Dünyanın bir çox universitetlərində xaricdə təhsil almaq üçün müraciət edərkən nə etməli olduğunuzu dəqiq başa düşmək çətin ola bilər, hər birinin öz vaxt çərçivələri, son tarixləri və tələbləri var. Əgər sizə lazım olan məlumatı tapmaqda çətinlik çəkirsinizsə, müraciət prosesində sizə kömək etmək üçün bu məqaləmizdən istifadə edə bilərsiniz. Bələdçimiz xaricdə təhsil alacağınız universiteti, fakültəni və dərəcənizlə başlamaq üçün nələrə ehtiyacınız olduğunu daha yaxşı başa düşmənizi asanlaşdıracaq.
Bakalavr və ya magistr proqramlarına müraciət etməyinizdən asılı olmayaraq attestat və ya bakalavr qiymətləriniz yaxşı olmalıdır. Bakalavr proqramlarına müraciət zamanı attestat qiymətləri əsas götürülür. Bir çox universitetlər bu qiymətlərə əsasən tələbələri qəbul edir. Bununla yanaşı, buraxılış imtahanından da yaxşı nəticələr əldə etməlisiniz. Magistr proqramlarına müraciət zamanı isə bakalavr yekun orta göstəriciləriniz nəzərə alınacaq. Əgər top universitetlərdə təhsil almaq istəyirsinizsə, bu zaman qiymətləriniz ən azı 80 olmalıdır.
Bakalavr proqramları üçün SAT, ACT, IP, IB, A-Level kimi göstəricilərinizin olması üstünlükdür. Top universitetlər bu göstəricilərdən biri olmadıqda qəbul şansınız aşağı düşür. Magistr proqramları üçün isə ixtisasınızdan asılı olaraq GRE, GMAT, ALES və s. kimi beynəlxalq imtahan sertifikatları tələb olunur. GRE, əsasən texniki yönümlü ixtisaslarda, GMAT isə biznes-iqtisadiyyat yönümlü ixtisaslarda tələb olunur. ALES, Türkiyənin dövlət və prestijli özəl universitetlərinə qəbul zamanı tələb olunur.
Son illər Türkiyədə təhsil almaq istəyən tələbələrin sayı günbəgün artır. Ali təhsil müəssisələri arasında Türkiyənin regionun lider dövlətinə çevrilməsi, təhsilin keyfiyyəti, dünya reytinqlərində öncüllük, əlverişli coğrafi şərait Türkiyədə təhsil almağı abituriyentlər üçün məqsədə çevirib. Təsadüfi deyil ki, qardaş ölkədə təhsil sektoru sürətlə inkişaf edir və Türkiyədə illik təhsil haqları, yaşayış xərclərinin əlçatanlığı, viza tələbinin olmaması və milli-mənəvi dəyərlər hər il minlərlə gəncin Türkiyə universitetlərinə üz tutmasını şərtləndirir.
Türkiyə Universitetləri dövlət və özəl təsnifata bölünməklə iki yerə ayrılır. Ali təhsilin ilkin pilləsi olan bakalavr dərəcəsi ixtisaslarına qəbul olmaq üçün YÖS, DİM və SAT imtahan nəticələrindən heç olmasa birinin olması lazımdı. Lakin bununla yanaşı heç bir imtahanda iştirak etmədən və yalnız təkcə orta məktəb Attestat sənədi ilə də universitetə qəbul olmaq mümkündür.
Polşada Warsaw, Wroclaw, Jagiellionian, Lodz, Cracow, Poznan, Silesia, Gdansk və daha bir neçə universitet var. Polşa universitetlərində tibb, hüquq, iqtisadiyyat, menecment, memarlıq, sosial iş, bir çox sahədə mühəndislik, kimya, fizika, kompüter elmləri, incəsənət kimi müxtəlif ixtisaslarda ali təhsil almaq olar.
Universitetlərə sənəd qəbulu yaz semesteri üçün yanvar, qış semesteri üçün aprel ayından başlanır. Mərkəzi qəbul sistemi olmadığından hər universitet öz qəbulunu özü həyata keçirir. Qəbul şərtləri isə bakalavr pilləsi üçün orta məktəbin 9, 10, 11-ci sinif, magistratura pilləsində bakalavr pilləsinin orta müvəffəqiyyət göstəricisi əsas şərt kimi tələb edilir. Bundan əlavə təhsil dilinin sertifikatı da tələb edilir. İngilis dilində tədris üçün Polşada IELTS imtahan nəticəsi keçərlidir.
Latviya universitetlərində tədris dili latış dili olsa da, hər bir ixtisasda ingilis dilində də təhsil almaq mümkündür. Bir sözlə, Latviya universitetlərində təhsil almaq üçün İELTS və ya TOEFL imtahan nəticəsi tələb olunur. Lakin İELTS, TOEFL və PTE kimi beynəlxalq səviyyədə tanınmış ingilis dili biliyi imtahanlarının nəticələrinin etibarlı olduğu halda, Latviyada bəzi universitetlər namizəd tələbələrin ingilis dil biliklərini imtahan və ya müraciət etdikləri universitetin müsahibəsi ilə də ölçə bilərlər. Bununla yanaşı, Latviyada universitet təhsili almaq istəyən və ya ingilis dili biliyi arzuolunan səviyyədə olmayan tələbələr universitetlər tərəfindən verilən hazırlıq proqramlarında da iştirak edə bilərlər.
Universitet təhsilində müasir texnologiyalardan geniş tətbiq etmək, yüksək ixtisaslaşmış, peşəkar müəllim-professor heyətinin olması, dünya standartlarına cavan verən təhsil imkanlarının olması və s. bu kimi amillər xarici tələbələrin Litvada təhsil alması üçün zəmin yaradır. Bir çox dünya ölkələrində olduğu kimi, həmyerli tələbələrimizin çoxu Litva universitetlərində təhsil almağı düşünür. Dövlət universitetlərində təhsil litva dilində təcrid olunur və pulsuzdur. Bundan əlavə dövlət və özəl ali məktəblər ödənişli ingilis dilli proqramları da təklif edir. Litva da ali təhsil sistemi 3 mərhələdən ibarətdir : Bakalavr pilləsi 3-4 il,magistr pilləsi 1-2 il, doktorantura pilləsiisə 3-4 il davam etməklə təhsilin bütün sahələrində tətbiq olunur. Bir qayda olaraq, universitet seçimindən asılı olaraq, adətən ərizə forması, orta məktəbdə qazanılan nəticələr, həmçinin ingilis dili biliklərindən TOEFL və ya İELTS sertifikatı tələb olunur. Bundan başqa tələbələr seçdikləri ixtisas üzrə 1 illik baza (foundation) kurslarında təhsil ala bilər və birbaşa universitetin 1-ci kursuna daxil ola bilər.
Estoniya Tartu Universiteti, Tallin Texnologiya Universiteti və Tallin Universiteti də daxil olmaqla bir neçə dünya səviyyəli universitetlərə ev sahibliyi edir. Bu universitetlər ingilis dilində çoxsaylı təhsil proqramları təklif edir və dünyanın hər yerindən olan beynəlxalq tələbə kütləsini innovativ xüsusiyyətləri ilə özünə cəlb edir. Estoniya universitetlərində təhsil haqları təhsil səviyyəsindən və dərəcə proqramından asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi dərəcə proqramları istisna olmaqla, Bakalavr və Magistratura proqramları üçün təhsil haqları ildə 1.660 avro ilə 7.500 avro arasında dəyişir. Daha yüksək ödənişli proqramlara tibb, hüquq, biznesin idarə edilməsi və sosial elmlər üzrə olan ixtisaslar daxildir.
Bakalavr pilləsində təhsil almaq istəyən abituriyentlərdən orta təhsilini və ya ali təhsil üçün zəruri olan ekvivalent təhsil səviyyəsini bitirmək tələb olunur. Ərizəçilər öz ölkələrində ali təhsil almaq hüququna malik olmalıdırlar. Estoniyada ali təhsil müəssisələrinə qəbul üçün əlavə ixtisas imtahanları da tələb oluna bilər. Magistratura səviyyəsində təhsil almaq istəyən ərizəçilərdən bakalavr, doktorantura pilləsində təhsil almaq istəyən tələbələrdən isə magistratura səviyyəsində təhsil almış olmaları tələb edilir. Təbii ki, təhsilin son ilində təhsil alan tələbələr də müraciət edə bilərlər.
Rusiyanın ən yaxşı universitetlərində çox rəqabətli giriş tələbləri var. Qəbulu müəyyən etmək üçün hər il xüsusi imtahanlar keçirilir. Xarici tələbələr və xarici ixtisaslar Rusiyada qəbul edilir, lakin siz müəyyən prosedurlara əməl etməlisiniz.
Xarici tələbələr tam orta təhsilli olmalıdırlar. Qəbul üçün də qəbul imtahanından keçmək tələb olunur. Rus dilini bilməyən və/yaxud universitetə qədər zəif hazırlığı olanlar üçün məcburi, pre-akademik il lazımdır.
Universitetlərə daxil olan əcnəbi abituriyentlərin yaşı 28-dən (PhD təhsili üçün 35) yuxarı olmamalıdır. Siz həmçinin tələbə vizası və maliyyə zəmanətinə ehtiyacınız var.
Qəbul prosedurları və ərizələr fərdi qurumdan keçməlidir. Rusiya Təhsil Nazirliyinə də müraciət edə bilərsiniz.
Qeyri-universitet (texniki və ya peşə) təhsili üçün müraciətin son tarixi iyulun 15-dir. Universitet səviyyəsində təhsil və təkmil/doktorantura təhsili üçün son müraciət tarixi aprelin 1-dir.
Türkiyə və Avropa universitetlərinin qəbul tələbləri özünəməxsus olaraq dəyişə bilər. Hər bir universitet özünün xüsusi qəbul şərtlərini təyin edir. Bununla birlikdə, hər bir ölkənin geniş bir perspektivdə tələbləri və standartları var:
Türkiyə universitetləri üçün qəbul tələbləri çoxluqla yüksək təhsil dərəcəsi, imtahan nəticələri, İngilis dili bilikləri və ya digər tədqiqat dilində (Ərəb, Rus, Fransız, Alman və s.) bilikləridir. Həmçinin, bir neçə universitet fərqli tələblər qoyur, məsələn, standart sınaq nəticələrindən daha yüksək tələblər qoyanlar var.
Avropa universitetləri üçün tələblər, yüksək təhsil dərəcəsi, sınaq nəticələri və İngilis dili bilikləridir. Həmçinin, digər dil kursları və sertifikatları da qəbul edilir. Bazı universitetlər üçün yalnız sınaq nəticələrinin çatdırılması kifayət edir, digərləri isə qarşı tərəflərin onlayn mülakatlarını tələb edir.
1.Dil Sertifikatı
Xaricdə təhsil almaq üçün mütləq şəkildə ingilis dil bilikləriniz keçiriləcək dərsləri tam başa düşəcək şəkildə və kommunikasiya əlaqələri qura bilməyiniz üçün yüksək səviyyədə olmalı və dil biliklərinizi təsdiqləyən isə sertifikata sahib olmalısınız. Həmin sertifikatlara isə qəbul olmaq istədiyiniz universitetin tələblərində asılı olaraq, İELTS və TOEFL qəbul edilir. Əsasən İELTS sertifikatı demək olar ki, bütün universitetlər tərəfindən tanınır və qəbul olunur.
2.Diplom və ya Transkript
Magistr və PhD üzrə xaricdə təhsil almaq istəyən namizədlər diplom və ya transkriptlərini ingilis dilinə tərcümə olunmuş şəkildə notarial qaydada təsdiq etmələri və daha sonra qəbul olmaq istədikləri universitetlərə təqdim etməlidirlər. Bakalavr təhsili almaq istəyən tələbələr isə attestat sənədini ingilis dilində notarial qaydada tərcümə və təsdiq olunmuş sürətini universitetə təqdim etməlidirlər.
Transkript sənədi tələbənin universitet təhsili müddətində akademik göstəricilərini müəyyən edən göstəricidir. Qısa şəkildə GPA və ya ÜOMG adlandırılır. Xaricdə təhsil almaq üçün isə akademik göstəriciniz olan GPA və ya ÜOMG nəticəniz yüksək olmalıdır ki, sizin qəbul olmaq şansınızda yüksək olsun.
3.Motivasiya Məktubu
Bu məktub sizin qəbul olmaq istədiyiniz universitet və təhsil almaq üçün nə qədər həvəsli və istəkli olduğunuzu bildirən bir sənəddir. Həmin məktubu özünüzə xas şəkildə yazmalı və son dərəcə professional olmalısınız. Çünki motivasiya məktubu sizin universitetə qəbul olmanızda xüsusi rolu vardır. Lakin bu sənəd bəzi universitetlər tərəfindən tələb olunduğu halda, bəzi universitetlər motivasiya məktubunu qəbul üçün tələb etmirlər.
4.Tövsiyə Məktubu
Xaricdə təhsil almaq üçün tələb olunan digər bir sənəd isə tövsiyə məktubudur. Motivasiya məktubu kimi bu sənədidə bəzi universitetlər tələb, bəziləri isə tələb etmirlər. Tövsiyə məktubunun motivasiya məktubundan fərqi ondan ibarətdir ki, bu məktubu siz yox, başqası yazır. Yəni sizi qəbul olmaq istədiyiniz universitetə professor və ya başqa elmi dərəcəli bir şəxs tövsiyə edir.
Əsas tələb olunan sənədlər bundan ibarətdir, lakin siz bu sənədlərlə yanaşı xaricdə təhsil almaq üçün viza üçün qəbul sənədinə, bank hesabına sahib olmalısınız. Bank hesabınızı səfirliyə təqdim etməklə, siz xaricdə yaşam və digər xərclərinizi qarşılaya biləcəyinizi sübut etmiş olursunuz. Həmçinin, universitetə qəbul olmaq üçün tələb olunan imtahanlardan da yaxşı nəticə əldə etməlisiniz ki, qəbul olmaq şansınız yüksək olsun. Həmin imtahanlara əsasən GRE və ya GMAT aiddir.
Müraciət tarixləri universitetlər və fakültələr arasında fərqli ola bilər və müxtəlif proqramlar üçün fərqli müraciət tarixləri ola bilər. Aşağıda Türkiyə, Polşa və Litva üçün ən populyar universitetlərin müraciət tarixlərini təqdim edirik, lakin bu tarixlər dəyişə bilər və rəsmi veb səhifələrindən ətraflı məlumat əldə edilməlidir.
Türkiyə:
Polşa:
Litva:
Xaricdə universitet seçmək maraqlı və həyatı dəyişən bir təcrübə ola bilər, lakin bu, həm də hədsiz dərəcədə böyük ola bilər. Mövcud olan bu qədər imkanlarla hansı universitetin akademik, şəxsi və peşəkar məqsədlərinizə daha yaxşı cavab verəcəyini müəyyən etmək çətin ola bilər. Bu yazıda xaricdə universitet seçərkən nələrə diqqət etməli olduğumuzu müzakirə edəcəyik.
Diplomun tanınması
Xaricdə universitet seçərkən diqqət etməli olduğu ilk şey akkreditasiyadır. Akkreditasiya universitetlərin akademik standartlara cavab verməsini təmin etmək üçün onların qiymətləndirilməsi prosesidir. Akkreditasiya olunmuş universitetdə təhsil almaq sizin dərəcənizin bütün dünyada işəgötürənlər və akademik qurumlar tərəfindən tanınmasını təmin edir.
Akademik Proqramlar
Nəzərə alınacaq növbəti amil universitetin təklif etdiyi akademik proqramlardır. Mövcud proqramları, fakültələri və kurrikulumun akademik maraqlarınıza və karyera məqsədlərinizə uyğun olub olmadığını müəyyən etmək üçün araşdırma aparmalısınız. Təhsil sahənizdə güclü reputasiyaya malik universitetləri axtarın və sizə meydan oxuyan və cəlb edəcək kurslar təklif edin.
Məkan
Məkan xaricdə universitet seçərkən nəzərə alınmalı vacib amildir. Məkanda yaşamağın qiymətini, mədəniyyət və adət-ənənələri, danışılan dili və ictimai nəqliyyata əlçatanlığı nəzərə alın. Xaricdə təhsil alarkən səyahət etməyi planlaşdırırsınızsa, universitetin digər şəhərlərə və ya ölkələrə yaxınlığını da nəzərə almalısınız.
Xərclər və Maliyyə Yardımı
Xaricdə təhsil bahalı ola bilər, ona görə də xarici universitetdə təhsil almaqla bağlı xərcləri nəzərə almaq vacibdir. Təhsil, yaşayış, yemək, nəqliyyat və digər xərclərin dəyərini araşdırın. Xərcləri kompensasiya etmək üçün beynəlxalq tələbələrə verilə biləcək təqaüdlər və maliyyə yardımı imkanlarını axtarın.
Dil Tələbləri
Dil tələbləri universitetdən və yerdən asılı olaraq dəyişə bilər. Bəzi universitetlər müəyyən bir dildə bilik tələb edə bilər, digərləri isə bir neçə dildə kurslar təklif edə bilər. Dil biliklərinizi nəzərdən keçirin və universitetə getməzdən əvvəl onları təkmilləşdirməli olduğunuzu müəyyənləşdirin.
Tələbə həyatı
Tələbə həyatı və kampus mədəniyyəti universitetdəki ümumi təcrübənizə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Universitet tərəfindən təklif olunan dərsdənkənar fəaliyyətləri, klubları və tədbirləri araşdırın ki, onların maraqlarınıza uyğun olub-olmadığını müəyyənləşdirin və tələbə icmasına inteqrasiya olunmağınıza kömək edin. Xaricdə təhsil alarkən özünüzü rahat hiss etməyə kömək edəcək müxtəlif və qonaqpərvər icmaya malik universitetləri axtarın.
Karyera imkanları
Nəhayət, proqramı bitirdikdən sonra mövcud karyera imkanlarını nəzərdən keçirin. Proqramın peşəkar məqsədlərinizə çatmağınıza kömək edə biləcəyini müəyyən etmək üçün iş bazarını və universitetin sənayedəki nüfuzunu araşdırın. Təcrübə, əməkdaşlıq proqramları və praktiki təcrübə qazanmağınıza və peşəkar şəbəkənizi qurmağınıza kömək edəcək digər imkanlar təklif edən universitetləri axtarın.
Xarici universitetlərə hazırlaşmaq üçün bir neçə il qabaqcadan ölkələri və universitetləri araşdırmaq lazımdır. Məsələn, bakalavr proqramlarına ən tezi 9-cu sinifdən hazırlaşmaq tövsiyə olunur. Universitetlərin qəbul şərtlərini və təhsil alacağınız proqramın tədris dilini bilmək vacibdir. Həmçinin, beynəlxalq imtahan tarixləri və keçirilmə yerini də müəyyən etmək lazımdır.
Magistr proqramlarına universitetin 3-cü kursundan başlayaraq hazırlaşa bilərsiniz. Magistr proqramlarına qəbul üçün adətən dil sertifikatı və universitetdən asılı olaraq GRE və ya GMAT (Türkiyədə ALES) tələb oluna bilər. Buna görə də əvvəlcədən araşdırmağınız tövsiyə olunur.
Doktorantura pilləsinə isə tələbənin istəyindən asılı olaraq magistri bitirdikdən dərhal sonra və ya çalışdığı dönəmlərdə də hazırlaşa bilərlər. Doktorantura proqramları üçün tədqiqat işi və dil sertifikatı tələb olunur.
Hər şeydən əvvəl, universitetin başlama tarixlərinin hər bir universitet və ölkəyə görə fərqli olacağını bilmək çox vacibdir. Məsələn bəzi ölkələrdə müraciət tarixləri standart olur:
Bununla belə, bu tarixlər standart deyil və universitetlərə görə dəyişə bilər. Əgər payız semestri üçün müraciət tarixini ötürmüsünüzsə, qış semestri qəbulu üçün müraciət edə bilərsiniz.
Xaricdə təhsil almaq üçün başqa ölkəyə getməyə qərar verdiyiniz zaman tələbə vizası üçün müraciət etməli olacaqsınız. Bu, hansı ölkəyə köçmək istədiyinizə və yaşadığınız yerə görə dəyişə bilər. Bu səbəbdən ən çox tələb olunan sənədlər yaşayış yerinin sübutu, maliyyə imkanlarının sübutu və qəbul məktubunuz olacaq. Əslində viza ərizəsinin təqdim edilməsi proses hər bir ölkə üçün fərqlidir. Məsələn; Əgər siz ABŞ-da təhsil almaq istəyirsinizsə, öz ölkənizdəki ABŞ səfirliyinə və ya konsulluğuna müraciət etməlisiniz, burada sizdən müsahibədə iştirak etmək tələb oluna bilər. Digər ölkələrdə siz hökumətin saytında hesab yaratmalı və onlayn sistem vasitəsilə tələbə vizası üçün müraciət etməlisiniz.
Xarici universitetlərə qəbul müraciəti zamanı diqqət etməyiniz vacib olan bəzi məsələlər aşağıdakılardır:
Xarici universitetlərə qəbul şansını artırmaq üçün aşağıdakı məsləhətlərə əməl etmək möhkəmdir:
| Ölkə | Universitet | Qəbul faizi |
| Türkiyə | Boğaziçi Universiteti | %13 |
| Türkiyə | Orta Doğu Texniki Universiteti | %14 |
| Türkiyə | İstanbul Teknik Universiteti | %18 |
| Polşa | Warsaw Universiteti | %50 |
| Polşa | Jagiellonian Universiteti | %62 |
| Litva | Vilnius Universiteti | %33 |
| Litva | Kaunas Teknologiya Universiteti | %45 |