Xaricdə menecment təhsili getdikcə populyarlaşır. Bu təhsil bloqunda biz sizə xaricdə menecment təhsili haqqında bir sıra məlumat, məsləhətlər və resurslar təqdim edəcəyik.
Xaricdə menecment təhsili tələbələrə qlobal perspektiv əldə etmək, eləcə də beynəlxalq iş dünyasında rəqabət üstünlüyü əldə etmək imkanı verir. Bundan əlavə, alacağınız təhsil müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqədə olmaqla, qlobal şəbəkələr qurmaqla və beynəlxalq biznes təcrübələrini birbaşa təcrübədən keçirməklə şəxsi və peşəkar inkişafınızı dəstəkləyir.
Xaricdə biznes təhsili təkcə akademik dərəcə təmin etmir, həm də karyeranızda dönüş nöqtəsi ola bilər. Bəs niyə bu ixtisası seçməlisiniz?
Bu sualın cavabı şəxsi və karyera məqsədlərinizdən asılıdır. Xaricdə menecment təhsilinin biznes perspektivinizə necə təsir edə biləcəyi ilə bağlı bəzi əsas məqamlar bunlardır:
Xaricdə menecment təhsili almaq istəyən tələbələr üçün düzgün universiteti seçmək çox vacibdir. Dünyanın bir çox universitetləri menecment sahəsində yüksək keyfiyyətli təhsil təklif edir, lakin ən yaxşıları arasından seçim etmək həmişə asan olmur. Ən yaxşı biznes universitetləri həm akademik mükəmməlliyi, həm də iş dünyası ilə sıx əlaqələri ilə tanınır. Bu universitetlər tələbələrə qlobal perspektiv təklif edir, innovativ düşüncəni təşviq edir və aparıcı biznes liderləri və şirkətlərlə sıx əlaqələr yaradır.
Qeyd: Üniversitetlərin reytinqləri “QS World University Rankings”-dən referans alınmışdır.
| Universitet | Ölkə | Reytinq |
| Massaçusets Texnologiya İnstitutu (MIT) | ABŞ | #1 |
| Kembric Universiteti | Birləşmiş Krallıq | #2 |
| Oksford Universiteti | Birləşmiş Krallıq | #3 |
| Harvard Universiteti | ABŞ | #4 |
| Stanford Universiteti | ABŞ | #5 |
| Sinqapur Milli Universiteti (NUS) | Sinqapur | #8 |
| Pensilvaniya Universiteti | ABŞ | #12 |
| Northwestern Universiteti | ABŞ | #47 |
| Rotterdam Erasmus Universiteti | Niderland | #176 |
| INSEAD | Fransa | #232 |
| Kopenhagen Biznes Məktəbi | Danimarka | #301–350 |
| Bocconi Universiteti | İtalya | #544 |
| HEC Paris Biznes Məktəbi | Fransa | – |
| Ramon Llull Universiteti | İspanya | #621-630 |
Xaricdə menecment üzrə bakalavr təhsili gənclər üçün maraqlı fürsət ola bilər. Bir çox tələbə beynəlxalq perspektiv qazanmaq, mədəni müxtəlifliklə məşğul olmaq və beynəlxalq iş dünyasında uğur qazanmaq üçün xaricdə menecment təhsili almağa üstünlük verirlər. Əsas biznes prinsiplərini öyrətməklə yanaşı, bu təhsili tələbələrə liderlik, ünsiyyət və problem həll etmə bacarıqları kimi kritik səlahiyyətlər verir. Bundan əlavə, bir çox xarici universitetlər tələbələrə nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməyə imkan verən təcrübə imkanları təklif edir. Aşağıda müxtəlif ölkələrdən müxtəlif reytinqlərə sahib universitetlərin proqramları və detalları haqqında məlumat tapa bilərsiniz
Üniversitetin reytinqi: –
Növü: Özəl
Proqramın adı: Menecment
Proqramın dili: İngilis dili
Məkan: Bethlehem, ABŞ
Təhsil haqqı: İllik $50.500
Təhsil müddəti: 4 il
Sənədlərin son qəbul tarixi: –
Universitetin menecment proqramı tələbələrə idarəetmə, təşkilati liderlik, strateji menecment və marketinq kimi əsas biznes prinsiplərini dərindən başa düşmək imkanı təqdim edir. Proqram praktiki təcrübələrlə dəstəklənən balanslaşdırılmış tədris proqramı ilə seçilir və tələbələrə iş dünyasındakı çətinliklərin öhdəsindən gəlmək və effektiv həllər hazırlamaq bacarıqları vermək məqsədi daşıyır.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: –
Növü: Özəl
Proqramın adı: Menecment
Proqramın dili: İngilis dili
Məkan: Varşava, Polşa
Təhsil haqqı: İllik $4.800
Təhsil müddəti: 3 il
Sənədlərin son qəbul tarixi: Avqust ayı
Menecment üzrə olan bu proqram sizə əmək bazarında üstünlük verəcək. Vistula Universiteti sizə beynəlxalq mühitdə unikal təcrübə əldə etmək imkanı təqdim edir.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: –
Növü: Özəl
Proqramın adı: Biznes Mühəndisliyi və Menecment
Proqramın dili: İngilis dili
Məkan: Golden, Kolorado, Amerika Birləşmiş Ştatları
Təhsil haqqı: İllik $41.500
Təhsil müddəti: 4 il
Sənədlərin son qəbul tarixi: Yanvar ayı
Kolorado Mədən Məktəbinin bu proqramı STEM-ə marağı və bacarığı olan tələbələri getdikcə məlumat və texnologiyaya əsaslanan iş dünyasında lider olmağa hazırlayır.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: –
Növü: Özəl
Proqramın adı: Menecment
Proqramın dili: İngilis dili
Məkan: Marion, İndiana, Amerika Birləşmiş Ştatları
Təhsil haqqı: İllik $31.000
Təhsil müddəti: 4 il
Sənədlərin son qəbul tarixi: –
Indiana Wesleyan Universitetinin Menecment ixtisası tələbələri müəssisələrdə və ya ictimai təşkilatlarda liderliyə hazırlamaq üçün nəzərdə tutulmuşdur.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: #251-300
Növü: Dövlət
Proqramın adı: Biznesin İdarə Edilməsi və Marketinq
Proqramın dili: İngilis dili
Məkan: London, İngiltərə, Böyük Britaniya
Təhsil haqqı: İllik $20.000
Təhsil müddəti: 3 il
Sənədlərin son qəbul tarixi: İyul ayı
Roehampton Universitetinin Biznesin İdarə Edilməsi və Marketinq proqramı ilə siz sürətlə inkişaf edən və çoxşaxəli marketinq dünyasında işləməyə hazırlaşaraq müxtəlif bacarıq və biliklər əldə edəcəksiniz.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: #711-720
Növü: Dövlət
Proqramın adı: Biznesin İdarə Edilməsi
Proqramın dili: İngilis dili
Məkan: London, İngiltərə, Böyük Britaniya
Təhsil haqqı: İllik $19.300
Təhsil müddəti: 3 il
Sənədlərin son qəbul tarixi: Avqust ayı
Westminster Universitetində təklif olunan Biznesin İdarə Edilməsi dərəcəsi sürətlə dəyişən qlobal, mədəni və texnoloji iş dünyasında inkişaf etmək istəyənlər üçün nəzərdə tutulub. Bu proqram vasitəsi ilə gələcək biznes liderlərinə və menecerlərinə lazım olan çox yönlülük və vizyonu inkişaf etdirəcəksiniz.
Qəbul sənədləri:
Digər Proqramlar
| Universitet | Proqram | Ölkə | Reytinq | Müddət |
Ödəniş (illik) |
| Qlobal Bankçılıq Məktəbi | Biznes və Menecment | Malta | #51 | 3 il | $6.400 |
| Hüquq Universiteti Biznes Məktəbi | Biznesin idarə edilməsi | Birləşmiş Krallıq | – | 3 il | $20.000 |
| London Kraliça Meri Universiteti | Marketinq və Menecment | Birləşmiş Krallıq | #145 | 3 il | $33.000 |
| WHU – Otto Beisheim İdarəetmə Məktəbi | Beynəlxalq Biznes Administrasyası | Almanya | #127 | 3 il | $18.300 |
| Budapeşt Biznes Universiteti | Biznesin idarə edilməsi və menecment | Macarıstan | – | 3.5 il | $6.000 |
| AB Biznes Məktəbi | Biznes (Menecment) | Almanya | #81-90 | 3 il | $15.300 |
| Gisma Tətbiqi Elmlər Universiteti | Beynəlxalq Biznesin İdarə Edilməsi | Almanya | – | 3 il | $14.100 |
| Miskolc Universiteti | Biznesin idarə edilməsi və menecment | Macarıstan | #1201-1400 | 3 il | $5.300 |
Universitetlərin haqqında məlumatlar universitetlərin veb-saytından və “QS World University Rankings” veb-saytından götürülmüşdür.
Hər bir universitetin son müraciət tarixi və tələb olunan sənədlər siyahısı fərqli olur. Xaricdə təhsil məsləhətçiniz sizə bu məlumatları ətraflı şəkildə verərək, müraciət prosesini sizin üçün daha asan və sürətli hala gətirir.
Xaricdə menecment üzrə magistr dərəcəsi almaq karyeranızı yüksəltmək və beynəlxalq iş dünyasında rəqabətli mövqe qazanmaq üçün mühüm addımdır. Dünyanın bir çox ölkələrində müxtəlif reytinqlərə malik müxtəlif universitetlər menecment üzrə magistr proqramları təklif edirlər. Bu universitetlər tələbələrə beynəlxalq perspektivlərlə zənginləşdirilmiş təhsil təcrübəsi təklif edir və məzunlara qlobal iş dünyasında uğurlu karyera üçün lazım olan bilik və bacarıqları verir.
Üniversitetin reytinqi: #124
Növü: Dövlət
Proqramın adı: İnnovasiyaların İdarə Edilməsi
Proqramın dili: İngilis dili
Məkan: Eyndhoven, Hollandiya
Təhsil haqqı: İllik $20.000
Təhsil müddəti: 2 il
Sənədlərin son qəbul tarixi: May ayı
Texnologiya və innovasiya daha ədalətli və davamlı gələcəyə keçiddə əsas rol oynayır. Eindhoven Texnologiya Universitetinin bu proqramı izləməklə, yüksək texnologiya, innovasiya və davamlılığın kəsişməsində dəyişikliyin necə formalaşa biləcəyini öyrənmək üçün unikal imkanınız var.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: #1001-1200
Növü: Özəl
Proqramın adı: Menecment
Proqramın dili: İngilis dili
Məkan: San Sebastian, İspaniya
Təhsil haqqı: İllik $11.400
Təhsil müddəti: 1.5 il
Sənədlərin son qəbul tarixi: May ayı
Deusto Universitetinin Menecment proqramının son mərhələsi bir şirkətdə təcrübə keçməkdən ibarətdir. Bu magistr dərəcəsi sayəsində müxtəlif fəaliyyət sektorlarında milli və beynəlxalq şirkətlərin bir çox müxtəlif sahələrində çoxsaylı rəhbər vəzifələrə çıxış əldə edəcəksiniz.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: #51
Növü: Özəl
Proqramın adı: Beynəlxalq Menecment
Proqramın dili: İngilis dili
Məkan: Renn, Fransa
Təhsil haqqı: İllik $20.000
Təhsil müddəti: 1 il 3 ay
Sənədlərin son qəbul tarixi: –
Rennes School of Business-dən bu Beynəlxalq Menecment proqramı iştirakçıları dinamik və beynəlxalq və biznes mühitlərində sahibkarlar və ya korporativ rəhbərlər kimi vəzifələr tutmaq üçün lazım olan müasir beynəlxalq idarəetmə konsepsiyaları və modelləri ilə təchiz edir.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: #153
Növü: Dövlət
Proqramın adı: Biznes və Menecment
Proqramın dili: İngilis dili
Məkan: Exeter, İngiltərə, Böyük Britaniya
Təhsil haqqı: İllik $31.000
Təhsil müddəti: 1 il
Sənədlərin son qəbul tarixi: Dekabr ayı
Exeter Universitetindəki Biznes və Menecment proqramımız sahibkarlıq, beynəlxalq biznes, marketinq, insan resurslarının idarə edilməsi və turizm daxil olmaqla bir sıra fənləri əhatə edir. Özəl, dövlət və qeyri-kommersiya sektorları üzrə təşkilatlarla və peşəkar təşkilatlarla güclü əlaqələri var.
Qəbul sənədləri:
Üniversitetin reytinqi: #145
Növü: Dövlət
Proqramın adı: Menecment
Proqramın dili: İngilis dili
Məkan: London, İngiltərə, Böyük Britaniya
Təhsil haqqı: İllik $37.000
Təhsil müddəti: 1 il
Sənədlərin son qəbul tarixi: Sentyabr ayı
London Kraliça Meri Universitetində təklif olunan Menecment magistr dərəcəsi tələbələri biznesin əsas sahələrini, o cümlədən bazarlar, müştərilər, maliyyə, əməliyyatlar, kommunikasiyalar, informasiya texnologiyaları və biznes strategiyasını idarə etmək bacarıqları ilə təchiz etmək məqsədi daşıyır.
Qəbul sənədləri:
| Universitet | Proqram | Ölkə | Reytinq | Müddət |
Ödəniş (illik) |
| RISEBA Universiteti | Beynəlxalq Biznes | Latviya | – | 2 il | $5.200 |
| London Metropolitan Universiteti | Layihənin idarə olunması | Birləşmiş Krallıq | #901-950 | 1 il | $23.000 |
| Westminster Universiteti | Marketinq Menecmenti | Birləşmiş Krallıq | #711-720 | 1 il | $8.100 |
| Antverpen İdarəetmə Məktəbi | Global Menecment | Belçika | – | 1 il | $23.000 |
| Nyenrode Biznes Universiteti | Menecment | Hollandiya | #151 | 1 il 4 ay | $26.000 |
| Tallinn Texnologiya Universiteti | Sahibkarlıq Menecmenti | Estonya | #651-660 | 2 il | $7.500 |
| Miçiqan Universiteti – Dearborn | Proqram və Layihə Menecmenti | ABŞ | #201-250 | 2 il | $34.000 |
| Advantere İdarəetmə Məktəbi | Beynəlxalq Menecment | İspanya | – | 11 ay | $32.000 |
Universitetlərin haqqında məlumatlar universitetlərin veb-saytından və “QS World University Rankings” veb-saytından götürülmüşdür.
Təbii ki, menecment təhsili təklif edən universitetlər sadəcə yuxarıdakılar ilə limitli deyil. Xaricdə təhsil mütəxəssisiniz sizin üçün ən uyğun universitet siyahısını tərtib etməkdə sizə kömək edəcəkdir.
Xaricdə biznes təhsili maraqlı addımdır, lakin bu yola başlamaq bir az çaşdırıcı ola bilər. Aşağıda xaricdə menecment təhsilinə haradan başlamalı olduğunuz barədə məlumat verilmişdir:
Xaricdə biznes təhsili mürəkkəb proses ola bilər, lakin siz bu məqsədə addım-addım düzgün resurslardan istifadə etməklə nail ola bilərsiniz. Başlanğıcda dəqiq bir plan quraraq və ardıcıl olaraq addımları izləməklə bu prosesi asanlaşdıra bilərsiniz.
Xaricdə menecment təhsili üçün qəbul tələbləri universitetdən asılı olaraq dəyişə bilər, buna baxmayaraq, bəzi ümumi tələblər var. Xaricdə menecment üzrə təhsil almaq üçün tipik qəbul tələbləri bunlardır:
Bakalavr:
Magistratura:
Doktorantura:
Menecment təhsili müxtəlif rollar və sektorlar üzrə biznesdə uğurlu karyera üçün güclü zəmin yaradır. Menecment məzunları müxtəlif pozisiyalarda işləmək imkanı əldə edirlər və müxtəlif bacarıqlar ilə təchiz olunurlar. Aşağıda menecment proqramından məzun olaraq çalışa biləcəyiniz müxtəlif sahələri tapa bilərsiniz.
Marketinq və Satış: Marketinq və satış menecment məzunları üçün məşhur karyera yoludur. Marketinq mütəxəssisləri brend menecmenti, rəqəmsal marketinq, reklam və müştəri əlaqələri kimi sahələrdə ixtisaslaşa bilərlər. Satış nümayəndələri müştərilərə məhsul və ya xidmətləri təqdim etməklə satışlarını artırırlar.
Maliyyə və Mühasibat Uçotu: Maliyyə və mühasibatlıq iş dünyasının təməl daşlarından biridir. Maliyyə analitikləri, investisiya bankirləri, mühasiblər və maliyyə məsləhətçiləri kimi rollar menecment məzunları üçün maliyyə karyerası variantlarıdır.
İnsan Resurslarının İdarə Edilməsi: İnsan resurslarının idarə edilməsi kadrların idarə edilməsi, işə qəbul, təlim və inkişaf kimi məsələləri əhatə edir. Menecment məzunları insan resursları mütəxəssisi və ya istedad meneceri kimi vəzifələrdə işləyə bilərlər.
Sahibkarlıq və İnnovasiya: Menecment ixtisası sahibkarlıq və innovasiya üçün zəmin yaradır. Məzunlar öz bizneslərini qura və ya iri şirkətlərdə innovativ layihələr üzərində işləyə bilərlər.
Beynəlxalq Biznes: Qloballaşan dünyada beynəlxalq biznes təcrübəsi olan menecment məzunlarına böyük tələbat var. Beynəlxalq marketinq, qlobal təchizat zəncirinin idarə edilməsi və beynəlxalq maliyyə kimi sahələrdə karyera imkanları var.
Menecment geniş iş dünyasına qapılar açan çox yönlü bir sahədir. Menecment məzunları sektorlar arasında hərəkət edə və karyeralarını yüksəltmək üçün daim yeni imkanlar axtara bilərlər.
Menecment sahəsində çalışan mütəxəssislərin qazancı onların iş təcrübəsindən, vəzifəsindən və ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Bununla belə, ümumiyyətlə, menecmentlə əlaqəli vəzifələri çox vaxt rəqabətli əmək haqqına sahib olurlar. Bir çox ölkələrdə rəhbər vəzifələrdə çalışan insanların maaşları çox vaxt ölkə üzrə orta səviyyədən yuxarı olur.
Maaşlar üçün “Indeed” və “Qazancım.az” veb-saytları referans alınmışdır.
Xaricdə menecment təhsili karyeranızı yüksəltmək və beynəlxalq iş dünyasında rəqabət üstünlüyü əldə etmək üçün mühüm fürsətdir. Bu təcrübə tələbələrə qlobal perspektivlərlə zənginləşdirilmiş təhsil təklif edir və müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqə vasitəsilə onların şəxsi və peşəkar inkişafını dəstəkləyir. Xaricdə biznes təhsili beynəlxalq şəbəkələr qurmaq imkanı verir və məzunları qlobal iş dünyasında uğurlu karyera üçün lazım olan bilik, bacarıq və özünəinamla təchiz edir. Bundan əlavə, fərqli bir ölkədə yaşamaq və işləmək şəxsi inkişaf və yetkinlik üçün unikal təcrübə təqdim edir. Nəticə etibarı ilə xaricdə biznes təhsili karyeranızı yüksəltmək və qlobal perspektiv əldə etmək üçün dəyərli bir yoldur.