Avropada Tələbələr Üçün Sığorta

Marmara Group > Bloq > Avropada Təhsil > Avropada Tələbələr Üçün Sığorta

Avropada təhsil almaq istəyən tələbələr üçün tələb olunan sənədlərdən biri də sığortadır. Sığorta tələbələrin təhsil prosesində qarşılaşa biləcəkləri sağlamlıq problemlərindən və digər risklərdən onların qorunmasını təmin edən edən vacib sənəd olduğundan universitetlər qəbul sənədləri arasında sığortanı da tələb edir.

Avropada tələbələr üçün sığorta niyə vacibdir?

Sığorta, təmin etdiyi bir çox üstünlüklərə görə Avropada təhsil almaq istəyən tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Tələbələr üçün sığortanın bir çox önəmi var, o cümlədən:

Sağlamlıq təminatı: Avropada tibbi xidmətlər bahalıdır. Sığorta isə tələbələrin lazım olduqda xəstəxana xərclərini, həkim qəbulu ödənişlərini və dərman reseptlərinə etdikləri xərcləri qarşılamaqla onlara maddi dəstək olur.

Hüquqi tələb: Bir çox Avropa ölkələri beynəlxalq tələbələrdən tibbi sığorta tələb edir. Tələbələrdən viza müraciətləri və universitet qeydiyyatı prosesində sığorta tələb olunur.

Fövqəladə hallar və səyahət təminatı: Tələbələr təhsil məqsədləri üçün səyahət edərkən itirilmiş baqaj, uçuşun ləğvi və ya digər səyahət problemləri ilə qarşılaşa bilərlər. Sığorta növlərindən olan səyahət sığortası belə hallarda maddi itkilərin qarşısını alır və tələbələrin səyahətlərini təmin edir. Sığorta, həm də səyahət zamanı fövqəladə hallarda tibbi xidmətə çıxışı təmin edir.

Psixoloji dəstək: Yeni ölkədə yaşamağın stresi, heç tanımadığı mühitdə olmaq və uyğunlaşma problemləri tələbələrdə psixoloji təzyiq yarada bilər. Bu hallarda tələbə sığorta ilə ehtiyacları olduqları peşəkar psixoloji yardımı alıb, psixoloji sağlamlıqlarını qoruyarkən təhsil proseslərini səmərəli keçirmələrini təmin edə bilərlər.

Təhsil prosesinin fasiləsiz davamı: Sağlamlıq və səyahət sığortası tələbələrə təhsil prosesini fasiləsiz başa çatdırmaq imkanı verir. Sığorta tləbələrə gözlənilməz vəziyyətlər qarşısında sürətli və effektiv həllər təklif edir ki, tələbələr təhsillərini yarımçıq qoymasın.

Avropada tələbələr üçün sığorta növləri

Avropada təhsil alan beynəlxalq tələbələr üçün müxtəlif sığorta növləri mövcuddur. Hər sığorta növü tələbələrin müxtəlif ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Avropada tələbələr üçün ən çox yayılmış sığorta növləri və hər birinin əhatə etdiyi sığorta növləri bunlardır:

Sağlamlıq Sığortası

  • Xəstəxana xərcləri: Sağlamlıq sığortasına xəstəxanada yerləşdirilmə, əməliyyatlar zamanı xəstəxanada qalmaq, bu müddətdə xəstəxananın bütün xərcləri daxildir.
  • Həkim ziyarətləri: Tələbələr xəstə olduqda və ya müntəzəm müayinə üçün həkimə müraciət etdikdə xərcləri sığorta tərəfindən qarşılanır.
  • Reseptli dərmanlar: Sığorta həkim tərəfindən təyin olunan dərmanların qiymətini əhatə edir.
  •  Diş müalicəsi: Bəzi sağlamlıq sığortası diş müalicəsini və gündəlik diş baxımı üçün olan xərcləri əhatə edir.
  •  Psixoloji dəstək: Öncədəndə qeyd etdiyimiz kimi fərqli ölkə, fərqli insanların və mühitə uyğunlaşmağın səbəb olduğu bir psixoloji narahatlıqların aradan qaldırılması üçün psixoloji xidmətlər də sığorta tərəfindən qarşılanır.
  • Fizioterapiya və reabilitasiya: Müəyyən sağlamlıq problemləri üçün fizioterapiya və reabilitasiya xidmətləri də sığorta ilə əhatə oluna bilər.

Səyahət sığortası

  • Baqajın itirilməsi və zədələnməsi: Tələbənin səyahət zamanı baqajın itirilməsi, oğurlanması və ya zədələnməsi halında kompensasiya təmin edir.
  • Uçuş ləğvləri və gecikmələri: Uçuşların ləğvi və gecikmələr halında yaranan  xərcləri sığorta qarşılayır.
  • Təcili tibbi xidmətlər: Səyahət zamanı təcili tibbi yardım və müalicə xərclərini tələbələr üçün sığorta ödəyir.
  • Təcili evakuasiya: Ciddi sağlamlıq problemi zamanı təcili tibbi evakuasiya və repatriasiya xərclərini sığorta əhatə edir.

Malların və əmlakın sığortası

  • Ev sığortası: Oğurluq, yanğın və sel kimi hallarda tələbələrin yataqxana və ya kirayə evlərində şəxsi əşyalarının qorunmasını təmin edən sığortadır.
  • Elektron cihaz sığortası: Kompüterlərin, telefonların və digər elektron cihazların oğurlanması və ya zədələnməsi halında kompensasiya təmin edir.

Məsuliyyət Sığortası

  • Üçüncü şəxslərə dəyən zərər: Tələbələrin üçüncü şəxslərə və ya onların əmlakına vura biləcəkləri zərərin ödənilməsini əhatə edən sığorta növüdür.
  • Hüquqi xərclər: Hüquqi problemlər və ya qəzalar nəticəsində yarana biləcək hüquqi xərcləri əhatə edən sığorta.

Avropada təhsil almaq istəyən tələbələr üçün sığorta sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Sığortanın həm qanuni tələblərə cavab verməsi, həm də maddi və psixoloji cəhətdən tələbələrə dəstək olması onların təhsil prosesini daha rahat və problemsiz keçirməyə imkan verir.

(Mənbə:  https://www.internationalstudentinsurance.com/ https://www.allianzcare.com/en.html )

Avropada tələbələr üçün sığorta qiymətləri

Avropada təhsil alan beynəlxalq tələbələr üçün sığorta xərcləri seçilmiş sığorta növündən, əhatə dairəsindən və sığorta təminatçısından asılı olaraq dəyişir.

Tələbələr üçün ən çox lazım olan tibbi sığorta, səyahət sığortası və əmlak sığortası kimi müxtəlif sığorta növləri üzrə xərclər isə ortalama belədir?

Sağlamlıq sığortası qiymətləri

  • Əsas sağlamlıq sığortası: Yalnız əsas sağlamlıq xidmətlərini əhatə edən sığortalar ayda təxminən 30-50 Avro arasındadır.
  • Kompleks sağlamlıq sığortası: Xəstəxanaya yerləşdirmə, mütəxəssis həkim müayinələri, diş müalicəsi və psixoloji dəstək kimi daha əhatəli xidmətləri əhatə edən sığortaların qiyməti ayda 50-100 Avro arasındadır.
  • Şəxsi sağlamlıq sığortası: Daha əhatəli xidmətlər təklif edən özəl sağlamlıq sığortası ayda 100 Avro və ya daha çox başa gələ bilər.

Səyahət sığortası qiymətləri

  • Qısamüddətli səyahət sığortası: 1-3 aylıq qısamüddətli səyahət sığortası tələbələr üçün 20-50 Avro arasında dəyişir.
  •  İllik səyahət sığortası: Bir il ərzində səyahəti əhatə edən tələbə sığortasının qiyməti ildə 100-200 Avro arasında ola bilər.

Malların və əmlakın sığorta qiymətləri

  • Vacib əşyaların sığortası: Yalnız oğurluq və yanğın kimi əsas riskləri əhatə edən sığorta illik təxminən 50-100 Avroya başa gəlir.
  • Kompleks əmlak sığortası: Daşqınlar, təbii fəlakətlər və elektron cihazların zədələnməsi kimi hərtərəfli riskləri əhatə edən sığortalar illik 100-200 Avrodur.

Məsuliyyət sığortası qiymətləri

  • Əsas məsuliyyət sığortası: Əsas məsuliyyət sığortaları ildə təxminən 30-50 Avro arasında dəyişir.
  • Kompleks məsuliyyət sığortası: Daha əhatəli məsuliyyət sığortası ildə 50-100 Avro arasındadır.

Avropada təhsil almaq istəyən tələbələr üçün sığorta xərcləri sığortanın növündən və əhatə dairəsindən asılı olaraq dəyişir.

Sığortanın növünə və əhatəsində görə qiymətlərilə bağlı ətraflı məlumatı International Student Insurance saytına keçid etməklə ala bilərsini.

(Mənbə: https://www.internationalstudentinsurance.com/ )

Tələbələr Avropada sığorta seçərkən nələrə diqqət yetirməlidirlər?

Avropada təhsil almaq istəyən tələbələr üçün düzgün sığorta seçimi mühüm qərardır. Bu qərarı verəklən tələbələrin diqqət etməli olduğu əsas məqamlardan bəziləri bunlardır:

Əhatə dairəsi : Tələbələr sığortanın nələri əhatə etdiyini diqqətlə nəzərdən keçirməlidirlər. Əsas səhiyyə xidmətlərinin, xəstəxanaya yerləşdirmənin, resepli dərmanların, diş müalicəsinin və təcili yardım xidmətlərinin sığortaya daxil edilməsi təmin edilməlidir. Bundan əlavə, psixoloji sağlamlıq xidmətləri və psixoloji dəstək kimi əlavə xidmətlərin mövcudluğu da nəzərə alınmalıdır.

Sığorta qiyməti: Sığorta haqları tələbənin büdcəsinə uyğun olmalıdır. Əsas sağlamlıq sığortası daha ucuz, hərtərəfli daha yüksək qiymətədir. Ona görə də tələbələr sığorta xərclərini ödəyə biləcəklərinə əmin olmalı və ən sərfəli və əhatəlisini seçməyə çalışmalıdırlar.

İstisnalar: Sığorta sənədləşməsində göstərilən sığortaya daxil olmayan və əlavə ödənişlər tələbənin öz cibindən ödəməli olduğu məbləğləri müəyyən edir. İstisnalar və birgə ödənişdə qeyd olunanlar ola bilər ki, yüksək xərc tələb edən amillər olsun və gözlənilməz anlarda tələbələrin çox xərc çəkməsinə səbəb olsun. Ona görə də sığorta seçərkən nələrin sığortaya daxil olmadığını dəqiqləşdirmək mütləqdir.

Qüvvədə olma müddəti və yenilənmə: Sığortanın etibarlılıq müddəti və yenilənmə şərtləri də nəzərə alınmalıdır. Universitetlərin tələbinə görə tələbələr təhsil müddətində fasiləsiz sığortaya malik olmalıdırlar. Bu səbəbdən də uzunmüddətli sığorta etməyə çalışmalı və yenilənmə zamanını unutmamaq lazımdır.

Fövqəladə hallar və evakuasiya xidmətləri: Tələbələr təcili yardım və evakuasiya xidmətlərinin sığortaya daxil olmasını təmin etməlidirlər. Bu xidmətlər ciddi sağlamlıq problemləri zamanı tibbi evakuasiya və repatriasiya xərclərini əhatə edir. Bu, səhiyyə xidmətlərinin qeyri-adekvat olduğu regionlarda təhsil alan tələbələr üçün xüsusilə vacibdir.

Sığorta təchizatçısının etibarlılığı: Sığorta təminatçısının etibarlılığı və müştəri xidmətinin keyfiyyəti də nəzərə alınmalıdır. Tələbələr qərarlarını sığorta şirkətinin keçmiş fəaliyyətini, müştəri məmnuniyyətini və xidmət keyfiyyətini araşdıraraq verməlidirlər.

Əlavə xidmətlər və üstünlüklər: Bəzi sığorta şirkətləri tələbələr üçün əlavə xidmətlər və üstünlüklər təklif edir. Məsələn, sağlamlıq məsləhətləri, fitnes proqramları, onlayn sağlamlıq xidmətləri və ikinci tibbi rəylər kimi əlavə xidmətlər tələbələrin təhsil müddətində daha rahat olmasına səbəb olur.

Hüquqi tələblər və viza şərtləri: Tələbələr təhsil alacaqları ölkənin qanuni tələblərinə və viza tələblərinə uyğun sığorta seçməlidirlər. Bir çox Avropa ölkələri beynəlxalq tələbələrdən müəyyən tələblərə cavab verən tibbi sığorta tələb edirlər ki, bu halda tələbə başqa sığorta növü alsa keçərli qəbul edilməyək.

Bu amillərə diqqət yetirərək düzgün sığorta planının seçilməsi tələbələrin daha təhlükəsiz və problemsiz təhsil prosesini təmin edəcək.

Avropada tələbələr üçün ən yaxşı sığorta şirkətləri

Avropada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün ən yaxşı sığorta şirkətlərinin seçilməsi hərtərəfli və etibarlı səhiyyə xidmətinə çıxışı təmin etmək üçün vacibdir. Avropada tələbələr üçün ən yaxşı sığorta şirkətlərindən bəzilər bunlardır:

  • Cigna Global
  • Allianz Care
  • IMG (International Medical Group)
  • Now Health International
  • WorldTrips

Bu sığorta şirkətləri ödənişlərinin sərfəli olması və əhatə dairəsinə görə tələbələrin ən çox razı qaldığı sığortalardandır.

(Mənbə: https://www.internationalinsurance.com/ )

Related Posts

Rəy Bildirin