2025-2026-cı tədris ili üçün Azərbaycan gəncləri üçün prestijli xarici universitetlərdə təhsil almaq imkanı yaranıb!
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu artıq start götürüb. Bu proqram bakalavriat, magistratura və doktorantura səviyyələrində dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.
Sənəd qəbulu üçün son tarix: 15 iyun 2025-ci il, saat 23:59
Proqram hansı universitetləri əhatə edir?
Bu il üçün müəyyən edilmiş prioritet ixtisaslar üzrə qəbul edilən universitetlərin siyahısı 29 dekabr 2024-cü il tarixində yenilənib. Namizədlər yalnız ənənəvi (offline) təhsil forması üzrə təklif olunan bakalavriat, magistratura və doktorantura proqramlarına müraciət edə bilərlər. İkili və birgə diplom proqramları isə nəzərə alınmır.
Bundan əlavə, Times Higher Education, QS World University Rankings və Academic Ranking of World Universities (Shanghai) reytinqlərində dünyanın ən yaxşı 10 universiteti arasında yer alan ali təhsil müəssisələrinin siyahıda olmayan ixtisasları üzrə qəbul alan namizədlər də müraciət edə bilərlər.
Dövlət Proqramına daxil olan universitetlərlə tanış olmaq üçün Marmara Group-la əlaqə saxlaya, yaxud da bu linkə keçid edə bilərsiniz.
Həmçinin Dövlət Proqramı haqqında ərtaflı məlumatı əldə etmək üçün rəsmi məqaləyə də keçid edə bilərsiniz.
Dövlət Proqramına aid vacib qaydalar və məlumatlar
Namizədlər nəzərə almalıdır ki, proqram çərçivəsində “executive”, “distant” və “non-degree” proqramları, eləcə də tərəfdaş universiteti siyahıda olmayan “joint degree” formatlı proqramlar qəbul edilmir.
Dövlət Proqramı çərçivəsində mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsili almaq imkanı da mövcuddur. Siyahıya uyğun universitetlərdən qəbul alan namizədlər Dövlət Proqramına müraciət edə bilərlər.
Xaricdə təhsil almaq və gələcəyini daha parlaq qurmaq istəyən gənclər üçün bu fürsəti qaçırmayın! Sənəd qəbuluna vaxtında müraciət edərək, dünyanın ən yaxşı universitetlərində təhsil almaq şansı qazanın!
Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün Marmara Group komandası ilə əlaqə saxlayın! Peşəkar mütəxəssislərimiz xaricdə təhsil arzunuzu gerçəkləşdirməyə kömək edəcək!