikasını və lüğətinizi təkmilləşdirməlisiniz. Gündəlik sözləri təkrar etməklə və yeni sözlər öyrənməklə lüğət bazanızı artıra bilərsiniz.

Bundan əlavə, ingilis dilində akademik mətnləri oxumaqla və diqqətinizi müxtəlif mövzulara yönəltməklə də yeni sözlər öyrənə, eyni zamanda oxuma sürətinizi və anlama qabiliyyətinizi inkişaf etdirə bilərsiniz.

Dinləmə bacarıqlarınızı artırın: Dinləmə bacarıqlarınızı təkmilləşdirmək üçün ingilis dilində podkastlara, xəbərlərə və çıxışlara qulaq asmaq və qeydlər aparmağa məşq etdirməklə “listening”də uğurlu ola bilərsiniz.

İngilis dilində danışın: Danışıq bacarıqlarınızı təkmilləşdirmək üçün müntəzəm olaraq ingilis dilində danışmağı məşq etməli və dostlarınız ingilis dilində söhbətlər etməyə çalışın.

Bundan əlavə, keyfiyyətli və etibarlı mənbələrdən, xüsusən də ETS-in rəsmi materiallarından, müxtəlif onlayn kurslardan və TOEFL-ə aid kitablardan faydalanmaq bu prosesdə sizə kömək edə bilər.

Eyni zamanda, TOEFL imtahanının formatına və gedişatına öyrəşmək də önəmlidir, ona görə təşkil olunan sınaq imtahanlarında iştirak edin ki, imtahan prosesinə hakim olasınız.

TOEFL imtahanına nə qədər hazırlaşmaq lazımdır?

TOEFL-ə hazırlıq müddəti namizədin öyrənmə qabiliyyətindən aslı olaraq dəyişir.

Bu müddət ingilis dilinin qrammatika səviyyəsi, öyrənmə sürəti və gündəlik dərsə ayırdığı zaman kimi amillərdən aslıdır.

Bəzi insanların ingiliscə baza bilikləri olduğundan və sürətli qavraya bildiklərindən bir neçə aya TOEFL imtahanına hazırlaşa bilərlər. Lakin İngilis dilinə yeni başlayanların hazırlıq müddətisə daha çox olur.

Odur ki, imtahana nə qədər hazırlaşmalı olduğunuzu müəyyən etmək üçün cari dil bilik səviyyəsi və hədəf TOEFL balı nəzərə almağınız və buna əsasən də imtahandan öncə hazırlıqlara başlamağınız məsləhətdir.

TOEFL imtahanı hansı xaricdə təhsil imkanları qazandırır?

TOEFL iBT imtahanı xaricdə təhsil almaq istəyən tələbələr üçün həm təhsil, həm də kariyera cəhətdən bir çox imkanlar verir. TOEFL imtahanı dünyanın ən yaxşı universitetlərində, xüsusən də ingilisdilli ölkələrdə təhsil almaq şansını artırır. TOEFL balı ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya kimi 16-dan çox ölkənin 10 000-dən çox universitet və institut tərəfindən qəbul edilir. Tələbələr yalnız TOEFL balları ilə kollec və universitetlərə müraciət etmirlər, həm də müxtəlif təqaüdlər, assistentlər və digər akademik imkanlar üçün də müraciət edə bilərlər.

Eyni zaman TOEFL balı iş icazəsi, immiqrasiya və peşəkar lisenziyalaşdırma proseslərinə də tələbələrə olduqca kömək olur.

(Mənbə: https://www.ets.org/toefl-destination-success.html )

TOEFL imtahanının təhsil və kariyara üçün önəmi nədir?

TOEFL imtahanının təhsilə və karyerayada bir çox üstünlüklər təmin edir.

Təhsil baxımından TOEFL xaricdə ali təhsil almaq istəyən tələbələr üçün qapı açır. Əksər ingilisdilli ölkələrdə, Harvard Universiteti, Kembric Universiteti, Stanford Universiteti kimi yüksək səviyyədə təhsil verən dünyanın nüfuzlu universitetləri tələbələrin akademik ingilis dili biliyini qiymətləndirmək üçün bu test nəticəsindən istifadə edirlər.

Karyerada TOEFL balı beynəlxalq şirkətlərdə iş imkanları axtaran şəxslər üçün üstünlükdür. Yaxşı TOEFL balı iş namizədləri, xüsusən də qlobal şirkətlərdə işləmək üçün müraciət edənlər üçün HR tərəfindən qiymətləndirilir. Xüsusilə, qlobal texnologiya şirkətləri, çoxmillətli maliyyə institutları və iri miqyaslı səhiyyə təminatçıları kimi geniş yayılmış sahələrdə çalışmaq üçün TOEFL göstəricisi lazım olur. Eyni zamanda bəzi peşəkar və dövlət vəzifələrində də ingilis dili biliyinin sübutu kimi də TOEFL nəticəsi tələb oluna bilər.

(Mənbə: https://global-exam.com/blog/en/why-does-the-toefl-exam-matter-so-much/)

TOEFL imtahanına necə hazırlaşmaq lazımdır?

TOEFL imtahanına effektiv hazırlaşmaq üçün ilk addımınız hazırkı ingilis dili səviyyənizi qiymətləndirmək olmalıdır. Bu qiymətləndirmə ingilis dilində güclü və zəif tərəflərinizi müəyyən etməyə və hazırlığınızı o yöndə aparmağa kömək edəcək.

Daha sonra, zəif tərəflərinizi yaxşılaşdırmaq və güclü tərəflərinizi daha da gücləndirmək üçün bir plan hazırlamalı, nələri öyrənməli olduğunuzu planlaşdırmalısınız. İmtahan formatını yaxşı başa düşmək və TOEFL imtahan sualları tipli suallarla məşq etmək üçün davamlı sınaqlar işləmək də faydalıdır.

TOEFL dörd bölmədən ibarətdir: dinləmə, oxuma, yazma və danışma. Ümumi TOEFL balınızın yaxşı olması üçün hər bölmə üçün ayrıca hazırlaşmalı və hansı bölmədən zəifsinizsə, həmin hissəni göcləndirməlisiniz.

Bundan əlavə, imtahan vaxtla olduğundan effektiv vaxt idarəetmə bacarıqlarını da inkişaf etdirmək vacibdir. Və ən əsası, imtahana hazırlaşarkən yaxşı nəticə almaq üçün dincəlməyi də unutmayın. İstirahət fikrinizi sakitləşdirmək və imtahan performansı artırmaq üçün ən yaxşı yoldur.

TOEFL imtahanına hazırlaşmaq üçün lazım olan kurslar və resurslar

Rəsmi TOEFL materialları: ETS-in “The Official TOEFL iBT Tests Collection” kimi kitabları və onlayn sınaq testləri. 

Onlayn hazırlıq platformaları: Bunlara daxildir;

  • Kaplan. Geniş çeşiddə TOEFL kursları və interaktiv məşqlər təklif edir.
  • Magoosh. Video dərsləri, sınaq sualları və imtahan simulyasiyaları daxildir.
  • Bestmytest və EnglishCentral. Bu platformalar fərdiləşdirilmiş TOEFL hazırlıq variantları və təcrübə materialları təklif edir.

Mobil poqramlar və podkastlar: İngilis dili öyrədən mobil proqramlar vasitəsilə TOEFL-ə hazırlaşa, yeni sözlər öyrənə və TOEFL haqqında podkastlar dinləməklə dinləmə bacarıqlarınızı təkmilləşdirə bilərsiniz.

Nəşr olunan İngilis dilində kitablar: Müxtəlif İngilis dilində qrammatika kitabları oxumaqla TOEFL imtahanı strategiyaları, qrammatika və lüğəti öyrənmək imkanınız var.

Fərdi hazırlıqlarla: TOEFL hazırlığı keçən müəllim və ya kurslarla.

Bu resurslar sizə TOEFL imtahanına hərtərəfli hazırlaşmağa imkan verir və dil biliklərinizi artırmaqla imtahanda uğur qazanmağınıza kömək edir.

Qeyd edək ki, hər bir resurs müxtəlif öyrənmə üslullarında öyrənir, bunların hər birilə maraqlanıb hansı sizə uyğundursa, həmin resursla imtahana hazırlaşa bilərsiniz.

Müəllimsiz TOEFL imtahanına necə hazırlaşmaq olar?

Müəllimsiz TOEFL imtahanına hazırlaşmaq üçün internetdə xeyrli sayda müxtəlif onlayn resurslar var. ETS-in rəsmi saytından və ya digər etibarlı mənbələrdən praktiki testlərdən və materiallardan istifadə etməklə imtahana hazırlaşmaq imkanınız var.

Eyni zamanda müxtəlif onlayn platformalarda kurslara qatıla və dil bacarıqlarınızı təkmilləşdirmək üçün TOEFL-lə bağlı onlayn qruplara qoşula, danışığı inkişaf etdirmək üçün onlayn platformalarda özünüzə xarici dostlar tapa bilərsiniz. Bu platformalardan bəziləri bunlardır:

  • Duolingo
  • Rosetta Stone
  • Babbel
  • Busuu
  • Memrise

TOEFL imtahanına hazırlaşmaq üçün istifadə edə biləcəyiniz faydalı mənbələr

(Mənbə: https://www.invensislearning.com/upskill/20-great-toefl-exam-resources )

TOEFL imtahanı kimlərdən tələb edilir?

Universitetə ​​müraciət edənlərdən: Bir çox universitetlər beynəlxalq tələbələrdən və ya ingilis dilindən başqa dildə təhsil almış yerli tələbələrdən TOEFL balları tələb edir.

İşə müraciət edənlər: Bəzi beynəlxalq işəgötürənlər işçilərinin yaxşı ingilis dili biliklərinə malik olmasını istəyirlər. Ona görə də beynəlxalq əməkdaşlardan işə müraciət zamanı TOEFL imtahan nəticəsi tələb edirlər. TOEFL imtahanı tələb olunan sahələrdən bəziləri bunlardır:

  • Əczaçı
  • Universitet əməkdaşları
  • Turizm sahəsi əməkdaşları
  • Bankda əməkdaşları
  • Otelin sektoru
  • Ofis işçisi
  • Restoran sektoru
  • Həkim

İmmiqrasiya və viza müraciətləri: Bəzi ölkələr immiqrasiya və ya viza müraciətləri zamanı bəzi ölkələr, gedəcəyiniz yerdə rahat ünsiyyət qura biləcəyinizdən əmin olmaq üçün TOEFL testi tələb edə bilər.

Hər bir halda, TOEFL imtahanının verilməsi zərurəti fərdin məqsədlərindən, təhsil və ya karyera məqsədlərindən və ehtiyaclarından asıl olaraq bir çox sahələrdə tələb oluna bilər.

(Mənbə: https://global-exam.com/blog/en/working-abroad-with-the-toefl-ibt/ )

TOEFL imtahanı Bakıda harada keçirilir?

Azərbaycanda TOEFL imtahanını Dövlət İmtahan Mərkəzi təşkil edir. Bakıda hər il DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmək üçün TOEFL iBT-in rəsmi saytından şəxsi hesab açmaq lazımdır. Şəxsi hesab açmaq üçün bu linkə keçid edə bilərsiniz:  https://v2.ereg.ets.org/ereg/public/jump?_p=TEL

Bütün qeydiyyat prosesini tamamladıqdan sonra imtahan vermək istədiyiniz ölkəni, şəhəri, tarixi seçdikdən sonra təqdim olunan test mərkəzləri siyahısından «State Examination Center» seçmək və imtahan üçün tələb olunan ödənişi etməlisiniz. İmtahana 4 ay qalmış TOEFL imtahanı üçün qeydiyyatdan keçə bilərsiniz.

Bakıda keçirilən TOEFL imtahan vaxtları ilə bağlı ətraflı məlumatı DİM sözünə klik etməklə ala bilərsiniz. 

Qeyd edək ki, 15 yaşınadək uşaqların imtahanda iştirak etmələri üçün imtahan zamanı valideyn və ya himayədar şəxslərin şəxsiyyət vəsiqəsi təqdim etmələri mütləqdir.

TOEFL imtahanı cavabları nə vaxt çıxır?

TOEFL imtahan nəticəsini imtahan günündən sonrakı 4-8 gün ərzində ala bilərsiniz.

Ballarlar çıxdıqda sizin qeydiyyatdan keçdiyiniz mailinə mesaj gələcək və ETS-in, DİM-in rəsmi saytlarında məlumat paylaşılacaq.

Ballar ilk çıxdıqda onu onlayn olaraq görürsünüz, PDF nüsxəsini yükləmək və çap etməksə ballar çıxdıqdan 2 gün sonra mümkün olur.

Əgər imtahan balınızı onlayn və PDF yox, hazır kağız formasında istəsəniz, imtahandan qeydiyyatından keçərkən bunu sistemdə qeyd edirsiniz və imtahandan 11-15 gün sonra balınız olan sənəd poçt ünvanınıza göndərilmiş olur.

TOEFL-in çatdırılması 75 ölkə üçün keçərlidir və çatdırılma vaxtları yerli poçt xidmətlərindən asılı olaraq dəyişə bilər.

(Mənbə: https://www.ets.org/toefl/test-takers/ibt/scores/get-scores.html )

TOEFL sınaq imtahanında iştirak imkanı

TOEFL imtahanı prosesinə adaptasiya olmaq və imtahana yaxşı hazırlaşmaq üçün TOEFL ETS-in rəsmi saytından ödəniş sınaq imtahanı verə bilərsiniz. Sınaq imtahanı imtahanın 4 hissəsini də əhatə edir.

TOEFL imtahanı üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər