Estoniya universitetlərinə qəbul prosesi universitetlərin özləri tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq dəyişir. Ancaq ümumiyyətlə qəbul prosesi aşağıdakı addımları əhatə edir:
Estoniyada təhsil imkanlarını araşdırmaq və sizə uyğun magistr və ya bakalavr proqramını tapmaq üçün DreamApply platformasına daxil olmalısınız. Daxil etdiyimiz link vasitəsilə təhsil almaq istədiyiniz dili seçərək uyğun tədris proqramını axtara bilərsiniz.
Sol tərəfdə göstərilən tədris proqramlarıdır və mənası aşağıdakı kimidir:
Uyğun proqramı dili seçdikdən sonra, məsələn Menecment üzrə Bakalavr təhsilini seçsək buna uyğun universitetlər sıralanacaq. Universiteti seçdikdə ətraflı məlumat sizə təqdim olunur.
Gördüyünüz kimi sağ tərəfdə müraciətin başladığı tarix göstərilir. 1 Yanvar 2019 tarixində müraciətlər başlayır və 15 Aprel 2019 tarixində bitir. Dərsin başlama müddəti isə 1 Sentyabr 2019 tarixidir. Bundan əlavə tədris proqramının müddəti – 3 il, dili – İngilis dili, proqramın növü – full-time (əyani və tam müddətli) və təhsil xərci qeyd olunur. Əgər təqaüd qazanılarsa, bu xərc təqaüd proqramı tərəfindən qarşılanır və tələbə əlavə aylıq təqaüd əldə edir.
Aşağı hissəyə gəldikdə isə sənədləşmə ilə bağlı şərtlərlə tanış ola bilərsiniz. Hər universitetə qəbul olmaq üçün lazım olan sənədlər dəyişkənlik göstərir və bu bəzən IELTS imtahanı 5.5 nəticəsi, bəzən IELTS 6 ola bilər. Hətta online olaraq bu səviyyəni təyin etmə imtahanını vermə şansı da təklif edilir. Burada qeyd olunan sənədlərin göstərilən Deadline-a (Son tarixə) qədər portala yüklənməsi tələb olunur.
Bakalavr pilləsində təhsil almaq istəyən abituriyentlərdən orta təhsilini və ya ali təhsil üçün zəruri olan ekvivalent təhsil səviyyəsini bitirmək tələb olunur. Ərizəçilər öz ölkələrində ali təhsil almaq hüququna malik olmalıdırlar. Estoniyada ali təhsil müəssisələrinə qəbul üçün əlavə ixtisas imtahanları da tələb oluna bilər. Magistratura səviyyəsində təhsil almaq istəyən ərizəçilərdən bakalavr, doktorantura pilləsində təhsil almaq istəyən tələbələrdən isə magistratura səviyyəsində təhsil almış olmaları tələb edilir. Təbii ki, təhsilin son ilində təhsil alan tələbələr də müraciət edə bilərlər. Lakin tövsiyə edirik ki, müraciətdən öncə universitetlə bu prosesi dəqiqləşdirə və son qeydiyyat, diplomun təqdim olunma tarxilərini dəqiqləşdirəsiz.
Qəbul olmaq üçün Bakalavr təhsilində tələbənin əldə etdiyi ortalama (GPA – Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) və dil sertifikatı ilə yanaşı seçdiyi ixtisasın bakalavr ixtisasına uyğunluq dərəcəsi də müəyyən rol oynayır.
Dil sertifikatı olaraq 6 ballıq IELTS sertifikatı kifayət edir. Bakıda keçirilən Estoniyada təhsil sərgisi vasitəsilə tələbələr ingilis dili səviyyələrini müəyyənləşdirmək üçün imtahan verərək IELTS əvəzinə həmin nəticə ilə də universitetlərə müraciət edə bilərlər.
Tələbələr müraciət üçün müəyyən məbləğ ödəməklə 3 ixtisasa müraciət edə bilərlər. Əvvəlcədən müraciət etmək üstünlük hesab edilir, müsahibimiz Tərlan məhz buna görə Universitetlə Skype müsahibəsi olmadan qəbul ola bilmişdir. Bunun üçün motivasiya məktubuna xüsusi diqqət yetirmək lazımdır və tələbə universitetin qəbul heyətini bu ixtisasa uyğun olduğunu sübut etməlidir.
Estoniya universitetlərinə müraciət vaxtı universitetlər və proqramlara görə dəyişə bilir. Əksər hallarda, müraciət dövrü iki əsas sezon olan payız və yay dövründə təşkil olunur. Əvvəlki müraciət tarixləri üçün konkret universitetin veb saytını yoxlamaq məsləhət görülür, çünki hər universitetin müraciət tarixləri fərqlənə bilər.
Ən yaxşı yanaşma universitetin veb saytını və tələb edilən proqramın müraciət tarixlərini yaxından izləmək və mümkün ən tez zamanda müraciət prosesinə başlamaqdır.
Estoniyada universitet seçərkən dikkat edilməsi məsləhət görülən bir neçə faktor vardır. İşte bu faktorlardan bəziləri:
İlk olaraq, maraqlandığınız sahəyə uyğun olan təhsil proqramını seçin. Seçdiyiniz proqramın tələb etdiyi əsas şərtləri, qəbul imtahanlarını və s. yoxlayın. Estoniya universitetləri əsasən ingilis dilində təhsil verir. Dil biliklərinizi inkişaf etdirmək üçün kurslara gedim və dil sertifikatları əld edin.
Müraciətinizin bir hissəsi olaraq motivasiya məktubu yazın. Bu məktubda niyə bu universiteti və proqramı seçdiyinizi izah edin. Mümkün olduğu halda, təhsil müəssisənizdən və ya iş yerinizdən tövsiyyə möktubunu alın.
Ən əsası isə universitetlərin son müraciət tarixlərini izləyin. Çünki hər bir universitetin son müraciət tarixi var və o aralıqda müraciət etmək lazımdır.
Qeydiyyat prosesi çox asandır, tələbə göstərilən vebsaytda sağ üst hissədə “Become an Applicant”-bölməsinə daxil olaraq e-mail ilə qeydiyyatdan keçir və ondan tələb olunan informasiyanı (Ad, Soyad, Vətəndaşı olduğu ölkə və s.) portala daxil edir. Bundan sonra isə ingiliscə bilən hər kəs asanlıqla portalda müraciət üçün lazım olan sənədlər barədə məlumat alaraq onları hazırlamağa, sonra da daxil etməyə başlayır. Müraciət tarixi bitdikdən bir müddət sonra portal davamlı olaraq e-mail ilə tələbəni xəbərdar edir. Tələbə ümumi 3 universitetə müraciət edə bilər və bu universitetlər ayrılıqda tələbə ilə əlaqə saxlayaraq seçim prosesinə başlayacaqlar.
Estoniya universitetləri Avropada texniki sahələr üzrə ixtisaslaşıb. Buna görə kompüter elmləri sahəsində təhsil almaq istəyən tələbələr Estoniyaya üz tutur. Estoniyada Tallin Texnologiya Universiteti, Tartu Universiteti kimi tanınmış universitetlər var.
Estoniya universitetlərinə qəbul üçün Marmara Group şirkətinə müraciət edə bilərsiniz. Marmara Group əməkdaşları düzgün universitet seçimi, sənədləşmə prosesi, yataqxana və ya evin tapılmasında, ehtiyac olarsa viza sənədləşməsinə sizə dəstək olacaqdır.