Xaricdə təhsil üçün proqram seçərkən təkcə akademik baxımdan deyil, eyni zamanda şəxsi inkişaf, fərqli mədəniyyəti öyrənmək, gələcək kariyera və təhsil müddətində iş imkanlarını dəqiq dəyərləndirməyiniz lazımdır.
Yüzlərlə xaricdə təhsil proqramları içərisindən araşdırma aparmaq, həm təhsil, həm sosial mühit, həm də təqaüd imkanlarına görə sizə hansı daha uyğundur müəyyənləşdirməksə çox vaxt aparan bir prosesdir. Bu prosesə daha az vaxt sərf etməyiniz üçün xaricdə təhsil üçün düzgün proqram seçimilə bağlı araşdırmamızı sizə təqdim edirik.
Xaricdə təhsil proqramı seçərkən nələrə diqqət yetirilməlidir?
Xaricdə təhsil qlobal perspektiv qazanmaq və karyera məqsədlərinə çatmaq üçün böyük imkanlar təqdim edir. Ancaq bu səyahətdə ilk və ən vacib addım sizə ən uyğun olan təlim proqramını seçməkdir. Bu proses bir sıra mühüm amillər nəzərə alınmaqla diqqətlə aparılmalıdır. Xaricdə təhsil proqramı seçərkən nəzərə alınmalı olan amillər bunlardır:
- Təhsil xərcləri
Xaricdə təhsilin qiymətinə təkcə təhsil haqları deyil, həm də yaşam xərcləri, nəqliyyat xərci və sağlamlıq sığortası kimi əlavə xərclər daxildir. Bu xərclər ölkədən ölkəyə və proqramdan proqrama çox dəyişə bilər. Bəzi ölkələrdə xərclər çox olduğuna görə yüksək miqdarda təqaüd proqramlarını qazanmaqla xərcləri qarşılamaq mümkündür.
Əlverişli və yüksək keyfiyyətli xaricdə təhsil proqramını tapmaq üçünsə tədris ilindən əvvəl araşdırmalar aparmağa başlamaq lazımdır.
Ən yüksək təqaüd proqramlarına bunlar daxildir:
Fulbrayt Təqaüd Proqramı. ABŞ-da magistr və doktorantura tədris pillələri üçün beynəlxalq tələbələrə yaradılmış ən nüfuzlu təqaüd proqramlarından biridir. Tədqiqat, incəsənət və tədris layihələrinin maliyyələşdirilməsini təmin edir.
Chevening Təqaüdləri. Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən Chevening liderlik potensialı olan tələbələrə magistratura proqramları üçün təqaüdlər təklif edir. Bu təqaüd beynəlxalq əlaqələr, peşəkar inkişaf və Böyük Britaniyada təhsil almaq imkanı verir.
Erasmus Mundus Birgə Magistr dərəcələri. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus Mundus dünyanın müxtəlif ölkələrindən olan tələbələrə Avropanın müxtəlif universitetlərində aspirantura təhsili almaq üçün təqaüdlər təklif edən xaricdə təhsil proqramıdır. Bu proqram tələbələrə beynəlxalq təhsil təcrübəsi və müxtəlif mədəniyyətləri araşdırmaq imkanı verir.
DAAD Təqaüd Proqramı. Alman Akademik Mübadilə Xidməti (DAAD) Almaniyada aspirantura təhsili almaq istəyən beynəlxalq tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. Bu təqaüdlər akademik mükəmməlliyə malik tələbələrə yönəldilir və tez-tez tədqiqat layihələrini dəstəkləyir.
Avstraliya Hökuməti Təqaüdləri. Avstraliya Hökuməti tərəfindən xarici tələbələrə təklif olunan təqaüdlərə Avstraliya Mükafatları və Endeavour Lisansüstü Təqaüd Proqramları daxildir. Bu təqaüdlər Avstraliyada aspirantura təhsili və şəxsi xərcləri tam qarşılacayaq miqdarda olur.
Rodos Təqaüdləri. Oksford Universitetində təhsil almaq istəyən tələbələrə təklif olunan bu nüfuzlu təqaüd liderlik, xarakter, akademik mükəmməllik və idman nailiyyətləri kimi sahələrdə üstün keyfiyyətlər nümayiş etdirən tələbələrə verilir.
Schwarzman Alimlər Proqramı. Çinin Tsinghua Universitetində magistr dərəcəsi proqramları üçün nəzərdə tutulmuş bu proqram dünya səviyyəli peşəkarlar yarat üçün yaradılmış xaricdə təhsil proqramıdır.
- Proqramın akademik uyğunluğu
Proqramın akademik məzmunu axtardığınız öyrənmə təcrübəsini təqdim edib-etməyəcəyini bilmək üçün bu amillərə diqqət yetirilməlidir:
Təlim proqramının məzmunu və strukturu. Proqramın məzmunu, təklif olunan kurslar, dərslər və öyrənmə metodları tələbələrin öz akademik və peşəkar maraqlarına nə dərəcədə uyğun olduğunu müəyyən edir. Proqramın fənlərarası yanaşmalar təklif edib-etməməsi, nəzəri biliklərlə praktiki tətbiqlər arasında tarazlığı necə qurması və tələbələrə çevik öyrənmə mühiti təmin edib-etməməsi bu zaman vacibdir.
Nəzəri bilik və praktik tətbiq balansı. Tələbələr nəzəri bilikləri praktiki tətbiqlərlə möhkəmləndirə biləcəklərə üstünlük verə biləcəkləri proqrama müraciət etməyi seçməlidirlər. Təcrübə imkanları, seminarlar, laboratoriya təcrübələri və real layihələr tələbələrə karyeralarına hazırlaşmağa kömək edir. Bu balans tələbələrə məzun olduqdan sonra əmək bazarında rəqabət üstünlüyü əldə etməyə imkan verir.
Proqramın çeviklik və fərdiləşdirmə imkanları. Hər bir tələbənin karyera məqsəd və maraqları fərqli olduğundan, proqramın çevikliyi böyük əhəmiyyət kəsb edir. Seçmə kurslar, ikili ixtisas tələbələrə öz təhsil müddətlərini fərdiləşdirmək imkanı verir.
Bu çeviklik tələbələrə öz xüsusi maraqlarını dərindən araşdırmağa və onlara ən uyğun olan karyera yolunu müəyyən etməyə də kömək etdiyindən xaricdə təhsil proqramı seçimində proqramın fərdiləşdirilə bilməsinə fikir vermək lazımdır.
- Karyera məqsədlərinə uyğunluq və iş imkanları
Xaricdə təhsil almaq istəyən tələbələrin əksəriyyədi kariyeralarına həmin ölkədə davam etdirmək istəyirlər. Bu prosesdə seçilmiş proqramın tələbələrin hədəflənmiş karyera yollarına necə töhfə verməsi böyük əhəmiyyət kəsb edir. Proqramın konkret sektorlar və ya peşələr üçün təklif etdiyi ixtisas kursları və ya modulları tələbələrə konkret sahədə dərin bilik və bacarıqlar verir. Ona görə də xaricdə təhsil proqramı seçərkən kariyera məqsədlərini də nəzərə almaq sizi iş bazarında bir addım önə çıxarır.
Bundan əlavə, proqramın tələbələrə təqdim etdiyi təcrübə və işə yerləşdirmə imkanları da böyük əhəmiyyət kəsb edir. Proqramın sektor ilə əlaqələri və şirkətlərlə əməkdaşlığı tələbələrə məzun olduqdan sonra iş tapmaqda əhəmiyyətli dərəcədə kömək edən amildir.
Şirkətlərlə bu əməkdaşlıq tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verir və peşəkar şəbəkələrini genişləndirməklər həm tələbəlik, həm də məzun olduqdan sonra iş həyatına atılmalarına səbəb olur.
Təhsil müddətində və ondan sonra dəstək
Təhsil zamanı və məzun olduqdan sonra dəstək tələbələrin akademik uğurlarına və peşəkar inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də xaricdə təhsil proqramı seçərkən tələbələrə dəstək olmağa yönələm və yaradaca biləcək çətinliklə aradan qaldıra proqramlara üstünlük vermək ödəmlidir.
Tədris zamanı və ondan sonra proqramın təklif etdiyi dəstək növləri və onların əhəmiyyəti bunlardır:
Təhsil prosesində dəstək:
- Akademik Məsləhət. Akademik məsləhət xidmətləri tələbələrə dərs seçimi, akademik məqsədlər və karyera planlamasına kömək etməklə təhsil müddətlərinin hər addımında bələdçilik edir. Bu dəstək tələbələrə təhsil məqsədlərinə nail olmaq və potensiallarını maksimum dərəcədə artırmaq imkanı verir.
- Mentorluq Proqramları. Təcrübəli professor-müəllim heyəti, məzunlar və ya sahənin mütəxəssisləri tərəfindən təklif olunan mentorluq tələbələri akademik və peşəkar həyatlarında istiqamətləndirir. Mentorlar tələbələrə yeni perspektivlər təqdim edir və onların iş həyatları daxil bütün sahələrdə uğur qazanmalarına səbəb olur.
- Psixoloji və Sosial Dəstək. Fərqli ölkə, mühit, yeni insanlar və fərqli dili davamlı istifadə etmək sosial stressə səbəb ola bilər. Tələbələrə stress, uyğunlaşma problemləri və akademik həyatda qarşılaşa biləcəkləri digər psixoloji çətinliklərin öhdəsindən gəlməyə kömək edən psixoloji məsləhət xidmətləri bu stressi aradan qaldırmaqla onların sosial inteqrasiya və şəxsi inkişafı dəstəkləyir.
Məzun sonrası dəstək:
- Karyera Mərkəzləri. Məzunlara iş axtarışı proseslərində dəstək olur, iş yarmarkaları və işəgötürənlərlə görüşlər təşkil edir. Hətta professional CV yazma və müsahibədə ünsiyyət bacarıqlarını artıracaq təlimlərdə iştirak də təklif edilir.
- Məzun Şəbəkələri. Məzun şəbəkələri peşəkar işə bağladıqdan sonra da onlara dəstək xidməti verir ki, bu da məzunların kariyera yüksəlişində önəmlidir.
- Davamlı Təhsil və Peşəkar İnkişaf Proqramları. Bir çox xaricdə təhsil proqramı məzunları üçün davamlı təhsil kursları, seminarlar və təlimlər təklif edir. Bu proqramlar məzunlara öz peşə bacarıqlarını yeniləməyə və karyeralarını yüksəltməyə kömək edir.
Xaricdə təhsil proqramlarından sizə ən uyğunu və yaxşısını seçmək təhsil həyatına və ondan sonrakı müddətə təsir edən vacib qərarlardandır. Yuxarıda qeyd etdiyimiz amilləri nəzərə alaraq geniş araşdırma sayəsində sizə və ixtisasınıza uyğun proqrama müraciət etdikdən sonra uğur qazanma şansınız isə mövcud təhsil səviyyənizdən, ortalama balınızdan, sosial aktivliyinizdən və s. amillərdən aslıdır.
Sizin mövcud vəziyyətinizə uyğun olaraq ən yaxşı proqramı seçib müraciət etməklə qəbul şansınızı artırmaq üçün müraciət edin!