Avropanın hansı şəhərlərində tələbələr üçün iş imkanları çoxdur?

Marmara Group > Bloq > Avropada Təhsil > Avropanın hansı şəhərlərində tələbələr üçün iş imkanları çoxdur?

Uzun illərdir ki, hər kəsin təhsil və iş imkanları səbəbilə getdiyi ölkələr arasında Avropa ölkələri ən çox seçim olunanlar sıralamasındadır.

İstər adaptasiya, istər təhsil keyfiyyəti olsun hər bir halda Avropaya təhsil almaq üçün gedən tələbələrimizin ən çox ünvanlandığı sual “Avropada tələbələr üçün iş imkanları daha çox olan şəhər hansıdır?” sualıdır.  

Bu və tələbələrin ortalama qazancları kimi maraqlı məlumatlarla gəlin tanış olaq.

Əvvəlcə qeyd edək ki, Avropada işləmək üçün şəhər seçərkən gəlirdən əlavə bilməli olduğumuz bəzi məqam var: 

İş icazələri. Bütün Avropa ölkələrində Avropa İttifaqından kənarda olan ölkələrin vətəndaşları işləmək üçün iş icazələri almalıdır. Tələbələrdən də rəsmi iş üçün bu icazələr tələb olunduğundan olduğunuz ölkənin iş icazəsi üçün qaydalarını bilməyiniz iş tapma prosesinizi asanlaşdıracaq.

Dil bilikləri.  Artıq hər kəsə məlumdur ki, İngilis dili bütün dünyada vakansiyaların əsas meyarlarındandır. C1 və C2 səviyyədə dil bilikləriniz olmasa belə, iş axtararkən İngilis dilində ünsiyyət qurmağı bacarmağınız mütləqdir.

Təhsil və sertifikatlar. Təhsil aldığınız sahədə iş axtarsanız, digər sahələrə nisbətən daha qısa müddətdə iş tapacaqsınız. Lakin təhsildən əlavə unutmaq olmaz ki, təhsil qədər sertifikatların da Avropa ölkələrində önəmi var.

Sosial aktivliyinizi və istənilən komandaya adaptasiya ola bildiyinizi göstərmək üçün beynəlxalq tədbirlərdə iştirakdan əldə etdiyiniz sertifikatlar burada önəmli amildir.

Sosial şəbəkə hesabları.  CV-dən əlavə olaraq LinkedIn hesabınızın səliqəli olması, məlumatlarınızın orada da yer alması, iştirak etdiyiniz tədbirlərdən paylaşımlarınızın olması, qısacası, aktiv LinkedIn hesabınızın olması vacibdir.

Çünki Avropa ölkələrində bu kimi hesablar aktiv istifadə olunur və şirkətlər əməkdaşlıq edəcəkləri şəxslərin buradakı profillərinin də CV qədər zəngin olmasına önəm verirlər. 

Biznes mədəniyyəti.  Avropa ölkələrinin hər birinin biznes mədəniyyəti fərqlidir. İnsanların ünsiyyət tərzi, iş saatları, əməkdaşdan gözləntilər, disiptin qaydaları kimi fərqləri nəzərə almada iş axtarsanız, sonrakı müddətdə adaptasiya olma prosesiniz çətinləşəcək.

Yaşam xərcləri. Əmək haqqı ilk baxışda çox görünsə də, buna aldanmaq olmaz. Bəzi Avropa ölkələrində yaşam xərci, vergilər, tibbi sığorta ödənişi və nəqliyyat qiymətləri çox olur ki, bəzən yüksək bildiyimiz əmək haqqın belə həmin ölkə üçün azdır. Ona görə tələbələr öz xərcləri daxil bütün zəruri xərcləri nəzərə alaraq onlara uyğun iş tapmağa çalışmalıdırlar.

Avropada tələbələr üçün iş imkanları çox olan şəhərlər hansılardır?

Avropa tələbələr üçün iş imkanları olan qitələr arasında ilk sıradadır. İstənilən ölkə və ixtisasdan olan tələbələr Avropa ölkələrində rahatlıqla iş tapa və öz kariyeralarını qura bilərlər.

Fərqli ölkələrdə iş imkanlarının da fərqli olmasının bir çox səbəbi olsa da, ölkənin iqtisadi gücü, təhsil sistemi, sosial ehtiyacları bu imkanlara təsir edən əsas səbəblərdəndir.

Tələbələr üçün Avropada tələbələr üçün iş imkanları olan ölkələri araşdırıb “həmin ölkələrin əmək bazarında hansı sahələrin əməkdaşlarına daha çox ehtiyac duyur?” kimi onları ən çox maraqlandıran sualların cavabını tapmışıq.

Birləşmiş Krallıq

Böyük Britaniya, xüsusən də London maliyyə və texnologiya sektorlarında dünya lideri hesab olunur. London Avropanın maliyyə mərkəzi olmaqla yanaşı, həm də yüksək texnologiyalar və startap ekosistemləri, xüsusilə də “fintech”üçün mərkəzdir. Bir çox imkanların olduğu Londonda tələbələrin iş təcrübə qazanması və məzun olduqdan sonrakı iş imkanları xüsusilə maliyyə, hüquq, mühəndislik, kompüter elmləri və yaradıcı sənaye sahələrində olduqca çoxdur.

Qeyd edək ki, Londanda universitetlər və şirkətlər arasında qarşılıqlı əlaqələr yaxşı olduğundan tələbələrə təhsil aldıqları sektorda təcrübə və iş imkanları qazanmaları üçün proqramlar da şirkətlər tərəfindən təklif olunur.

Almaniya

Almaniya mühəndislik, avtomatlaşdırma, maşınqayırma və kimya sənayesində lider ölkədir. Əsasən Berlin, Münhen və Frankfurt kimi şəhərlərdə bu sahələrdən yeni məzunlar üçün xeyli sayda müxtəlif iş imkanları təklif edilir.

Nəzərə alsaq ki, Berlin Avropanın startap paytaxtı hesab edilir, Münhen və Ştutqart avtomobil sənayesində lider, Frankfurt isə maliyyə və bank sektorunda mərkəzi rol oynayır əminliklə deyə bilərik ki, tələbələrin maliyyə və mühəndislik sektorunda kariyera qurma şansları burada daha çoxdur.

Fransa

Fransa qastronomiya, turizm, enerji və təhsil sektorlarına liderlik edir. Paris dünyaca məşhur qastronomiya və turizm məkanı olmaqla yanaşı, enerji və texnologiya sahəsində bir çox beynəlxalq şirkətlərin Avropadakı nümayəndəliklərinə ev sahibliyi edir.

Eyni zamanda buradakı təhsil sistemi beynəlxalq tələbələrə biznes, mühəndislik və dizayn kimi müxtəlif sahələrdə yüksək keyfiyyətli təhsil imkanları təklif edir.

Bunun üçün Avropada tələbələr üçün iş imkanları yararlanıb ki, həmin imkanları düzgün dəyərləndirdikdə gəlirli iş tapmaq mümkündür.

Hollandiya

Bura Avropa ölkələri arasında logistika, kənd təsərrüfatı, su idarəetməsi və texnologiya sahəsində qlobal liderdir. Sirr deyil ki, Amsterdam davamlı texnologiyalar, maliyyə, yaradıcı sənayelər və texnologiya startapları üçün mərkəzdir.

Maliyyə, mühəndislik və texnologiyaya aid sahələri yaxşı bilməklə Hollandiyada iş tapmaq çox asandır. Habelə Hollandiyadakı universitetlər hansı ölkədən olmalarından aslı olmayaraq bütün tələbələrə praktiki bacarıqlarını inkişaf etdirmək və iş tapmalarına kömək etmək üçün müxtəlif proqramlar da təşkil edir.  

İspaniya

İspaniya turizm, bərpa olunan enerji, moda və qida sektorlarında olduqca geniş iş imkanlar təklif edir. Barselona və Madrid texnologiya və innovasiya üçün sürətlə inkişaf edən ekosistemlərə malikdir. İspaniyanın canlı startap səhnəsi xüsusilə texnologiya, rəqəmsal marketinq və davamlılıq sahələrində yeni ideyalar və təşəbbüslər üçün platforma təklif edir. Bütün bunların fonunda Avropada tələbələr üçün iş imkanları yaratmaq üçün universitetlər tələbələrə praktiki təlimlər, kariyera sərgiləri təşkil edirlər.

Bu səbəbdən də dijital, turizm, qida və dizayn sektorlarında təhsil alan tələbələr İspaniyada gəlirli işlərdə çalışa bilirlər.

Avropada tələbələr üçün iş imkanları ölkələr arasında dəyişsə də, istənilən sahədə olduğunuz ölkənin sektorunu bildikdən sonra artan gəlirə sahib olmaq çətin deyil.

Avropada çalışan tələbələr nə qədər qazanır? 

Avropada çalışan tələbələrin qazancları ölkə, sektor və iş öhdəliklərindən aslı olaraq dəyişsə də, adətən gəlirlər bu aralıqda olur:

Saatlıq qazanc. Avropada tələbələrin ortalara saatlıq qazancı minimum əmək haqqında əsasən hesablanır. Qərbi Avropa ölkələrində minimum əmək haqqı yüksək olduğu üçün saat hesabı çalışan tələbələrin də qazancı yüksək olur.

Məsələn, statistikamıza əsasən 2023-cü ilə qədər bəzi Qərbi Avropa ölkələrində tələbələrin saatlıq qazancı 10-15 avro arasında dəyişirdi.

Lakin Şərqi Avropada isə gəlir aşağıdır, yəni saatı 3-6 avro arası.

Aylıq qazanc. “Part-time” işləyən tələbələrin aylıq qazancları işlədikləri saatların sayından və aldıqları saatlıq əmək haqqından asılı olaraq dəyişir. Ümumilikdə isə tələbələr ortalama hesabla 400-800 Avro arasında aylıq gəlir əldə edə bilirlər.

Qeyd edək ki, sektordan aslı olara bu gəlir daha az və çox da ola bilər. 

Related Posts

Rəy Bildirin