Polşada Viza Prosesləri

Polşa üçün təhsil vizasında 3 əsas məqama diqqət yetirmək lazımdır. Burada əsas 3 məsələ, Polşa üçün universitet seçimi, Polşa təhsil vizasının alınması və Polşa səfirliyində viza görüşü ilə bağlıdır.

Universitet seçimi

Birinci əsas məqam budur ki, seçdiyiniz universitetin prestijli olmasına çalışın. Çünki, son günlərdə xaricdə təhsilin axmaq biznes variantı çox tələbənin vizadan rədd cavabı almağı ilə nəticələnir. Səbəblər isə çox sadədir: şirkətlər və ya kəslər universitetlərin reytinqlərini, onların təhsil keyfiyyətlərini və hətta tədris dilini nəzərə almadan onlara müraciət edən insanları qəbul sənədi ilə təmin edirlər. Viza üçün rədd cavabı gəldikdən sonra isə məlum olur ki, qəbul polyak dilində olan ixtisas üçün nəzərdə tutulub. Və ya tələbə heç bir dil bilmədən aşağı nüfuzlu bir təhsil müəssisəsindən qəbul aldırır və viza görüşündə müəyyən olur ki, şəxsin hər hansı bir dil biliyi yoxdur və ingilis dilində primitiv suallara cavab verə bilmir. Bu şəxslərin əksəriyyəti Polşada təhsil almaq yox, işləməkdir deyə, səfirlik bunun qarşısını almaqda maraqlıdır (və maraqlı da olmalıdır). Yəni, Polşa haqqında eşitsəniz ki, vizadan çox adama rədd cavabı gəlir, bilin ki, həmin şəxslərin ya sənədlərində həqiqətən ciddi problem var, ya dil bilikləri yoxdur yaxud da çox aşağı səviyyədədir.

Təhsil vizasına müraciət üçün hansı sənədlər lazımdır?

  • Universitetin qəbul məktubu;
  • Yaşayacağınız yer barədə sənəd (məsələn, yataqxana);
  • Application form (milli viza, 90 gündən artıq);
  • 1 ədəd 3.5×4.5 biometrik rəngli fotoşəkil;
  • Pasportun əsli və surəti (Şengen və giriş-çıxış ştampı viza olan bütün səhifələr);
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Viza istənilən müddət qədər səyahət sığortası (minimum 30,000 avroluq);
  • Maddi vəsait haqqında bank arayışı (minimum 3,000 avro);
  • Birtərəfli bilet bronu;
  • Təhsil haqqını ödəməyinizi sübut edən bank sənədi;
  • Viza rüsumu: 80 avro (yalnız avro ilə səfirlikdə ödənilir);
  • Dil biliyini göstərən sertifikat və ya ingiliscə oxuduğunuzla bağlı arayış (bəzi hallarda tələb olunmaya bilər);
  • Bakalavr üçün attestat, magistratura oxumaq istəyənlər üçün isə bakalavr diplomu və transkript, attestatın kopyası səfirliyə təqdim olunmalıdır;

18 yaşı tamam olmamış tələbələr üçün:

  • Viza ərizəsini təqdim etmək üçün valideynin/valideynlərin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı.
  • Tələbənin öz adına bank hesabı olmadığı halda, maddi xərclərin qarşılanması barədə öhdəlik sənədi (notarial tərcümə və təsdiq);
  • Valideynlərin pasportlarının əsli və surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin əsli və surəti.

Diqqət edin ki, pasportun etibarlılıq müddəti vizanın bitmə tarixindən sonra ən azı əlavə olaraq 90 gün etibarlı olsun. Bəzi hallarda, səfirlik attestat (bakalavr üçün) və ya bakalavr diplomunun və əlavəsinin (magistratura üçün) tərcümə-təsdiq olunmuş versiyasını da tələb edə bilər. Odur ki, bu sənədlərin tərcümə və təsdiq olunmuş variantlarını da səfirliyə aparmaqda fayda var. Yadda saxlamaq lazımdır ki, səfirlik istənilən halda sizdən əlavə sənəd istəyə bilər. Yuxarıda yazdığım sənədlər isə vizaya müraciət üçün tələb olunan minimum  sənədlərdir.

Polşada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Polşada Təhsillə Əlaqəli Xəbərlər