Marmara Group > Bloq > Blog > Türkiyə Universitetləri

Həm dil və mədəniyyət baxımından bənzərlik, həm də təhsil keyfiyyətinə görə Türkiyə tələbələr tərəfindən ən çox seçim olunan ölkələrdəndir.  Bəs Türkiyədəki universitetlərin ən reytinqliləri, təhsil haqqısı sərfəli olan və tələbələrin seçməli olduğu universitetlət hansılardır? Bu bloqumuzda Türkiyə universitetləri üzrə olan araşdırmamış əsasında tələbələri maraqlandıracaq sualların cavabını axtarmışıq.

Türkiyə universitetlərindən hansılarının yüksək reytinqi var?

Türkiyə akademik nailiyyətləri, innovativ tədqiqatları və beynəlxalq əməkdaşlıqları ilə seçilən bir çox nüfuzlu universitetlərə ev sahibliyi edir. Bu universitetlər dünya reytinqlərində mühüm yer tutur və müxtəlif sahələrdə təhsil imkanları təklif edir. QS World University Rankings Times Higher Education reytinq sıralaması və universitetlərin son 5 illik fəaliyyətinini araşdırmağımız nəticəsi olaraq Türkiyə reytinqlərində ən yüksək bal toplayan 10 universitet bunlardır:

Universitetlər                                                  Haqlarında məlumat
Boğaziçi Universitetiİstanbulda yerləşən Boğaziçi Universiteti xüsusilə mühəndislik, humanitar və sosial elmlər sahələrində yüksək səviyyəli təhsil verir. Beynəlxalq səviyyədə tanınmış universitet olan Boğaziçi tələbələrə dinamik kampus həyatı və geniş tədqiqat imkanları da təqdim etməsilə illərdir reytinqlərdə birincidir.
Orta Doğu Texniki Universiteti (ODTÜ)Ankarada yerləşən ODTÜ mühəndislikdən sosial elmlərə qədər müxtəlif ixtisaslara keyfiyyətli təhsil proqramları təklif edir. Araşdırma və innovasiya sahəsində lider olan ODTÜ beynəlxalq layihələrdə və əməkdaşlıqlarda da fəal rol oynayır.
İstanbul Texniki Universiteti (İTU)Türkiyənin ilk texniki universiteti olan İTU, mühəndislik və memarlıq sahələrində dünya miqyasında nüfuza malikdir. Yarandığı gündən texnologiya və innovasiya sahəsində aparıcı rol oynayan İTÜ tələbələrinə praktiki və nəzəri bilikləri birləşdirən təhsil imkanları verir.
Koç Universitetiİstanbulda yerləşən Koç Universiteti xüsusilə hüquq, tibb və biznes üzrə təhsil proqramları ilə tanınır. Tədqiqat yönümlü yanaşmanı tədrisinə tətbiq edən universitet tələbələrə beynəlxalq standartlarda təhsil və tədqiqat mühiti təklif edir.
Bilkent UniversitetiAnkarada yerləşən Bilkent Türkiyənin ilk özəl universitetlərindəndir və xüsusilə biznes, mühəndislik və sosial elmlər sahələrində güclü təhsil proqramlarına malikdir. Tələbə mərkəzli yanaşmanı mənimsəyən Bilkent innovativ təhsil yanaşması ilə diqqət çəkir.
Sabancı Universitetiİstanbula yaxın yerdə yerləşən Sabancı Universiteti fənlərarası təhsil proqramları ilə seçilir. Tələbələrinə çevik təhsil modeli təklif edən Sabancı, araşdırma və sahibkarlıq sahəsində xüsusilə ideal tədrisə metoduna sahibdir.
Hacettepe UniversitetiAnkarada yerləşən Hacettepe xüsusilə səhiyyə elmləri sahəsində Türkiyənin qabaqcıl qurumlarından biridir. Təbiət, əczaçılıq və sağlamlıq elmləri sahələrində geniş araşdırma imkanları təklif edən Hacettepe, elm və sosial elmlərdə də güclü proqramlara malikdir.
Ege Universitetiİzmirdə yerləşən Ege Universiteti xüsusilə kənd təsərrüfatı, dəniz elmləri və tibb sahələrində önə çıxır. Müxtəlif fənlər üzrə geniş təhsil və tədqiqat imkanları təklif edən Ege, beynəlxalq əməkdaşlıqları ilə də tanınır.
İstanbul UniversitetiTürkiyənin ən köklü ali təhsil müəssisələrindən biri olan İstanbul Universiteti müxtəlif sahələrdə keyfiyyətli təhsil təklif edir. Bir çox sahələrdə, xüsusilə hüquq, tibb və elm sahəsində güclü akademik kadrlara malikdir.
Anadolu UniversitetiEskişehirdə yerləşən Anadolu Universiteti əsasən distant təhsil proqramları ilə ölkədaxili və beynəlxalq səviyyədə nüfuza malik universitetdir.

Türkiyənin ən yaxşı dövlət universitetləri

UniversitetlərHaqlarında məlumat
Hacettepe UniversitetiTəbiət elmləri, sosial elmlər və mühəndislik daxil olmaqla, geniş sahələrdə güclü akademik proqramlar təklif etməklə tanınır. Xüsusilə tibb fakültəsi milli və beynəlxalq səviyyədə nüfuza sahibdir.  
Orta Doğu Texniki Universiteti (ODTÜ)Mühəndislik, humanitar və sosial elmlər sahələrində beynəlxalq səviyyədə tanınan universitetdir. Yüksək keyfiyyətli akademik heyəti və tədqiqat imkanları ilə seçilir.
Ankara UniversitetiBu, müxtəlif sahələrdə akademik proqramlar təklif edən köklü bir universitetdir. Xüsusilə sosial elmlər və təbiət elmləri sahələrində peşəkar heyyətə sahibdir.
Gebze Texniki UniversitetiMühəndislik, kompüter elmləri və sənaye mühəndisliyi kimi sahələrdə güclü akademik infrastruktura malikdir. Sənaye sahəsindən olan tanınmış şirkətlərlə etdiyi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrlə seçilir.
Ege UniversitetiKənd təsərrüfatı, dənizçilik, tibb və sosial elmlər kimi müxtəlif sahələrdə güclü akademik quruluşa malikdir. İnnovativ tədqiqat layihələri və beynəlxalq əməkdaşlıqları ilə tanınır.

(mənbə: https://istanbulbogazicienstitu.com/turkiyenin-en-iyi-devlet-universiteleri)

Türkiyənin tanınmış özəl universitetləri

UniversitetlərHaqlarında məlumat
Koç Universitetiİstanbulda yerləşən Koç Universiteti biznes, hüquq, mühəndislik və tibb kimi müxtəlif sahələrdə güclü akademik proqramlar təklif edir. Xüsusilə beynəlxalq səviyyədə tanınmış tədqiqat mərkəzləri və əməkdaşlıqları ilə tanınır.
Bilkent UniversitetiAnkarada yerləşən Bilkent Universiteti humanitar, mühəndislik, biznesin idarə edilməsi və sosial elmlər kimi sahələrdə güclü akademik infrastruktura malikdir. Türkiyənin ilk özəl universitetlərindən biridir.
Sabancı Universitetiİstanbulun Tuzla səmtində yerləşən Sabancı Universiteti mühəndislik, sosial elmlər, biznes və incəsənət kimi sahələrdə güclü akademik proqramlar təklif edir.
Bezmialem Vakıf Universitetiİstanbulda yerləşən Bezmialem Foundation University təbiət elmləri, tibb və stomatologiya kimi sahələrdə güclü akademik infrastruktura malikdir. Ənənəvi və müasir tibb sahələrində təlimlər verir.
Çankaya UniversitetiAnkarada yerləşən Çankaya Universiteti mühəndislik, rabitə, hüquq və biznes idarəçiliyi kimi sahələrdə müxtəlif akademik proqramlar təklif edir. Beynəlxalq tələbə mübadiləsi proqramları və əməkdaşlıqları ilə tanınır.

(mənbə: https://istanbulbogazicienstitu.com/turkiyedeki-en-iyi-ozel-universiteler)

Hansı Türkiyə Universitetlərində attestatla qəbul var?

UniversitetlərHaqlarında məlumat
Eskişehir Osmanqazi UniversitetiEskişehir Osmanqazi Universiteti xüsusilə təhsil, mühəndislik və sosial elmlər sahələrində güclü akademik infrastruktura malikdir. Təhsilə tələbə mərkəzli yanaşması ilə tanınır.
Kafkas UniversitetiKafkas Universiteti geniş akademik proqramlar təklif edən və tələbələrinə müasir təhsil imkanları təqdim edən universitetdir. Humanitar, sosial elmlər və tibb elmləri kimi sahələrdə güclü akademik struktura malikdir.
Batman UniversitetiBatman Universiteti xüsusilə sosial elmlər, təbiət elmləri və tibb elmləri sahələrində fərqlənən bir universitetdir.
Harran UniversitetiHarran Universiteti kənd təsərrüfatı elmləri, tibb, mühəndislik və sosial elmlər kimi sahələrdə güclü tərəfləri olan tanınmış universitetdir. Regional inkişafa töhfə verən tədqiqat layihələri ilə digər universitetlərdən fərqlənir.
Kırıkkale UniversitetiKırıkkale Universiteti mühəndislik, tibb, sosial elmlər və təbiət elmləri kimi sahələrdə geniş akademik diapazona malikdir. Xüsusilə tibb elmləri sahəsində uğurlu tədris proqramları var.

Türkiyədə IT üzrə ən yaxşı universitetlər

UniversitetlərÖzəl, yoxsa dövlətŞəhərlərTəhsil haqları
İhsan Doğramacı Bilkent UniversitetiÖzəlAnkara12.000 – 25.000 USD
Doğu Akdeniz UniversitetiÖzəlŞimali Kipr Türk Respublikası8.000 – 12.000 USD
Burdur Mehmet Akif Ersoy UniversitetiDövlətBurdur1.000 – 5.000 USD
Atatürk UniversitetiDövlətƏrzurum1.000 – 5.000 USD
İstanbul Okan UniversitetiÖzəlİstanbul7.500 – 15.000 USD

(mənbə: https://universitetercihrobotu.com/bilisim-sistemleri-ve-teknolojileri-taban-puanlari-ve-basari-siralamalari-41)

Türkiyənin memarlıq üzrə ən yaxşı universitetləri

UniversitetlərHaqlarında
İstanbul Texniki Universiteti (İTU)İstanbulda yerləşən İTU uzun tarixə və memarlıq təhsilində köklü bir quruluşa malikdir. Buraya Memarlıq, Şəhər və Regional Planlaşdırma, Sənaye Dizaynı, Daxili Memarlıq və Landşaft Memarlığı departamentləri daxildir.Dövlət universiteti olan İTU-nun illik təhsil haqqı 1.500 – 12.000 USD aralığındadır.
Orta Doğu Texniki Universiteti (ODTÜ)ODTÜ Şəhər və Regional Planlaşdırma Departamentindən başlayaraq geniş memarlıq təhsili təklif edir. Fakültə daxilində tələbələrə ixtisas kursları (Memarlıq Media) keçərək özlərini təkmilləşdirmək imkanı verilir.Ankarada olan bu dövlət universitetinin illik təhsil haqqı 1.500 – 12.000 USD aralığındadır.
İhsan Doğramacı Bilkent UniversitetiBilkent, geniş memarlıq və dizayn təhsili təklif edir. Ankarada yerləşən universitet vakıf universitetidir, təhsil haqqı isə 1.500 – 12.000 USD aralığındadır.
Yıldız Texniki Universiteti (YTU)Avropa memarlıq təhsili və tədqiqat sahələrində davamlı keyfiyyətli tədris metodu üzərində işləyən dövlət universiteti İstanbulda yerləşdir. İllik ortalama təhsil haqqı 1.000 – 7.500 USD aralığındadır.
Mimar Sinan Güzel Sanatlar UniversitetiSanayi-î Nefise məktəbinin davamı olaraq, Türkiyədə gözəl sənətlər təhsili verən ilk qurumlardan biridir.İstanbulda yerləşən bu dövlət universitetinin illik təhsil haqqı 1.000 – 7.500 USD aralığındadır.

SAT ilə Türkiyə Universitetlərinə qəbul

UniversitetlərŞəhərlərSAT bal tələbi
Boğaziçi Universitetiİstanbul1300+
Koç Universitetiİstanbul1300+
Bilkent UniversitetiAnkara1200-1300+
Sabancı Universitetiİstanbul1200-1300+
Özyeğin Universitetiİstanbul1100-1200+

İngilis dilində tədris verən Türkiyə universitetləri

UniversitetlərŞəhərləri
Boğaziçi Universitetiİstanbul
Orta Doğu Texniki Universiteti (ODTÜ)Ankara
Bilkent UniversitetiAnkara
Koç Universitetiİstanbul
Sabancı Universitetiİstanbul
İstanbul Texniki Universiteti (İTU)İstanbul
Yıldız Texniki Universitetiİstanbul
İzmir Texnologiya İnstitutuİzmir
Atılım UniversitetiAnkara
TOBB İqtisadiyyat və Texnologiya UniversitetiAnkara

(mənbə: https://atakurumsal.com/turkiyede-ingilizce-egitim-veren-universiteler/ )

Türkiyənin ən yaxşı təqaüd verən universitetləri

UniversitetlərƏn çox aylıq təqaüd məbləği
Orta Doğu Texniki Universiteti (ODTÜ)4000 TL
İstanbul Texniki Universiteti (İTU)5000 TL
İstambul Tibb Elmləri Universiteti3000 TL
İstanbul Medipol Universiteti6000 TL
Hasan Kalyoncu Universiteti5000 TL

(mənbə: https://www.basarisiralamalari.com/burs-veren-universiteler/)

Elmi araşdırmalara görə ən yaxşı Türkiyə universitetləri

UniversitetlərÜmumi balıƏməkdaşlıq səviyyəsiKeyfiyyət dərəcəsi
Orta Doğu Texniki Universiteti (ODTÜ85,40%28.15%35.86%
İstanbul Texniki Universiteti (İTU)76.24%23.62%32.83%
Boğaziçi Universiteti70.34%28.24%27.50%
İstanbul Yüksək Texnologiyalar Universiteti60.87%19.94%24.95%
Yıldız Texniki Universiteti (YTU)54.11%14.58%23.33%

(mənbə: https://ncc.metu.edu.tr/tr/announcement/odtu-arastirma-universite-yine-birinci)

Təhsil Nazirliyinin bakalavr tədris pilləsi üçün Xaricdə təhsil proqramına daxil etdiyi bəzi Türkiyə universitetləri və ixtisaslar

Universitetlərİxtisaslar
Bilkent Universitetiİnformasiya Sistemləri və Texnologiyaları
Sabancı UniversitetiKompüter Elmləri və Mühəndisliyi
Ankara UniversitetiSüni İntellekt və Məlumat Mühəndisliyi
Boğaziçi UniversitetiKompyuter Mühəndisliyi
İstanbul Texniki UniversitetiElektronika və Əlaqə Mühəndisliyi
Koç UniversitetiKompüter Mühəndisliyi
Ankara UniversitetiGeofizika Mühəndisliyi
Ankara UniversitetiFizika Mühəndisliyi
Bilkent UniversitetiSənaye Mühəndisliyi
Boğaziçi UniversitetiKimya Mühəndisliyi
İstanbul Texniki UniversitetiKimya Mühəndisliyi
Hacettepe UniversitetiRiyaziyyat
İstanbul Texniki UniversitetiMolekulyar Biologiya və Genetika
Orta Şərq Texniki UniversitetiMolekulyar Biologiya və Genetika
İstanbul Texniki UniversitetiAviasiya Mühəndisliyi
Orta Şərq Texniki UniversitetiAerokosmik Mühəndislik
Hacettepe Universitetiİqtisadiyyat
Sabancı Universitetiİqtisadiyyat
İstanbul Texniki UniversitetiDağ-mədən mühəndisliyi

Təhsil Nazirliyinin magistratura tədris pilləsi üçün Xaricdə təhsil proqramına daxil etdiyi bəzi Türkiyə universitetləri və ixtisaslar

Universitetlərİxtisaslar
Orta Doğu Texniki Universitetiİnformasiya Sistemləri
Sabancı UniversitetiKiber Təhlükəsizlik
Yıldız Texniki UniversitetiKiber Təhlükəsizlik və Kriptoqrafiya
Ankara UniversitetiKompüter Mühəndisliyi
Koç UniversitetiBiotibbi Elmlər və Mühəndislik
İstanbul Texniki UniversitetiKompüter Mühəndisliyi
Koç UniversitetiKompüter Elmləri və Mühəndisliyi
Qazi UniversitetiElektrik və Elektronika Mühəndisliyi
İstanbul Texniki UniversitetiSistem Dinamikası və İdarəetmə
Koç UniversitetiMaterial Elmləri və Mühəndisliyi
Orta Şərq Texniki UniversitetiBiotibbi Mühəndislik
Orta Şərq Texniki UniversitetiSənaye Mühəndisliyi
Sabancı UniversitetiSənaye Mühəndisliyi
Yıldız Texniki UniversitetiBiotibbi Mühəndislik
Yıldız Texniki UniversitetiBiomühəndislik
Marmara UniversitetiMikrobiologiya
Orta Şərq Texniki UniversitetiBiotexnologiya
Marmara UniversitetiFizika
Sabancı Universitetiİstehsalat Mühəndisliyi

Ən ucuz təhsil haqqı olan Türkiyə universitetləri

Türkiyə universitetlərin təhsil haqqı təhsil pilləsindən, tədris dilindən ixtisasdan və universitetdən aslı olaraq dəyişir və bütün qiymətlər kimi onlar da stabil deyil. Bununla belə, araşdırmamız göstərir ki, Türkiyədə ən ucuz təhsil verən universitetlər dövlət universitetləridir. Dövlət universitetlərində təhsil haqqı 1000-2000 TL aralığından başlayır ixtisas, tədris dili, təhsil pilləsi amillərinə görə artır.

Vakıf, yəni tamamilə ödənişli özəl universitetlərdə isə təhsil haqqı olduqca yüksək ola bilər, təxmini 20.000-100.000 TL aralığında.  

Türkiyənin ən ucuz universitetlərinə bunları aid edə bilərik:

  • Gümüşhane Universiteti
  • Tokat Gaziosmanpaşa Universiteti
  • Ardahan Universiteti
  • Kafkas Universiteti
  • Eren Universiteti
  • Siirt Universiteti
  • Niğde Ömer Halisdemir Universiteti

Xaricdə təhsil komandamızın Türkiyədə təhsil üzrə mütəxəssisləri göstəricilərinizə əsasən Türkiyənin ən yaxşı, yüksək təqaüdlü və iş imkanları geniş olan universitetlərinə qəbul olmağınıza imkan yaradır. 

Bu imkandan yararlanmaq və ən yaxşı Türkiyə universitetlərində təhsil almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Related Posts

Rəy Bildirin