Avropada diş həkimliyi təhsili ölkəmiz daxil bütün dünyada maraq görülən sahədir. Nüfuzlu universitetləri və keyfiyyətli təhsil sistemi olan Avropada diş həkimliyi təhsili ən son texnologiyalar və innovativ üsullarla təchiz edilmiş ekspert akademiklər tərəfindən verilir.
Avropanın köklü universitetləri və müasir təhsil müəssisələri bu sahədə tələbələrə nəzəri biliklərlə yanaşı, geniş klinik təcrübə imkanları təklif edir. Xüsusilə Almaniya, Hollandiya, İsveç və İspaniya kimi ölkələr stomatoloji təhsildə liderdir və yüksək standartları və mükəmməllik anlayışı ilə seçilir.
Gəlin Avropada diş həkimliyi təhsili ilə daha ətraflı tanış olaq.
Avropada diş həkimliyi təhsili almaq tələbələrə keyfiyyətli təhsil və yaxşı gəlir kimi bir çox üstünlüklər verir. Avropada stomatologiyanı öyrənmək üçün əsas səbəblərdən bəziləri bunlardır:
Yüksək keyfiyyətli təhsil: Avropadakı stomatoloji təhsili verən universitetlər bütün dünyada tanınan və nüfuza sahib təhsil proqramları ilə məşhurdur. Bu universitetlər tələbələrə ən müasir və qabaqcıl təhsil vermək üçün tədris planlarını daim yeniləyir və müasir təhsil metodlarını tətbiq edirlər.
Müasir texnologiyalarla tədris: Avropada diş həkimliyi proqramları universitetlər ən son texnologiya ilə təchiz olunmuş laboratoriyalar və klinikalara malikdir. Bu səbəbdən də tələbələr təhsil müddətində ən son və ən qabaqcıl texnologiyalardan istifadə edərək təcrübə keçmək imkanı əldə edirlər.
Diplomların beynəlxalq tanınması: Avropa universitetlərinin akkreditasiyası və yüksək təhsil standartları onların diplomlarının beynəlxalq səviyyədə qəbul edilməsini təmin edir. Ona görə Avropada alınan stomatologiya diplomu hər yerdə etibarlıdır və bütün dünyada tanınır. Bu, məzunlara təkcə Avropada deyil, digər qitələrdə də rahat işləmək imkanı verir.
Mədəni zənginlik və müxtəliflik: Avropa mədəni müxtəlifliyi və zəngin tarixi ilə tanınır. Burada təhsil almaq tələbələrə təkcə akademik deyil, həm də sosial baxımdan inkişaf verir. Fərqli mədəniyyətlərlə qarşılıqlı əlaqə tələbələrə qlobal perspektiv əldə etməyə kömək edir və onların şəxsi inkişafına töhfə verir.
Geniş klinik tətbiq imkanları: Avropada diş həkimliyi tələbələrinə geniş klinik təcrübə imkanları təklif edir. Universitetlərdə tələbələr real xəstələrlə işləyərək təcrübə qazanır, peşəkar bacarıqlarını artırırlar. Bu klinik təcrübələr məzunlara iş həyatına daha hazırlıqlı və təchiz olunmuş şəkildə başlamağa imkan verir.
Təqaüd və maliyyə dəstəyi imkanları: Bir çox Avropa ölkələri beynəlxalq tələbələrə təqaüd və maliyyə dəstəyi təklif edir. Bu təqaüdlər təhsil xərclərini azaltmaqla tələbələrin daha rahat, maddi çətinlik çəkmədən təhsil həyatı yaşamalarına kömək edir.
Eyni zamanda, bəzi Avropa ölkələrində təhsil haqları da olduqca münasibdir.
Karyera imkanları: Avropada diş həkimliyi təhsili alan tələbələr məzun olduqdan sonra rahatlıqla iş tapa bilərlər. Avropanın bir çox ölkələri, eyni zamanda dünyada ixtisaslı diş həkimlərinə tələbat olduqca çoxdur. Nəzərə alsaq ki, Avropa universitetləri ən yaxşı stomatologiya təhsilini verən universitetlərə sahibdir, ona görə də tələbələrin uğurlu kariyera qurmaları asandır.
Avropada diş həkimliyi üzrə təhsil verən bir çox universitetlər var. Ən yaxşı stomatologiya təhsili verən universitetlərdən bəzilərini və onların yerləşdiyi ölkələri sizə təqdim edirik:
Universitetlər | Diş həkimliyi proqramları | Yerləşdikləri ölkələr | Şəhərlər |
Siena Universiteti | Stomatologiya və Diş Protezləri üzrə Magistr | İtaliya | Siena |
Dandi Universiteti | Ağız Sağlamlığı Elmləri BSc | Birləşmiş Krallıq | Dandi |
Kipr Sağlamlıq və Sosial Elmlər Universiteti | Stomatologiya (DDS) | Kipr | Gözəlyurt |
Egas Moniz Sağlamlıq və Elm Məktəbi | Diş protezləri üzrə bakalavr | Portuqaliya | Monte de Kaparica |
Litva Sağlamlıq Elmləri Universiteti | Dərəcə proqramı Odontologiya (Stomatologiya) | Litva | kaunas |
Lublin Tibb Universiteti | Stomatologiya (DDS) | Polşa | lublin |
Pecs Universiteti | İngilis dilində stomatologiya doktoru | Macarıstan | Pecs |
Vilnüs Universiteti | Stomatologiyada İnteqrasiya Edilmiş Tədqiqatlar | Litva | Vilnüs |
Charles Universitetinin Birinci Tibb Fakültəsi | Stomatologiya üzrə magistr (MDDr) | Çexiya Respublikası | Praqa |
Dandi Universiteti | Diş Xalq Sağlamlığı Magistri (MDPH) | Birləşmiş Krallıq | Dandi |
Egas Moniz Sağlamlıq və Elm Məktəbi | Stomatologiyada inteqrasiya olunmuş magistr dərəcəsi | Portuqaliya | Monte de Kaparica |
Pecs Universiteti | Stomatologiyada OTM | Macarıstan | Pecs |
Goethe Diş Məktəbi, Frankfurt Goethe Universiteti | Estetik Stomatologiya üzrə Elm Magistri (MED) | Almaniya | frankfurt |
Palacky Universiteti | Stomatologiya elmləri doktoru | Çexiya Respublikası | Olomouc |
Dandi Universiteti | Məhkəmə Odontologiya MFOdont | Birləşmiş Krallıq | Dandi |
Kent Universiteti | Advanced and Specialist Healthcare (Dental Educational Practice) – MSc | Birləşmiş Krallıq | Chatham |
Varşava Tibb Universiteti – İngilis bölməsi | Stomatologiya | Stomatologiya üzrə Tibb Doktoru (DMD) | Polşa | Varşava |
Latviya Universiteti | Ali Peşəkar Təhsil Proqramı Stomatologiya | Latviya | Riqa |
Duisburg-Essen Universitetinin Beynəlxalq Tibb Kolleci | M.Sc. Qabaqcıl Ümumi Diş Təcrübəsi | Almaniya | Münster |
Duisburg-Essen Universitetinin Beynəlxalq Tibb Kolleci | M.Sc. Restorativ və estetik stomatologiya (alman və ingilis dillərində) | Almaniya | Münster |
Duisburg-Essen Universitetinin Beynəlxalq Tibb Kolleci | M.Sc. Periodontologiya (Alman və İngilis dillərində) | Almaniya | Münster |
Kursk Dövlət Tibb Universiteti | Stomatologiya elmləri doktoru (stomatoloq) | Rusiya | Kursk |
Oslo Universiteti Diş Həkimliyi Fakültəsi | Diş baxımı (bakalavr) | Norveç | Nordre Aker |
Dəclə Universiteti | Stomatologiya üzrə PhD | Türkiyə | Diyarbəkir |
Kafkas Universiteti | Stomatologiya | Türkiyə | Qars |
Harran Universiteti | Stomatologiya | Türkiyə | Şanlıurfa |
Altınbaş Universiteti | Stomatologiya bakalavrı (BDent) | Türkiyə | İstanbul |
Jean Monnet Avropa Araşdırmaları Mərkəzi | Stomatologiyada İnteqrasiya edilmiş Bakalavr və Lisansüstü Təhsil | İsveçrə | Lokarno |
Oslo Universiteti Diş Həkimliyi Fakültəsi | Stomatologiya üzrə magistr | Norveç | Nordre Aker |
İstanbul Aydın Universiteti | Stomatologiya üzrə bakalavr | Türkiyə | İstanbul |
Steigmann İmplant İnstitutu | İmplant stomatologiyasında 1 illik Klinik Magistr Proqramı | Almaniya | frankfurt |
Oslo Universiteti Diş Həkimliyi Fakültəsi | Stomatologiya üzrə fəlsəfə doktoru | Norveç | Nordre Aker |
(Mənbə: https://www.educations.com/dentistry/europe?page=1 )
Avropada stomatologiya təhsili beynəlxalq tələbələr üçün sərfəlidir. Ortalama illik təhsil haqqı 3800-30000 avro arasında dəyişir. Bu qiymət fərqləri ölkələrin iqtisadi vəziyyətlərindən və universitetlərdən aslı olaraq dəyişir.
Eyni zamanda, Avropada stomatoloji təhsil üçün ödənişləri ölkənin yerindən aslı olaraq da dəyişir. Daha dəqiq desək:
Şərqi Avropa
Şərqi Avropada təhsil haqları digər yerlərə görə daha aşağıdır. Məsələn, Gürcüstan ən sərfəli ölkələr sırasındadır, illik təhsil haqqı 3800 avrodan başlayır. Rumıniya, Bolqarıstan, Macarıstan, Slovakiya və Polşa kimi ölkələrdə illik təhsil haqları orta hesabla 5.000 avro ilə 14.000 avro arasında dəyişir.
Qərbi Avropa
Qərbi Avropada, məsələn, İtaliya və Almaniya kimi ölkələrdə diş həkimliyi təhsil üçün illik ödənişlər 20.000 avrodan başlayır.
Şimali Avropa
Şimali Avropaya doğru irəlilədikcə təhsil haqları daha yüksək olur. Bu bölgədəki ölkələr daha yüksək həyat standartları və qabaqcıl təhsil sistemləri ilə tanınırlar və bu nüfuz qiymətlərin yüksək olmasına da təsir edir. Burada ortalama təhsil haqları 30000 avroyadək və daha çox ola bilər.
Avropanın ən yaxşı stomatologiya təhsili verən universitetlərindən bəzilərində təhsil haqları belədir:
(Mənbə: https://www.medlinkstudents.com/ )
Avropada diş həkimliyi təhsili verən bir çox dövlət universiteti var. Onlardan ən yaxşılarına bunlar daxildir:
Universitetlər | Yerləşdikləri ölkələr | QS reytinqi | Ortalama illik təhsil haqları |
Aarhus Universiteti | Danimarka | 144 | €10,000 |
Alma Mater Studiorum – Università di Bolonya | İtaliya | 101-150 | 14,570 |
Qlazqo Universiteti | Birləşmiş Krallıq | 78 | £53,460 |
Milan Universiteti | İtaliya | 250-300 | $5,592 |
Bristol Universiteti | Birləşmiş Krallıq | 54 | £39,900 |
Oulu Universiteti | Finlandiya | 301-350 | €10,000 – €60,000 |
Siena Universiteti | İtaliya | 691-700 | €700 – €2,952 |
Roma Sapienza Universiteti | İtaliya | 132 | €1,200 – €1,000 |
Ludwig-Maximilians-Universität München | Almaniya | 59 | Hər semestr üçün 100 avro |
Université Paris Cité | Fransa | 302 | €170 – €312 |
Exeter Universiteti | Birləşmiş Krallıq | 150-200 | £21,500 |
Liverpul Universiteti | Birləşmiş Krallıq | 150-200 | £9,250 |
Amsterdam Universiteti | Hollandiya | 55 | €15,000 |
Murcia Universiteti | İspaniya | 901-950 | 14,550 avro |
Salamanka Universiteti | İspaniya | 501-550 | €968 |
Sarayevo Universiteti | Bosniya və Herseqovina | 1001-1200 | $14,250 |
Masaryk Universiteti | Çexiya | 408 | 400,000 CZK (17,446 dollar) |
(Mənbə: https://www.topuniversities.com/ )
Avropada diş həkimliyi təhsili verən əv yaxşı özəl universitetlərdən bəziləri bunlardır:
Universitetlər | Yerləşdikləri ölkələr | Dünya üzrə reytinqi | Ortalama illik təhsil haqları |
Göteborq Universiteti | İsveç | 3 | – |
London Universitet Kolleci | Birləşmiş Krallıq | 7 | £25,000 – £40,000 |
Bern Universiteti | İsveçrə | 9 | CHF 1,500 – CHF 2,000 |
Sürix Universiteti | İsveçrə | 15 | CHF 1,500 – CHF 2,000 |
Leuven Katolik Universiteti | Belçika | 21 | €1,750 |
Radboud Universiteti | Hollandiya | 22 | €10,000 – €15,000 |
London Kral Kolleci | Birləşmiş Krallıq | 23 | £30,000 – £50,000 |
Oslo Universiteti | Norveç | 26 | Ödənişsiz |
Helsinki Universiteti | Finlandiya | 27 | €13,000 – €18,000 |
Karolinska İnstitutu | İsveç | 28 | SEK 180,000 |
Mançester Universiteti | Birləşmiş Krallıq | 42 | £24,000 – £39,000 |
Amsterdam Universiteti | Hollandiya | 45 | €15,000 |
Milan Universiteti | İtaliya | 46 | €4,000 – €10,000 |
Lund Universiteti | İsveç | 53 | SEK 120,000 – SEK 145,000 |
Kopenhagen Universiteti | Danimarka | 54 | €10,000 – €17,000 |
Qroningen Universiteti | Hollandiya | 55 | €12,000 – €15,000 |
Birmingem Universiteti | Birləşmiş Krallıq | 61 | £23,000 – £38,000 |
Bolonya Universiteti | İtaliya | 63 | €2,000 – €3,000 |
Diş həkimliyi üzrə bakalavr təhsili almaq istəyən tələbələr üçün Avropada bir çox nüfuzlu universitetlər var. Avropada stomatologiya təhsili 5-6 il davam edir və bu proses zamanı tələbələr həm nəzəri, həm də praktiki biliklərə yiyələnirlər. Dərslər dili isə universitetin yerləşdiyi ölkədən aslı olaraq dəyişir.
Gəlin Avropada diş həkimliyinin bakalvr tədris pilləsinin təlim prosesilə tanış olaq:
Nəzəri bilik: İlk kurslarda anatomiya, biokimya, fiziologiya və stomatologiya kimi fundamental elmlər üzrə nəzəri kurslar verilir.
Praktik təlim: Sonrakı sonrakı kurslarda klinik tətbiqlər və laboratoriya tədqiqatları ön plana çıxır. Tələbələr xəstələri müayinə və müalicə etməklə praktiki bacarıqlarını təkmilləşdirirlər.
Təcrübə: Adətən sonuncu kursda tələbənin xəstəxanalarda və ya stomatoloji klinikalarda təcrübə keçmək məcburi olur. Bu təcrübələr sayəsində tələbələr real xəstələr üzərindən təcrübə qazanırlar.
Diş həkimliyində ən yaxşı bakalavr təhsili verən universitetlərdən bəziləri bunlardır:
Avropada magistraturada diş həkimliyi təhsili almaq istəyənlər üçün bir çox qabaqcıl proqramlar mövcuddur. Bu proqramlar tələbələrə stomatologiya sahəsində daha dərin bilik və təcrübə təmin edir.
Magistratura proqramları adətən 1-2 il davam edir və stomatologiyanın müxtəlif sahələrində ixtisaslaşma imkanı təklif edir. Ən məşhur magistr proqramlarına aşağıdakılar daxildir:
Avropada diş həkimliyi üzrə doktorantura proqramları 3-5 il davam edir və təhsil müddəti tələbələrə tədqiqat bacarıqları vermək məqsədi daşıyır. Avropadakı doktorantura proqramları stomatologiya elmlərində qabaqcıl tədqiqatlar aparmaq və akademik karyera qurmaq imkanı təklif edir. Tələbələr seçdikləri sahə üzrə orijinal tədqiqat layihəsi üzərində işləyərək doktorluq dissertasiyası hazırlayırlar.
Rezidentura proqramları diş həkimlərinə konkret sahədə bilik və bacarıqlar əldə etməyə imkan verir. Bu proqramlar adətən 3-6 il davam edir və kliniki təlimlərə diqqət yetirir. Ən məşhur rezidentura proqramlarına bunlar daxildir:
Proqramlarının ən yaxşı tədris olunduğu universitetlərdən bəziləri bunlardır:
(Mənbə: https://blog.medlinkstudents.com/ )
Bu sənədlər ümumi olsa da, hər bir universitetlərin tələbləri müxtəlif ola bilər. Bu səbəbdən də Avropada diş həkimliyi təhsili üçün tələb olunan sənədlər haqqında ətraflı məlumat üçün müraciət etmək istədiyiniz universitetin veb-saytından məlumat almağınız məsləhətdir.
Avropada diş həkimliyi üzrə təhsili almaq istəyən beynəlxalq tələbələr üçün proses ölkədən və universitetdən asılı olaraq dəyişəs də, edilməli olan ümumi addımlar bunlardır:
Universitet və ölkələri araşdırmaq: İlk növbədə araşdırma aparıb hansı universitetlərdə stomatologiya təhsili almaq istədiyinizi müəyyənləşdirin. Avropada stomatoloji təhsil təklif edən bir çox universitet var və hər birinin fərqli qəbul tələbləri ola bilər
Təhsil almağı düşündüyünüz ölkədə təhsilin keyfiyyətilə bərabər yaşayış xərclərini, dil tələblərini və mədəniyyət fərqlərini nəzərə alın.
Qəbul tələblərini öyrəmək: Təhsil almaq istədiyiniz univetsitetləri seçdiksən sonra onların qəbul tələblərini öyrənməyiniz lazımdır. Bura tələb olunan sənədlər, dil biliyi sertifikatları və akademik tələblər daxildir.
Tələb olunan sənədləri hazırlamaq: Qəbul tələblərini öyrəndikdən sonra tələb olunan sənədləri hazırlamaslınız. Bura daxildir:
Ərizənizi təqdim etmək: Müraciət etmək istədiyiniz universitetlərin veb-saytından müraciət etmək. Əksər universitetlər ərizələrin onlayn edilməsini tələb edir. Bu zaman universitetin saytındakı lazımi formaları doldurmağınız və sənədlərinizi yükləməyiniz lazımdır.
Qəbul imtahanları və müsahibələr: Bəzi universitetlər stomatologiya proqramlarına qəbul olmaq üçün öz qəbul imtahanların və ya müsahibələr keçirə bilər ki, bunlarda iştirak etməlisiniz.
Qeyd edək ki, bu addımlar ümumidir və hər bir universitetin fərqli tələbləri ola bilər. Ona görə də qəbul şərtlərilə bağlı dəqiq məlumatı təhsil almaq istədiyiniz universitetin veb-saytından almağınız məsləhətdir.
Bəzi Avropa universitetləri SAT nəticələrini qəbul edir. SAT nəticələrini qəbul edən Avropa universitetləri, adətən ingilis dilində təhsil verən və beynəlxalq tələbələr üçün proqramlar təklif edən qurumlardır. Bu universitetlər, SAT imtahan nəticələrini tələbələrin akademik bacarıqlarını və potensialını qiymətləndirmək üçün istifadə edir.
SAT nəticələrilə diş həkimliyi ixtisasına qəbul edən universitetlərə Macarıstanın Semmelweis Universiteti və Debrecen Universiteti, Polşanın Varşava Tibb Universiteti və Wroclaw Tibb Universitetini və Çexiyanın Charles Universitetini nümunə göstərə bilərik.
(Mənbə: https://www.collegeboard.org/ )
Türkiyədə diş həkimliyi təhsili almaq üçün beynəlxalq tələbələrdən YÖS imtahan nəticəsi tələb oluna bilər. Türkiyənin dövlət universitetlərində diş həkimliyi tədrisi adətən Türk dilində aparıldığı üçün YÖS nəticəsi mütləqdir. YÖS ilə qəbul edən və diş həkimliyi ixtisasına sahib ən yaxşı universitetlərdən bəziləri bunlardır:
(Mənbə: https://www.globalacademia.com/en/study-in-turkey-yos/ )
Avropada diş həkimliyi üçün tələb olunan bacarıqlara daxildir:
Elmi biliklər: Kimya, biologiya və fizika kimi elmi sahələrdə güclü əsas biliklər tələb olunur.
Texniki bacarıqlar: Diş müalicəsi, cərrahiyyə, rentgen texnologiyaları və digər stomatoloji prosedurların icrası üçün texniki bacarıqlar lazımdır.
Manuel bacarıqlar: Diş həkimləri incə motor bacarıqlarına və yüksək əl-göz koordinasiyasına sahib olmalıdırlar.
Problemləri həll etmə: Diş problemlərinin diaqnozu və müalicəsində effektiv problemləri həll etmə bacarıqları vacibdir.
Kommunikasiya bacarıqları: Xəstələrlə, həmkarlarla və digər səhiyyə işçiləri ilə effektiv ünsiyyət qurmaq üçün yaxşı kommunikasiya bacarıqları tələb olunur.
Xəstə baxımı və empatiya: Xəstələrin ehtiyaclarını anlamaq və onlara uyğun müalicə planı təqdim etmək üçün empatiya və xəstə baxımı qabiliyyətləri tələb olunur.
Yüksək konsentrasiya və diqqət: Diş müalicəsi uzun müddət çəkdiyindən, bu müddət ərzində həkimə diqqətini cəmləşdirmək və kiçik detallara diqqət yetirmək bacarığı lazımdır.
Bu bacarıqlar Avropada diş həkimliyi təhsili almaq və işləmək üçün vacibdirlər.
(Mənbə: https://www.medlinkstudents.com/ )
Avropada stomatologiya təhsili alan tələbələr üçün müxtəlif praktik imkanlar mövcuddur. Bu imkanlar tələbələrə nəzəri biliklərini tətbiq etmək və onları real iş mühitində stomatoloji təcrübəyə hazırlamaq imkanı verir.
Avropada diş həkimliyi üçün praktika imkanlarına daxildir:
Universitet klinikalarında işləmək: Tələbələr öz universitetlərinin stomatoloji klinikalarında müəyyən müddət işləyərək praktik təcrübə qazanırlar. Bu klinikalarda onlar real xəstələr üzərində nəzarət altında olan təcrübələr həyata keçirirlər.
Xəstəxana stajı: Bəzi diş həkimliyi üzrə təhsil verən universitetlər tələbələrinə xəstəxanalarda təcrübə keçmək imkanı verir. Bu təcrübələr zamanı tələbələr xəstəxana mühitində stomatologiya təcrübələrini öyrənir və multidissiplinar səhiyyə komandası ilə işləmək imkanı qazanırlar.
Simulyasiya texnologiyaları: Müasir stomatoloji universitetlərə tələbələrə yüksək texnologiyalı simulyasiya laboratoriyalarında təhsil təklif edir. Bu laboratoriyalarda tələbələr maketlər üzərində müxtəlif diş müalicələri həyata keçirərək əl bacarıqlarını təkmilləşdirirlər.
Virtual Reallıq (VR): Bəzi institutlar tələbələrə VR texnologiyasından istifadə edərək virtual mühitdə stomatologiya ilə məşğul olmaq imkanı verir. Bu yolla tələbələr VR oyunlarında müxtəlif diş müalicələri edərək təcrübə əldə edirlər.
Könüllü işləmək: Tələbələr dövlət sağlamlıq mərkəzlərində və ya mobil klinikalarda könüllü olaraq çalışaraq diş həkimliyi üzrə praktika əldə edə bilərlər.
Tədqiqat layihələri: Stomatologiya tələbələri akademik tədqiqat layihələrində iştirak edərək elmi iş üsullarını öyrənirlər. Bu layihələr həm klinik, həm də laboratoriya mühitində həyata keçirilir ki, bu zaman onlar həm öyrənmək, həm də praktika etmək imkanı əldə edirlər.
Erasmus və digər proqramlar: Erasmus kimi beynəlxalq mübadilə proqramlarında iştirak etməklə stomatologiya tələbələri müxtəlif ölkələrdə stomatoloji təcrübələri müşahidə edə və bu ölkələrdə təcrübə keçmək imkanı əldə edə bilərlər.
(Mənbə: https://blog.medlinkstudents.com/ )
Avropa ən yaxşı təhsil verən universitetlərilə bərabər, tədqiqat institutları ilə də məşhurdur. Ən yaxşı tədqiqat institutlarından bəziləri bunlardır:
King’s College London (Birləşmiş Krallıq): Hərtərəfli stomatoloji proqramı və erkən klinik təzahürləri ilə tanınan King’s College London davamlı olaraq stomatologiya üzrə dünyanın ən yaxşı universitetləri arasında yer alır. İnstitut ən müasir imkanlara və Londonun əsas xəstəxanaları ilə güclü tərəfdaşlığa malikdir ki, bu da tələbələrin kariyerası üçün əlavə üstünlükdür.
Karolinska İnstitutu (İsveç): Bu institut tibb və stomatologiya elmləri sahəsində tədqiqat və tədrisinə görə dünyada yüksək nüfuza malikdir. Tələbələri həm klinik təcrübəyə, həm də tədqiqat karyerasına hazırlayan möhkəm bir proqram təklif edir.
Göteborq Universiteti (İsveç): Göteborq Universiteti güclü tədqiqat nəticələri və yüksək keyfiyyətli xəstələrə qulluq öhdəliyi ilə tanınır. Tədqiqat və tədrisdəki mükəmməlliyinə görə QS World University Rankings tərəfindən Avropanın ən yaxşı stomatoloji məktəbi olaraq ilk sıralardadır.
Madrid Complutense Universiteti (İspaniya): Tədqiqata əsaslanan göstəricilərə görə tanınan bu universitet stomatologiya sahəsində həm akademik, həm də işəgötürən reputasiyasına görə güclü nüfuza malikdir.
Amsterdam Akademik Stomatologiya Mərkəzi (ACTA) (Hollandiya): Mərkəz Amsterdam Universiteti və Amsterdam VU Universiteti arasında əməkdaşlıq nəticəsində yaranıb. Mükəmməl diş baxımı və innovativ tədqiqat səyləri ilə yarandığı gündək nüfuz qazanan universitet yüksək səviyyəli tədrisilə ən yaxşılardandır.
Sürix Universiteti (İsveçrə): Sürix Universiteti stomatoloji proqramları və tədqiqatlarına görə dünya səviyyəsində nüfuza malikdir.
Bern Universiteti (İsveçrə): Universitet illərdir diş sağlamlığı sahəsində geniş tədqiqatları ilə tanınır.
Oslo Universiteti (Norveç): Güclü tədqiqat imkanları ilə tanınan Oslo Universiteti diş tədqiqatlarına verdiyi töhfələrə görə akademik mühitdə ən yaxşı universitetlərdən biri kimi qiymətləndirilir.
Bu qurumlar stomatoloji təhsil və tədqiqatlar üzrə Avropanın ən yaxşılarındandır və diş həkimi olmaq istəyən mütəxəssislər üçün əla imkanlar yaradır.
(Mənbə: https://www.collegeverdict.com/ və https://edurank.org/ )
Avropada diş həkimliyi təhsili almaq istəyən tələbələrin maddi xərclərini qarşılamaları və təhsil müddətlərində maddi çətinlik çəkməmələri üçün təqaüd imkanları var. Bu təqaüdlər təhsil haqq, yaşayış və qida kimi ödənişləri qarşılamaqla bərabər, həm də səyahət xərclərini də qarşılayır. Gəlin Avropada diş həkimliyi tədrisində yararlana biləcəyiniz təqaüdlərdən bir nüçəsilə tanış olaq:
Erasmus+ proqramı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və tələbələrə xaricdə təhsil almaq imkanı verən təqaüd proqramıdır. Bu proqram çərçivəsində bir çox istisasdan, eyni zamanda diş həkimliyi təhsili alan tələbələr də təqaüd əldə edə bilərlər.
Erasmus+ təqaüdləri üçün müraciət etməzdən əvvəl, təhsil aldığınız universitetin bu proqramda iştirak edib-etmədiyini yoxlamaq vacibdir.
DAAD Alman Akademik Mübadilə Xidməti
DAAD, Almaniyada təhsil almaq istəyən tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. Diş həkimliyi üzrə magistr və ya doktorantura təhsili almaq istəyən tələbələr də bu təqaüdlərdən yararlana bilərlər.
DAAD təqaüdləri adətən təhsil haqqını, yaşayış xərclərini və səyahət xərclərini qarşılayır.
Chevening təqaüdləri, Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və müxtəlif ölkələrdən olan tələbələrə Britaniyada təhsil almaq imkanı verən bir proqramdır. Diş həkimliyi üzrə magistratura proqramlarında təhsil almaq istəyənlər üçün də bu təqaüdlər mövcuddur.
Swiss Government Excellence Scholarships
İsveçrə hökuməti, İsveçrədə magistr və doktorantura təhsili almaq istəyən beynəlxalq tələbələr üçün təqaüdlər təklif edir. Diş həkimliyi sahəsində də bu təqaüdlərə müraciət etmək mümkündür.
Təqaüd, təhsil haqqını, yaşayış xərclərini və səyahət xərclərini əhatə edir.
İtaliya hökuməti, beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Diş həkimliyi üzrə təhsil almaq istəyən tələbələr də bu təqaüdlərdən yararlana bilərlər.
Təqaüd proqramları barədə ətraflı məlumat İtaliyanın Təhsil Nazirliyinin saytında mövcuddur.
Fransa Hökuməti Təqaüdləri (Eiffel Scholarship)
Fransa hökuməti, beynəlxalq tələbələr üçün Eiffel təqaüd proqramını təklif edir. Bu təqaüd proqramı çərçivəsində diş həkimliyi üzrə magistr və ya doktorantura təhsili almaq mümkündür. Təqaüd, təhsil haqqını, yaşayış xərclərini və səyahət xərclərini əhatə edir.
Bunlar təqaüdlərin yalnız bir neçəsidir. Avropada təhsil xərclərinizi qarşılaya biləcəyiniz bir çox təqaüdlər mövcuddur. Bunlara həm özəl şirkətlərin təhlif etdiyi, həm universitetlərin, həm dövlətlərin, həm də beynəlxalq təqaüd proqramları mövcuddur.
Avropanın ən yaxşı universitetlərində diş həkimliyi üzrə təhsil almaq üçün Marmara Group-un xaricdə təhsil komandası sizə dəstəkdir! Peşəkar mütəxəssislərimizin konsultasiya xidmətindən yararlanmaq və istədiyiniz universitetdə təhsil imkanı əldə etmək üçün əlaqə saxlaya bilərsiz.