Türkiyədə Tələbələr Üçün Sığorta

Marmara Group > Bloq > Blog > Türkiyədə Tələbələr Üçün Sığorta

Türkiyədə universitetdə təhsil almaq istəyən beynəlxalq tələbələrdən qəbul üçün tələb olunan sənədlərdən biri də sığortadır. Xüsusilə də sağlamlıq sığortası tələbələrin həm viza prosedurları zamanı, həm də Türkiyədə təhsil aldıqları müddətdə lazımlıdır.

Bu yazımızda sizə Türkiyədə təhsil alarkən ehtiyac duya biləcəyi müxtəlif sığorta növlərini və bu sığortaların nələri qarşıladığı haqqında sizə ətraflı məlumat verəcəyik.

Türkiyədə tələbələr üçün sığorta niyə vacibdir?

Türkiyədə təhsil alacaq tələbələr üçün sığortanın olması həm tələb olduğundan, həm də sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.

Sığortanın tələbələr üçün vacib olmasının səbəblərindən bəziləri bunlardır:

Universitetə ​​qəbul tələbləri: Türkiyədəki universitetlər qeydiyyat prosesini başa çatdırmaq üçün beynəlxalq tələbələrdən etibarlı tibbi sığorta polisi təqdim etmələrini tələb edir. Bu, tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə səhiyyə xidmətlərinə çıxışını təmin etmək üçün məcburidir.

Səhiyyə xidmətlərinə asan çıxış: Türkiyədə sağlamlıq sığortası tələbələrin xəstələndikləri və ya təcili tibbi yardımla üzləşdikləri zaman sürətli və keyfiyyətli səhiyyə xidmətlərindən sığorta hesabına yararlanmalarını təmin edir. Sığortası olmayan tələbələrin isə sağlamlıqla bağlı xərcləri çox çıxır.

Maliyyə təminatı: Xüsusilə ciddi xəstəliklər və ya qəzalar kimi gözlənilməz vəziyyətlərdə səhiyyə xərcləri olduqca yüksək olur. Sağlamlıq sığortası belə vəziyyətlərdə maddi təminat təmin etməklə tələbələrin və onların ailələrinin maddi yükünü yüngülləşdirir.

Səyahət və qəza təminatı: Səyahət sığortası tələbələrin Türkiyəyə gələrkən və burada qaldıqları müddətdə mümkün səyahət qəzaları və baqaj zədələnməsi, itkisinə qarşı sığortalanmasını təmin edir.

Yataqxana və ev təminatı: Ev təminatı sığortası və yataqxana sığortası tələbələrin qaldıqları yerlərdə baş verə biləcək oğurluq, yanğın və ya hər hansısa bu kimi vəziyyətlərə qarşı maddi itkilərini kompensasiya edir.

Türkiyədə tələbələr üçün sığorta növləri

Türkiyədə təhsil alacaq tələbələr üçün müxtəlif sığorta növləri mövcuddur. Bu sığorta növlərinin hər biri tələbələrin sağlamlıq və təhlükəsizlik ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Beynəlxalq tələbələrin Türkiyədə ala biləcəyi sığorta növləri və onların əhatə dairələri bunlardır:

Sağlamlıq sığortası

  • Ambulator müalicə xidmətləri: Həkim müayinələri, analizlər, görüntüləmə xidmətləri (rentgen, MRT, ultrasəs və s.), reseptlə yazılan dərman sığorta tərəfindən qarşılanır.
  • Stasionar müalicə xidmətləri: Xəstəxanaya yerləşdirmə, əməliyyatlar, reanimasiya xidmətləri tələb edən müalicələr sağlamlıq sığortası tərəfindən qarşılanır.
  • Təcili yardım xidmətləri: Sağlamlıq sığortasında təcili tibbi müdaxilələr, təcili yardım xidmətləri daxildir.

Səyahət sığortası

  • Tibbi yardım: Səyahət zamanı qəfil xəstəlik və ya qəza zamanı tibbi yardımı əhatə edir.
  • İtirilmiş və zədələnmiş baqaj: Səyahətdə baqajın itirilməsi, oğurlanması və ya zədələnməsi halında kompensasiyanı təmin edir.
  • Uçuşun ləğvi və gecikməsi: Uçuşların ləğvi və ya gecikməsi halında yaşayış və digər xərclərin ödənilməsi sığorta tərəfindən qarşılanır.

Məişət mühavizəsi sığortası

  • Oğurluq: Yaşayış yerində oğurluq halında əşyalar üçün kompensasiyanı təmin edir.
  • Yanğın: Yanğın nəticəsində malların zədələnməsi və ya tam itməsi halında kompensasiya ödənilir.
  • Təbiət hadisələri: Təbiət hadisələri nəticəsində malların zədələnməsi halında tələbənin aldığı ziyan sığorta tərəfindən ödənilir.

Yol hərəkətinin sığortası

  • Maddi ziyan: Əgər tələbə qəzaya düşərsə, qəza nəticəsində digər nəqliyyat vasitələrinə və ya əmlaka dəyən maddi ziyan sığorta tərəfindən ödənilir.
  • Fiziki zərərlər: Qəza nəticəsində başqa insanlara dəyən fiziki zərər, xəsarət halında kompensasiya ödənilir.

Yataqxana sığortası

  • Mülkiyyət mühafizəsi: Yataqxana otağında şəxsi əşyaların oğurluq, yanğın və ya təbii hadisələr kimi kimi vəziyyətlərdən qorunması.
  • Ümumi ərazi mühafizəsi: Ölkə daxilində ümumi ərazilərdə baş verə biləcək zərərlərə görə kompensasiya.

Bu sığorta növləri beynəlxalq tələbələrin Türkiyədə təhsil alarkən qarşılaşa biləcəkləri mümkün risklərdən qorunma təmin edir. Türkiyədə təhsil alacaq beynəlxalq tələbələrin ehtiyaclarına, universitetin tələbinə və büdcələrinə uyğun sığortanı seçmələri tədris müddətində rahatlıqları üçün önəmlidir.

(Mənbə: https://www.tsb.org.tr/tr )

Türkiyədə tələbələr üçün sığorta qiymətləri

Türkiyədə təhsil alacaq beynəlxalq tələbələr üçün sığorta xərcləri sığorta növünə, əhatə dairəsinə və sığorta şirkətinə görə dəyişəsə də, ortalama qiymətlər belədir:

Sağlamlıq sığortası qiyməti

Tibbi sığorta beynəlxalq tələbələr üçün ən vacib sığorta növlərindən biridir. Sağlamlıq sığortası xərcləri sığortanın əhatə dairəsindən və sığorta şirkətindən asılı olaraq dəyişir. Ümumən, Türkiyədə özəl tibbi sığorta xərcləri illik 150 ABŞ dolları ilə 500 ABŞ dolları arasında dəyişir. Bu qiymət ambulator xidmətlər, stasionar xidmətlər və təcili yardım xidmətləri kimi müxtəlif səhiyyə xidmətlərini əhatə edir.

Səyahət sığortası qiyməti

Türkiyəyə gələrkən və ya səyahət edərkən ehtiyac duyulacaq səyahət sığortası qısa müddətli sığortadır və xərcləri digər sığorta növlərindən daha azdır. Səyahət sığortası qiyməti müddətindən və əhatə dairəsindən asılı olaraq dəyişir. Orta hesabla, bir aylıq səyahət sığortası 20-50 dollar arasında ola bilər.

Məişət mühavizəsi sığorta qiyməti

Tələbələri yaşayış yerlərindəki şəxsi əşyalarını qoruyan məişət mühafizəsi sığortası sığorta təminatına və əşyaların dəyərinə uyğun olaraq qiymət verilir.

Bu sığorta növünün illik qiyməti 100-300 dollar arasında dəyişir. Oğurluq, yanğın və bu kimi halları əhatə edir.

Yol sığortası qiyməti

Türkiyədə avtomobil sürəcək beynəlxalq tələbələr üçün icbari yol sığortası xərcləri nəqliyyat vasitəsinin növünə və istifadə məqsədinə görə dəyişir. Orta hesabla illik yol sığortası xərcləri 5000 TL ilə 10000 TL arasında ola bilər. Bu sığorta üçüncü şəxslərə dəymiş maddi və fiziki zərərləri əhatə edir.

Yataqxana sığortası qiyməti

Yataqxanalarda qalan tələbələrin yataqxana sığortası adətən yataqxana rəhbərliyi tərəfindən həyata keçirilir. Bu sığorta növünün illik dəyəri yataqxananın öz qaydalarından və sığortanın əhatə dairəsindən asılı olaraq 50-150 ABŞ ollar arasında dəyişə bilər.

(Mənbə: https://www.allianz.com.tr/tr_TR.html#/customer-lead-form )

Türkiyədə tələbələr üçün sığorta seçərkən nələrə diqqət yetirmək lazımdır?

Türkiyədə təhsil alacaq beynəlxalq tələbələrin sağlamlıq və təhlükəsizlik baxımından düzgün sığorta siyasətini seçməsi önəmli amildir. Sığorta seçərkən nəzərə alınmalı olan bir çox vacib amil var, o cümlədən:

Sığortanın əhatə dairəsi: Sığorta seçərkən əhatə dairəsinin ehtiyaclarınıza uyğun olub olmadığını yoxlayın. Xüsusilə tibbi sığortanın ambulator, stasionar müalicəni, təcili tibbi yardım xidmətlərini və dərmanları əhatə etməsi lazımdır.

Müqavilə bağlanmış xəstəxanalar: Sığorta şirkətinin müqavilə bağladığı xəstəxanaların siyahısını yoxlayın. Müqavilə bağlanmış xəstəxanalarda müalicə almaq sığorta təminatı üçün daha az xərcləri təmin edir. Əgər həmin xəstəxanalar sizə uzaqdırsa, başqa xəstəxanaya getməyiniz çox xərciniz çıxmasına səbəb ola bilər.

Ona görə də çox yerdə yerləşən xəstəxanalarla müqaviləsi olan tibbi sığorta seçməyə çalışın.

Sığorta müddəti və yenilənməsi: Türkiyədə təhsil müddətinizə sağlamlıq sığortanınız olması mütləqdir. Bu səbəbdən də sığortanın müddətini dəqiq bilib, yenilənmə vaxtlarını unutmayın.

Qiymət və istisnalar: Sığorta xərcləri onun əhatə dairəsindən və sığorta şirkətindən asılı olaraq dəyişə bilər. Ona görə də sığorta seçərkən büdcənizi nəzərə almalı və sığorta ödənişinə aid olmayan xidmətləri öyrənməlisiniz. Çünki bəzi xidmətlər var ki, sığorta xidmətinin ucuz olması səbəbilə sığortaya daxil edilmir. Bunu öncədən bilməsəniz, gələcəkdə həmin xidmətə ehtiyacınız olsa, çox xərciniz çıxmasına səbəb ola bilər.

Gözləmə vaxtları: Bəzi sığorta şirkətlərində müəyyən müalicə xidmətləri üçün gözləmə müddətləri ola bilər. Bu müddətlər ərzində yalnız bir dəfə sığorta sizin xərcinizi qarşılayır, ikinci dəfə sığorta çərçivəsindəki xidmətlərdən istifadə edə bilməzsiniz. Məsələn, ambulator müalicə üçün 6 ay, stasionar müalicə üçün isə 9 ay gözləmə müddəti ola bilər. Ona görə aldığınız sığortanın müddətli olub-olmadığını dəqiqləşdirin.

Əlavə xidmətlər və dəstək: Sığorta şirkətlərinin təklif etdiyi əlavə xidmətlər və müştəri dəstəyi də mühüm amildir. Seçim edərkən müxtəlif dillərdə 24/7 xidmət və dəstək göstərən sığorta şirkətlərinə üstünlük verilməlidir. Bu, fövqəladə hallar və sığorta əməliyyatlarında böyük rahatlıq təmin edir.

Doğru sığortanın seçilməsi beynəlxalq tələbələrə Türkiyədə daha təhlükəsiz və daha rahat təhsil həyatı yaşamalarına imkan verir. Buna görə də sığorta seçərkən yuxarıda göstərilən amilləri nəzərə almaq vacibdir.

Türkiyədə tələbələr üçün ən yaxşı sığorta şirkətləri

Türkiyədə təhsil alacaq beynəlxalq tələbələr üçün bir çox etibarlı və operativ xidmət göstərən sığorta şirkətləri var. Tələbələr üçün həm qiymət, həm də xidmət baxımından ən yaxşı sığorta şirkətlərindən bəziləri bunlardır:

  • Allianz Sigorta
  • Anadolu Sigorta
  • AXA Sigorta
  • Aksigorta
  • Mapfre Sigorta
  • Sompo Japan Sigorta
  • Güneş Sigorta
  • Ziraat Sigorta
  • Halk Sigorta

Bu şirkətlər tələbələrin sağlamlıq və təhlükəsizlik ehtiyaclarını ödəmək üçün müxtəlif sığorta təkliflərini uyğun qiymətə təklif etdiklərinə görə Türkiyədə tələbələrin ən çox xidmətlərindən yararlandıqları sığorta şirkətləridir.

(Mənbə: https://www.encazip.com/ )

Related Posts

Rəy Bildirin