Litva üçün təhsil vizasının alınması üçün sənədlər və prosedur haqqındakı məqalədə detallara keçməmişdən öncə, bir neçə maraqlı fakt qeyd etmək istərdik.
Litva Baltikyanı ölkələr sırasında ərazisinə və əhali sayına görə ən kiçik ölkədir. Mən oxumuş olduğum Kaunas şəhəri Litvanın ikinci ən böyük şəhəri hesab olunur. Şəhər eyni zamanda “tələbə şəhəri” də adlandırılır. Paytaxt Vilnüsdə yerli əhali daha çox rus dilini bilsə də, Kaunasda ingilis dili daha geniş yayılıb. Ümumi götürdükdə, litvalı gənclər ingilis dili, yaşlılar isə rus dilini bilirlər.
Litvaya təhsil vizasını almaq bir o qədər də çətin deyil. Demək olar ki, Şengen zonasında Litva öz vizasını ən rahat verən ölkələrdəndir.
Viza alınması üçün ilk öncə universitetdən qəbul haqqında sənəd lazımdır. “Acceptance letter” (Qəbul məktubu) sənədi tələbənin universitetə qəbul olmağı haqqında sübutdur. Bu sənəd aşağıda qeyd olunan sənədlərlə birlikdə Litvanın Azərbaycandakı səfirliyinə şəxsən təqdim olunmalıdır:
Litva səfirliyinin yeni qaydalarına əsasən VFS Global şirkətinin rəsmi saytında görüş üçün müəyyən vaxt seçilməlidir. Tələbə, bu linkdən özünə uyğun olan vaxtı seçib qeydiyyatdan keçə bilər. Linkdə rezerv mümkün olmadığı halda [email protected] poçt adresinə təhsil məlumatları, vətəndaşlıq və pasport nömrəsini yazaraq, görüş üçün vaxt istənilə bilər.
Səfirlik tələbəyə viza veriləcəyinə 100% zəmanət vermir, yəni viza verilməyə də bilər. Səfirlik tələbənin sənədlərinə baxış üçün 10 iş gününə qədər vaxt istəyir. Şəxsən mənim ilk milli vizam 8 günə verilmişdi. İstisna hallarda tez də verilə bilər.
Əlavə məlumat üçün:
Litvanın səfirliyinin rəsmi internet saytı: https://az.mfa.lt/az/en/