Rusiya həm təhsil, həm də karyera imkanları baxımından azərbaycanlı tələbələr üçün ən çox üstünlük verilən ölkələrdən biridir. Zəngin akademik tarixi, dünya şöhrətli universitetləri və tələbələr üçün geniş iş imkanları ilə Rusiya hər il minlərlə azərbaycanlı tələbəni özünə cəlb edir. Burada tələbələr təhsil müddətində aldıqları keyfiyyətli təhsillə yanaşı, Rusiyanın dinamik əmək bazarında da təcrübə qazanmaq imkanı əldə edirlər.
Bu bloqumuzda Rusiyada təhsil alan tələbələr üçün iş tapmaq prosesini asanlaşdıracaq vacib mövzular haqqında sizə məlumat verəcəyik.
Rusiyada tələbələr üçün hansı iş imkanları var?
Rusiyada təhsil alan tələbələrin oxuduqları sahələrdə və müxtəlif part-time işlərdə işləmək imkanları var. Xüsusilə mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat və biznesin idarə edilməsi kimi sahələrdə təhsil alan tələbələr təcrübə keçmək üçün və ya “junior” səviyyəsində rahatlıqla iş tapırlar. Bu cür vəzifələr tələbələrə həm peşəkar təcrübə qazanmağa, həm də təhsil müddətində öyrəndiklərini praktikada tətbiq etməyə imkan verir.
Bundan əlavə, tələbələr xidmət sektorunda, xüsusən də restoran, kafe və otellərdə ofisiant, barista və ya resepsiyonist kimi işləyə bilərlər. Bu tip işlər adətən çevik iş saatlarında olduğundan tələbələrin dərs cədvəllərinə uyğunlaşdıraraq işləyirlər.
Habelə tələbələr müəyyən qədər rəqəmsal marketinq və elektron ticarət kimi sahələrdə biliklərə yiyələnməklə sərbəst şəkildə də çalışırlar
Magistratura və doktorantura tələbələrinə universitetlər və tədqiqat institutları tələbələr üçün tədqiqat köməkçisi vəzifələri təklif edərək tələbələri işlə təmin edir.
Rusiyada tələbələr üçün ortalama maaş
Rusiyada tələbələr üçün orta əmək haqqı iş növündən, yerləşdiyi yerdən və tələbənin təcrübə səviyyəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Maaşlar fərqlənsə də, orta hesabla ümumi məbləğ təxminən belədir:
Part-Time işlər: Kafelərdə, restoranlarda və ya pərakəndə satışda işləmək kimi tipik part-time işlərdə tələbələr ayda 20.000 ilə 35.000 RUB (təxminən 200-350 ABŞ dolları) arasında qazanc əldə edirlər.
Təcrübəçilər və “junior”lar: İT, mühəndislik və ya maliyyə kimi təhsil sahələrinə aid işlərdə çalışan tələbələr ayda 30.000 ilə 50.000 RUB (təxminən 300-500 ABŞ dolları) arasında dəyişən və bacarıqdan asılı olaraq artan maaş alırlar.
Sərbəst iş: Qrafik dizayn, SMM və ya tərcümə kimi sərbəst işlə məşğul olan tələbələr üçün qazanc kəskin fərqlənir. Bu da tələbənin bacarığından, gördüyü işin çox əmək tələb edib-etməməsindən asılıdır. Ortalama layihələrin sayından və onların fəaliyyətindən asılı olaraq ayda 25.000 ilə 60.000 RUB (təxminən 250-600 ABŞ dolları) arasında qazanc oluna bilər.
Qeyd edək ki, bu rəqəmlər orta göstəricilərdir və şəhərdən, bacarıqdan asılı olaraq dəyişir. Eyni zamanda Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə kiçik şəhərlərlə müqayisədə daha yüksək əmək haqqı var.
(Mənbə: https://www.glassdoor.com/index.htm , https://hh.ru/ )
Rusiyada tələbələrin işləməsi üçün ən yaxşı şirkətlər
Rusiyada tələbələrin karyeralarına başlamaq üçün ideal olan çoxlu böyük şirkətlər var. Bu şirkətlər beynəlxalq səviyyədə fəaliyyət göstərən və tələbələrə geniş imtiyazlar təklif etməklə bərabər kifayət qədər yaxşı maaş da verirlər.
Rusiyada tələbələr üçün ən şirkətlərdən bəziləri bunlardır:
- Gazprom
- RZhD (Russian Railways)
- Rosneft
- Sberbank
- Rosatom
- Yandex
- Lukoil
- Roskosmos
- Nornickel
- Tinkoff Bank
- Wildberries
- VK (Mail.ru Group)
- Ozon
- Rusal
- VTB
- Eurochem
- AlfaGroup (Alfa Bank / Alfa Strakhovanie)
- Magnit
- Severstal
- Kaspersky Lab
- Rostelekom
- Bashneft
- Aeroflot
(Mənbə: https://wciom.com/ )
Rusiyada Azərbaycanlı tələbələr nə qədər çalışa bilərlər?
Rusiyadakı azərbaycanlı tələbələr təhsil aldıqları müddətdə müəyyən məhdudiyyətlərlə işləyirlər.
Tələbələrin dərsdənkənar vaxt ərzində həftədə 20 saata qədər işləməsinə icazə var. Tətil günləri, dərs olmadığı vaxtlarda isə həftəlik iş saatına heç bir məhdudiyyət olmur.
Həmçinin tələbənin işləməsi üçün iş icazəsi olmalıdır. İş icazəsi adətən tələbə vizası ilə birlikdə alınır və yalnız bu icazəyə malik olan tələbələr qanuni şəkildə işləyə bilərlər.
Tələbələr iş icazəsini təhsil aldıqları universitetdən və ya Rusiyanın müvafiq dövlət qurumlarından alırlar.
Rusiyada tələbələr üçün gəlir vergisi nə qədərdir?
Rusiyada tələbələr qazandıqları gəlirdən vergi ödəməlidirlər. Vergi dərəcələri və statusu tələbənin vətəndaşlığından, gəlir növündən və məşğulluq növündən asılı olaraq dəyişir.
Rusiyada müvəqqəti yaşayan əcnəbi tələbələr 30% dərəcəsi ilə gəlir vergisinə cəlb olunurlar. Bu, tələbə kimi part-time işləyən azərbaycanlı tələbələrə aiddir.
Əgər tələbə Rusiyada bir il ərzində 183 gün və ya daha çox olarsa, o, vergi öhdəliyi baxımından “rezident” sayılır və bu halda 13% vergi ödəyir.
Qeyd edək ki, tələbələr çox vaxt təcrübə proqramlarından və ya təhsillə bağlı müəyyən təqaüdlərdən əldə etdikləri gəlirlərə görə gəlir vergisindən azad ola bilərlər.
Bundan əlavə, müəyyən hallarda, məsələn, təhsil müəssisələrində, yəni universitetlərdə işləməklə də gəlir vergisinə cəlb olunmamaq mümkündür.
(Mənbə: https://www.expatica.com/ru/ )
Rusiyada şirkətlər tələbəni işə götürən zaman nələrə diqqət edir?
Rusiyadakı şirkətlər tələbələri işə götürərkən müəyyən meyarlara görə onları qiymətləndirirlər. Şirkətlərin diqqət yetirdiyi məqamlar bunlardır:
Təhsil və bacarıq: Şirkətlər tələbənin təhsil aldığı sahənin işin tələblərinə uyğun olub-olmadığını dəyərləndirirlər. Yaxşı akademik göstərici və təhsillə işin uyğunluğu, xüsusilə təcrübə və ya “junior” vəzifələr üçün vacib meyardır.
Dil bilgisi: Rusiyadakı şirkətlər, xüsusən də beynəlxalq səviyyədə işləyən şirkətlər tələbələrin rus dilini bilməsinə önəm verirlər. Bundan əlavə, ingilis və ya digər dilləri bilmək qlobal şirkətlərdə işləmək üçün üstünlükdür.
Əvvəlki təcrübə: Əvvəlki təcrübələr, part-time iş və ya tələbənin həyata keçirdiyi layihələr işəgötürənlərin tələbəni qiymətləndirməsi üçün önəmlidir. Bu cür təcrübələr tələbənin iş mühitinə uyğunlaşmasının asan olacağını və peşəkar bacarıqlarının olduğunun göstərici olduğundan onları daha tez işə qəbul edirlər.
Bacarıqlar: Texniki bacarıqlar (məsələn, İT üçün proqramlaşdırma dilləri), analitik düşünmə, problem həll etmə və ünsiyyət bacarıqları kimi qabiliyyətlər tələbələri fərqləndirir.
Çeviklik və öyrənmək istəyi: Şirkətlər tələbələrin çevik olmasını və yeni şeylər öyrənməyə hazır olmasını gözləyir. Sürətli templi mühitlərdə işləmək üçün uyğunluq xüsusilə vacibdir.
Dərsdənkənar fəaliyyətlər: Tələbənin dərsdənkənar fəaliyyətləri, məsələn, klublar, könüllülük və ya layihələr, tələbənin liderlik və komanda işi bacarıqlarını nümayiş etdirir və işəgötürənlər tərəfindən müsbət qiymətləndirilir.
Viza və iş icazəsi: Xarici tələbələr üçün qanuni iş icazəsinin olması mühüm amildir. Şirkətlər tələbənin iş icazəsinin olub-olmadığını və ya bu icazəni asanlıqla ala biləcəyini qiymətləndirir.
Bu meyarlar tələbələrin işə qəbul prosesində uğurlu olması üçün vacib məqamlardır. Tələbələrin müraciət etdikləri vəzifənin tələblərini və şirkətin gözləntilərini qarşılamaqla işə qəbul prosesində üstünlük əldə edərək asanlıqla işə qəbul olurlar.
Rusiyada tələbələr işə qəbul olmaq şanslarını artırmaq üçün nələr etməlidirlər?
Rusiyada tələbələr iş tapmaq şanslarını artırmaq üçün şirkətlərin gözləntilərini qarşılamaları vacibdir. Daha əvvəl qeyd etdiyimiz kimi, şirkətlər çox vaxt tələbələrdən yaxşı akademik nailiyyətlər, dil bilikləri, texniki və analitik bacarıqlar, əvvəlki təcrübə və çeviklik kimi keyfiyyətlər gözləyirlər. Bu gözləntiləri qarşılamaq üçün tələbələr aşağıdakı addımları yerinə yetirməlidirlər:
Onlar təhsillərini və akademik nailiyyətlərini təkmilləşdirməlidirlər: Tələbələr öz təhsil sahələrində yaxşı qiymətlər alaraq və müvafiq kurslarda müvəffəqiyyət qazanaraq iş müraciətlərində fərqlənə bilərlər.
Dil bacarıqlarını təkmilləşdirməlidirlər: Rusiyada iş tapmaq istəyən tələbələrin rus dilində sərbəst danışa bilməsi böyük üstünlükdür. Bundan əlavə, ingilis və digər beynəlxalq dilləri bilmək də əhəmiyyətli üstünlük qazandırır. Tələbələr dil kurslarına qatılaraq və ya təcrübə keçərək dil bacarıqlarını təkmilləşdirməlidirlər.
Praktiki təcrübələr qazanmalıdırlar: Tələbələr öz universitetlərindəki karyera mərkəzləri və ya onlayn platformalar vasitəsilə təcrübə və iş imkanları əldə etməlidirlər.
Sektorla əlaqələr qurmalıdırlar: Rusiyada iş tapmaqda əlaqələr mühüm rol oynayır. Tələbələr sənaye peşəkarları ilə tanış olmaq, karyera tədbirlərində iştirak etmək və onlayn platformalarda (məsələn, LinkedIn) güclü peşəkar əlaqələr qurmaq üçün səy göstərməlidirlər.
Dərsdənkənar fəaliyyətlərdə iştirak etməlidirlər: Universitet klubları, könüllü iş, müsabiqələr və layihələr kimi dərsdənkənar fəaliyyətlər tələbələrin liderlik və komandada işləmək bacarıqlarını inkişaf etdirir. Bu cür fəaliyyətlərdə iştirak CV-ni zənginləşdirir və işəgötürənlər tərəfindən müsbət qarşılanır.
Güclü CV və motivasiya məktubu hazırlamalıdırlar: Yaxşı hazırlanmış CV və işə müraciət üçün təsirli motivasiya məktubu iş tapmaq şansını artırır.
İş axtarış prosesinə erkən başlamalıdırlar: İş axtarışı vaxt aparan və səbir tələb edən prosesdir. Tələbələr məzun olmadan əvvəl təcrübə və part-time iş imkanlarını nəzərdən keçirməli, məzun olduqdan sonra isə tam zamanlı iş axtarışlarını davam etdirməlidirlər.
Bu addımlar tələbələrin Rusiyada iş tapmaq şansını xeyli artıracaq. Şirkətlərin gözləntilərini qarşılamaqla yanaşı, bu strategiyaların həyata keçirilməsi tələbələrə rəqabətli iş bazarında fərqlənməyə imkan verəcək.
Rusiyada tələbələr üçün iş imkanları çox olan şəhərlər
Rusiyadanın demək olar ki, bütün şəhərlərində tələbələr üçün iş imkanları var. Ən çox iş imkanlarını olduğu şəhərlər isə böyük metropolislər və sənaye mərkəzləridir.
Rusiyada tələbələr üçün ən çox iş imkanlarının olduğu bəzi şəhərlər bunlardır:
- Moskva
- Sant Peterburq
- Soçi
- Nijni Novqorod
- Yekaterinburq
- Krasnodar
- Tümen
- Qazan
- Novosibirsk
- Samara
(Mənbə: https://www.manyagroup.com/)
Rusiyanın ən yaxşı universitetlərində keyfiyyətli təhsil almaq və yüksək maaşlı yaxşı şirkətlərdə çalışmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın! Marmara Group-un mütəxəssisləri Rusiyada təhsil və viza proseslərində sizə dəstək göstərməklə ən yaxşı təhsili almağınıza dəstək olacaq!