Ukrayna universitetlərində təhsil almaq üçün ilk növbədə düzgün araşdırma aparmaq lazımdır. İlkin olaraq ixtisas müəyyən edilməli və ona uyğun universitetlər araşdırılmalıdır. Hər bir universitetin qəbul şərtləri, təhsil haqları və müraciət tarixləri fərqlidir. Buna görə də vaxtında müraciət edib bütün sənədləşmə işləriniz düzgün icra olunmalıdır.
Bütün bu prosesdə sizə dəstək olacaq şirkətlər arasında Marmara Group, İstanbul Group ön plandadır. Əgər siz də Ukraynanın ən yaxşı universitetlərində təhsil almaq istəyirsinizsə, İstanbul Group və ya Marmara Group şirkətlərinə müraciət edə bilərsiniz.
Ukraynanın ən yaxşı universitetlərində çox rəqabətli giriş tələbləri var. Qəbulu müəyyən etmək üçün hər il xüsusi imtahanlar keçirilir. Xarici tələbələr və xarici ixtisaslar Ukraynada qəbul edilir, lakin siz müəyyən prosedurlara əməl etməlisiniz.
Ukraynada bir universitetdə təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri ilk addım olaraq, qəbul olmaq istədikləri universitet ərizə formasını doldurmalıdırlar. Rəsmi dəvət məktubu almaq və beynəlxalq tələbə namizədlərin növbəti addımlar üçün tələb olunan sənədlərin və məlumatların siyahısını aşağıdakı kimi qeyd edə bilərik:
Bundan əlavə, Ukrayna universitetlərində Magistratura və Doktorantura proqramlarına qəbul olmaq üçün namizədlər müvafiq olaraq Bakalavr diplomu və ya Magistr diplomu təqdim etməlidirlər. Hər il rəsmi dəvət məktubu üçün müraciət aprelin ilk həftəsindən noyabrın birinci həftəsinə kimi qəbul edilir və müraciət etməzdən əvvəl universitet haqqında ətraflı ərizə məlumatlarına sahib olduğunuzdan əmin olmalısınız.
Ukrayna universitetlərinə müraciət tarixləri yanvar ayından başlayaraq aktiv olur. Son müraciət tarixi isə universitetə görə dəyişir, lakin ümumilikdə avqust ayının sonlarına kimi müraciət edə bilərsiniz.
Ukraynada universitet seçərkən aşağıdakı faktorlara diqqət etmək önəmlidir:
İlk olaraq, maraqlandığınız sahəyə uyğun olan təhsil proqramını seçin. Seçdiyiniz proqramın tələb etdiyi əsas şərtləri, qəbul imtahanlarını və s. yoxlayın. Ukrayna universitetləri əsasən ingilis dilində təhsil verir. Dil biliklərinizi inkişaf etdirmək üçün kurslara gedim və dil sertifikatları əld edin.
Müraciətinizin bir hissəsi olaraq motivasiya məktubu yazın. Bu məktubda niyə bu universiteti və proqramı seçdiyinizi izah edin. Mümkün olduğu halda, təhsil müəssisənizdən və ya iş yerinizdən tövsiyyə möktubunu alın.
Ən əsası isə universitetlərin son müraciət tarixlərini izləyin. Çünki hər bir universitetin son müraciət tarixi var və o aralıqda müraciət etmək lazımdır.
Ukrayna universitetlərinə müraciət prosesi zamanı ilk növbədə universitetlərin müraciət şərtlərini diqqətli araşdırmaq lazımdır. Çünki qəbul şərtləri və müraciət tarixləri hər birində fərqlidir. Bundan əlavə, yataqxana və ev seçimlərini də vaxtında etmək lazımdır. Yerlər tez dolduğundan bu prosesi gecikdirmək olmaz. Bütün işləriniz bitdikdən sonra biletinizi alıb yerləşməyiniz qalır. Ukraynada müharibə şəraiti ilə əlaqədar olaraq tələbələr əyani deyil, qiyabi və ya distant təhsilə üstünlük verirlər. Bunun üçün oraya getməyinizə ehtiyac yoxdur, bütün tədris prosesini ölkəni tərk etmədən izləyə bilərsiniz.
Ukrayna universitetlərinə qəbul üçün Marmara Group şirkətinə müraciət edə bilərsiniz. Marmara Group əməkdaşları düzgün universitet seçimi, sənədləşmə prosesi, yataqxana və ya evin tapılmasında, ehtiyac olarsa viza sənədləşməsinə sizə dəstək olacaqdır.