Xaricdə tələbələr üçün təcrübə proqramları tələbələrin kariyeraları və şəxsi inkişafları üçün faydalıdır. Qloballaşan iş dünyasında fərqli mədəniyyətlərlə tanış olmaq, xarici dil biliklərini təkmilləşdirmək və beynəlxalq layihələrdə təcrübəçi olmağın bir çox üstünlükləri var.
Xaricdə təcrübə keçməyin ən mühüm üstünlüklərindən biri tələbələrə qlobal perspektiv verməsidir. Müxtəlif ölkələrdə iş mədəniyyətini tanımaq tələbələrin çevikliyini, uyğunlaşmasını və problem həll etmə bacarıqlarını artırır. Eyni zamanda, beynəlxalq bizneslərdə çalışmaq və müxtəlif sənaye sahələrində peşəkarlarla görüşmək gələcək karyera imkanlarını genişləndirir.
Xaricdə tələbələr üçün hansı praktika imkanları var?
Tələbələr üçün xaricdə müxtəlif təcrübə imkanları mövcuddur. Bu təcrübə imkanları müxtəlif proqramlar və təşkilatlar tərəfindən təklif olunur.
Xaricdə təcrübə keçməyi düşünən tələbələr üçün olan təcrübə proqramları bunları əhatə edir:
- Beynəlxalq təcrübə proqramları
- Universitet mübadilə proqramları
- Universitet əməkdaşlıqları
- Qlobal şirkətlər
- Dövlət və özəl qurumlar
- Onlayn təcrübə proqramları
Xaricdə tələbələr üçün hansı beynəlxalq təcrübə proqramları var?
Xaricdə təcrübə keçməyi düşünən tələbələr üçün müxtəlif beynəlxalq təcrübə proqramları mövcuddur. Bu proqramlar tələbələrə müxtəlif ölkələrdə təcrübə keçmək imkanı verir.
Tələbələrin yararlana biləcəyi ən məşhur beynəlxalq təcrübə proqramlarından bəziləri bunlardır:
Erasmus+ Təcrübə Proqramı
Erasmus+ Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramdır. Bakalavr, magistr və doktorantura tələbələri üçün nəzərdə tutulan bu proqram 2 aydan 12 aya qədər müddətə təcrübə keçmək imkanı verir.
Erasmus+ tələbələrə təcrübə müddətində onların yaşayış xərclərini ödəmələri üçün maliyyə dəstəyi də verir. Bundan əlavə, bu proqram dil təhsili verməklə tələbələrin xarici dil bacarıqlarının inkişafına da kömək edir.
IAESTE (International Association for the Exchange of Students for Technical Experience)
IAESTE mühəndislik, texnologiya, elm və əlaqəli sahələrdə təhsil alan tələbələr üçün olan təcrübə proqramıdır. Bu proqram dünyanın 80-dən çox ölkəsində təcrübə təklif edir və təcrübə müddəti 6 həftədən 12 aya qədər dəyişir.
IAESTE beynəlxalq təcrübə proqramına qatılan tələbələr beynəlxalq iş təcrübəsi qazanmaqlar gələcək kariyeraları üçün yaxşı praktika əldə etmiş olurlar.
AIESEC
AIESEC gənclərin liderlik bacarıqlarının inkişafına diqqət yetirən və beynəlxalq təcrübə imkanları təklif edən gənclər təşkilatıdır. 18-30 yaş arası gənclərə yönəlmiş bu proqram 6 həftədən 18 aya qədər təcrübə imkanları təklif edir.
Təhsil, marketinq, informasiya texnologiyaları, mühəndislik və bir çox digər sahələrdə təcrübə imkanları təklif edən AIESEC tələbələrin sosial bacarıqlarını artırmaqla qlobal iş dünyasında effektiv ünsiyyət qurmalarına kömək edir.
Globalink Araşdırma Təcrübəsi
Mitacs Globalink Research Internship Kanadada bakalavr tələbələri üçün tədqiqat təcrübəsi proqramıdır. 3-cü və ya 4-cü kurs tələbələri üçün nəzərdə tutulmuş bu proqram 12 həftəlik tədqiqat təcrübəsi təklif edir.
Bu praktikada tələbələrə səyahət, yaşayış yeri və yaşam xərclərini ödəmələri üçün təqaüd də ödənilir.
Eyni zamanda tələbələr bu proqrama qatılmaqla mühəndislik, elm, sosial elmlər, humanitar elmlər və bir çox başqa sahələrdə tədqiqat imkanları əldə edə bilərlər.
The Washington Center Təcrübə Proqramı
The Washington Center (TWC) ABŞ-da kollec tələbələri də daxil olmaqla bakalavr və magistr tələbələri üçün praktikalar təşkil edən təşkilatdır.
Bu proqram tələbələrə 10 ilə 15 həftə arasında dəyişən təcrübə imkanları təklif edir. Dövlət siyasəti, hüquq, biznes, media, səhiyyə və bir çox digər sahələrdə təcrübə imkanları təklif edən TWC, həmçinin tələbələrə karyera məsləhətləri kimi bir neçə xidmətlər də verir.
CERN Təcrübə Proqramı
CERN (European Organization for Nuclear Research) universitet tələbələri üçün fizika və mühəndislik sahələrində təcrübə proqramları verir.
Fizika, mühəndislik, informasiya texnologiyaları və əlaqəli sahələr üzrə təhsil alan universitet tələbələri üçün nəzərdə tutulan bu proqram 1 aydan 6 aya qədər müddətdə olur.
Proqrama qatılan tələbələr CERN-də qabaqcıl tədqiqat layihələri üzərində işləmək və müəyyən məbləğdə təqaüd əldə etmək imkanı əldə edirlər.
Bu proqramlar tələbələrə beynəlxalq iş təcrübəsi qazanmaq, müxtəlif mədəniyyətləri tanımaq və karyeralarında yaxşı təməl yaratmağa imkanı verir.
Xaricdə təcrübə keçmək istəyən tələbələr bu proqramlardan yararlanaraq özlərini qlobal əmək bazarında daha rəqabətli edə bilərlər.
(Mənbə: https://www.gooverseas.com/internships-abroad )
Xaricdə təcrübə proqramlarına necə müraciət etmək olar?
Müraciət prosesi xaricdə təcrübə keçmək istəyən tələbələr üçün mühümdür. Bu prosesi düzgüd etməklə təqaüd proqramını qazanıb orada iştirak edə bilərsiniz.
Müraciət zamanı diqqət yetirməli olduğunuz bəzi amillər var. Xaricdə təcrübə proqramlarına müraciət edərkən nəzərə alınmalı əsas addımlar bunlardır:
Araşdırma edin: İlk addım hansı təcrübə proqramlarının sizin üçün uyğun olduğunu müəyyən etməkdir. Erasmus+, IAESTE, AIESEC, Globalink, The Washington Center, CERN kimi proqramların veb-saytlarından onlar haqqında ətraflı məlumat alın. Unutmayın ki, hər bir proqramın öz ərizə tələbləri və meyarları var, ona görə də müraciət etməyi düşündüyünüz proqramların tələblərini diqqətlə oxuyun.
Bundan əlavə, universitetinizin beynəlxalq ofisi və ya karyera mərkəzi xaricdə təcrübə proqramları haqqında məlumat və dəstək verir ki, bu dəstəkdən də yararlanıb daha detallı araşdırma edə bilərsiniz.
Özünüzə uyğun olan təqaüd proqramını seçdikdən sonra isə müraciət edə bilərsiniz.
Tələb olunan sənədləri hazırlayın: Xaricdə təcrübə proqramları üçün müraciət edərkən müəyyən sənədlər tələb olunur. Hərtərəfli və yeni tərcümeyi-hal və ya CV hazırlayıb, özünüz haqqında ətraflı məlumatları orada qeyd etməlisiniz.
Əgər təqaüd proqramı sənədi İngilis dilində tələb edirsə, bu zaman tərcümeyi-halı (CV-ni) da ingiliscə yazmağınız lazımdır.
Təcrübə məqsədinizi və niyə bu proqrama müraciət etmək istədiyinizi izah edən motivasiya məktubu, referans məktubları xarici dil biliklərinizi təsdiq edən sertifikatlar (TOEFL, IELTS kimi) və akademik nailiyyətlərinizi göstərən rəsmi transkriptlər də tələb olunan sənədlər arasındadır.
Müraciət prosesini izləyin: Hər bir proqramın xüsusi müraciət tarixləri var. Bu tarixlərə diqqət yetirin və son tarixdən əvvəl ərizənizi təqdim edin.
Əksər proqramlar onlayn ərizələri qəbul edir, ona görə də ərizə formalarını diqqətlə doldurun və tələb olunan sənədləri gecikmədən sayta yükləyin.
Erasmus+ kimi bəzi proqramlar universitetinizdən təsdiq tələb edə bilər. Bu halda, universitetin beynəlxalq ofisinə müraciət edib onlar vasitəsilə müraciət etməli olacaqsınız.
Müsahibə prosesi: Müraciətiniz müsbət qiymətləndirildikdə, müsahibəyə dəvət olacaqsınız.
Müsahibədən öncə proqram haqqında məlumat toplamaq və müsahibədə bu proqrama niyə müraciət etmək istədiyinizi aydın şəkildə danışmaq üçün hazırlaşmağınız məsləhətdir.
Müsahibə zamanı verilən bu mövzulu suallara aydın və düzgün cavab vermək müsbət cavab almağınıza kömək edəcək.
Qəbul və hazırlıq prosesi: Müraciətiniz qəbul edildikdən sonra təcrübəniz üçün hazırlıq prosesinə başlayın.
Bunun üçün səyahətinizi planlamağınız və vizaya müraciət etməyiniz lazımdır. Eyni zamanda qalacağınız yeri, lazımi sağlamlıq və səyahət sığortasını almaq da hazırlıq üçün etməli olduqlarınızdandır.
Bu addımları yerinə yetirməklə beynəlxalq təcrübə proqramlarına müraciət prosesini uğurla başa vura bilərsiniz.
Beynəlxalq təcrübə proqramına qatılan tələbələr nələrə diqqət yetirməlidirlər?
Beynəlxalq təcrübə proqramlarına qatılarkən bu proqramlardan maksimum fayda əldə etmək üçün bəzi məqamlara diqqət etmək vacibdir.
Mədəni uyğunlaşma: Fərqli ölkədə praktika keçərkən yeni bir mədəniyyətə uyğunlaşmaq çox önəmlidir.
Gedəcəyiniz ölkənin mədəni normalarını, adət-ənənələrini və iş qaydalarını öyrənmək sizə böyük üstünlük təmin edəcək. Həmin ölkəyə gedərkən isə mühitə qarşı açıq fikirli olaraq adaptasiya olmağa çalışın.
Bu, həm peşəkar, həm də şəxsi münasibətlərinizdə uğurlu olmağınıza kömək edəcək.
Dil bacarıqları: Xaricdə təcrübə keçərkən, həmin ölkənin dilini bilmək işinizi asanlaşdıracaq. Əgər gedəcəyiniz ölkənin dilini kifayət qədər bilmirsinizsə, ən azı B1 səviyyədə dil bilikləri əldə etməyə çalışın.
Bu, iş yoldaşlarınız və yerli sakinlərlə daha yaxşı ünsiyyət qurmağınıza kömək edəcək və gündəlik fəaliyyətinizi rahatlaşdıracaq.
Peşəkar davranış: Təcrübə müddətində peşəkar davranış sərgiləmək çox vacibdir.
Yəni iş yerində dəqiq olun, tapşırıqlarınızı vaxtında və dəqiq yerinə yetirin, iş yoldaşlarınıza və rəhbərlərinizə qarşı maksimum səbirli davranın və mühitdə sosiallaşan.
Peşəkar davranışınız, gələcək iş imkanları üçün müsbət referanslar əldə etməyinizi və praktika keçdiyiniz şirkətdə işləməyiniz üçün önəmli amildir.
Hüquqi tənzimləmələr: Təcrübə keçəcəyiniz ölkənin viza və iş icazəsi tələblərini öyrənin və lazım olan sənədləri vaxtında hazırlayın.
Viza müraciət prosesini erkən başlatmaq, mümkün gecikmələrin qarşısını almaq baxımından önəmlidir. Həmçinin, ölkənin sağlamlıq sığortası və digər hüquqi tənzimləmələri haqqında məlumat toplayıb ölkənin hüquqi tələblərini yerinə yetirin ki, ora gedən zaman problemlə qarşılaşmayasınız.
Maliyyə planlaması: Xaricdə təcrübə keçərkən yaşam xərclərinizi qarşılamaq üçün dəqiq və əhatəli maliyyəplanlaması edin. Yerləşmə, nəqliyyat, yemək və digər gündəlik xərclərinizi nəzərə alaraq bir büdcə yaradın. Bu planlamaya təcili hallar üçün bir miqdar pul ayırmağı da daxil etmək ehtiyat üçün önəmlidir.
Təqüd proqramları sizə maliyyə dəstəyi versə də, xərcləri öncədən planlaşdırıb hazırlıqlı olmaq maddi rahatlığınız üçün lazımdır.
Əlaqələr qurun: Təcrübə müddətində iş yoldaşlarınız və digər peşəkarlarla yaxşı münasibətlər qurun. Əlaqə qurmaq, kariyerinizdə irəliləməyinizə kömək edəcək önəmli vasitədir.
Özünüzə zaman ayırın: Təcrübə keçərkən özünüzə də zaman ayırmağı unutmayın. Yeni yerlər kəşf etmək, fərqli mədəniyyətləri təcrübədən keçirmək və əyləncəli fəaliyyətlərlə məşğul olmaq, xaricdə praktikanızın daha maraqlı və yadda qalan olmasına səbəb olacaq.
Bu məqamlara diqqət edərək, xaricdə təcrübə keçmə təcrübənizi ən yaxşı şəkildə keçirə bilərsiniz.
Xaricdə təcrübə proqramlarına müraciət etmək istəyirsinizsə, bunun üçün peşəkar dəstək almağınız önəmlidir. Marmara Group olaraq peşəkar mütəxəssislərimiz beynəlxalq təcrübə proqramlarına qatılmağınız üçün sizə kömək edəcək! Ətraflı məlumat üçün konsultasiya xidmətimizdən yararlana bilərsiniz.