Ərzaq məhsullarından tutmuş mənzil qiymətlərinə, nəqliyyatdan təhsilə qədər hər sahədə bu fərqləri görmək mümkündür. Xüsusilə Rusiyada market qiymətləri şəhərdən aslı olaraq çox fərqlidir.
Bloq yazımızda Rusiyaya səyahət, təhsil və yaşamaq üçün gedən insanları maraqlandıran bazar qiymətləri haqqında dəqiq məlumatlar verəcəyik və tələbələri ən çox maraqlandıran “Rusiyada təhsil üçün ən ucuz şəhər hansıdır?” sualına cavab tapacağıq.
Rusiyada market qiymətləri aylıq nə qədərdir?
Rusiyada ortalama olaraq ərzağa olan xərclər bölgədən, ərzağı alan insanın neçə nəfər üçün alış-veriş etməsindən, gəlir səviyyəsinə və qidalanma vərdişlərinə görə çox dəyişə bilər. Xərclər fərqli olsa da, bazar araşdırmasına hansı aralıqda xərclərinizin olduğunu bilmək mümkündür.
Belə ki, Rusiyada əksər ailələr üçün yemək və ən zəruri ərzaqlar üçün xərclər onların büdcəsinin 25-50%-ni və ya ayda təxminən 15-30 min rubl, yəni 275-350 AZN aralığında təşkil edir.
Ailələrin təxminən 13%-i 15 min rubl-275 AZN-ə qədər, 42,9%-i 15-30 min rubl, yəni 275-551 AZN arasında xərcləyir. Ailələrin 29,7%-i üçün bu xərclər ayda 30-50 min rubl, yəni 551-919 AZN arasında dəyişir. Təbii ki, gəlirdən aslı olaraq, daha çox xərcləri olan ailələr də var.
Daha dəqiq desək, Rusiyada yaşayan hər 10 nəfərdən biri 50-70 min rubl, yəni 920-1290 AZN arasında ərzağa pul xərcləyir. Əhalinin 2,8%- isə 70 -100 min rubl (1290-1837 AZN) arasında, 1,8% hər ay ərzaq məhsulları 100 min rubldan çox pul xərcləyir.
(Mənbə:https://www.banki.ru/news/lenta/?id=10944222)
Rusiyada market qiymətləri ümumilikdə necədir?
Rusiyanın böyük və tələbələrlə səyahət üçün gedilən şəhərlərində ərzaq qiymətləri belədir:
Moskva. Moskvada ətin növündən aslı olaraq olaraq hər kq üçün 400-1000 rubl, yəni 7-19 AZN arasında dəyişə bilər. Süd məhsullarının qiyməti hər litr üçün təxminən 60-500 rubl, yəni 1-9 AZN arası, unun qiyməti 50-150 rubl civarında, 1-3 AZN arasında dəyişir.
Zəruri ehtiyaclardan olan təmizləyici məhsulların qiyməti isə məhsulların marka və həcminsən aslı olaraq 200 rubl, təxminən 2 AZN-dən başlayır və daha yüksək qiymətə qədər artır.
(mənbə: https://veterok.ru/tseny/)
Sankt-Peterburq. Sankt-Peterburqda ərzaq qiymətləri Moskvaya nisbətən aşağıdır. Belə ki, burada ən çox istifadə olunacaq ərzaqlardan ətin qiyməti 200-500 rubl, 3-10 AZN arası, südün litri 60 rubl-1 AZN, unun kilosu isə 106 rubl, yəni 1-2 AZN aralığındadır. Bu qiymətlər ərzağın növündən və markasından aslı olaraq getdikcə artır.
(mənbə: https://kidpassage.com/publications/eda-sankt-peterburge-chto-poprobovat-skolko-stoit)
Qeyd edək ki, Rusiyanın tələbələr tərəfindən ən çox seçim olunan şəhərlərindən olan Soçidə də ortalama ərzaq xərcləri Sankt-Peterburqla eynidir.
Rusiyanın ən bahalı şəhərləri hansılardır?
Rusiyada orta aylıq əmək haqqı 40.000 ilə 60.000 rubl arasında dəyişir ki, bu da 700-1200 manat deməkdir və bahalı şəhərlərdə yaşadıqda bu maaşla xərcləri qarşılamaq çətin olur.
Lakin bahalı şəhərlərin əmək haqqları yüksək olduğuna görə ərzaq qiymətləri əhaliyə çətinlik yaratmır.
Araşdırmamıza əsasən deyə bilərik ki, böyük şəhərlərdə, xüsusən də Moskva və Sankt-Peterburqda qiymətlər çox yüksəkdir. Bunun bərabərində Sankt-Peterburq kimi böyük şəhərlərdə ortalama əmək haqqı yüksəkdir, ortalama 60.000 rubl. Ancaq buna uyğun olaraq şəhərdə ortalama əməkhaqqı məbləği artıqca ərzaq qiymətləri daxil bütün ödənişlər də artır.
Artan qiymətlər marketlərdən də yan keçmir. Sankt-Peterburq kimi böyük və bahalı şəhərlərdə market alış-verişinə ortalama 20.000-50.000 rubl, yəni 367-920 AZN xərclənilir ki, bu da Rusiyanın digər şəhərlərinə görə çoxdur.
Rusiyada market qiymətləri və yaşam xərcləri tələbələr üçün ucuz olan şəhərlər hansılardır?
Tələbələrin təhsil almaq üçün seçim etdiklərin ölkələr arasında Rusiya ən çox seçilənlərdir. İstər yaxın olması, istər orada yaşıyan həmyerlilərimizin çoxlu ilə bərabər Rusiyada yaşam xərclərinin Azərbaycan valyutasına görə sərfəli olmasıdır.
Univeristetlərin ödənişi, marketlərdə ərzaq qiymətləri və yaşayış xərclərinin normal olması təbii ki, hər şəhərdə eyni deyil.
Bu səbəbdən də bir araşdırma edib, tələbələrimizin Rusiyada təhsil almaq üçün gedə biləcəkləri ucuz şəhərləri və həmin şəhərlərdə olan universitetləri müəyyənləşdirmişik.
Tomsk şəhəri, Tomsk Dövlət Universiteti (TDU). Tomsk Dövlət Universitetində mühəndislik, sosial və humanitar, təhsil sahələri üzrə bir çox istisaslar tədris edilir ki, onlar arasında ən ucuzu sosial və humanitar elmərə aid olan ixtisaslardır.
Texniki və elmi tədris proqramları isə laboratoriya ləvazimatları və avadanlıqlarının qiymətinə görə daha bahalıdır. Bununla belə, Tomks Dövlət Universitetində maliyyə yardımı və təqaüd proqramları var ki, həmin proqramlarla təhsil xərcini azaltmaq mümkündür.
TDU-nun ortalama təhsil haqqı isə 120.000 – 240.000 rubl, təxminən 2200-4400 AZN arasıdır.
Market qiymətlərinə gəldikdə isə Tomsk Rusiyanın ən sərfəli şəhərləri arasındadır. Yaşam standartları və xərclərə görə rəqəm dəyişsə də, ümumilikdə kirayə evlərdən tutmuş nəqliyyat ödənişlərinə qədər qiymətlər normaldır. Daha dəqiq desək:
Tələbələr üçün kirayə evlərin qiyməti: Ayda orta hesabla 3000-5000 rubl-dan (55-90 AZN) başlayır ölçüsündən aslı olaraq artır. Lakin ümumilikdə il ərzində bir tələbəlin evə 15.000-25.000 rubl (275-460 AZN) arası xərci çıxır.
Ərzaq qiymətləri:
- Un məhsulları: Növündən aslı olaraq hər kiloqram üçün 20 – 40 rubl (30-40 qəpik)
- Süd məhsulları: 1 litri 50-70 rubl (90 qəpik-1 AZN), pendirin 1 kiloqramı 400-600 rubl (7-11 AZN), qatığın isə 100-200 rubl (1-4 AZN)
- Ət məhsulları: Hər kiloqram üçün toyuq əti 180-250 rubl (3-5 AZN), mal əti 280-450 rubl (5-9 AZN)
Aylıq ehtiyacdan aslı olaraq bu qiymət dəyişə də bilər.
Nəqliyyat: Tomskda ictimai nəqliyyatdan istifadənin aylıq xərci 1500 – 2500 rubl (27-46 AZN) aralığındadır.
Novosibirsk şəhəri, Novosibirsk Dövlət Universiteti (NSU). Novosibirsk Dövlət Universiteti (NSU) xüsusilə elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə yüksək keyfiyyətli təhsil proqramları təklif edən Rusiyanın aparıcı universitetlərindən biridir. Sırf bu universitetə görə Moskvanın ən ucuz şəhərlərindən olan Novosibirskə “Akademqorodok”, yəni “Elmlər Şəhəri” deyilir. Çox keyfiyyətli təhsil sistemi olmasına baxmayaraq, təhsil haqqı Novosibirsk Dövlət Universitetində təhsil haqqı tələbələr üçün olduqca münasibdir.
İllik təhsil haqqı 150.000-300.000 rubl arasında dəyişir.
Novosibirskdə yaşam xərci və market qiyməti isə Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdən sərfəlidir. Ümumi ən zəruri ehtiyacların qiymətləri belədir:
Kirayə evlər: Kirayə evlərdən əlavə olaraq tələbələr istəsələr, universitetin öz yataqxanasında çox ucuz qiymətə, aylıq 2500-5000 rubl, təxmini 45-91 AZN aralığında ödənişlə qala bilərlər.
Kirayə evlərin qiymətisə mənzilin özündən aslı olaraq ortalama 15.000-30.000 rubl (275-552 AZN) arasıdır.
(mənbə: https://www.realtymag.ru/novosibirskaya-oblast/novosibirsk/kvartira/prodazha/nedorogo/)
Market qiymətləri: Araşdırmızalara görə, Novosibirskdə market qiymətləri aşağıdakı kimidir:
- Süd məhsulları: 1 litri 72 rubl (1-2 AZN), pendir hər qramı 110 rubl (2 AZN), kərə yağının isə 200 qramı 140 rubl (2-3 AZN)
- Ət məhsulları: Hər bir kiloqram toyuq əti 300 rubl (5-6 AZN), mal əti isə 540 rubl (9-11 AZN)
- Makaron: Tələbələr üçün olduqca münasib, hər paketi 56 rubl (1 AZN)
- Bitki yağı: 1 litri 120 rubl (2-3 AZN)
- Meyvə tərəvəzlər: Hər kiloqram üçün alma 94 rubl (1-2 AZN), banan 130 rubl (2-3 AZN), portağal 110 rubl (2 AZN), pomidor 150 rubl-dur (2-3 AZN)
- Çörək: 500 qramlıq çörək 35 rubl (64 qəpik)
- Şirniyyatlar: Markasından və növündən aslı olaraq 54 rubldan (1 AZN-dən)başlayır və s.
Qeyd edək ki, bu qiymətlər marka, ərzaqın növündən aslı olaraq dəyişə də bilər.
(mənbə: https://bdex.ru/price/novosibirskaya-oblast/novosibirsk/?type=eat)
Nəqliyyat: Novosibirsk daxilində ictimai nəqliyyatdan istifadəyə aylıq təxminən 1000-2000 rubl, yəni 18-37 AZN arasında xərc çıxa bilər.
Kazan şəhəri, Kazan Federal Universiteti (KFU). Kazan Federal Universiteti Rusiyanın Tatarıstan Respublikasında yerləşən dünyanın ən nüfuzlu universitetlərindən biridir. Geniş akademik proqramlar təklif edən universitet texnologiya, sosial və humanitar elmlər sahələrinə sərfəli qiymətə tədris verir. Laboratoriya materialları və avadanlıqları tələb edən tibb, mühəndisliklə əlaqəli ixtisasların tədrisi isə nisbətən yüksək olsa da, təqaüd proqramları ilə ucuz tədris almaq olar.
Ortalama illik təhsil haqqı isə 120.000-450.000 rubl (2205-8270 AZN) arasıdır.
Kazan şəhərində market qiymətləri:
- Çörək: 1 ədədi 20 – 40 rubl (30-80 qəpik)
- Süd: Hər litri 60 – 80 rubl (1-2AZN)
- Ət məhsulları: Hər kiloqram üçün toyuq əti 200 – 300 rubl (3-6 AZN), mal əti 300 – 500 rubl (3-10 AZN) və s.
Kirayə evlərin qiymətləri: Kazanda tələbə yataqxanaları aylıq 2000-5000 rubl arası, mənzillər isə 15.000-30.000 rubl (275-552 AZN) arasıdır.
Nəqliyyat və ərzaq birlikdə Kazanda tələbənin yaşaması üçün aylıq 8000-10.000 rubl, yəni 147-185 AZN arası büdcəyə ehtiyacı olur.
Rusiyada market qiymətləri fərqli olsa da, yüksək təhsil keyfiyyəti olan və nüfuzlu universitetlərində sərfəli ödənişlə təhsil almaq mümkündür. Universitetlərin sərfəli ödənişinə əlavə olaraq təqaüd proqramlarına da qəbul aldıqda çox sərfəli qiymətə təhsil imkanları əldə edəcəksiniz.