Salam Xoş gördük Nicat! Nicat kimdir? hal hazırda harada və hansı ixtisas üzrə təhsil alır?
Salam, xoş gördük, mən Nicat Ağasoy, 24 yaşındayam. Azərbaycan Memarlıq və İnşaat Universitetində Bakalavr pilləsi üzrə – İnşaat mühəndisliyi, Magistratura pilləsi üzrə – Meliorasiya- mühəndis sistemləri tikintisi və istismarı ixtisasları üzrə təhsili almışam. Hal-hazırda Türkiyənin Bilecik şəhərindəki Bilecik Şeyh Edebali Universitetində Doktorantura pilləsi üzrə inşaat mühəndisi ixtisasında təhsili alıram.
Necə oldu ki, Türkiyədə doktorantura təhsili almaq qərarına gəldiniz və bu qərarı verməyinizə hansı faktorlar təsir etdi?
Azərbaycanda doktorantura üçün ayrılan yerlər çox az olduğundan Türkiyədə oxumaq qərarına gəldim və “Marmara Gruop” şirkətinin vasitəsilə Türkiyənin Bilecik Şeyh Edebali Universitetinə qəbul oldum.
Türkiyədə tələbə həyatının ən böyük üstünlüyü nədir? Xüsusilə də doktorantura tələbəsi olmağın üstünlükləri nələrdir?
Ən böyük üstünlük türklərlə yanaşı digər xarici tələbələrlə dostluq etməkdir. Doktorantura pilləsində təhsil alan tələbələrə universitet müəllimləri yaxından dəstək olur. Bu cəhəti də xüsusilə vurğulamaq istərdim.
Türkiyədə təhsil sistemi haqqında məlumat verə bilərsiniz? Sizcə, ən diqqət çəkən xüsusiyyəti nədir?
Təhsil sistemi universitetlərə və ixtisaslara görə dəyişir. Universitetləri və seçəcəyiniz ixtisası araşdırdıqdan sonra sənədlərinizi göndərin. Türkiyədə təhsildən çox universitetlərin geniş kampus əraziləri olması diqqətimi çəkmişdi. Kampuslara laboratoriyalar, kitabxanalar, idman zalları və stadion, yataqxanalar, yeməkxanalar və sosial tədbirlər üçün yerlər kimi müxtəlif obyektlər vardır.

Türkiyədə tələbə həyatı necədir? Sosial fəaliyyətlər və mədəni tədbirlər tələbələr üçün nə dərəcədə vacibdir?
Türkiyədə tələbə həyatı kifayət qədər dinamik və rəngarəngdir. Universitetlər ümumiyyətlə böyük şəhərlərdə yerləşir və tələbələrə geniş sosial, mədəni və akademik təcrübələr qazandırır. Tələbələr dərslərlə yanaşı müxtəlif tədbirlərdə iştirak edə, klub və dərnəklərə üzv ola, şəhərdə keçirilən mədəni tədbirlərdən yararlana bilərlər (Türkiyənin bəzi şəhərlərində Azərbaycan dərnəkləri var, üzv olmağı məsləhət görürəm).
Türkiyədə təhsil aldığınız zaman ən böyük çətinliyiniz nə oldu? Bu çətinliklərin öhdəsindən necə gəldiniz?
Çox vaxt xarici ölkədə təhsil alarkən qarşılaşılaşa biləcəyiniz ən böyük problemlər dil, kültür uyğunlaşması və yeni təhsil sisteminə alışmaq ola bilər, amma Türkiyə ilə Azərbaycanın dil və kültürü bənzər olduğundan ən böyük çətinliyiniz yeni təhsil sisteminə adaptasiya ola bilər.
Türkiyədə yaşam xərcləri haqqında nə düşünürsünüz? Xüsusilə, tələbələr üçün büdcəni düzgün idarə etmək necə bir təcrübədir?
Türkiyədə yaşam xərcləri şəhər və həyat tərzindən asılı olaraq dəyişir. Böyük şəhərlərdə yaşam xərcləri, xüsusən də ev kirayəsi və gündəlik xərclər baxımından çox vaxt daha yüksək ola bilər. Evdə qalmaq istəyirsinizsə, xərcləri bölmək üçün ev yoldaşı tapmaq daha düzgün olar. Əgər çətinlik çəkəcəyinizi düşünürsünüzsə, yurt və apartmanlarda qalmağı məsləhət görürəm.

Türkiyədə təhsil aldığınız universitet hansı akademik və sosial imkanlar təklif edir? Tələbə klubları var mı? İdman klubları və s kimi.
Akademik olaraq müxtəlif bakalavr, magistr və doktorantura proqramları mövcuddur. Sosial olaraq, universitet tələbələrə müxtəlif klublarda və tələbə təşkilatlarında iştirak etmək imkanı təklif edir.
Türkiyədə təhsil alan tələbələr üçün hansı karyera imkanları mövcuddur? Məzun olduqdan sonra nə etməyi düşünürsünüz?
Türkiyədə təhsil alan tələbələr üçün müxtəlif karyera imkanları mövcuddur. Bunlar arasında mühəndislik, maliyyə, turizm, informasiya texnologiyaları, tibb və digər peşələr yer alır. Məzun olduqdan sonra Azərbaycanda və ya Türkiyədə öz ixtisasım üzrə işləməyi düşünürəm.
Türkiyədə təhsil alan digər xarici tələbələrə nə tövsiyə verə bilərsiniz?
Mümkün olduğu qədər çox insanla tanış olun və dünya görüşlərini öyrənin.
Türkiyədə təhsilin sizə qazandırdığı ən böyük təcrübə nədir?
Dünya görüşümün inkişaf etməsi, türk və digər xarici tələbələrlə dostluq etmək.
Türkiyədə istifadə edə biləcəyiniz proqramlar
Telefon xətti – Türkcell məsləhət görülür ( nömrəni şəhər mərkəzlərindən alın)
Yemək sifarişi – Trendyol go, Yemek sepeti, Getir və Migros
Bank kartı – Enpara və Papara kartlarını məsləhət görürəm. Azərbaycan kartından Enpara kartına pul göndərdikdə 1% xidmət haqqı tutulur (min 3.5 manat).
Yeni gəldiyinizdə Leo bank kartı ilə gəlin əgər yoxdursa linkə daxil olaraq sifariş edin. https://leobank.az/r/tJ7n (Leo bank kartın istifadə etdiyiniz zaman 3D kodu yenirə proqram daxilindən onayla düyməsinə toxunmanız kifayətdir)
Otel proqramı – Otelz, Enuygun və Booking
Avtobus bileti – Obilet və Enuygun
Sürət qatar bileti – TCDD
Iş axtaranlar – Kariyer.net, Eleman.net və İşin olsun
Sizə Bakıdan baglama göndərmək istəsələr “yerlikargo”dan istifadə etməyiniz məsləhət görülür.
